Magistratura məRKƏZİ



Yüklə 0,62 Mb.
səhifə4/6
tarix26.09.2017
ölçüsü0,62 Mb.
#1690
1   2   3   4   5   6

Elmi texniki tərəqqinin nailiyyətlərinin iqtisadiyyata tətbiq edilməsi dövlət qarşısında duran əsas vəzifələrdən biridir. Ona görə də bazar iqtisadiyyatında elmi-texniki tədqiqatların həyata keçirilməsi, elmi-tədqiqat institutlarının fəaliyyətinin saxlanması və genişləndirilməsi dövlətin maraq dairəsində saxlanılır. Bu baxımdan, dövlət elmi-texniki siyasəti və onun əsas istiqamətlərini işləyib hazırlayaraq formalaşdırır. Bu istiqamətlərə aşağıdakılar aiddir:

1) Fundamental elmlərin inkişaf etdirilməsi və onların prespektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

2) Elmi tədqiqatların maliyyələşdirilməsi;

3) Elmi araşdırmalar, tədqiqatlar mərkəzinin yaradılması və dövlət müəssisəsi kimi saxlanması;

4) Beynəlxalq əməkdaşlığın aparılması;

5) Müəllif hüquqlarının qorunması və elmi kadrların sığortalanması;

6) Kadrların hazırlanması və təkmilləşdirilməsi;

Bütün bu istiqamətləri reallaşdırmaq üçün dövlət elmi-texniki siyasət sahəsində, ilk növbədə, müvafiq qanunlar qəbul edir. Hər bir dövlət milli maraqlarından çıxış edərək özünün elmi-texniki siyasətini müəyyənləşdirir və reallaşdırır.

Elmi-tədqiqatların nəticələri çox zaman gözlənilən nəticəni vermir. Ona görə də özəl bölmə əsaslı əsaslı elmi-tədqiqatlara investisiya qoymağa o qədər də can atmır. ETT-nin bütünlükdə ölkə iqtisadiyyatı, dünyada onun mövqeyinin möhkəmləndirilməsi üçün əhəmiyyətinin həlledici olduğunu nəzərə alaraq, dövlət bu sahənin inkişaf etdirilməsi məsələlərini öz üzərinə götürür. Bununla belə ETT-nin nəticələrinin məhsulun istehsal xərclərinin azaldılmasına, texnika və texnologiyanın yeniləşdirilməsinə, keyfiyyətin və rəqabət qabiliyyətliliyinin artırılmasına səbəb olduğundan, bir çox hallarda özəl bölməyə özəl qrumlarda onun nəticələrin tədqiqində maraqlı olur.

Dövlətin elmi-texniki siyasəti əməli cəhətdən ölkədə innovasiyalı inkişaf modelinə keçidin təmin edilməsi yolu ilə reallaşdırıla bilər.

Dövlətin innovasiya siyasətini həyata keçirmək üçün aşağıdakı metodlardan istifadə edir:

1) İnzibati metodlara aiddir: dövlət büdcəsindən büdcə təyinatlı elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi, xüsusi tədqiqatlar üçün dövlət sifarişlərinin həyata keçirilməsi, xüsusi dövlət proqramlarının işlənib hazırlanaraq qəbul edilməsi, elmi laboratoriyaların, təhsil strukturlarının, tədqiqat institutlarının saxlanması və maliyyələşdirilməsi, kadrların hazırlanması və s.;

2) İqtisadi metodlara aiddir: özəl bəlmədə elmi tədqiqatları həyata keçirən və maliyyələşdirən sahibkarlara vergi güzəştlərinin tətbiq edilməsi, elmi tədqiqatların nəticələrindən istifadə edən sahibkarlara gömrük tariflərində güzəştlər etməklə aşağı faizli kreditlərin verilməsi və s.

Kapitalın hərəkətinə inkişaf etmiş ölkələrin təsiri ondan ibarətdir ki, onlar kapitalın hərəkətinə qarşı olan hər cür maneçilikləri aradan qaldırırlar. Birbaşa investisiya məsələsində milli iqtisadiyyatın mənafeyinin müdafiəsi üçün lazım olan hər cür hüquqi normaları özündə saxlayır. Hər bir dövlət xaricə kapital ixracına nisbətən idxal məsələlərinə daha çox qarışır.

Dövlət aşağıdakı tənzimləmə tədbirlərindən istifadə edir:


  1. Maliyyə metodları: amortizasiyanın sürətləndirilməsi, vergi güzəşti, pul yardımı, borc verilməsi, sığorta və təminatlı kredit və s.;

  2. Qeyri-maliyyə metodları: torpaq sahəsi ayrılması, zəruri infrastruktura və təchiz edilmə, texniki yardım göstərilməsi. Xarici kapitalın tənzimlənməsində 1994-cü ildə (indoneziyyanın paytaxtı Cakartada) Asia-Sakit Okean Əməkdaşlığı təşkilatı çərçivəsində hazırlanmış sənəd daha praktikdir. Burada birbaşa xarici investisiya üçün “könüllü kodekqayda” qəbul edilmişdir. Mütəxəssislərin fikrinə görə gələcəkdə ümümdünya ticarət təşkilatı da bu “kodek”dən istifadə edəcəkdir. Burada bir çox şərtlər öz əksini tapmışdır: Investisiyyanın zəbt edilməsi; Qeydiyyatdan keçirilmənin və dönərliyin təmin edilməsi.

III FƏSİL
AZƏRBAYCANDA XARİCİ İNVESTİSİYA QOYULUŞLARININ PRİRİTET İSTİQAMƏTLƏRİ


3.1 Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırılması istiqamətləri

Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizin həyatında olduqca mühüm dəyişiklər baş vermişdir, ölkə iqtisadiyyatı özünün dinamik inkişafı ilə yeni mərhələ olan sənayeləşməyə qədəm qoymuşdur. Təkcə son beş ildə ÜDM istehsalı 29.9%, o cümlədən sənaye məhsulları 2.5 dəfə artmışdır (2008-ci il ərzində ölkə ərazisində 40.1 mlrd. Manatlıq ÜDM istehsal olunmuşdursa, 2012-ci ildə onun həcmi təxminən 54.0 mlrd. manata çatmışdır). Göründüyü kimi, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi müəyyən dərəcədə də buraya investisyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması günün vacib mərhələlərindən biridir. Ölkənin investisiya mühitinə bir sıra problemlər mane olur. Ümumiyyətlə investista mühitinə mane olan problemlər FİAS (Xarici İnvestisyalar üzrə Məsləhət Xidməti) tərəfindən 2006-cı ildə aparılan sorgunun nəticəsində daha da aydin görmək olar.



Şəkil 3.1

Investisiya mühitinə mane olan problemlərc:\users\asus\desktop\qrafik 3.2.png

Xarici ölkələrdən ölkə iqtisadiyyatına kapital qoyuluşu bu ölkənin iqtisadi mühitinin dərindən öyrənilməsini zəruri edir. Indiki dövrdə iri firmaların hamısı bu məqsədlə əvvəlcə ölkənin investisya mühitini və biznes infrastrukturunun səviyyəsini qiymətləndirir və daha sonra həmin ölkəyə investisya yatırmaqa qərar verir. Ölkədə investisiya mühitinin strukturu və onun formalaşdırılması faktorları şəkil 3.2 göstərilib.


Şəkil 3.2

Investisiya mühitinin strukturu və onun formalaşdırılması

c:\users\asus\desktop\3.1.png
Qeyd etməliyik ki, əlverişli investisiya mühitinə aşagıdakı faktorlar müsbət təsir göstərir:

  1. Dövlətin sahibkarlığı stimullaşdırılması siyasətinin stabil olması;

  2. Güzəştli vergi rejiminin mövcudluğu;

  3. Etibarlı operativ bank sistemi;

  4. Informasiya texnologiyası və infrastruktur vasitələri ilə təminatlılıq dərəcəsi;

  5. Süni yoxlama və müdaxilənin yoxluğu, göstərilməsi üçün firma şəbəkəsinin inkişafı;

  6. Intelektual mülkiyyətin möhkəm müdafiə sistemi;

  7. Təsərrüfat fəaliyyəti prosedurasının sadələşdirilməsi;

  8. Yaradıcılıq azadlığı və s. (innovativ sərbəstlik);

  9. Xarici investisiya fəaliyyətini həyata keçirmək istəyən şirkət müxtəlif məhdudiyyətlərlə qarşılaşa bilər. Ən geniş yayılmış məhdudiyyət ölkəyə gətirilən bəzi əmtələrə (texnologiya və s.) qoyulan vergi və rüsumlardır. Ona görə də belə məhdudiyyətlərin təsirinin yüngülləşdirilməsi məqsədi ilə müvafiq beynəlxalq təşkilatlar mütamadi olaraq, yaranmış şəraitə adekvat tənzimləyici tədbirlər hazırlayırlar. Məs., müasir dövrdə Azərbaycan respublikasında gömrük orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, prosedurlarının daha da sadələşdirilməsi və şəffaflaşdırılması məqsədilə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Gömrük Təşkilatı ilə birgə proqram həyata keçirilməkdədir. Aparılan sistamatik fəaliyyətin nəticəsi kimi, beynəlxalq təcrübəyə müvafiq olaraq demek olar ki, ölkəmizdə ixrac rüsumları ləğv edilmiş, idxal rüsumlarının isə 15%-lik maksimal həddi müəyyənləşdirilmişdir. Eyni zamanda daxili bazarda təkmil rəqabət mühitinin inkişaf etdirilməsi, təbii inhisarçıların tariflərinin, habelə dövlət tərəfindən müəyyənləşdirilən qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi məqsədilə ölkə prezidentinin qərarına əsasən və Nazirlər Kabinetinin 31 yanvar 2002-cil tarixli qərarı ilə “Azərbaycan Respublikasının Tarif Şurası” yaradılmışdır. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmiş və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanmışdır. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilmişdir. 

Sahibkarlar vergi orqanları və banklarla sənəd mübadiləsini yeni yaradılmış İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə həyata keçirə bilərlər. Bundan başqa, sahibkarların vergi qanunvericiliyinə aid suallarının və müraciətlərin qəbulu, onlara baxılması və operativ cavablandırılması məqsədilə 195 saylı telefon məlumat xidməti fəaliyyət göstərir.

"Bir pəncərə" sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Ölkə iqtisadiyyatına cəlb edilməsi üçün dövlətin iqtisadi siyasətində “açıq qapı” siyasətinə mühüm önəm verilir. Belə ki, milli iqtisadi inkişaf strategiyasının vacib tərkib hissələrindən biri xarici investisiyaların cəlb edilməsi, müasir texnologiyaların, avadanlığın gətirilməsi və qabaqcıl idarəetmə təcrübəsinin tətbiqi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalına nail olunması nəzərdə tutur.

Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidlə sonrakı əsaslı iqtisadi islahatlar dövründə investorların hüquq və maraqlarının qorunması, mülkiyyət toxunulmazlığının təmin edilməsi, əlverişli sahibkarlıq mühitinin formalaşdırılması, əldə edilmiş mənfəətdən sərbəst istifadənin təmin edilməsi üçün bir sıra əhəmiyyətli qanunlar qəbul edilmişdir. Azərbaycanın investisiya fəaliyyətini tənzimləmək üçün Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 1995-ci il tarixli 952 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici invstisyaların qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1992-ci il tarixli 57 nömrəli Sərəncamı ilə təsdiq olunmuş qanunları qüvvədədir. Bundan başqa ölkəmiz bir sıra xarici ölkələrlə ikiqat vergiyə cəlb olunmanın ləğvi, investisyanın cəlb edilməsi və qarşılıqlı müdafiəsi haqqında iki tərəfli sazişlər imzalanmışdır. Gəlirin başqa valyutalara konvertasiyası, başqa ölkələrə köçürülməsi, investisiya ilə bağlı bütün məsələlər aradan qaldırılmış, bazar iqtisadiyyatının pirinsipləri əsasında liberal valyuta kursu formalaşdırılmışdır. Ölkədə lisenziyalaşdırma sisteminin sadələşdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. Mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişilmiş lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 33-ə endirilmiş, lisenziyyanın müddəti isə 5 ilə qədərdən müddətsiz, ömürlük olmuşdur. Azərbaycan Respublikasının Prezdentinin 21 dekabr 2015-ci il tarixli № 713 fərmanı. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına,istehsal olunan məhsulun, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə gətirmiş olacaq.

Beynəlxalq təcrübədə investisiya yatırımı üçün ölkənin seçilməsinə təsir edən ən mühüm faktorlardan biri vergi qanunvericiliyidir. Məlumdur ki, milli iqtisadi inkişaf məqsədləri və səviyyəsindən aslı olaraq ölkələrin vergi qanunvericiliyi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.


3.2 Xarici investisiya qoyuluşunun iqtisadi səmərəliyinin yüksəldilməsi yolları

Investisiya qoyuluşlarının iqtisadi səmərəliyinin yüksəldilməsi mühüm tədbirlərdəndir. Onun təmin olunması bir sıra problemlərin həllini tələb edir ki, onlardanda iki ən mühümünü ayırmaq olar. Birinci, əlverişli investisiya mühitinin formalaşdırılması üçün kompleks tədbirlərin keçirilməsinin zəruriliyi. Qeyd edək ki, bu tədbirlərin həyata keçirilməsi son nəticədə investisiya qoyuluşu imkanlarının genişlənməsinə gətirib çıxarır. Ikincisi, investisiya qoyuluşlarının konkret itiqmətlərdə texniki təminatının yüksəldilməsidir. Başqa sözlə, xarici investisya qoyuluşlarında müasir standartlara cavab verən texnika və texnolojiyalara üstünlük verilməsinə cəhd olunmalıdır.

