www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
2
2
www.elmler.net
Virtual İnternet R
esurs M
ərkəzinin təqdimatında
“Gənc elektron elm”: 70 (22 - 2014)
Bu elektron nəşr
Azərbaycan Respublikasının Prezidenti
y
anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilə
n,
Yeni
Yazarlar və Sənətçilər Qurumunun
―
Gənc elektron elm –
Virtual İnternet resurs mərkəzi” innovativ
-intellektual
layihəsi
çərçivəsində rəqəmsal nəşrə hazırlanır və yayımlanır.
Elektron kitab N 70 (22 - 2014)
Layihənin maliyyələşdirir:
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu
:
http://youthfoundation.az
YYSQ -
http://www.yysq.org
http://www.elmler.net
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual-Elektron Kitabxananın
e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov),
yazar-kulturoloq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Aydın Xan Əbilov Kreativ innovasiya: qlobal mədəniyyətin şifrələri
7
7
7
Kulturologiya: zamanın nəbzini tutan
baxış...
Çağdaş kulturologiya klassik düşüncə texnologiyalarına
rəğmən daha çevik və qlobal geo-mədəni, milli və bəşəri
baxışlar sistemini özündə birləşdirir. Bu mənada bir nümunə
göstərmək mümkündür. İslam Şərqini, eləcə də Hindistan,
Çin, ABŞ, Qərb müsəlmanlarını çalxalayan növbəti
təhrikedici ―incəsənət‖ nümunəsi - ABŞ vətəndaşı rejissor
Sem Besilin çəkdiyi qalmaqallı, heç bir sənət dəyəri kəsb
etməyən, islamafobiyanın növbəti göstəricisinə çevrilmiş
―Müsəlmanların məsumiyyəti‖ adlı film bir daha sübut etdi ki,
ənənəvi baxışlarla mədəniyyətə qiymət vermək olmaz. Hətta
bir çox kulturoloqlar da orta məxrəcə gəlməyə başlayıblar ki,
hər yaradılan sənət nümunəsini böyük mənada mədəniyyət
əsəri saymaq olmaz. Məlum mövzuda təhrikedici karikatura,
eləcə də bu mənasız növbəti film qalmaqalı İslam dünyasında
Qərbə qaşı növbəti əks-reaksiyaya səbəb oldu: bir sıra
ölkələrdə ABŞ səfirliyinə hücum, diplomatların həyatına qəsd
və başqa şiddət halları göstərir ki, sivilizasiyalararası
münaqişəyə, insanların hiddətinə səbəb olan, dini baxışlara
həqarət edən, mədəniyyətin dialoquna xələl gətirən istənilən