Magistratura məRKƏZİ


Şəkil 2.1 2004-2013-cü illər üzrə Azərbaycan Respublikasında ÜDM-in dinamikası



Yüklə 0,62 Mb.
səhifə3/6
tarix26.09.2017
ölçüsü0,62 Mb.
#1690
1   2   3   4   5   6

Şəkil 2.1

2004-2013-cü illər üzrə Azərbaycan Respublikasında ÜDM-in dinamikası

d:\disertasiya\şəkil 1.1.png
Xarici investisiyalar milli iqtisadiyyatın inkişafına uzun müddətli perespektiv dövr ərzində təsir etməklə eyni zamanda həm əhalinin məşğulluq səviyyəsinə, həmdə gəlirin əldə olunması səviyyəsinə birbaşa təsir göstərir. Təkcə bunu belə bir misal ilə göstərmk olar ki, əgər kənd təsərüfatı sahəsinə investisiyalar azalarsa, onda bu sferada məşğul olanlar arasında işsizlik artacaq, eyni zamanda onların məcmu gəlirləridə aşağı düşəcəkdir. Deməli, bu sferada çalışanların nəinki başqa sahələrda istehsal olunan mallara və xidmətlərə olan təlabatları azalır, eyni zamanda əhalinin bu sahənin məhsullarına olan təlabatı da ödənilməmiş qalacaqdır. Nəticədə həm bu sahədə, həm də bu sahə ilə bağlı olan diğər sahələrdə məşğulluq səviyyəsi aşağı düşəcək və bütövlükdə azalması meyili müşahidə olunacaqdır. Kənd təsərüfatı sferasının investisiyyanın azalması həmin sahəyə xidmət göstərən emal və hasilatın ayrı-ayrı sahələrinə də mənfi təsir göstərəcəkdir.
Şəkil 2.2

2004-2013-cü illər üzrə Azərbaycan Respublikasında adambaşına

ÜDM-in dinamikası

c:\users\asus\desktop\1.2.png
Milli iqtisadiyyatın inkişafında heç də hər cür tətbiq olunan investisiya qoyuluşu mütərəqqi rol oynamır. Belə ki, milli iqtisadiyyatın nisbətən perespektivsiz sektorlarına investisiya qoyuluşu onun milli iqtisdiyyatın formalaşmasındakı perespektiv rolunu diqqət mərkəzində saglamaqı tələb edir. Bəzi hallarda investisiyalar haqqında qərarlar qəbul edən mərkəzi icra orqanları sadəcə olaraq hansı məhsulun milli iqtisadiyyatın inkişafında daha sərfəli olacağını düzgün müəyyənləşdirə birmədikdə, bütövlükdə iqtisadi strategiyanın da düzgün istiqamət üzrə formalaşmamasına səbəb olacaqdır. İqtisadi strategiyaya uyğun gəlməyən iqtisadi inkişafda mühüm rol oynamayan sahələr üzrə düşünülməmiş investisiyaların tətbiqi vəsaitlərin dağıdılmasına səbəb olacaqır. Çünki, milli iqtisadiyyatın inkişafına səbəb olmayan layihələr üzrə vəsaitlərin xərclənməsi əslində bu resusların gələcək baxımından səmərəsiz istifadəsi deməkdir. Milli iqtisadiyyatın sabit artım sürətinə nail olunması üçün investisiyalar bir qayda olaraq təsərrüfatın ən yüksək səmərə verən və milli mənafe baxımından fayda verə biləcək sahələrinə yönəldilməlidir. Deməli, investisiya bazarı daimi çevik və hərəkətli olmalıdır. Xarici investisiyaların tətbiqində iqtisadi mühitin yaradılması əsasən onun iqtisadiyyatın durğun sahələrində daha perespektiv sahələrə keçməsilə əlaqədar olmalıdır. İnvestisiyalardan gələn gəlirlərdə bir qayda olaraq daima fərqlər mövcud olacaqdır. Bu zaman istehsal təyinatlı sahələrə yönəldilən investisiyalardan əldə olunan gəlirlər buna alternativ olan xidmət sferasına qoyuluşlar üzrə ki, gəlirlərdən çox olmalıdır. Bu prosesin baş verməsi üçün istehsal təyinatlı investisiyalar üçün risk etmə səviyyəsi olduqca aşağı olmalıdır.

Investisiyaların dinamikasını və əsas inkişaf parametirlərini müvafiq olaraq cədvəl 2.1 və 2.2-dən görmk olar.


Cədvəl 2.1

Iqtisadiyyata yönəldilən investisiyaların dinamikasının təhlili

c:\users\asus\desktop\cədvəl 2.1.png
Cədvəl 2.1 və 2.2-dən göründüyü kimi, ölkə iqtisadiyyatına yönəldilən bütün maliyyə mənbələri üzrə investisiya qoyuluşları 2000-ci ildə 1289.8 milyon manat təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 12481.8 milyon manata çatmış, 2010-cu ildə 14118.9 milyon manat, 2013-cü ildə isə 21974.2 milon manat təşkil etmişdir.

Cədvəl 2.4-dən göründüyü kimi 1995-ci ilə müqayisədə 2007-ci ildə xarici investisiyaların həcmi 480.0 milyon manatdan 5727.2 milyon manata qədər artmış, 2008-ci ildə isə bu rəqəm 5625.8 milyon manata xarakterizə olunmuşdur. 2010-cu ildə xarici investisyaların həcmi artaraq 6619.7 milyon manat, 2013-cü ildə 8269.3 milyon manat təşkil etmişdir.



Cədvəl 2.2

İnvestisiyanın inkişafının əsas parametirlərinin təhlilic:\users\asus\desktop\cədvəl 2.2.png
Ölkəmiziə xarici investisiya qoyuluşlarındakı əsas problemlərindən biri iqtisadiyyatın müxtəlif istehsal sahələrinə xarici investisiyaların 97.5%-nin birbaşa investisiyalar təşkil etməsidir. Portfel investisiyaların həcmi isə çox aşağıdır. 2003-cü ildə 12.1 milion ABŞ dolları, 2005-ci ildə 78.4 milyon ABŞ dolları olmuş, 2009-cu ildə 305.8 milyon ABŞ dolları təşkil etməklə, xarici investisiyaların tərkibində portfel investisyalrın xüsusi çəkisi 5.3%-dən artıq olmamışdır. İstehsal təyinatlı əsas fondlara investisiyalar 1995-ci ildə 54.7% təşkil edirdisə, 2000-ci ildə 81.8%, 2001-ci ildə 88.0%, 2003-cü ildə 91.9% ən yüksək həddə çatmışdır. 2006-cı ildə 85.3%, 2007-ci ildə 72.9%, 2008-ci ildə isə bu rəqəm 71.8% təşkil etmişdir. Qeyri-istehsal təyinatlı investisiyalar 1995-ci ildə 45.3%, 2000-ci ildə 18.2%, 2005-ci ildə 13.1%, 2006-cı ildə 14.7%, 2007-ci ildə 22.0%, 2008-ci ildə isə 28.1% olmuşdur. 1995-2013-cü illər ərzində iqtisadiyyatın inkişafının əsas parametirlərinə dair cədvəl 2.2-də göstərilən məlumatlara əsasən qeyd etmək lazımdır ki, bu illər ərzində ümumdaxili məhsulun artım tempi, xarici və daxili investisiyaların artan rəqəmləri və ÜDM-un tərkibində xarici investisiyaların xüsusi çəkisininin artmı deməyə əsas verir ki, ölkədə əlverişli investisiya mühiti formalaşmış və zaman keçdikcə bu istiqamətdə müvafiq tədbirlər görülür.

2004-cü ildən sonra ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi üçün mühüm işlər görülmüş, regionların tarazlı inkişafı davam etdirilmişdir. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, islahtların uğurla davam etdirilməsini bir daha təstiq etdi. 2004-2013-cü illərdə makroiqtisadi sabitlik qorunub saxlandı, milli iqtisadiyyatın rəqabət qabilliyyəti möhkəmləndi, qeyri-neft sektorunun inkişafına diqqət artdı. İnvestisiya mühitinin yaxşılaşdırılması və investisyanın təşviqi ilə əlaqədar görüləntədbirlər nəticəsində ilk dəfə olaraq əsas kapitala yönəldilən daxili investisyaların xüsusi çəkisi xarici investisiyaların istifadə edilmiş bütün sərmayedəki xüsusi çəkisi 2007-ci ildə 30.1%, 2008-ci ildə isə 24.5%, daxili investisiya isə 2007-ci ildə 61.9%, 2008-ci ildə 75.5% təşkil etmişdir. 2008-ci ildə əsas kapitala yönəldilmiş daxili investisiya 2007-ci ilin səviyyəsini 48.2% üstələmişdir. 2010-cu ildə daxili investiyaların xüsusi cəkisi 75.7%, xarici investisyalar isə 24.3% təşkil edildiyi halda, bu göstəricilər 2013-cü ildə bir qədər də dəyişilərək xarici investisiyaların çəkisi artaraq 37.6%,daxili investisyalar isə 62.4% təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitin 79.9 faizi daxili investisyalar, 20.1 faizini isə xarici investisiyalar təşkil etmişdir. 2009-cu ildə xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 1 milyard 477.3 milyon manat təşkil edərək 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 33.4 faiz az olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi Böyük Biritaniya üzrə 49.2 faiz, ABŞ 14.7 faiz, Yaponiya 7.7 faiz, Norveç 4.8 faiz, türkiyə 3.8 faiz, Fransa 2.7 faiz, Çexiya 2.3 faiz, İsveç 2.1 faiz, Dünya Bankı 6.4 faiz, Asya İnkişaf Bankı 2.7 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 1.4 faiz təşkil etmişdir.

2010-cu il ərzində ÜDM istehsalı 5.0 faiz və ya müqayisəli qiymətlərlə 1.8 milyard manat artaraq 41.6 milyard manata çatmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 75.2 faizi daxili, 24.8 faizi isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil edir.

Ölkədə aparılan investisiya siyasəti daha çox xarici kapitalın ölkəyə axınının stimullaşması ilə əlaqədardır. Şəkil 2.3-dən göründüyü kimi, milli iqtisadiyyata kapital axını əsasən neft və qaz sektorunun inkişafına yönəldilir. Lakin, milli iqtisadiyyatın formalaşması baxımından xarici investisyalardan iqtisadiyyatın digər xüsusən kənd təsərüfatı, emal sənayesi istiqamətində də istifadə etmək vacibdir. Xarici investisiyanın milli iqtisadiyyatın inkişafında dönməz hal alması üçün ümumiyyətlə, həm iqtisadiyyatın strukturunu və texnoloji təminatını həyata keçirmək lazımdır, həm də sosial və ekaloji problemlərin həllini uzlaşdırmaq lazımdır.
Şəkil 2.3

Xarici investisiyaların strukturu

c:\users\asus\desktop\2.5.png

Hər bir istehsal və sosial sahələrin yaradılması, yenidən qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölkə lazımi maliyyə, material resuslarına malik olmalıdır. Əks halda milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində resbublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır. Bu baxımdan, 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizində yerləşən Azəri, Çıraq neft yataqlarının və Günəşli yatağının işlənməsinə dair bağlanmış “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasında mühüm addım olmuşdur. Bu müqavilə Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas yaratdı. Beləliklə, beynəlxalq konsersium yaradılaraq, indiyədək respublikada 20-dən artıq neft-qaz ımıliyyatlarının həyata keçirilməsi ilə müqavilələr bağlanmış və bu mühüm işdə 15 xarici ölkədən 33 iri məşhur şirkətlərin iştirakları təmin edilmişdir. Aparılmış təhlil göstərir ki, BTC-nin tamamlanması 10 milyarda yaxın ABŞ dolları xərclənmişdir. Bağlanmış müqavilələr 30 il müddətində nəzərdə tutulmuşdur ki, bununda nəticəsində ölkəmizə böyük məbləğdə xarici investisiya qoyuluşlarının axını gözlənilir. Təhlil üçün cədvəllərə diqqət yetirək.

Cədvəl 2.3 də göstərildiyi kimi aparılan hesablamalardan məlumdur ki, Azərbaycanın müqavilələrdə iştirak payı 7.5 faizdən 50 faizə qədərdir.

Milli iqtisadiyyatın neft sektoru üzrə yataqlarının birgə işlənməsi 25-30 il müddətinə nəzərdə tutur ki, bu da XXI əsrdə ölkəmizin sosial-iqtisadi inkişafının daha da yüksəldilməsini təmin edəcəkdir. Nəzərdə tutulan milyardlarla xarici investisiya qoyuluşları ümumilikdə iqtisadiyyatın, xüsusilə, neft-kimya sənayesinin elmi, istehsal, texniki bazasının keyfiyyətcə yeniləşməsini təmin edəcəkdir ki, bu da makroiqtisadi göstəricilərinin artımı ilə yanaşı, kadr potensialının daha da möhkəmləndirilməsinə real şərait yaratmaqla, yeni peşə və iş yerlərinin açılmasına şərait yaradacaqdır.
Cədvəl 2.3

Neft yataqlarının lahiyə istismarı üzrə nəzərdə tutulmuş xarici investisiyaların həcminin təhlili

d:\disertasiya\cədvəl 2.6.png


2.2 Azərbaycan xarici investisiyya mühitinin qiymətləndirilməsi.

Gündən-günə iqtisadi cəhətdən inkişaf edən və güclənən respublikamıza yönələn daxili və xarici investisiyalardan səmərəli istifadəni muəyyən etmək ucun onların makrosəviyyədə qiymətləndirilməsi cox vacib məsələlərdən biridir.

Hazırda investisiya axınının səmərəliliyinin qiymətləndirilməsində müəyyən sxemlərdən istifadə olunur. Aşağıda göstərilən sxemdə mikroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələri A B əsas blokunu əhatə edir. A bloku son tələbi xarakterizə edən gostəricilər sistemini formalaşdırır. B bloku isə qiymətləri, əməkhaqqını və məşğulluğu formalaşdıran gostəriciləri xarakterizə edir.

B blokunda 4 konturu əhatə edən əks əlaqələr movcuddur.

1. ÜDM ilə istehlak göstəricisi arasındakı əlaqə K multiplikatoru vasitəsilə əks

olunmuşdur. Multiplikator investisiyaların verilmiş artımında gəlirlərin nə

qədər artdığını gostərən əmsaldır.



ΔÜ=K∙Δİ (1)

Burada, ΔÜ – ÜDM-in artımı, Δİ – investisiyaların artımıdır.

Belə ki,

ΔÜ=ΔS+İ. (2)

Burada, ΔS – istehlak xərclərinin umumi həcminin (qeyri-istehsal istehlakının)

artımıdır.

Onda,


K=ΔÜ/(ΔÜ-ΔS) (3)

Və ya


K=I/(I-ΔS/ΔÜ) (3)

Burada, ΔS/ΔÜ – istehlaka meyilliyin son həddidir.

2.ÜDM ilə dovlət xərcləri arasında əlaqə avtomatik tənzimləyicilərin təsirinə

əsaslanır. Bu tənzimləyicilər isə vergi sisteminə qoyulmuşlar, yəni gəlirlərin

artımı vergilərin proqressiv artımına gətirir; bu isə, oz novbəsində, kapital

qoyuluşlarının potensial imkanlarını azaldaraq, ÜDM-in artımını stimullaşdıran

dovlət xərclərini artır.

3.Akseleratorun təsiri ilə ÜDM ilə istehsal təyinatlı investisiyalar və ehtiyatlar

arasındakı əks əlaqə qapanır. Akselerator (R), kapital qoyuluşları (İ) və son

məhsula tələbatın dəyişməsi (kapital qoyuluşunun dəyişməsi nəticəsində)

gostəriciləri arasındakı nisbəti əks etdirir:

R=İ/ΔS.

Burada, İ – kapital qoyuluşlarıdır (və ya əsas kapitalın dəyərinin dəyişməsidir).

Qeyd edək ki, əgər vahid məhsulun istehsalı ucun kapital qoyuluşlarına tələbat

muəyyəndirsə, onda akselerator aşağıdakı kimi muəyyən edilə bilər:



R=İ∙K. (5)

Burada, u – məhsulun kapital tutumunun xususi cəkisi;



K – multiplikasiya əmsalıdır.

4. ÜDM-in artımı xaricdən idxal olunan xammal, material və avadanlığa tələbi

artır. Bu isə ölkə daxilində uyğun məhsulların istehsalını ixtisara salaraq,

koməkci məhsulların istehsalını artır.



B blokunda əks əlaqələrin bir zənciri-pərakəndə qiymət indeksi ilə əməkhaqqı

arasında əks əlaqə movcuddur. Digər tərəfdən iki bloka daxil olan göstəricilərin əks əlaqələrini əks etdirən iki kontur da mövcuddur. Birinci konturun əlaqələri – olkə daxilində istehsal olunmuş məhsulun qiyməti ilə xarici ticarətin həcm gostəriciləri arasında əlaqələri; ikinci kontur isə investisiya və ehtiyatların artım gostəriciləri ilə əks olunaraq, məhsula olan tələblə təklifin nisbətindən ehtiyatların kəmiyyəti ilə ifadə olunan asılı olaraq, kapitalın təklifinin, ÜDM-in, məşğulluğun, əmək haqqının və mənfəətin dəyişməsini xarakterizə edir.

Bunlar, eyni zamanda, əlverişli investisiya mühiti yaratmaqla, mövcud imkanlardan daha səmərəli istifadə etməyə şərait yaradır.

Ölkə iqtisadiyyatına xarici kapitalın cəlb olunması prosesinin təkmil-ləşdirilməsi, nəinki xarici-iqtisadi siyasətinin yenidən qurulmasını, həm də olkədə gedən butov bir iqtisadi sistemin radikal iqtisadi islahatlarının struktur dəyişikliklərinin əsas xəttini təşkil etməlidir.



Xarici kapital qoyuluşlarının ölkəyə əhəmiyyətli miqdarda axını və inkişafı ilk öncə münbit investisiya mühütünin formalaşdırılması istiqamətində həyata keçirilən dövlət səviyəli tədbirlə sıx bağlıdır. Xarici investisiyaların həyata keçirilməsi və belə imkanların daha da təkmilləşdirilməsi üçün aşağıdakılar vacib şərtlər hesab edilməlidir, daha dogrusu, qloballaşma prosesinə uyğun, Azərbaycanda beynəlxalq sərmayə hərəkətlərinin istiqamətləri ilə bağlı olan bu problemlərin həll edilməsi məqsədəuyğun olardı:

  • münbit və əlverişli investisiya mühiti yaratmaqla, ölkədə xarici investisiyaların həyata keçirilməsinə imkan verən və iş adamlarının hüquqi normalarını müəyyən edən mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi və onların hər cəhətdən beynəlxalq standart və tələblərə uyğunlaşması;

  • sərmayelərin hərəkətinin beynəlxalq təcrübəsində tətbiq edilən səmərəli formadan geniş istifadə etməklə, dünya kapital bazarında ölkənin reklam-informasiya bazarının yaradılmaına çalışmaq;

  • inkişafı tələb edilən sənaye sahələri üçün potensial xarici investorların axtarılması və cəlb edilməsi üzrə mövcud təşkilatların funksiyalarının vahid dövlət strukturunda cəmləşməsi və ya əlaqələndirilməsi;

  • ölkənin beynəlxalq konvensiyalara, müqavilələrə qoşulması və bir çox dünya dövlətləri tərəfindən qəbul olunan qərarlara əməl etmə öhdəliyinin götürülməsi istiqamətində, həmçinin xarici investisiya siyasətində ölkənin milli və beynəlxalq mənafelərinin, dövlət və cəmiyyətin məqsədlərinin qorunması və uzlaşdırılması;

  • xarici investisiyaların tətbiqi və cəlb edilməsinin sənaye strukturunu səmərələşdirməklə, onların milli iqtisadiyyatınbütün sahələrinə istiqamətləndirilməsi;

  • birbaşa investisyalarla yanaşı, ölkəmizə zəif cəlb olunan portfel investisyaların cəlbi üçün əlverişli şəraita yaratmaq, bunun üçün qiymətli kağızlar bazarını dünya standartlarına uyğun formalaşdırmaq, investisyaların xüsusiyyətlərinin nəzərə alınması təmin olunmalıdır. Çünki, beynəlxalq (birbaşa və portfel) investisya əməliyyatlarında valyuta risklərinin idarə olunması məsələləri vacib amillərdən hesab olunmalıdır;

  • ölkənin bank sisteminin investisiya fəallığının dəstəklənməsindəki zəif iştirakı aradan qaldırılmalıdır. Xarici kapitalın iştirak etdiyi investisiya layihələrinə xidmətdə yerli bankların payı qənaətbəxş səviyyəsinə yüksəldilməlidir;

  • xarici investorların cəlb edilməsində mühüm və milli mənafe baxımından faydalı olan bir istiqaməti – idxalı əvəz edən məhsullar istehsalının təşkilinə xüsusi fikir verilməlidir;

  • xarici investisyaların təkcə mərkəzdə deyil, regionlarda yayılmasına iqtisadiyyatın digər sənaye axınına dövlət səviyyəsində kəsərli tədbirlərin görülməsi ön plana çəkilməlidir;

  • müasir şəraitdə xarici investisyaların cəlb olunması sahəsində konkret vəziyyəti öyrənmək, ölkədə investisiya mühitini təmin edən iqtisadi və qanunvericilik bazasını xarici investisyaların cəlb olunması və birgə müəssisələrin yaradılması mexanizminimüasir tələblərə uyğun təkmilləşdirilməsini təmin etmək.