Qeyd etməliyik ki, investisiya qoyuluşlarının iqtisadi səmərəliyinin müəyyən edilməsi konkret metadologiyaya əsaslanır. Hələ keçmiş ittifaq dövründə iqtisadiyyatda kapital qoyuluşlarının bölgüsünün plan metoduna əsaslanan metodika fəaliyyət göstərmiş və onun əsasında çoxsaylı metodiki sənədlər hazırlanmışdır. Kapital qoyuluşlarının müəyyənləşdirilməsinin geniş yayılmış həmin metodikası müxtəlif istehsal təyinatına və məsrəflərinə həcminə əsaslanırdı. Bu metodikaya əsasən kapital qoyuluşlarının ən yaxşı variantı, onun əsasında gələcək müəssisənin illik məhsulunun dəyəriilə tikintiyə sərf olunan kapital qoyuluşunun həcminin normativ səmərəlilik əmsalı ilə müəyyən edilirdi.

XX əsrin 70-ci illərinin axrında kapital qoyuluşlarının iqtisadi səmərəliyinin müəyyənləşdirilməsinə yeni yanaşma formalaşmağa başlamışdır. Belə ki, artıq iqtisadi səmərəliyin müəyyən edilməsində qeyri istehsal sahələrinə əsaslı vəsait qoyuluşlarının, həmçinin digər sahələrin industrial inkişafının ekaloji təsiri hesabatlarının istifadə olunmasına başlanılmışdır. Başqa sözlə, kapital qoyuluşlarının iqtisadi səmərəliyinin obyektiv müəyyənləşdirilməsinə tam və kompleks yanaşma forması müəyyən edilmişdir. Bu metodika kapital qoyuluşlarının varriantlarının seçilməsində müsbət rol oynamışdır. O dövr üçün bu bir o qədər də asan iş deyildi. Amma, sonralar iqtisadi sistemin xarekterində ortaya çıxan ciddi fərqlər, xarici investisiya yatırılmasının iqtisadi səmərəliyinin müəyyən edilməsində qabaqcıl dünya təcrübəsinə yiyələnməyi zərurətə çevirmişdir. Müasir zamanda investisyaların səmərəliliyinin müəyyənləşdirilməsi hər bir ölkə üçün mühüm məsələdir. Beləki, perespektiv inkişafın təmin olunmasında investisiyaların əhəmiyyəti onların yaratdığı sosial-iqtisadi efektlə sıx bağlıdır. BMT-nin İnkişaf və Əməkaşlıq Təşkilatının beynəlxalq investisiyalara dair son hesabatında xarici investisyaları daxil olduğu ölkəyə səmərəsi aşağıdakı beş əsas qrupda təsnifləşdirilmişdir:



  • maliyyə mənbələrinin və investisiya qoyuluşlarının artırılması;

  • daha mütərəqqi yeni texnika və texnologiyaların tətbiqi və inkişaf etdirilməsi;

  • ixrac potensialının artırılması;

  • məşğulluq səviyyəsinin yüksəldilməsi;

  • ətraf mühitin qorunmasında müsbət təsir.

Iqtisadi səmərəlik həmçinin əmək məhsuldarlığının yüksəldilməsində və vacib əhəmiyyət kəsb edən digər iqtisadi məsələlərin müsbət həllində əks olunur. Bu yanaşmadan indiki şəraitdə investisya qoyuluşlarının səmərəliyinin müəyyənləşdirilməsinin əsasən iki iqtisadi və sosial aspektləri fərqləndirilir.

Investisya qoyuluşunun iqtisadi aspekdə səmərəliliyinin müəyyənləşdirilməsi zamanı əsas və əlaqəli istehsal məsrəflərinin daha ətraflı nəzərə alınmasına cəhd olunur. Burada ümumi məsrəfdə həm istehsalçıda həm də istehlakçıda yaranan effektin məbləği aydınlaşdırılır və ümumi iqtisadi səmərəlilik alınan efektin investisiya qoyuluşlarına münasibəti kimi dəyərləndirilir. Bu zaman ümumiləşdirici göstərici kimi məhsulun və ya xidmətin həcminin artımı təmin olunduqda kapital tutumunun səviyyəsi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri, məhsulun texniki keyfiyyət səviyyəsi, məhsulun və ya xidmətin material və enerji tutumu, istehsalın davamlığı, layihə gücünün mənimsənilməsi, əmək şəraitinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və s. müəyyən edilir.

Investisiya qoyuluşlarının sosial nəticələrinin müəyyənləşdirilməsi isə onun sosial normalar, standartlar və insan hüquqlarının qorunması ilə uyğunluq dərəcəsinin müqayisəsini əks etdirir. Bu baxımdan investisiya qoyuluşlarının sosial nəticələrini əks etdirən göstəricilərə aşağıdakıları aid etmək olar:


  • iş yerlərinin kəmiyyət dəyişikliyi;

  • əhalinin yaşayış və mədəni-məişət şəraitinin yaxşılaşması;

  • əmək şəraitinin dəyişdirilməsi;

  • istehsal heyyətinin strukturunun dəyişməsi;

  • əhalinin sağlamlıq səviyyəsinin yüksəlməsi;

  • əhalinin ayrı ayrı təlabatının ödənilməsində müsbət dəyişiklik.

Investisya qoyuluşlarının səmərəliyi bir neçə aspektdə, o cümlədən bütövlükdə ölkə iqtisadiyyatı, yəni makrosəviyyədə, eyni texnologiyalara əsaslanan iri müəssisələr qrupu səviyyəsində hesablandığı zaman formulda əks etdirilmiş göstəricilər müvafiq olaraq kapital qoyuluşları nəticəsində mənfəətin artımının bütün maliyyə mənbələri üzrə kapital kapital qoyuluşlarına nisbəti kimi əks etdirilir. Yeni yaradılmış müəssisələr səviyyəsində isə layihə üzrə illik məhsul buraxılışının topdansatış qiymətilə, illik məhsulun dəyəri arasındakı fərqin kapital qoyuluşlarına nisbəti əks etdirilir.

Makrosəviyyədə səmərəlilik göstəriciləri ümumi iqtisadi maraqları, həmçinin onun reallaşdırılmasında iştirak edən regionların, sahələrin və firmaların maraqlarını əks etdirir. Bu baxımdan makrosəviyyədə investisya qoyuluşlarının iqtisadi səmərəliliyi aşagıdakı düsturla müəyyən edilir:




Burada, I - investisya qoyuluşunun səmərəliliyi;



– müqayisəli qiymətlərlə milli gəlirin artımı;

K – bütün maliyyə mənbələri üzrə investisiya qoyuluşudur.

Qeyd edək ki, burada investisiya qoyuluşu nəticəsində əldə olunan iqtisadi səmərənin artımı yalnız milli gəlirin artımını deyil, eyni zamanda investisya qoyuluşlarının sosial aspektini əhatə edən keyfiyyət dəyişikliklərini də əhatə edir. Ümumiyyətlə, ayrı-ayrı investisiya qoyuluşlarının müqayisəsi və ən səmərəli olanının seçilməsində üstünlük onlardan daha çox ümumi iqtisadi müsbət effektlərə səbəb olana verilir. Bu zaman investisiya qoyuluşu ilə bağlı olan layihənin nəticələrinin tərkibinə dəyər formasında əsasən aşağıdakı göstəricilər daxil edilir:


  • sosial və ekoloji nəticələr. Investisiya qoyuluşlarının iştirakçılarının birgə fəaliyyəti nəticəsində, onun həyata keçirildiyi regionda əhalinin sağlamlığına, sosial və ekoloji mühitə göstərilən təsir bu göstərici vasitəsi ilə müəyyən olunur;

  • xarici dövlətlərin, bankların, firmaların öhdəlikləri;

  • son istehsal nəticələri. Bu göstərici investisiya qoyuluşu nəticəsində istehsal olunacaq məhsulun daxili və ya xarici bazarda reallaşmasından, investisiya qoyuluşunun tsikli dövründə yerli müəssisələrdən tərəfaş kimi istifadə edilməsindən və digər fəaliyyətdən əldə olunan gəliri əks etdirir;

  • kreditlər və birbaşa maliyyə nəticələri. Bu göstərici birbaşa sərmayeləri, həmçinin dolayı maliyyə nəticələrini əks etdirir. Buraya investisiya qoyuluşlarını həyata keçirilməsində birbaşa iştirak etməyən hüquqi və fiziki şəxslərin gəlirlərində və mülkiyyətin müxtəlif növlərinin bazar qiymətindəki baş verən dəyişiklik daxildir və s.

Xarici dövlətlərin iştirakı ilə iri həcimli investisiya qoyuluşlarının həyata keçirilməsi zamanı iştirakçı ölkələrin iqtisadiyyatında yaranan təsir effekti onun beynəlxalq əhəmiyyətliyini şərtləndirir. Bu zaman beynəlxalq miqyasda bütün növ əmtəə və xidmətlərin qiymətləri əsas götürülməklə səmərəliliyin müəyyənləşdirilməsi başlıca məqsəd kimi qiymətləndir. Belə halda nəticələrin tərkibinə aşağıdakı göstəricilər daxil edilir:

  • investisiya qoyuluşunun reallaşdırıldığı regionda iştirakçıların birgə fəaliyyəti nəticəsində əldə olunan sosial və ekolaoji nəticələr;

  • istehsal olunan məhsulun reallaşdırılmasından investisiya qoyuluşunun iştirakçılarının əldə etdikləri son istehsal nəticələri;

  • investisiya qoyuluşunda birbaşa iştirak etməyən tərəflərin gəlirlərində baş verən dolayı maliyyə nəticələri.

Qeyd etmək lazımdır ki, investisya yatırımlarının iqtisadi səmərəliyinin müəyyənləşdirilməsi zamanı kəmiyyətcə qiymətləndirilməsi mümkün olmayan siyasi, sosial, ekoloji və digər nəticələrə əlavə səmərəlilik amilləri kimi baxılır və onlar dövlət tərəfindən investisiya qoyuluşlarının həyata keçirilməsi zamanı nəzərə alınır.

Bazar iqtisdiyyatı şəraitində uzun müddətli xərc və eyni zamanda uzun müddətli gəlir gətirəcəyi nəzərdə tutulan investisiya qoyuluşlarının səmərəliliyinin investora əvvəlcədən məlum olması çox vacib şərtdir. Belə ki, azad rəqabət şəraitində xüsusi sahibkarlıq üçün geniş imkanların yaranması və investisiya fəaliyyətinin növ müxtəlifliyi kapital sahibinin daha diqqətli olmasını tələb edir. İnvestisiya xarakterli idarəetmə qərarlarının qəbulu prosesinin əsasında nəzərdə tutulan investisiya ilə gələcəkdə daxil olacaq pul həcmlərinin müqayisəsi və qiymətləndirilməsi durur.

Müqayisə edilən göstəricilər müxtəlif vaxt anlarına aid olduğundan burada əsas problem onların müqayisəsidir. Mövcud şəraitdə, o cümlədən inflasiya tempindən, investisiyaların ölçüsündən, daxilolmalardan, proqnozlaşdırma vaxtından vəs. aslı olaraq bu məsələyə müxtəlif yanaşmaq mümkündür.

Müasir dövrdə investisya qoyuluşlarının iqtisadi səmərəliyinin müəyyən edilməsi istiqamətində müxtəlif metodlardan istifadə olunur ki, onlarda diskontlaşdırılmış qiymıətləndirməyə və uçot qiymətləndirməyə əsaslanan iki qrupa bölünür. Diskondlaşdırma “Xərclər-faydalar” və “Alternativ dəyər” konsepsiyasına əsaslanır və bütün xərclərin uçotunu nəzərdə tutur. Bu zaman yalnız bütün hiss olunan material xərcləri deyil, mənəvi məsrəflər də nəzərə alınır. Faydaların və məsrəflərin qiymətləndirilməsi zamanı vəziyyət deyi son nəticə araşdırılır.

Ümumiyyətlə, investisiya xarakterli qərarların qəbul olunması prosesinin əsasında, nəzərdə tutulan investisiya ilə gələcəkdə daxil olacaq vəsaitin müqayisəli və qiymətləndirilməsi durur. Müqayisə edilən göstəricilər müxtəlif vaxt anlarına aid olduğundan, burada əsas problem onların uyğunluğudur.

Müstəqillik qazandıqdan sonra ölkəmizdə aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri xarici investisiya qoyuluşunun səmərəliyinin yüksəldilməsidir. Bu istiqamətdə görülən tədbirlərdən biri xarici iqtisadi əlaqələrin liberallaşdırılmasıdır. Təbii olaraq, liberallaşma tədiyə balansının həm cari əməliyyatlarını, həmdə kapitalın hərəkətli hesablarını əhatə edir. Bu aspekdən ilkin olaraq cari əməliyyatlar üzərində məhdudiyyətlər qısa müddət ərzində aradan qaldırılmışdır. Cari valyuta əməliyyatları üzərində heç bir məhdudiyyətin olmaması müvafiq qanunvericilikdə də təsbit edilmişdir. Hal hazırda ölkəmiz BVF ilə sazişin VIII maddəsinə də qoşulmuşdur. Ölkəyə xarici valyuta mədaxilinin məcburi satışı qaydasıda ləğv olunmuşdur.

“Valyuta tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aşağıdakılar daxildir:

Birbaşa investisiyalar, yeni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmaye; qiymətli kağızların əldə edilməsi; torpaqda daxil olmaqla binalar, qurgular, eləcədə yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr; əmtə və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;

Xarici kapitalın ölkəyə daxil olması üzərində heç bir məhdudiyyət yoxdur. Ölkəmiz xarici sərmayelərin ən effektiv forması olan birbaşa xarici investisyalardan adambaşına düşən paya görə nəinki MDB məkanında, eləcə də Şərqi Avropa ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Dövlət, eləcə də digər iqtisadi subyektlər dünyanın aparıcı beynəlxalq əmtəə dövrüyyəsi kredit təşkilatları ilə, yüksək reytinqə əmtəlik xarici banklarla əməkdaşlıq əlaqələri qurmuş və onlardan iri həcmlərdə uzunmüddətli borc vəsaitləri cəlb etmişlər.

Səmərəliyin yüksəldilməsində ölkənin bank sistemində xarici kapitalın iştirakı əhəmiyyətli dərəcədə liberallaşdırılmış. Belə ki, bank sistemində xarici bank kapitalının iştirak limiti artıq aradan qaldırılmışdır. Qanunvericiliyə görə xarici investorlar tərəfindən mənfəətin repatriasiyasına da icazə verilmişdir. Hal hazırda ölkədən kapitalın getməsinə “Valyuta tənzimi haqqında” qanunun 8-ci maddəsində göstərilmiş qaydada riayyet olunur.

İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədi ilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün aşağıda qeyd olunantədbirlər həyata keçirilir:

- şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi;

- mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması;

- stabil normativ-hüquqi rejimin təmin edilməsi məqsədi ilə dövlətin rolunun artırılması;

- investisiya fəaliyyətinin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsi;

- investisiya obyektlərinin seçimi və təhlili məqsədi ilə müəssisələr haqqında investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılması;

- əmanətlərin investisiyalara səmərəli transformasiyasını təmin edən müasir institutsional infrastrukturun inkişaf prosesinə yardımın artırılması;

- biznesin informasiya təminatının yaxşılaşdırılmasına, mühasibat uçotunun və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması.

Xarici investorların iqtisadi maraqlarının qorunması baxımından Azərbaycan iqtisadiyyatının üstünlüklərini iki qrupda cəmləmək mümkündür: 1-ci qrup amillər bütün inkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana xas olan üstünlüklərdir. 2-ci qrup üstünlüklər isə birbaşa Azərbaycana aid olan üstünlüklərdir. İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Azərbaycana aid olan üstünlüklər aşağıdakılardır:

1) inkişaf etməkdə olan ölkə olduğuna görə inkişaf potensialı inkişaf etmiş ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Daha çox inkişaf daha çox gəlir əldə etmək imkanı deməkdir. Bu prinsip dünyadakı transmilli şirkətləri daha çox inkişaf etməkdə olan ölkələrə investisiya qoymağa həvəsləndirir;

2) iri firmalar zəif inkişaf etdiyindən, daxildə rəqabət güclü deyil;

3) inkişaf etməkdə olan ölkələr yüksək risk qarşılığında daha çox gəlir əldə etmək imkanına malikdirlər;

4) inkişaf etməkdə olan ölkələrdə xarici investorlar bürokratik əngəllərlə yerli investorlarlarla müqayisədə daha az üzləşirlər.

Birbaşa Azərbaycana xas olana üstünlüklərdən aşağıdakıları göstərmək olar:

1) Azərbaycanın əlverişli coğrafi-nəqliyyat mövqeyinə malik olması ilə yanaşı, burada inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi (hava, su, dəmiryolu və avtomobil yolları, neftvə qaz kəmərləri) vardır. Bu, xariclə intensiv əlaqələr yaratmaq imkanını asanlaşdırır;

2) Zəngin təbii-iqtisadi potensiala (zəngin mineral-xammal ehtiyatları, məhsuldar torpaqlar, əlverişli təbii-iqlim şəraiti, bol və ucuz işçi qüvvəsi və s.) malikdir;

3) Bir sıra müasir texniki-iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur;

4) Güclü elmi-texniki potensial və ixtisaslı kadr ehtiyatı vardır;

5) Xarici investisiyaların cəlb olunması və onun müdafiəsi,xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında bir sıra vacib qanunların və hüquqi-normativ aktların qəbulolunması və onların həyata keçirilməsi üçün təşkilati-idarəetmə mexanizminin yaradılması;

6) Dünyanın bir sıra nüfuzlu xarici şirkətləri ilə birgə təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin yaradılması;

7) Dünyanın aparıcı ölkələri ilə dövlətlərarası iqtisadi müqavilələrin bağlanması, beynəlxalq müqavilə və sazişlərə qoşulma,beynəlxalq və regional iqtisadi birliklərə və təşkilatlara daxil olma və s. Ölkəmizin malik olduğu bu üstünlüklərdən istifadə edərək xarici investisiyaların cəlb edilməsini sürətləndirmək və biznesin inkişafına mane olan məhdudiyyətləri aradan qaldırılmaq lazımdır.

Qeyd edək ki, xarici investorlar keçid iqtisadiyyatlı ölkələrə investisiya qoyarkən 3 əsas riski qiymətləndirirlər:

- makro-iqtisadi sabitlik-iqtisadi artım, inflyasiya, valyuta məzənnə riski və s.

- institutusional risk – xarici investisiya mühiti, vergi rejimi, hüquqi tənzimləmə və korrupsiyanın səviyyəsi;

- siyasi risklər – siyasi sabitlik, siyasi azadlıqlar və s.

Azərbaycanın ümumi investisiya siyasəti hazırlanarkən göstərilən risklərin minimuma endirilməli, daxili istehsal və istehlak bazarına investorların daxil olmasına şərait yaradılmalı, istehsal sahəsinə xarici investisiyaların 2 ildən artıq müddətə cəlb edilməsi stimullaşdırılmalı, xarici investorlara kapital qoyuluşu üçün biznes mühitinin cəlbedici olduğu haqqında tam məlumat verən və beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən reytinqlərin artırılması istiqamətində iş aparan dövlət (regional) agentlikləri yaradılmalıdır. UNCTAD-ın məlumatına əsasən, 2010-cu ildə dünya ölkələrində dövlət tənzimlənməsində 149 dəyişiklik edilib. Bu dəyişikliklərin 101-i liberallaşma və məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır. Qeyd edək ki, maliyyə böhranı ilə əlaqədar olaraq xarici investisiyaların cəlbi ilə bağlı liberallaşdırılma prosesləri nisbətən zəifləyib. Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə iqtisadi tənzimləmədə 270 dəyişiklik olub. Bu dəyişikliklərin 234-ü yumşaldılmaya aiddirAzərbaycan son on il ərzində iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Bu dövr ərzində sənaye istehsalı üç dəfə artmış, ölkədə işsizlik kəskin şəkildə azalmışdır. Hazırda işsizlik səviyyəsi ölkədə beş faiz həddindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 12 faizini təşkil edir. Bu hədd müasir böhran şəraitində dünya miqyasında ən uğurlu nəticələrdən biri kimi qiymətləndirilir.

Ölkədə qeyri-neft sektorunun, əsasən də qeyri-neft sənayesinin inkişafına təsir göstərən amillər arasında iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması, iqtisadi islahatların düzgün həyata keçirilməsi və yeni mülkiyyət münasibətlərinin yaranması da mühüm rol oynamışdır. Son iki il ərzində Azərbaycan Respublikası Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2013" hesabatına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində 183 ölkə arasında 9-cu yerdə qərarlaşmışdır. Ötən dövr ərzində özəl sektorun fəaliyyətini tənzimləyən və qeyri-neft sənayesinin inkişafı üçün əhəmiyyətli olan prosedur və qaydalar xeyli liberallaşdırılmış, bu istiqamətdə dövlət maliyyə yardımı mexanizmi işə salınmış, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmiş, mənfəət vergisinin dərəcəsi 20 faizə endirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış və təsərrüfat subyektlərinin dövlət qeydiyyatına alınması prosedurları sadələşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Biznes fəaliyyətinin inkişafına dəstək məqsədilə Prezident yanında Sahibkarlıq Şurası yaradılmışdır. Qeyri-neft sektoruna maliyyə dəstəyini daha da yaxşılaşdırmaq məqsədilə xarici investorların təsisçiliyi ilə mikrokredit bankının yaradılması istiqamətində görülən işlərin sürətləndirilməsi və həmin bankların yaradılmasına nail olunması bu sahədə fəaliyyətə başlayanların ilkin kapital problemlərini həll etmək yolunda "yaşıl işıq" yandırmışdır. Ölkədə kreditlər üzrə formalaşmış illik faiz dərəcələrini aşağı salmaq məqsədilə mərkəzləşdirilmiş uçot dərəcələrinin azaldılması və Mərkəzi Bank tərəfindən kreditlər üzrə uçot dərəcəsinin 10 faizdən 7 faizə endirilməsi işgüzar mühitin fəallığına təsir göstərmişdir.

Ölkədə iqtisadiyyatın, sənayenin və özəl sektorun inkişafına mane olan amillər sırasında fəaliyyət sahələrinin lisenziyalaşdırılması sisteminin qeyri-mükəmməlliyi və bu səbəbdən də bürokratik əngəllərin yaranması kimi mənfi halların qarşısının alınması istiqamətində də əməli addımlar atılmışdır. Lisenziyalaşdırılan iqtisadi və sahibkarlıq fəaliyyəti sahələrinin sayı azaldılmış və bu istiqamətdə münbit mühitin yaradılması üzrə mühüm qanunvericilik sənədləri qəbul edilmişdir.

Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuşdur. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, "orta insan inkişafı" ölkələri qrupunu tərk edərək "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir.

Azərbaycanda qeyri-neft sektorunda, o cümlədən onun aparıcı sahəsi olan qeyri-neft sənayesində son illər müşahidə edilən davamlı inkişaf tendensiyası beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqini yüksəltməsində də əsas kimi nəzərə alınıb. Həmçinin 2011-ci ilin dekabr ayında digər nüfuzlu beynəlxalq reytinq agentliyi "Standart & Poor's" Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq "BBB" səviyyəsinədək qaldırıb və bununla da Azərbaycana investisiya reytinqi verib. Agentlik həmçinin Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artıraraq "B" səviyyəsindən "A-3" səviyyəsinə çatdırıb. Bu zaman əsas amillərdən biri kimi qeyri-neft sektorunda davamlı inkişaf nəzərə alınıb. Həmçinin iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönələn strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə göstərilib. Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. "Qara qızıl"ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyatın qurulması strategiyası öz nəticələrini verməkdədir.

Dünya İqtisadi Forumunun dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-cü ilin hesabatına görə Azərbaycan iqtisadiyyatı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Beləliklə də, son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4.41-dən 4.51-ə qalxıb və ölkə dünya sıralamasında 7 pillə irəliləyib. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini təmin etməkdədir.



Bununla yanaşı, xarici investisiyaların cəlb edilməsi və ixracın təşviqi üçün mühüm zəmin əlverişli biznes və investisiya mühitinin, müvafiq normativ-hüquqi bazanın və institutsional çərçivənin mövcudluğudur.

Azərbaycan Respublikası son illərdə əldə etdiyi iqtisadi artım templərinə görə dünyada birincilər sırasında yer almışdır. Potensial xarici investorların bu və ya digər ölkəyə sərmayə yatıran zaman ən çox önəm verdikləri iqtisadi sabitlik Azərbaycanda makroiqtisadi göstəricilərin sürətli və davamlı artımında öz əksini tapmışdır. Belə ki, 2003-cü illə müqayisədə 2013-cü ildə ÜDM 3,2 dəfə, strateji valyuta ehtiyatları 31 dəfədən çox, dövlət büdcəsinin gəlirləri isə təxminən 16 dəfə artmışdır. Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik üzrə son hesabatına əsasən, dünyada 38-ci yerdə qərarlaşan Azərbaycan makroiqtisadi mühitin sabitliyi göstəricisində 144 ölkə arasında 9-cu nəticəyə sahibdir. Bu nailiyyətlərin əldə olunmasında dövlətin özəl sektorun inkişafına verdiyi xüsusi əhəmiyyətin də böyük rolu olmuşdur. Belə ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq, bu gün ölkə iqtisadiyyatının 80%-dən çoxu özəl sektorun payına düşür. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qayda və prosedurların sadələşdirilməsi, biznesin elektron qeydiyyatı, vergi sisteminin tam şəkildə elektronlaşdırılması, “vahid pəncərə” sisteminin tətbiqi, interaktiv və informativ məlumat xidmətlərinin göstərilməsi aparılan islahatlar sırasında yer alır. Məhz bu səbəbdən, Dünya Bankı tərəfindən nəşr edilən biznes fəaliyyətinin sadəliyinə dair son hesabatda Azərbaycan 2005-ci ildən bəri ən yaxşı göstəriciyə doğru istiqamətlənən 50 ölkə arasında 15-ci yeri tutmuşdur. Həyata keçirilən islahatlarla bərabər normativ-hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi və beynəlxalq sazişlərin imzalanması Azərbaycanın yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün də etibarlı biznes məkana çevrilməsinə zəmin yaratmışdır. 46 ölkə ilə investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında, həmçinin 45 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər imzalayan Azərbaycan xarici sahibkarların hüquqlarını qoruyan beynəlxalq konvensiyalara da üzvdür. Bunlarla yanaşı, özəl sektor və dövlət arasında vasitəçi orqan qismində yaradılmış institutsional mexanizmlər dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir nümunəsidir. Yerli ixracatçılara və xarici investorlara müxtəlif xidmətlər göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), sahibkarlar üçün güzəştli kreditlər təqdim edən Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yerli və xarici investorlarla birgə investisiya layihələri həyata keçirən Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və yeni yaradılmış sənaye parklarının və sənaye məhəllələrinin qarşısında qoyulan əsas vəzifə ölkə iqtisadiyyatının qeyri-neft sektorundakı inkişafı stimullaşdırmaqdır. Bununla yanaşı, növbəti illərdə ölkə iqtisadiyyatının tarazlı və dayanıqlı inkişafını təmin etmək məqsədi ilə yüksək rəqabət qabiliyyətinə malik məhsulların istehsalının və ixracının genişləndirilməsi, bunun üçün biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, xarici ticarət prosedurlarının sadələşdirilməsi, beynəlxalq bazarlara çıxışda sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması zəruridir.

Bununla yanaşı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:



  • dövlət orqanları və bələdiyyələr tərəfindən sahibkarlıq subyektlərinə, o cümlədən xarici investorlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, onların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədi ilə elektron xidmət növlərinin genişləndirilməsi;

  • sahibkarlıq subyektlərinin, o cümlədən xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatı, tikintiyə icazələrin verilməsi, kommunal şəbəkələrə qoşulma, daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı, işçi qüvvəsinin cəlb olunması, xarici ticarət və sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin digər sahələrində prosedur, müddət və xərclərin azaldılması, eyni zamanda xarici investisiyaların cəlb olunması, qorunması və təşviqinə yönəlmiş qanunvericilik aktlarının təkmilləşdirilməsi, o cümlədən xarici ölkələrlə investisiyaların qarşılıqlı qorunması və təşviqi sahəsində ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi;

  • müvafiq dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərinə, o cümlədən xarici investorlara “vahid pəncərə” prinsipi əsasında göstərilən xidmət növlərinin genişləndirilməsi;

  • xarici investorlara və ixracatçılara xidmət göstərən investisiyaların və ixracın təşviqi üzrə institutsional mexanizmlərinin gücləndirilməsi və ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi;

  • ölkə iqtisadiyyatına, xüsusilə iqtisadi subyektlərin layihələrinə birbaşa xarici investisiyaların qiymətli kağızlar bazarı vasitəsi ilə cəlb edilməsinin stimullaşdırılması, bunun üçün qiymətli kağızlar bazarının institutusional inkişafı, maliyyə vasitəçiliyi və kollektiv investisiya sxemlərinin fəaliyyətinin təşkili və təşviqi, qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi, maliyyə şəffaflığı prinsinplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi, qiymətli kağızlar bazarına dair normativ-hüquqi bazanın təkmilləşdirilməsi və qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi;

  • Azərbaycanın ÜTT-yə üzvlüyünün sürətləndirilməsi;

  • regional inteqrasiya bloklarında fəal iştirak etmək, həmçinin region ölkələri ilə ikitərəfli müqavilə imzalayaraq xarici ticarətlə bağlı qarşılıqlı güzəştlər əldə etmək;

Xarici kompaniyalardan əsasən mənfət vergisi və ƏDV tutulur. Mənfəət vergisi dünya ölkələrində fərqlidir. Bu vergi Fillandiyada 37%, Böyük Birtaniyada 25-35%, Belçikada 30-39%, Almaniyada 56%, İspaniya və Yaponiyada isə 35% təşkil edir. Digər dolayı vergilər içərisində isə əsas yeri ƏDV tutur. Ölkəmizdə bunun tutulması 18%. Böyük Birtaniyada bu verginin orta dərəcəsi 15%, belçikada 19%,Fransada 18.6%, İtaliyada 19% təşkil edir. Bir sıra ölkələrdə xüsusi regionlar mövcuddur ki, orada fəaliyyət göstərən xarici kompaniyalara güzəştli vergi tətbiq edilir və ya onlar vergidən tamamilə azad olunurlar. Azad iqtisadi zonalar, texnoloji parklar və s. misal göstərmək olar.

Fransada xüsusi sahibkarlıq zonaları adlanan ərazilərdə (La Sena, La Sot) yaradılan müəssisələrə perefensial vergirejimi tətbiq edilir. Burada fəaliyyət göstərən kompaniyalar ilk 10 il ərzində vergidən azad olunurlar. Xarici investora vergi güzəşti tətbiq edən ölkələrdən, həmçinin Lixtenşteyn, Bermud adaları, Normand adaları, Antil adaları və s. göstərmək olar.

Ölkəmizin iqtisadiyyatının bazar modernləşdirilməsinin əsas və prinsipal şərtlərindən biri mülkiyyət hüquqlarının reallaşmasını və əmlak hüququnun varisliyini təmin edən sabit, etibarlı və dəqiq mexanizmlərin formalaşdırılmasıdır. Ölkəmizdə mülkiyyət inistutlarının əsas istiqaməti - əmlak hüququ ilə bağlı bütün mülkiyyət münasibətləri kompleksinin möhkəmləndirilməsidir. Qiymətli kağız, daşınmaz əmlak və s. mülkiyyət sahiblərinin hüquqlarının qorunmasının təkmilləşdirilməsi, qanunvericiliyə əsasən müəyyənləşdirilən ayrı-ayrı mülkiyyət növlərinə hüquqların dövlət tərəfindən,eləcə də digər şəxslər tərəfindən qeydiyyata alınma mexanizminin təkmilləşdirilməsi, mülkiyyət hüquqlarının səmərəli və etibarlı qeydiyyat sisteminin, eləcə də bağlanılan əməliyyatlar və hüquqi subyektlər haqqında informasiyanın müddətsiz saxlanması üçün təkmil bir sisitemin formalaşdırılması davam etdirilməlidir.

Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş biznes infrastrukturuna malik olan ölkələr investorları özlərinə daha çox cəlb edirlər. Investorlar belə ölkələr əlverişli investisiya iqliminə malik olan ölkələr kimi qiymətləndirilirlər.

Aydındır ki, bazar müstəqil olaraq investisiya mühiti yarada bilməz. Bu ilk öncə dövlətin qayğısıdır. Investisiya fəailiyyətinin canlandırılması və səmərəli investisiya siyasətinin həyata keçirilməsində dövlətin xüsusi rolu vardır. Iqtisadiyyatın transformasiyası dövründə bu xüsusi ilə zəruridir.

Etiraf etməliyik ki, sənaye sahələrinə qoyulan xarici investisyalar həcmcə azdır. Bunun bir çox aydın səbəbi vardır. Qarabağ “dondurulmuş münaqişə” problemi həll olmamış qaldıqca xarici investorlar tam olaraq riskə getmək istəmirlər. Digər tərəfdən xarici investisyaların həcminin azalması ölkə daxili investisya imkanlarının artması ilə də izah oluna bilər. Neft gəlirləri iqtisadiyyatın digər sahələrini inkişafı üçün olduqca əlverişli imkanlar yaradır. Məhz bu səbəblərdən, ölkəyə son zamanlar qoyulan xarici investisiyaların həcminin müəyyən azalması baş vermişdir.

İqtisadi yüksəliş və investisiya fəallığının artırılması üçün mövcud potensialından maksimum istifadə etmək məqsədilə dövlətin səmərəli makroiqtisadi siyasəti olmalıdır. Və bu halda daxili investisiya iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi çıxış edə bilər. Uzun müddətli investisiyalaşdırma üçün kommersiya banklarını stimullaşdırmaq məqsədi ilə müəyyən vergi və hüquqi güzəştlərin verilməsi, onların fəailyyətinin qiymətləndirilməsi və nəzarət edilməsi qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması, əmanətlərin mükafatlandırılmasının və vəsaitlərin prioritet sahələrə yerləşdirilməsinin çevik və işlək mexanişminin, əmtəə dövrüyyəsi infrastrukturunun və s. formalaşdırılması da əsas məsələlərdəndir.

İndi ölkəmizdə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin dahada yaxşılaşdırılması, neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Sualın əvvəlində qeyd etdiyimiz qanunların özılliyi xarici investorlara Qanunvericiliyin pisləşməsinə qarşı; İnvestisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisyasına qarşı; Dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir; vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası və s. kimi bir sıra mühüm prinsipial hüquqi təminatların verilməsidədir:

Inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrə investisiya cəlb olunmasının əsas amillərindən biri özəlləşdirmə prosesinin genişləndirilməsi olmuşdur. Polşa, Macarıstan, Çexiya kimi ölkələrin xarici investisiya cəlb olunmasındakı uğurları ilk növbədə bu amillə bağlıdır.

Ölkə prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan metalurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə vədigər sahələrin fəaliyyət göstərən şirkətlərin özəlləşdirilməyə açılması xarici investisiya axınına güclü təkan verməkdədir. Ölkə iqtisadiyyatına cəlb olunan investisiyyaların artırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığımız ilbəil genişlənir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Asya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər əmtəə dövrüyyəsi qurumları iqtisadiyyatın müxtəlif sahələrində layihələrin həyata keçirilməsinə güzəştli şərtlərlə kreditlər ayırmışlar.

Bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları da ölkəmizdə kiçik və orta biznesin inkişafını dəstəkləyən layihələr həyata keçirirlər. Misal kimi, AYİB-in Turn Around Management Qrup tərəfindən idarə edilən Biznes Məsləhət Xidməti Proqramını, USAID ACDI/VOCA təşkilatı tərəfindən həyata keçirilən əmtəə dövriyyəsi sektorun inkişafı vasitəsi ilə kiçik və orta sahibkarlığa dəstək layihəsini, BP və Dünya Bankı qrupunun özəl sektor üzrə qolu olan Beynəlxalq Əmtəə dövrüyyəsi Korporasiyasının Azərbaycanda kiçik və orta müəssisiələrə biznes xidmətlərinin inkişafı üçün texniki yardım layihəsini və s. göstərmək olar. Həyata keçirilən layihələr çərçivəsində ölkəmizdə fəaliyyət göstərən kiçik və orta sahibkarlığın əmtəə dövriyyələşdirilməsi imkanları genişləndirilir, onlar biznesin inkişafının müxtəlif istiqamətləri üzrə təlimləndirir, həmçinin müvafiq hüquqi və tənzimləyici sahənin təkmilləşdirilməsinə yardım edilir.

Azərbaycan Respublikasında investisiya fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar xidmət komplekslərinin yaradılması və inkişafına yüksək dövlət qayğısı lazımdır. Araşdırmalar göstərir ki, xarici şirkətlərin böyük əksəriyyəti özlərilə xidmət də gətirirlər. Belə ki, indi ölkəmizdə B.B, Almaniya, Fransa, Yaponiya, Türkiyə, İsveç, İtaliya və s. dövlətlər tərəfindən xidmət kompleksləri təşkil edilmişdir.

Ölkədə investisiya iqliminin yaxşılaşması vergi qanunvericiliyini təkmilləşdirmədən qeyri-mümkündür. Xarici investisyalara stimul vermək üçün vergilərin kütləvi şəkildə aşağı salınması düzgün deyildir. Son dövrlərdə çıxan nəşrlərdə göstərilir ki, vergi güzəştlərinin birxətli və qeyri-diferensial tətbiqi heç bir effekt verə bilməz. İngilis iqtisadçısı Cek M.Mins yazır ki, aşağı vergi dərəcələri rentabelliyi bir qədər artırsa da, əsasən bundan artıq rentabelli olan müəssisələr udurlar.

Xarici investisyaların vergi vasitəsilə stimullaşdırılmasında verginin differensasiyasına və ünvanlığına fikir vermək lazımdır. Qeyd edək ki, respublikamızda xarici kapitalın iştirakı ilə yaradılan birgə müəssisələrə güzəştli vergi tətbiq edilir.

Hesab edilir ki, iqtisadiyyatımızın müqayisəli üstünlüklərə malik olan proritetli sahələrini nəzərə alaraq vergi qoymanın diferensiya olunmuş pirinsipini tətbiq etmək düzgün olardı. Xarici investisyalara təqdim edilən güzəştlər rəqabət qabiliyyəti, yüksək texnologiya və s. tələblərlə şərtlənməlidir. Verginin, tarifin, güzəştin səviyyəsini müəyyən edərkən rəqib ölkələrdəki investisiya iqlimini öyrənmək də məqsədəuyğun olardı.

Xarici firmaları ölkəyə cəlb etmək üçün regionda ölkəmiz bir sıqa üstünlüklərə malikdir. Bunlara aşağıdakıları misal göstərmək olar:


  1. Ölkənin əlverişli corafi-nəqliyyat mövqeyinə malik olması ilə yanaşı, burada inkişaf etmiş beynəlxalq əhəmiyyətli nəqliyyat şəbəkəsi də (hava, su, dəmiryolu və avtomobil yolları, neft qaz kəmərləri) vardır ki, buda beynəlxalq bazarla intensiv əlaqələr və mübadilənin yaradılması imkanını asanlaşdırır;

  2. Azərbaycan güclü təbii-iqtisadi potensiala malikdir;

  3. Ölkənin bir sira müasir texniki-iqtisadi bazaya əmtəəlik sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur;

  4. Ölkənin bir sıra sahələrdə güclü elmi potensial və ixtisaslı kadr ehtiyyatı mövcuddur;

  5. Xarici investisiyaların cəlb olunması onun mühafizəsi haqqında, xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında və bir sıra bu kimi digər hüquqi-normativ aktların qəbul olunması və onların həyata keçirilməsi üçün təşkilati idarəetmə işlərinin görülməsi;

  6. Resbublikanın bir çox ölkələrlə dövlətlərarası iqtisadi əlaqələrə dair müqavilələr bağlaması, bir sıra beynəlxalq müqavilə və sazişlərə qoşulması, bir beynəlxalq və regional iqtisadi birliklərə daxil olması və s.

Son illərdə çox doğru olaraq dövlətin struktur siyasətinin istiqaməti dəyişdirilərək, qeyri-səmərəli fəaliyyət göstərən müəssisələrə dəstək göstərməyin əvəzinə daha çox infrastrukturun inkişafına, mobil işçi qüvvəsinin təmin edilməsinə, yeni sektorların dəstəklənməsinə (ilk növbədə, innovasiya və informasiya sahələrinin), müəssisələrin, təbii inhisarların yenidən qurulmasının və islahatların stimullaşdırılmasına yönəldilmişdir. Dövlət həmçinin ixracın diversifikasiyasını dəstəkləyən emal sahələrinin, xüsusilə də yüksək texnoloji sahələrin məhsulunun həcmini tədricən artırılmalıdır. İqtisadiyyatın belə geniş miqyaslımodernləşdirilməsi qısa müddətdə başa çatdırıla bilməz. Onun reallaşdırılması üçün bir neçə il tələb olunacaq və bu proses bir neçə mərhələdən ibarət olacaqdır.

Sabitlik sahibkarlıq risklərinin azaldır, intelektual kapitalın bərpaolunmasına zəmin yaradır və sosial bərabərsizliyin səviyyəsini aşağı endirir. Əlverişli investisiya mühitinin yaradılmasında əsas məqsəd və vəzifələr ümumiqtisadi inkişaf strategiyası ilə uzlaşmalıdır. Məhz buna görə ölkəmizdə investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması yaxın onilliyin ən əsas məqsədlərindən biri olmalıdır. Fikrimcə, indiki inkişaf mərhələsində, bunu təmin etmədən davamlı və dayaqlı, balanslı iqtisadi inkişafı təmin etmək mümkün olmayacaqdır.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə