Magistratura məRKƏZİ


Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətləri



Yüklə 0,62 Mb.
səhifə5/6
tarix26.09.2017
ölçüsü0,62 Mb.
#1690
1   2   3   4   5   6

3.3 Azərbaycanda xarici investisiya qoyuluşlarının prioritet istiqamətləri.

Azərbaycan Respublikası Prezdenti cənab Ilham Əliyevin dediyi kimi “Bizə çoxşaxəli iqtisadiyyat – yalnız nefdən və neftin qiymətlərindən aslı olmayan iqtisadiyyat lazımdır” Göstərilən uyğunsuzluqların aradan qaldırılmasını və iqtisadi tarazlıqın yaradılmasının bərpa olunmasının əsas vasitələrindən biri məhz investisiyalar və onlardan səmərəli istifadədir. Investisiyalarla bağlı digər mühüm məsələ böyük miqyaslı investisyalardan adekvat iqtisadi səmərə əldə edilməməsidir. sənaye üzrə bir manat investisiyaya görə əldə edilən mənfəət normativlə müqayiədə on dəfələrlə azdır.

Hazırda ölkə iqtisadiyyatına qoyulan investisiya məbləginin ildən ilə artması onu tələb edir ki, müxtəlif mənbələrdən olan investisiyalardan səmərəli istifadə etmək lazımdır. Belə ki, investisiya axınının ölkə iqtisadiyyatına cəlb edilməsi çox mühüm əməliyyat kəsb edir. Bu investisiyalar içərisində xarici investisiyaların 1991-ci ildən etibarən məbləği davamlı surətdə artmışdır. Belə ki, 1991-ci ildə 22 mln. ABŞ doları-USD, 1995-ci ildə 375.1 mln. USD, 1998-ci ildə 1212 mln. USD, 2000-ci ildə 927 mln USD, 2002-ci ildə 2234,9 mln USD, 2005-ci ildə 4893,2 mln USD, 2008-ci ildə 6847,4 mln USD, 2010-cu ildə 3037 mln USD və 2012-ci ildə 4162 mln USD investisiya təşkil etmişdir.

Xarici investisiyaların Azərbaycan iqtisadiyyatına yönləndilməsində beynəlxalq və regional iqtisadi təşkilatlarla yanaşı respublika fəaliyyət göstərən xarici investisiyalı təşkilatlar, firmalar, onların nümayəndəlikləri və s. qurumlar da böyük rol oynayır. 2012-ci ilin əvvələrində bu mənbələrdən respublika iqtisadiyyatına qoyulan sərmayelərin məbləği 250 mln. USD çox olmuşdur. Bütövlükdə ölkə iqtisadiyyatına qoyulan birbaşa investisiyaların 123,6%-ni neft-qaz sektoruna, qalan hissəsi isə digər sektorlara yönəldilmişdir.

Birbaşa xarici investisiaların strukdurundan göründüyü kimi, strateji məqsədlər və gələcəkdə yeni prioritet sahələrin yaradılması üçün hazırda xarici kapitalın imkanlarından lazımınca istifadə olunmur. Mütləq deyil ki, müxtəlif sahələrin investisiyaya olan təlabatı birbaşa investisiyalar hesabına ödənilsin. Bunun üçün digər mənbələrdən də səmərəli istifadə olunmalıdır. Respublikamızda qeyri-kredit investisiyaların əksər hissəsi neft sektoruna yönəlirsə, digər sahələrdən olan tikintiyə 5,2 %, nəqliyyat və rabitəyə 2,0 % ticarət və xidmət sahələrinə isə 1,2 % vəsait qoyulmuşdur.

Azərbaycan Respublikası Prezdenti cənab Ilham Əliyevin dediyi kimi “Bizə çoxşaxəli iqtisadiyyat – yalnız nefdən və neftin qiymətlərindən aslı olmayan iqtisadiyyat lazımdır” Göstərilən uyğunsuzluqların aradan qaldırılmasını və iqtisadi tarazlıqın yaradılmasının bərpa olunmasının əsas vasitələrindən biri məhz investisiyalar və onlardan səmərəli istifadədir. Investisiyalarla bağlı digər mühüm məsələ böyük miqyaslı investisyalardan adekvat iqtisadi səmərə əldə edilməməsidir. sənaye üzrə bir manat investisiyaya görə əldə edilən mənfəət normativlə müqayiədə on dəfələrlə azdır. Illik proqnozların təhlili göstərir ki, 2014-cü ilin sonunlarından etibarən neftin qiyməti dünya bazarında azalmaqa doğru gedir. Bu səbəbdəndə dövlət tərəfindən yeni iqtisadi strategiyalar hazırlanıb ölkəni nefdən aslı olmayan iqtisadiyyatı şaxələndirib inkişaf etdirmək məsələsi ön plana çəkildi. Dünya maliyyə böhranının dərinləşməsi şəraitində Azərbaycanın davamlı inkişafının təmin olunmasında iqtisadiyyatın şaxələndirilməsi , qeyri-neft sektorunun inkişafını həlledici rol oynayacaqdır. Son beş ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur, ÜDM-də bu sektorun xüsusi çəkisi 69,9 % çatmışdır. Bütövlükdə isə rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən, son 12 ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələnməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. Iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün inkişaf proqramları əsasında kiçik və orta sahibkarılğın dəstəklənməsinə, bu sahədə məşğul olanlara gözəştli kreditlərin ayrılmasına, kənd təsərüfatına subsudiyaların yönəldilmsinə, ölkə ərazisində nəqliyyat komnukasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar bu sahədə iqtisadiyyatın canlanmasında səbəb olmuşdur. Hazırda ölkə ərazisində istehsal olunan qeyri-neft məhsulları müxtəlif regionlara ixrac olunur. Bazar iqtisadiyyatına keçidi uğurla başa çatdıran ölkəmiz təbii resuslardan məqsədli şəkildə istifadə edərək ölkənin iqtisadiyyatını şaxələndirmək və nefdən aslılıqı minumuma endirmək məqsədinə yiyələnməkdədir. Bu sahə nəticəsində ölkəmizdə tikinti, kənd təsərüfatı, turizim, nəqliyyat, informasiya və komnukasiya texnologiyaları sektorunda davamlı artım tendensiyası davam edir. Bu tendensiyanın nəticəsidir ki, son on iki ildə ölkəmizdə yeni-yeni iş yeri yaradılmışdır ki, bununda böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial –iqtisadi inkişafının yekunlarlna və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, “Bizim uğurlarımız, doğurudan da, tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədərdə də müsbətə doğru dəyişməyib, ölkənin iqtisadiyyatı inkişaf edir. Bax indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğurudan da tarixi nailiyyətdir. Beləliklə 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük”

2015-ci ilin statistik yanvar-iyun aylarının göstəricilərinə görə 26 milyard 256,1 milyon manatlıq ÜDM istehsal olunub ki, bununda 17 milyard 568,1 milyon manatı qeyri-neft sektorunun payına düşür.

2014-cü il “Sənaye ili” elan edilməsi və bununla bağlı təstiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin də surətli inkişafına səbəb olmuşdur. Onu qeyd etmək lazımdır ki, 2015 ci ilin ilk yarım illiyində 3 milyard 669,4 milyon manatlıq qeyri sənaye malları istehsal olunmuşdur. Ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü tədbirlərin nəticəsidir.

İnvestisiya mühitinin yaxşılaşdırılması həyata keçirilən tədbirlərlə yanaşı, ölkənin investisicini təşfiqidə mühüm tədbirlər sırasında olmalıdır. Ölkənin investisiya potensialının təşviqi və prioritet sahələrə birbaşa xarici investisyaların cəlbi məqsədi ilə müntəzəm olaraq ölkədə və xaricdə biznes formlarının və digər işgüzar tədbirlərin təşkilil edilir. Investisiya yönümlü mötəbər beynəlxalq tədbirlərdə iştirakın genişləndirilməsi aparılır. Ölkənin iqtisadi potensialını, təbii resuslarını, investisiya mühitini, imkanlarını və lahiyələrini, o cümlədən ölkədəki prioritet sahələri təşviq edən təşviqat materiallarının və elektron resusların hazırlanması və yayılması, ixtisaslaşmış mötəbər beynəlxalq KİV-lərdə ölkənin təşfiqi aparılmışdır.


Şəkil 3.3

2014-cü ildə Qeyri-neft emal sənayesinin ümumi buraxılışının strukturu

c:\users\asus\desktop\şəkil 3.3 - копия.png

Respublikamızda xarici və daxili investisiya qoyuluşunun stimullaşdırlması istiqamətində müvafiq dövlət qrumları fəaliyyət göstərir. “Azərbaycan İnvestisiya Çirkəti” ASC, Azərbaycanda İxracın və İnvestisiyaların Təşkili Fondu (AZPROMO).

AZPROMO 2003-cü il 24 aprela tarixli, 865 nömrəli Fərmanı ilə təstiq olunmuş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə görə sənaye parkı ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:


  • Vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (qanunvericiliyə əsasən 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, eləcə də istehsal məqsədi ilə idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunurlar);

  • torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

  • güzəştli kreditlərin verilməsi;

  • inzibati prosedurların sadələşdirilməsi;

  • istilik və elektirik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli təkliflərin tətbiqi.

Ölkəmizdə 21 fevral 2015-ci il tarixində manatın devalvasiyası valyuta siyasətinin “üzən məzənnə” rejiminə yönəldilməsi, makroiqtisadi sahədə sabitliyin təmin olunması məqsədi ilə investisiyaların, xüsusilə xarici investisiyaların cəlb edilməsi qeyri neft sektorunun sahibkarlıq fəailiyyətinin daha münbit şəraitin formalaşması istiqamətində bir sıra qərarlar qəbul edilmişdir.

Xarici investisiya qoyuluşlarının piroritet istiqamətləri kimi hal hazırda ölkənimizdə Azərbaycan Respublikası Prezdentinin Sərancamı ilə Qaradağ Sənaye Parkının yaradılması, Mingəçevir Yüksək Texnalogiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublika Prezidentinin Fərmanı, Mingəçevir Sənaye Parkın yaradılmasın haqqında Azərbaycan Respublikası Prezdentinin Sərancamı əsasında yaradılan iqtisadi zonalarını göstərmək olar.

Bu iqtisadi zonaların yaradılması haqqında qəbul edilmiş sənədlərdə 7 il ərzində regionlar üzrə investisiya layihələrinin əmlak vergisindən tam, mənfəət vergisindən isə 50 faiz azad olunması nəzərdə tutur. Bundan başqa, tədbirlər planıda yatırılmış olan investisiyaların risklərini minumumlaşdırılmasına və gələcək gəlirliyinin artırılmasına kömək edəcəkdir.

Azərbaycanda xarici investisiya qoyuluşlarının iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə proritet istiqamətləri aşağıdakı kimi təsnifləşdirmək olar:



İqtisadiyyatın prioritet sahələri:

  1. Informasiya texnologiyalarının inkişafı

  • kompyuter texnologiyalarının inkişafı;

  • elmi və texnologiyaya əsaslanan informasiya sahələrinin inkişasfı;

  • ınternet xidmətlərinin inkişafı.

  1. Turizim sektoru

  2. Kənd təsərrüfatı

  • texniki bitkiçilik (pambıqçılıq, üzümçülük, çayçılıq,tütünçülük, şəkər çuğunduru);

  • meyvəçilik (o cümlədən məhsuldar meyvə bağlarının salınması üçün tingçilik təsərrüfatının inkişafı), tərəvəzçilik və bostançılıq;

  • heyvandarlıq;

  • cins maldarlıq (damazlıq təsərüfatların yaradılması və yaxud inkişaf etdirilməsi);

  • sənaye quşçuluğu (broyler təsərüfatının inkişafı);

  • dənli bitkiçilik (taxılçılıq);

  • baramaçılıq;

  • balıqçılı;

  • arıçılıq.

  1. Innovasiya yönümlü sahibkarlıq fəaliyyəti

  2. Yeyinti sənayesi

  • meyvə, tərəvəz, bostan məhsullarının konservləşdirilməsi və balıq konservləri;

  • ət və süd emalı məhsulları;

  • şərabçılıq;

  • təbii meyvə və tərəvəz şirələri istehsalı;

  • çörək və un məmulatları;

  • qənnadı məmulatları istehsalı;

  • müxtəlif çeşidli bitki yağları istehsalı;

  • sərinləşdirici içkilər istehsalı;

  1. yüngül sənaye

  • toxuculuq sənayesi ;

tikiş sənayesi.

  1. Kimya sənayesi

  2. Maşınqayırma sənayesi

  • elektrotexnika;

  • elektronika;

  • radioelektronika;

  • cihazqayırma;

  • dəzgah və alətqayırma;

  • nəqliyyat, kənd təsərüfatı və digər sahələr üçün maşın, mexanizm və avadanlıqlar istehsalı.

  1. Yerli xammala əsaslanan tikinti materialları istehsalı

  • mineral – tikinti xammalının (qum, çınqıl, müxtəlif qaş və mərmər) çıxarılmasına əsaslanan sahələr;

  • hörgü materiallarının (sement, əhəng, gibs) istehsalı;

  • bina və tikintilər üçün müxtəlif divar materiallarının istehsalı;

  • beton, dəmir-beton konstruksiyaların istehsalı.

  1. əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan iqtisadiyyatın sahələri (xalçaçılıq, misgərlik, duluzçuluq, dəmirçilik, dülgərlik və s.)

  2. Ağac emalı və mebel istehsalı

  3. Xidmət shələri

  • tibbi xidmət;

  • kənd təsərüfatı məhsulları üçün soyuducu anbar təsərüfatı infrasturukturun yaradılması, yaxud inkişaf etdirilməsi;

  • dondurulmuş ərzaq istehsal edən müəssisələrin qurulması.

İqtisadi rayonlar üzrə prioritet istiqamətlər

Abşeron iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

  1. Yerli xammala əsaslanan tikinti materialları istehsalı.

  • hörgü materiallarının (sement, əhəng) istehsalı;

  • mineral-tikinti xammalının (qum çınqıl,müxtəlif daş);

  • bina və tiklilər üçün müxtəlif divar materiallarının istehsalı;

  • beton və dəmir-dəmir beton konystruksiyaların istehsalı;

  • digər tikinti materialları istehsalı.

  1. Kənd təsərrüfatı

  • tərəvəzçilik;

  • heyvandarlıq (ət, süd, yağ, pendir, yun və s.)

  • sənaye təyinatlı quşçuluq (broyler təsərüffatının inkişafı);

  • ət və süd emalı;

  • çörək və un məmulatları istehsalı;

  • zeytun və zəfəran təsərüffatının inkişafı.

  1. Yeyinti sənayesi

  • meyvə və tərəvəz məhsullarının konservləșdirilməsi və balıq konservləri;

  • ət və süd emalı;

  • çörək və un məmulatları istehsalı;

  • qənnadı məmulatları istehsalı;

  • təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı.

4. Yüngül sənaye

  1. Kimya sənayesi

  2. Mașınqayırma sənayesi

  3. Ağac emalı və mebel istehsalı

Quba-Xaçmaz iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

  1. Kənd təsərüfatı

- meyvəçilik, tərəvəzçilik və bostançılıq;

- heyvandarlıq;

- əkinçilik (taxılçılıq, üzümçülük);

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- arıçılıq;

- balıqçılıq.



2. Turizm sektorunun inkișafı

3. Yeyinti sənayesi

- meyvə, tərəvəz və bostan məhsullarının konservləșdirilməsi və balıq konservləri;

- ət və süd emalı;

- șərabçılıq;

- çörək və un məmulatları istehsalı;

- qənnadı məmulatları istehsalı;

- təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı.

4. Yüngül sənaye

- toxuculuq;

- tikișçilk.

5. Yerli xammala əsaslanan tikinti materialları istehsalı

- mineral-tikinti xammalının (qum, çınqıl, müxtəlif daș);



6. Ağac emalı və mebel istehsalı

Dağlıq-Șirvan iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

1. Kənd təsərrüfatı

- heyvandarlıq;

- əkinçilik (taxılçılıq, üzümçülük);

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- arıçılıq;

- balıqçılıq (nohur balıqçılığı).



2. Turizm sektorunun inkișafı

3. Yeyinti sənayesi

- șərabçılıq;

- ət və süd emalı;

- çörək və un məmulatları istehsalı;

- təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı.

4. Yüngül sənaye

- toxuculuq.



5. Yerli xammala əsaslanan tikinti materialları istehsalı

- mineral-tikinti xammalının (qum, çınqıl, müxtəlif daș);

- digər tikinti materialları istehsalı.

6. Ağac emalı və mebel istehsalı

Șəki-Zaqatala iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

1. Kənd təsərrüfatı

- heyvandarlıq;

- dənli bitkiçilik (taxılçılıq);

- texniki bitkiçilik (üzümçülük, pambıqçılıq və tütünçülük);

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- arıçılıq.



2. Turizm sektorunun inkișafı

3. Yeyinti sənayesi

- ət və süd emalı;

- șərabçılıq;

- çörək, un və un məmulatları istehsalı;

- qənnadı məmulatları istehsalı;

- təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı.



4. Yüngül sənaye

- toxuculuq;

- tikișçilik.

5. Yerli xammala əsaslanan tikinti materialları istehsalı

- mineral-tikinti xammalının (qum, çınqıl, müxtəlif daș);



6. Ağac emalı və mebel istehsalı

Gəncə-Qazax iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

1. Kənd təsərrüfatı

- heyvandarlıq;

- dənli bitkiçilik (taxılçılıq);

- texniki bitkiçilik (üzümçülük);

- tərəvəzçilik və bostançılıq (kartof);

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- arıçılıq;

2. Turizm sektorunun inkișafı

3. Yeyinti sənayesi

- ət və süd emalı;

- șərabçılıq;

- çörək, un və un məmulatları istehsalı;

- qənnadı məmulatları istehsalı;

- təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı;

- müxtəlif çeșidli bitki yağları istehsalı.

4. Yüngül sənaye

- toxuculuq;

- tikișçilik.

5. Yerli xammala əsaslanan tikinti materialları istehsalı

- mineral-tikinti xammalına (qum, çınqıl, müxtəlif daș və mərmər) çıxarılmasına

əsaslanan sahələr;

- hörgü materiallarının (sement, əhəng, gips, gəc və s.)



6. Ağac emalı və mebel istehsalı

Lənkəran iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

1. Kənd təsərrüfatı

- heyvandarlıq;

- sitrus bitkiləri məhsulları istehsalı;

- texniki bitkiçilik (çayçılıq, üzümçülük);

- dənli bitkiçilik (taxılçılıq);

- tərəvəzçilik və bostançılıq məhsulları istehsalı;

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- balıqçılıq;

- arıçılıq.

2. Turizm sektorunun inkișafı

3. Yeyinti sənayesi

- ət və süd emalı;

- șərabçılıq;

- çörək, un və un məmulatları istehsalı;

- qənnadı məmulatları istehsalı;

- təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı;

- tərəvəz və balıq konservləri istehsalı.

4. Yüngül sənaye

- tikișçilik.



5. Tikinti materialları istehsalı

- mineral-tikinti xammalına (qum, çınqıl) çıxarılmasına əsaslanan sahələr;

- digər tikinti materialları istehsalı.

6. Ağac emalı və mebel istehsalı

Aran iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

1. Kənd təsərrüfatı

- heyvandarlıq;

- texniki bitkiçilik (pambıqçılıq, üzümçülük, șəkər çuğunduru);

- dənli bitkiçilik (taxılçılıq);

- meyvəçilik, tərəvəzçilik və bostançılıq məhsulları istehsalı;

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- balıqçılıq;

- arıçılıq.



2. Yeyinti sənayesi

- kənd təsərrüfatı xammalına (ət, süd, pambıq) əsaslanan emal sahələri;

- șərabçılıq;

- meyvə, tərəvəz, bostan məhsulları və balıq konservləri istehsalı;

- çörək, un və un məmulatları istehsalı;

- qənnadı məmulatları istehsalı;

- təbii meyvə șirələri və sərinləșdirici içkilər istehsalı;

3. Yüngül sənaye

- toxuculuq;

- tikișçilik.

4. Tikinti materialları istehsalı

- mineral-tikinti xammalına (qum, çınqıl) çıxarılmasına əsaslanan sahələr;

- hörgü materialı (sement) istehsalı;

- beton və dəmir-beton kostruksiyalar istehsalı



5. Kimya sənayesi

6. Mașınqayırma sənayesi

7. Ağac emalı və mebel istehsalı

Yuxarı Qarabağ iqtisadi rayonu üzrə iqtisadiyyatın prioritet istiqamətləri

1. Kənd təsərrüfatı

- heyvandarlıq;

- texniki bitkiçilik (üzümçülük);

- dənli bitkiçilik (taxılçılıq);

- sənaye təyinatlı qușçuluq (broyler təsərrüfatlarının inkișafı);

- arıçılıq.



2. Yeyinti sənayesi

- kənd təsərrüfatı xammalına (ət, süd, pambıq) əsaslanan emal sahələri;

- șərabçılıq;

- çörək və un istehsalı;



3. Yüngül sənaye

- toxuculuq;



4. Tikinti materialları istehsalı

- mineral-tikinti xammalına (qum, çınqıl) çıxarılmasına əsaslanan sahələr;



NƏTİCƏ VƏ TƏKLİFLƏR

Iqtisadi nəzəryələrdən məlumdur ki, resuslar nə qədər məhdud olarsa onun daha da səmərəli istifadə edilməsinə tələb artar. Bu nöqteyi nəzərdən dövlətin investisiya qoyuluşlarını maliyyələşdirilməsi məhdudluğu aktuallıq kəsb edir. Müstəqilliyin ilk dövrlərində milli iqtisadiyyat böhran vəziyyətinə düşmüşdür. Bu şəraitdə yeganə yol xarici investisiyaların ölkəyə cəlb olunması yolu ilə milli iqtisadiyyatı yenidən dirçəltmək öz ayaqları üstünə qaldırmaq idi. Məhz bu amilə görə də həmin dövrdə Azərbaycanın investisiya siyasətinin əsas xarici investisiyaların daha çox neft sektoruna cəlb olunması idi. Xarici investorlar üçün investisiya mühitinin formalaşması sahəsində müəyyən tədbirlər görüldü. Bunun nəticəsidir ki, Azərbaycanın iqtisadiyyatına qoyulan investisiyaların həcmi milyard dollarlarla hesablanır.

Ölkəmizin müasir investisiya siyasətinin əsas xüsusiyyəti isə iqtisadiyyatın neftdən aslılığını tamamilə azaldılması və neftdən gələn gəlirdən qeyri-neft sektoruna investisya şəklində yönləndirilməsi yolu ilə bu sektorun yüksək inkişafına nailolmaqla müəyyən olunur. Buna nail olmaq üçün isə mövcud istehsal obyektlərinə innovasion investisiyalar yönəltməklə onların istehsal gücünü artırmaq və elmi texniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə yeni istehsal müəssisələri yaratmaq.

Hal hazırda yaxın şərqdə yeni alovlanan müharibələr iqtisadi əlaqələrə ölümcül zərbələr endirir. İran, Iraq, Suriya, Misir kimi ölkələrdə vətəndaş müharibələri istehsal və xidmət infrastrukturlarını məhv etmiş. Ticarət və nəqliyyat xətləri tam şəkildə sıradan çıxmışdır. Qonşu Türkiyə Cumuhiriyyəti hal-hazırda ölkə daxilində və Anadolu hissəsində aktiv şəkildə anti terror əməliyyatları aparır. Ölkəsinin ən böyük yüngül sənaye ixracatçısı olan Rusya ilə hal hazırda iqtisadi əlaqələr böhran vəziyyətindədir. Bir çox mallara Rusiya tərəfindən qadağalar qoyulub. Teror səbəbi ilə proqnozlaşdırılan turist gəlşidə özünü dogrultmayacaqı gözlənilir.

Yuxarıda qeyd olunanlar ölkəmizi regonda sabit iqtisadi durum kimi görsənməsini daha qabarıq şəkildə göstərir. Və gələcək xarici investisyaların regionda bizim ölkəyə yatırılmasına zəmin yaradır.

Tədqiqatın yekunu olaraq aşağıdakı nəticələr əldə edilmişdir:



  • xarici investisiyanın cəlb olunması üzrə müasir system təkcəməlumat dəstəyi deyil, eyni zamanda maliyə və davamlı dəstək formasındada nəzərdə tutur. Bir çox ölkələr ənənəvi dəstək mexanizmiləri ilə yanaşı, investisiyaların təşviqi və stimullaşdırılması üzrə yeni mexanizmlərin tətbiqinə başlanılmış, yeni güzəşt proqramları qəbul edilmişdir. Xarici investisiyaları cəlb etmək və investor dəstək məqsədi ilə “vahid pəncərə” mexanizminin tədqiqinə başlanılmış, vergi yükü azaldılmışdır. Xarici investisyaların cəlb edilməsi əhəmiyyətli dərəcədə əqli mülkiyyət sisteminin mövcudluğu və əqli mülkiyyətin qorunmasının etibarlığı ilə bağlıdır bu sahənin də inkişafına diqqət ayrılmışdır;

  • 2014-cü ildən dünya bazarında neftin qiymətinin sürətlə uculaşması, maliyə böhranının dərinləşməsi şəraitində iqtisadiyatımızın davamlı inkişafının təmin olunmasında onun şaxələndirilməsi, xarici investisyanın qeyri neft sektoruna cəlb olunması, ixracın genişlənməsi iqtisadi siyasətin əsas prioritetlər istiqamətlərindəndir;

  • qeyri-neft sektorunun inkişaf prioritetlərinə uyğun olaraq idxalı əvəzləyici və ixrac yönümlü xarici investisyaların axınının stimullaşdırlması, qeyri-neft ixracının həcminin artırılması və yeni bazarlara çıxışların təmin olunması. Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi vacibdir: Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi; Ölkə iqtisadiyyatının yüksək əlavə dəyəri olan xarici investisiyaların həcminin artırılması və strukturunun təkmilləşdirilməsi; İnvestisiya mühitinin cəlbediciliyini yüksəldən kreativ iqtisadiyyatın inkişaf etdirilməsi; xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlərin tətbiq olunması, dövlət və özəl sector arasındakı investisiya əməkdaşlığını inkişaf etdirilməsi; Maliyyə bazarı vasitəsi ilə investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi; Xarici investisiyaların iqtisadiyatın şaxələndirilməsi məqsədi ilə qeyri-neft sektorunun prioritetləşdirilmiş sahələrinə daha intensive cəlb edilməsi.

  • xarici investisiyaların Azərbaycana cəlb edilməsi üçün ölkəmizə xas olan üstünlüklərdən aşağıdakıları göstərmək olar: Azərbacan əlverişli corafi-nəqliyyat mövqeyinə malik olması ilə yanaşı, burada inkişaf etmiş beynəlxalq əməliyyat nəqliyyat şəbəkəsi (hava, su, dəmiryolu (hazırda Ukraniyadan çıxmış dəmir yol vaqonları, ölkəmizdən keçməklə 1 ay ərzində Çin XR çatır) və avtomobil yolları, neft və qaz kəmərləri) vardır. Bu xariclə intensivəlaqələr yaratmaq imkanını asanlaşdırır; zəngin təbii-iqtisadi potensiala malikdir. Bir sıra müasir texniki –iqtisadi bazaya malik sənaye müəssisələri, istehsal sahələri və infrastruktur obyektləri mövcuddur; Xarici investisiyaların cəlb olunması və onun müdafiəsi, xarici iqtisadi əlaqələrin liberallaşdırılması və inkişafı haqqında bir sıra vacib qanunların və hüquqi normative aktların qəbulolunması və onların həyata keçirilməsi üçün təşkilati-idarəetmə mexanizmlərinin yaradılması; Beynəlxalq müqavilə və sazişlərə qoşulması, regional iqtisadi birliklərə daxil olma və s.;

  • xarici investisya cəlb edilməsi mühitinin dahada yaxşılaşdırılması istiqamətində aşağıdakı tədbirlər görmək məqsədə uyğundur: xarici investorlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması; Onlara xidmətdə electron xidmət keyfiyyətinin yüksəldilməsi vəgenişləndirilməsi; Xarici investisyaların cəlb olunması, qorunması və təşfiqinə yönəldilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsi, ikitərəfli müqavilə hüquq bazasının genişlənməsi;Xarici investorlara “vahid pəncərə” pirinsipi əsasında göstərilən xidmət növünün genişlənməsi; Xarici investorlara və ixracatçılara xidmət göstərən investisiyaların və ixracın təşfiqi üzrə inistisonal mexanizmlərin güclənməsi. Xarici investorlar tərəfindən ölkədə istehsal olunan məhsullarda və göstərilən xidmətlərdə yerli komponentin artırılması üçün xarici investorlar və yerli istehsalçılar arasında kommersiya əlaqələrinin yaradılması məqsədilə təçhizatın inkişaf proqramınin təşkili.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə