www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
135
Lakin kataklizmlərə, hansısa sosial, məişət, siyasi xarakterli
problemlərə baxmayaraq bəşəriyyət, dünya inkişaf edir. Biz
razılaşmalıyıq ki, bütövlükdə intellekt, idrak, şüur və mədəniyyət
irəli gedir. Multikulturalizm ümumi bəşər varlığının inkişafının
əsaslarından biridir.
Multikulturalizmə dair çox misallar gətirmək olar. Mən bir filoloq
kimi ədəbiyyata müraciət etmək istərdim. Məsələn, əgər insanın
şüurunda və intellektində mücərrəd təfəkkür, yaradıcı fikrində
multikulturalizm ideyası olmasaydı, onda Nizami hələ o vaxt, XII
əsrdə yeddi mədəniyyəti təsvir etdiyi ―Yeddi gözəl‖ əsərini
yazmazdı. Höte, deyək ki, ―Şərq divanı‖nı yazmazdı. Yalnız
ədəbiyyat və poeziya sahəsində deyil, eyni zamanda memarlıq
sahəsində də dünyaya öz incilərini – şah əsərlərini bəxş edən ərəb-
ispan mədəniyyəti yaranmazdı. Orta əsrlərdə islam və xristianlığın
belə sintezi mədəniyyətlərin dialoqu, yəni yenə də multikulturanın
çiçəklənməsidir. Bu proses bugün də davam edir. Yəni
miltikulturalizm hadisəsi yeni deyil və biz çağırışlarımızla
insanların yaddaşlarında, kütlənin şüurunda həmişə olanları bərpa
etmək istəyirik. Bunsuz bəşər inkişafı mümkünsüzdür.
Lakin bu gün müasir dünyada bu terminlə bağlı yeni problemlər
yaranır. Və bügün o, bir başqa məna əldə edir. O, Amerika kimi
ölkələrə, ―qaynar qazan‖ ideyasına, yəni bir ölkədə bir çox
millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət
anlayışı olmayan dövlətlər modelinə yaxındır. Eyni şey sovet
dövründə, fərqli mədəniyyətlərə, fərqli dünyagörüşlərinə, fərqli
mentallılıqlara aid insanların bir dövlətdə birləşdiyi beynəlmiləl
sovet dövlətində də var idi.
Bu gün Avropa multikulturalizmin iflasa uğradığını qəbul və bəyan
edir. Hətta bəzən bunu dövlət xadimlərinin dilindən də eşitmək
olur. Yəni bu multikulturalizmin fərqli şərhlərinin mövcudluğunu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
136
bildirir. Multikulturalizmin iflası ictimai məsələlərdə, siyasi
məsələlərdə ola bilər, ―titul millətin‖ öz üstunlüyünü vurğuladığı və
beləliklə də ən yaxşı halda multikulturalizmin daha az inkişah etmiş
komponentləri özünü təcrid olunmuş vəziyyətdə hiss edir, ən pis
halda isə müəyyən natamamlıq kompleksləri duyur. Belədə
münaqişələr yaranır. Onlar daha çox ictimai, siyasi xarakterli olur.
Bu aspekt multikulturalizmi müəyyən edən yeganə və ən vacib
aspekt olmadığından mən diqqəti digər, ümumbəşəri humanitar
aspektə yönəltmək istəyirəm. Rumıniyanın möhtərəm sabiq
prezidenti Emil Konstantinesku yaxşı bir fikir söylədi: ―Dünya –
Allahın adıdır‖. Həqiqətən, multikultura çətin məqsəd və çətin
ideyadır. Bəşəriyyət hər zaman qarşısına məqsəd və hədəflər qoyub.
Hal-hazırda
qlobal
məqsəd
çoxmədəniyyətli
cəmiyyət,
çoxmədəniyyətli məkan yaratmaqdır. Multikulturalizm mürəkkəb
məqsəd, mürəkkəb ideyadır. Belə ki, dünya daha çox inkişaf
etdikcə, hər bir fərd özünü daha çox müstəqil şəxsiyyət kimi dərk
edir. Və hər bir fərdin maraqları ilə ümumi maraqlar arasında
qarşıdurma yaranır. O cümlədən, ayrı-ayrı dövlətlər və ya
bütövlükdə dünya maraqları arasında münaqişələr yaranır.
Bununla bərabər, etiraf etməliyəm ki, bu münaqişələr həmişə olub
və olacaq. Əgər bu münaqişələr olmasaydı, cəmiyyətin dialektik
inkişafı olmazdı. Düşünürəm ki, biz alimlərin, ədəbiyyatşünasların
hədəfimiz cəmiyyətin əbədi mənalara, əbədi ideyalara, dünən
səsləndiyi kimi, ―Dünya Allahın adıdır‖ fikrinə meyllənməsi üçün
çalışmaq olmalıdır. Xristian dininin daşıdığı mərhəmət ideyası
çoxlarını birləşdirdi. Ədalət ideyasını daşıyan islam dini də
çoxlarını birləşdirib. Qeyd edək ki, tarixi inkişafın ayrı-ayrı
dövrlərində bunlar müxtəlif cür baş vermişdir. Mənə elə gəlir ki,
müasir dövrdə bu humanitar aspekt, humanitar anlayışlar müəyyən
münaqişələrdən xilas olmağa kömək edə bilər. O zaman XXI əsrin
əvvəllərində norveçli Anders Breyvik adlı şəxsin törətdiyinə bənzər
cinayətlər olmaz. O, günahsız insanların öldürülməsi kimi dəhşətli,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi
Elmi toplu
137
müdhiş cinayətini digər mədəniyyətlərlə yanaşı yaşamağa öz etirazı
kimi bəyan etdi.
Müasir dövrün mürəkkəblikləri unudulmuş haqq-ədalət ideyaları ilə
bağlıdır. Onlar haqq-ədalətin özündən yox, onun şərhindən asılı
olmağa başladılar. Və əgər hələ də bu şərhlər ümumbəşəri
dəyərlərdən yox, maddi rifahdan və ya başqa dəyərlərin rəyindən
asılı olacaqsa, təəssüf ki, bu münaqişələr yaranmaqda davam
edəcəkdir. Yalnız Avropa və Şərq mədəniyyətinin yox, hər bir
mədəniyyətin əsasını təşkil edən baza anlayışları bəşəriyyəti xilas
edə bilər. Yalnız onlar insanların bir dövlətdə, bir məkanda birgə
yaşamalarına imkan yarada bilər. Bu, müasir dünyada alimlərin,
siyasətçilərin, ayrı-ayrı insanların, ictimai təşkilatların can atmalı
olduğu həmin məna, həmin ideyadır.
Çıxışımı Fitscerald Skottun bir məqaləsində yazdığı dahiyanə fikri
ilə bitirmək istəyirəm: ―Çoxdan anlamaq lazımdır ki, bu dünyada
hər şey ümidsizdir, ancaq onu dəyişmək üçün qətiyyəti itirməmək
lazımdır.‖
Nərgiz Paşayeva,
professor. Moskva Dövlət Universiteti Bakı filialının rektoru