MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə36/46
tarix13.12.2017
ölçüsü2,89 Kb.
#15409
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
151 
151 
151 
məsləhət  görərdim  ki,  Borxesin  başqa  əsərləri  ilə  yanaşı, 
―Qum  kitabı‖  hekayəsini  də  oxumamışdan  əvvəl  özlərini 
mütləq  psixi  və  ruhi  sakitləşdirsinlər,  çünki  sinirləri  zəif  - 
intellekti aşağı olanlara o dahiyanə mətn çox dəhşətli təsir edə 
bilər.
 
Nobel  mükafatçısı  Orxan  Pamukun  "Yeni  həyat"  romanında 
da  əsərin  qəhrəmanı  kitabdan  xilas  olmaq  istəyir,  bu  paralel 
məqamlar  tədqiqatçı  kimi  diqqətimi  çəkir.  Borxes  öz 
dövründə  və  özündən  sonrakı  bütün  intellektual  sənətkarlara 
təsir  edib,  o  cümlədən  diqqətlə  axtarsaq,  Orxan  Pamuk 
yaradıcılığında  da  biz  bunu  müşahidə  edirik.  Ümumiyyətlə, 
kitab kultu, kitabın bütləşdirilməsi, kitablar kitabı, kitaba qarşı 
üsyan,  kitabın  həyatı  və  dünyanı  əvəzləyə  bilməsi  kimi 
düşüncələr tarixən də yazıçı və filosofları çox düşündürüb. Bu 
mənada elə bizim Mirzə Cəlilin ―Anamın kitabı‖ pyesi, yaxud 
Muğannanın  ―İdeal‖  əsərindəki  gizli kitablarla bağlı hissələri 
də yada sala bilərik.  
Bu  hekayə,  dünya  ədəbiyyatnın  şedevrlərindən  sayılır,  bəs 
Borxes  o  əsəri  ilə  oxuculara  ötürmək  istədiyi  əsas  mesaj 
nədir?! 
Suala  birmənalı  cavab  vermək  çətindir:  əslində, 
bayqdan  bunun  anlamını  verməyə  çalışırdım,  fəqət  Borxes 
yaradıcılığının  şah  nümunələrindən  sayılan  bu  hekayə-
pritçanın  yalnız  mətnin  özündə  görünən  məqamları  deyil, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
152 
152 
onun bizim şüurumuzda oyandırdığı cəhətlərə diqqət ayırmağı 
üstünlük  verərdik.  Əsərdə  cavabı  axtarılan  kitab,  insan, 
zaman-məkan,  dünya  sirlərinin  cavablarını  da  məhz  bunda 
aramaq lazım gəlir... 
 
“Ədəbiyyat qəzeti”, 15 iyul 2014-cü il tarixli sayı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
153 
153 
153 
 
Xorxe Luis Borxes 
 
Qum kitabı 
 
“Sənin qum kanatın...”  
 
Corc Herbert 
 
    
 Xətt  saysız-hesabsız  nöqtələrdən  ibarətdir:  külli-miqdarda 
xətlərdən  müstəvi,  sonsuz  müstəvilərdən  fəza  yaranıb,  kainat 
isə nəhayətsiz fəzalar toplusudur...   
Xeyr,  hekayəmi  başlamaq  üçün  bu,  şübhəsiz  ki,  heç  də  ən 
yaxşı  –  geometrik  –  vasitə  deyil.  Hər  hansı  bir  uydurulmuş 
hadisə  belə  duruşların  ədalətliliyini  sübut  edə  bilər.  Mənim 
indicə danışdıqlarım isə heç də uydurma deyil... 
Buenos-Ayresin  Belqrano  küçəsindəki  binaların  birinin 
dördüncü mərtəbəsində mənzil kirayələyib tək yaşayıram. Bir 
neçə  ay  bundan  öncə  axşamdan  azca  keçmiş  qapının 
döyüldüyünü eşitdim. Qapını açdım və astanada tanımadığım 
bir  adam  gördüm.  Bu,  ucaboylu  üzünün  cizgiləri  ilə 
başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, 
mən  yaxını  pis  görürdüm  deyə,  onun  simasındakı  cizgiləri 
qarışdırdım.  Əlində  boz  çamadan,  əynində  boz  rəngli  paltar 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
154 
154 
geyinmiş  bu  adam  çox  təvazökar  görsənirdi.  Beləcə,  mən  o 
dəqiqə  başa  düşdüm  ki,  qarşımdakı  əcnəbidir.  Əvvəlcə 
naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər 
sonra  onun  az-az  rast  gəlinən,  lap  skandinaviyalılar  kimi 
parıldayan  işıqlı  simasına  və  saçlarına  aldandığımı  başa 
düşdüm. Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm 
üçün aydınlaşdırdım ki, onun əsli Orkney adalarındandır.  
   Mən naməlum adamı içəri çağırıb ona oturmağa stol təklif 
etdim.  Danışmazdan  əvvəl  o,  nəyə  görəsə  bir  qədər  susdu. 
Nədənsə  çox  kədərli  görünürdü:  indi  mən  də  elə  o 
vəziyyətdəyəm. 
- Mən ―Bibliya‖ satıram, - qəfildən o dilləndi. 
- Bu evdə, Con Viklif tərəfindən ilk dəfə nəşr edilən də daxil 
olmaqla,  bir  neçə  ingilisdilli  ―Bibliya‖  var,  –  hədindən  artıq 
vasvasılıqla  qeyd  etdim,  -  mən  hələ  Kiprianno  de  Valerin 
bədii  nöqteyi-nəzərdən  ən  pisi  sayılan  Lüteran  və  Vulqatın 
latınca  ―Bibliya‖larını  demirəm.  Göründüyü  kimi,  mənim  siz 
düşündüyünüz qədər də, ―Bibliya‖ya ehtiyacım yoxdur.  
Bir qədər susandan sonra dedi:  
-  Mən,  sadəcə,  ―Bibliya‖  satmıram.  Sizə  Bikaner  ətrafında 
əlimə  düşən  müqəddəs  bir  kitabı  da  göstərə  bilərəm.  Çox 
güman ki, həmin kitab sizin marağınıza səbəb olar/ 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
 Aydın Xan Əbilov              Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
 
155 
155 
155 
O,  çamadanından  kitabı  çıxardı  və  masanın  üstünə  qoydu. 
Bu,  kətan  üzqabıqlı  inoktavonun  hansısa  bir  cildi  idi.  Şübhə 
etməyə  dəyməzdi  ki,  bu  kitabın  çoxsaylı  sahibi  olmuş  və  o, 
əldən-ələ keçmişdi.  
Kitabın üz qabığında bu sözlər həkk edilmişdi: 
 ―Müqəddəs  yazılar‖  və  bir  qədər  aşağıda  isə  qeyd 
olunmuşdu: ―Bombey‖ 
- Yəqin XIX əsrə aiddir, - soruşdum. 
-  Bilmirəm,  -  o,  cavab  verdi,  -  düzü,  heç  özüm  də 
müəyyənləşdirməmişəm. 
Mən  sadəcə  elə-belə  kitabı  açdım.  Səhifələrdəki  hərflər 
gözümə  çox  qəribə  görsəndi.  Lap  ―Bibliya‖dakı  kimi, 
köhnəlmiş  səhifələrdə  səliqəsiz  yığılmış  şiriftlər  iki  cərgə 
aşağı  gedirdi:  kiçik  hərflər  qısa  sətirlərə  düzülmüşdü.  Mən 
müşahidə  edib  gördüm  ki,  sol  səhifənin  nömrəsi,  deyək  ki, 
40514  qeyd  edilmişdirsə,  əks  tərəfdə  yəni  sağ  səhifənin 
nömrəsi  999  göstərilmişdi.  Tez  səhifəni  çevirdim  –  burada 
artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.  
Burada,  həmçinin,  lüğətlərdəki  rəsmləri  xatırladan,  sanki 
hansısa  məktəblinin  yöndəmsiz  əl  işinə  oxşar  –  pero  və 
mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.  
Bu zaman naməlum adam dedi:  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə