www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
114
Ayağına dəyən daĢdan,
Kiminsə baĢı ağrıyar...
BaĢdan-baĢa vurulanda,
Fələyin daĢı ağrıyar...
Vaxt çəkər haqq-hesabını,
Dayanıb lal-mat baxarsan,
Aldığın bir nəfəs üçün
Hər kəsə borclu çıxarsan...
***
Ürəyim yel çəkir əsən soyuqdan,
Küləklər oynayır qəlb boĢluğunda...
Məni küncə qovur gələn ağrılar,
Əllərim titrəyir dərd baĢlığında...
YağıĢlar göynəyir nəm gözlərimdə,
Vaxtın yeri yoxdur köçüb getməyə...
Qəm tutub gözünü bütün yolların,
Bir körpü qalmayıb keçib getməyə...
Doğma duyğuları ögey adamlar
Saxlaya bilmədi dodaqlarında...
Ovcumda bir içim bulud var idi,
Ağladı ümidin budaqlarında...
Ömür də bozardı dost üzü kimi,
Getdi qəribliyə gün iĢığı da...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
115
Dünyanın rəngbərəng yalanlarında
Bozardı dünənki kənd uĢağı da...
YaxĢıdan-yamandan bir Ģey qalmadı,
Ağrıyan baĢına məlhəm qoyasan...
Həyat da sevməli bir zibil deyil,
Durub ondan ötrü bir can qıyasan....
***
25 dekabr 2012.
16.30.
Dünya bircə damcı yaĢ imiĢ elə,
DüĢdü gözlərimdən ayaq altına...
Saxlamaq olmurmuĢ yağan yağıĢı,
Hər Ģeyi çəkirmiĢ torpaq altına...
***
Rüzgarlar sovurur tər çiçəkləri,
Xəzanı tökülür yaĢa dünyanın...
Sevgisi,niyyəti ürəyə gəlir,
Ağrısı,bəlası baĢa dünyanın...
Cüt gəlir taledən yolu bəĢərin,
Bir üzü acıdır,bir üzü Ģirin...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
116
Ömür taxtasında xeyirlə Ģərin
Zərləri atılır qoĢa dünyanın...
Qəmini,yükünü alıb götürdüm,
Çəkib sürüyərək sona gətirdim,
Fələklə hesabı çoxdan bitirdim,
Çaxçaxı fırlanır boĢa dünyanın...
21 dekabr 2012,15.32
***
Dəyərmi..?
Bəyim,bu səbrin də hədd-hüdudü var,
Dözərsən ruhunu əzdiyi qədər...
Çəkib sürüyərsən tale yükünü,
Kəndirlər boynunu üzdüyü qədər...
Bir gün soruĢarsan özün-özündən,
Bu ömür bu qədər dərdə yetərmi?
Bir borcu ödəyə bilmirsə bu can,
Onu qorumağa illər dəyərmi?
Bezib öz-özünə savaĢ açarsan,
Ən qatı düĢmən də özün olarsan...
Yıxıb –dağıdarsan könül taxtını,
Uçqunlar altında yalqız qalarsan...
Hansı cəhənnəmə gedirsə-getsin,
Açıb buraxarsan hirsin baĢını.
Qolların gəldikcə vıyıldadarsan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
117
Atarsan biryolluq ömrün daĢını...
Dalınca “qara daĢ “deyərsən hələm,
Üstündən yağlı bir söyüĢ söyərsən...
Hələm var-yoxunu qarğımamıĢdan,
Ölərsəm,”üstümə gəlmə”,-deyərsən...
...Elə acığın da burda soyuyar,
Gözünün önünə bir məzar gələr...
Gözünün heç yaĢı qurumamıĢdan,
Yenə ürəyindən bir söz pöhrələr...
***
Bu dəli dünyanın nə vecinədi,
Kim ona daĢ atır, kim yalan satır?
Kimi rəzalətin bataqlığında,
Kimi vicdanının qanında batır...
BaĢının havası dolanıb keçir,
Üstündə zamanın izi də qalmır...
Dolu buludların yağandan sonra,
Göylərdə qalmağa üzü də qalmır...
Dünyanın janrsız tamaĢasında
Canlı doğuluruq,canlı ölürük...
Həyatın bir oyun olduğunu da,
Nə yazıq! Bitəndən sonra bilirik...
***
Dostları ilə paylaş: |