Ölkənin milli iqtisadiyyatının əsas seqmentlərindən biri olan sənaye sahələrinə yönəldilən xarici sərmayelərin səmərəli və məqsədli istifadəsi, onların cəlb edilməsinin stimullaşdırılması, ölkənin gələcək sabit inkişafının,dünya iqtisadiyyatında və inteqrasyasında əsaslı mövqe tutmasıda tam təminatçısı olacaqdır.

Xarici investisyaların zəruri hüquqi mühitinin daha da zənginləşdirilməsi təkmilləşdirilməsi, onun mütərəqqi dünya səviyyəsinə uygunlaşdırılması Öölkəyə xarici investisya qoyuluşları imkanını daha da inkişaf etdirə bilər və ölkəmizin qlobalaşdırılma proseslərində fəal iştirakına kömək ola bilər.


2.3 Xarici investisiyya faliyyətinin dövlət tənzimlənməsi mexanizmi

İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi dedikdə, ölkədə vahid iqtisadi, elmi-texniki, sosial siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemi başa düşülür. Bu tədbirlərin maliyələşdirilməsi resbublika və yerli büdcələr və şəxsi vəsaitlər hesabına yerinə yetirilir. Investisiya qoyuluşları başlıca olaraqölkənin ictimai təlabatının ödənilməsinə, iqtisadiyyatın strateji sahələrinin inkişafına yönəldilir. Təsərrüfat və mülkiyyət formalarından aslı olmayaraq respublika investisiya qoyuluşları fəaliyyətdə olan ölkə qanunvericilik aktları ilə tənzimlənir. Dövlət, respublikanın sosial-iqtisadi inkişafını tənzimləmək və habelə, xalq təsərrüfatında lazımi nisbətlərin yaradılması, istehsal və sosial infrastrukturun formalaşmasına ciddi nəzarət edir.

Məlum olduğu kimi, hər hansı bir istehsal və sosial sahələrinin yaradılması yenidən, qurulması, genişləndirilməsi və beləliklə, məşğulluğun təmin edilməsi müvafiq investisiya qoyuluşlarını və ondan daha səmərəli istifadə edilməsini tələb edir.

Bunun üçün ölk lazımi maliyyə, material resurslarına malik olmalıdır. Əks halda

milli iqtisadiyyatın formalaşdırılmasını və inkişafını təmin etmək məqsədilə ölkəyə xarici investorların cəlb edilməsi zəruriyyətə çevrilir. Məhz buna görə də, müasir bazar iqtisadiyyatı şəraitində respublikamızda xarici ölkələrin marağına və Azərbaycan milli iqtisadiyyatının inkişafına tam uyğun olaraq, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi imkanı yaradılır.

Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini bir vəzifə kimi qarsıya qoyur. Bu baxımdan xarici investisiya qoyuluslarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi milli daxili məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun Dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

Bütün bunlarla yanaşı dövlət investisiya fəaliyyətinin tənzimlənməsində müxtəlif metodlardan (iqtisadi mexanizmlərdən) daha fəal istifadə etməlidir. Bu mexanizmlərə əsasən aşagıdakıları aid etmək olar:


  • vergitutma subyektlərinin və obyektlərinin, vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;

  • kredit və amortizasiya siyasətinin həyata keçirilməsi, o cümlədən əsas fondların sürətli amortizasiyası yolu ilə. Amortizasiya üzrə güzəştlər, ayrı-ayrı iqtisadi sahələr, əsas fondların və avadanlığın müxtəlif növləri və elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər;

  • ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün subvensiya, subsidiya büdcə borclarının verilməsi;

  • dövlət norma və standartlarının müəyyənləşdirilməsi;

  • antiinhisar tədbirlərinin görülməsi;

  • torpaqdan, sudan və başqa təbii ehtiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;

  • qiymətqoyma siyasətini həyata keçirilməsi;

  • investisiya lahiyələrinin ekspertizasının keçirilməsi;

  • başqa tədbirlər.

Həmçinin, investisiya fəaliyyətinin dövlət tənzimlənməsinə dövlət investisiyasının idarə olunması, habelə investisiya fəaliyyəti şərtlərinin tənzimlənməsi və bu şərtlərə investisiya fəaliyyətinin bütün subyektləri tərəfindən əməl edilməsinə nəzarət daxildir.

Dövlət investisiyasının idarə olunması respublika və yerli hakimiyyət və idarəetmə orqanları tərəfindən həyata keçirilir və büdcə, büdcədənkənar vəsaitin və həmin orqanlar tərəfindən cəlb edilən basqa vəsaitin planlaşdırılmasından, investisiyanın şərtlərinin müəyyənləşdirilməsindən və bunlarla bağlı digər məsələlərin həllindən ibarətdir.

Bazar iqtisadiyyatında dövlət investisiya fəaliyyətinin aktivləşdirilməsi üzrə aşağıdakıları tədbirlər həyata keçirir:

Maliyyə sənaye qruplarının yaradılması; mülkiyyətçinin hüquqlarının qorunması; vergi qanunvericiliyinin təkmilləşdirilməsi; lisenziyalaşdırmanın və müqavilə hüquqlarının inkişaf etdirilməsi.

Dövlət maliyyə sənaye qrupları və holdinqlər yaratmaqla o, ölkədə investisiya fəaliyyətinin sistematik həyata keçirilməsinə nail ola bilər. Holdinqlərin yaradılması onun iştirakçılarına aşağıdakı amillər hesabına öz fəaliyyətlərini genişləndirməyə imkan verir. Başqa sözlə, səhmlərin alınması hesabına onlar firmalar üzərində nəzarəti həyata keçirmək, iri şirkətlər vasitəsilə kommersiya fəaliyyətini reallaşdırmaq, dövlətlə özəl qrumlar arasında iqtisadi əlaqələri möhkəmləndirmək, vergi ödəmələrini artırmağı və risklərin səviyyəsini azaltmaq mümkün olur. Ümumiyyətlə, maliyyə sənaye qrupları ölkədə vahid texnoloji sistemə aid olan müəssisələrin birləşdirilməsi məqsədilə yaradılır. Bu da həmin sferalarda istehsalın elmi-texniki səviyyəsini yüksəltməyə münbit şərait yaradır. Bu zaman digər məqsəd xarici investorların cəlb edilməsi hesab oluna bilər.

Mülkiyyət hüquqlarının müdafiəsini təmin etmək üçün üzrə dövlət tərəfindən müəyyən qanunların, normativ hüquqi aktların qəbul edilməsi zəruridir. Bunu nəzərə alaraq ölkəmizdə investisiya fəaliyyəti və xarici investisiyaların qorunması haqqında qanunlar qəbul olunmuşdur. Bu qanunlara əsasən investorların vəsaitləri milliləşdirilə bilməz. Yəni dövlət hər bir investora vəsaitlərini hara və hansı həcmdə qoymağa müdaxilə etmir. Məhdud hallarda bəzi sahələrə investisiya qoymaq üçün dövlət hakimiyyət orqanlarından (Nazirlər Kabineti və Milli Məclisdən) razılıq almaq tələb olunur. Lakin elə sahələr də var ki, dövlətin milli təhlükəsizlik nöqteyi-nəzərindən bu sahələrə investisiya qoyulması qanunla qadağan olunmuşdur.

İnvestisiya fəaliyyətini tənzimləmək üçün dövlət vergi və kredit dərəcələrinin, texniki-sanitar-gigiyenik normaların, arxitektur normaların dəyişdirilməsini həyata keçirir. Eyni zamanda investisiya ilə yığım arasında birbaşa əlaqələr mövcuddur. Belə ki, əhalisinin gəliri az olan ölkələrdə məcmu gəlir əsasən əhalinin istehlak tələbini ödəmək üçün istifadə edildiyindən, onun çox az hissəsini investisiya kimi müəssisənin inkişafına yönəlymək mümkün olur. Məcmu gəlir tədricən artdıqca tələbin sturukturu da dəyişir (Engel qanunu). Lakin yenidən həmin vəsaitlər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına investisiya kimi ötürülür. Müəyyən müddətdən sonra əhalinin gəlirinin artmasına baxmayaraq onun tələbi əvvəlki səviyyədə qalmır, azalır və nəticədə vəsaitlər müəssisəyə investisiya kimi deyil, əhalinin əlində yığım kimi formalaşır. Məhz bu vəsaitləri investisiya kimi iqtisadiyyata yönəltmək bankların üzərinə düşür. Ona görə də Keynsin “Multiplikator nəzəriyyəsi”-nə əsasən ÜDM-lə investisiya arasında əlaqə mövcuddur.

“Xarici investisiyaların qorunması haqqında” qanun Milli Məclis tərəfindən 15 yanvar 1992-ci ildə qəbul edilmişdir. Həmin bu qanuna əsasən xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilər:

1) Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə birgə yaradılan müəssisələrdə payçılıq iştirakı;

2) Təmamilə xarici investorlara məxsus olan müəssisələrin yaradılması yolu ilə;

3) Qiymətli kağızların əldə edilməsi vasitəsilə;

4) Torpaq və digər təbii ehtiyyatlardan istifadə hüquqlarının əldə edilməsi yolu ilə;

5) Yerli müəssisələrlə müqavilələrin bağlanması yolu ilə;

Xarici investisiyalar və yaxud investisiyalı müəssisələr dövlət qeydiyyatından keçir və bu anda Azərbaycan Respublikasının hüquqi şəxsi statusunu əldə etmiş olur. Xarici investisiyalar yalnız təbii fəlakətlər və digər fövqəladə hallarda rekvizisiya edilə bilər. Rekvizisiya haqqında qərarı Nazirlər Kabineti qəbul edir. Göstərilən hər iki halda investora təxirə salınmadan müvafiq konpensasiya ödənilir. Qanunvericiliklə xarici investorlara fəaliyyətləri zamanı əldə etdiyi gəliri və yaxud kompensasiyaları istədiyi valyuta şəklində xaricə köçürməyə icazə verilir. Xarici investorlar Azərbaycan Respublikası ərazisində torpaqdan və digər təbii ehtiyyatlardan istifadə və icazə hüquqları verilir. Qanunvericiliyə görə torpağın satışı Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə qadağandır. Xarici investorlar faydalı qazıntıların kəşfiyatı və işlənməsi hüquqlarını Parlamentdə təsdiq edilən hökumət müqavilələri əsasında həyata keçirir. Azərbaycanda xarici investorlar özəlləşdirmədə iştirak edə bilərlər. Özəlləşdirmə zamanı aşağıdakılar xarici investisiyalı müəssisələr hesab edilir:

1) Təmamilə xarici investor tərəfindən özəlləşdirilmiş müəssisələr;

2) Nizamnamə kapitalında xarici investorların sayı 25 %-dən çox olan birgə müəssisələr.

Ölkəmiz iqtisadi inkişafın еlə bir səviyyəsinə çatmışdır ki, bu zaman əsas prоblеm təkcə milli iqtisadiyyata invеstisiya qоyuluşunun ümumi kəmiyyət artımında dеyil,оnların tехnоlоji, sahə, təkrar istеhsal quruluşunu təkmilləşdirmədə iştirakından, оnun həyata kеçirilməsi səmərəliliyinin artırılmasından ibarətdir. Bu da yaхın və uzaq gələcəkdə invеstisiya prоsеsində istifadə оlunan dövlət rеsurslarının sahələr arasında bir-birilə qarşılıqlı əlaqədə оlması və bütünlükdə invеstisiya-innоvasiya tələbinin artmasını təmin еdən invеstisiya multiplikatоru mехanizminin təsir еtəmsinə səbəb оlur.

Milli iqtisadiyyatın dinamik və davamlı inkişaf хaraktеrini оbyеktiv qiymətləndirmək üçün innоvasiya anlayışının və milli innоvasiya sistеminin düzgün dəyərləndirilərək şərh еdilməsi vacib hеsab еdilir. Оna görə milli innоvasiya sistеmi dеdikdə, ilk növbədə aşağıdakılar nəzərə alınmalıdır:

1. İqtisadi artımın uzunmüddətli qanunauyğunluqları;

2. Tехniki iqtisadi inkişafın bеynəlхalq,qlоbal istiqamətləri;

3. Milli iqtisadiyyatın rəqabət üstünlükləri və istiqamətləri;

4. Daхili və dünya bazarlarının tələbləri;

5. Milli iqtisadiyyatın inkişafının start vəziyyəti və rеal şərait;

6. Rеsurslar balansı və оndan istifadə dərəcəsinin vəziyyəti;

7. Milli iqtisadiyyatın yеni tələblərdən irəli gələrək struktur dəyişikliklərinin dərəcəsi.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə