MahirəNərimanqızı



Yüklə 409,14 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix01.11.2017
ölçüsü409,14 Kb.
#7991
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

YYSQ



 

 



www.yysq.org

 

www.kitabxana.net



  

Milli Virtual-Elektron Kitabxananın təqdimatında 

 

2015



 

“Klassik Azərbaycan dini-fəlsəfi düşüncəsi”

  



01

 (83 - 2015) 



Zərdüşt Peyğəmbər 

 

“Avesta” 

 

Parçalar 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri  



 

YYSQ – 2015 

 

www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 



 

www.kitabxana.net

 

 



Milli Virtual-Elektron Kitabxananın təqdimatında 

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumunun 



"Klassik Azərbaycan dini-fəlsəfi düşüncəsi"

 ədəbi-


kulturoloji layihəsi çərçivəsində təqdim edilir. 

Elektron Kitab N 01  (83 - 2015) 

Kulturoloji layihəni maliyyələşdirən qurum: 

YYSQ - 

http://www.yysq.org

 

Zərdüşt peyğəmbər 

 

“Avesta” 

Parçalar 

 

1995-ci il nəşr (kiril qrafikalı əlifba) 

Fars dilindən tərcümə:  İsmayıl Şəms 

Latın qrafikalı Azərbaycan əlifbasına çevirən: Firudin Həsənov 

Redaktə və bütün hüquqlar kitabı nəşrə hazırlayanlara məxsusdur 

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb. 

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), 

yazar-kulturoloq 

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

Bаkı, YYSQ – 2015 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 



 



DİQQƏT 

 

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və 



əlaqədar  beynəlxalq  sənədlərə  uyğun  qorunur.  Müəllifin  razılığı 

olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə 

də  elektron  informasiya  daşıyıcılarında,  İnternetdə  yayımı  yasaqdır.  Bu 

qadağa  kitabın  elmi  mənbə  kimi  istifadəsinə,  araşdırma  və  tədqiqatlar 

üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur. 

 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 



 

Zərdüştün doğulduğu yer 

 

Zərdüştün  doğulduğu  yer  haqqında  cürbəcür  fikirlər  irəli 



sürülmüşdür.  Qədim  şərqşünaslar  Zərdüştün  İranın  şərqində, 

yəni  Bəlx  şəhərində  doğulduğunu  güman  etmişlər.  Lakin 

müasir  tədqiqatçıların  fikrincə  Zərdüşt  Azərbaycanda,  o 

zaman Gəzən 

sonra Təxti-Süleyman və ərəb mənbələrində Şiz 

adlandırılan  yerdə  doğulmuşdur.  Məhz  buna  görə  də 

Zərdüştilərin  Bundəhiş  kitabında  Gəzən  yaxınlığındakı 

Urmiya  gölü  müqəddəs  sayılmış  Gəzəndəki  “Azrəxş”  ya 

“Dirəxş”  və  ya  “Azərgəşəsp”  adlanan  atəşgədə  ziyarətgah 

olmuşdur. 

Yaqut  Həməvi  bu  barədə  deyir:  “Gəzən  Marağa  ilə  Zəncan 

arasında  və  Şəhrzar  Dinəvərə  yaxın  bir  mahaldır”.  Yaqutun 

dediyinə  görə o özü Hicrətin 7-ci  əsrində bu  yerdə olmuş və 

atəşgədəni  görmüşdür.  Atəşgədənin  günbəzinə  gümüşdən 

düzəldilmiş bir hilal qoyulmuşdur.   

Digər  tarixçilər  və  coğrafiya  alimləri  bu  yeri  “Cəzən”  və  ya 

“Cəzənəq”adlandırmışlar.  İbn  Xordadbeh  yazır:  “Padşahlar 

taxtda oturub tac qoyduqdan sonra Tisfundan ayaqla bu  yerə 

ziyarətə  gələrdilər”.  Bir  sıra  yunan  tarixçiləri  bu  yerdə 

qızıldan,  gümüşdən  düzəlmiş  qiymətli  şeylərin  xəzinəsi 

olduğunu  qeyd  edirlər.  Avestanın  5-ci  Yəştinin  44-cü 

bəndində “Cəzən” sözü “Caeçasta” kimi verilir. 

Bütün  İran  və  Ərəb  tarixçiləri,  o  cümlədən  İbn  Xordadbeh, 

Bələzuri, İbn Fəqih, Məsudi, Həmzə İsfahani, Yaqut, Qəzvini 

və  Əbul-fəda  Zərdüştün  Azərbaycanda  –  Urmiyada 

doğulduğunu  göstərirlər.  Lakin  Təbəri,  eləcə  də  İbn  Əl-Əsir 

və  Mirxond  əslində  Zərdüştün  Fələstindən  olduğunu  və 

oradan Azərbaycana gəldiyini qeyd edirlər. 

Zərdüşt  dini  ədəbiyyatında  deyilir:  “İlk  yaranışda  od  yarandı 

və  üç  hissəyə  bölündü:  bir  hissəsi  Gəzən  yerinə  düşdü.  Bu, 

şahların  və  döyüşçülərin  odu  hesab  edilirdi.  Sasani  şahları 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 



başlarına  tac  qoyduqda  bu  odu  ziyarət  etməyə  gedərdilər. 



Burada  olan  Azərgəşəsp  atəşgədəsini  bütün  odların  mənbəyi 

bilərdilər.  İkinci  od  hissəsi  Azərfrənbəğ  adlanır.  Bu  od  din 

başçılarının  odu  idi  və  Karyan  (Fars)  adlanan  yerdə 

düşmüşdür”. Yaqutun dediyinə görə bir çox yerlərdən buraya 

gələrək  həmin  bu  oddan  digər  atəşgədələrə  aparardılar. 

Üçüncüsü  isə  kəndlilərin  odu  olub  Rivənd  Nişapur  adlanan 

yerə  də  düşmüşdür.  Bu  üç  atəşgədədən  hər  biri  müəyyən 

cəhətdən  müqəddəs  sayılırdı.  Azərgəşəsp  Gəzən  atəşgədəsi 

Zərdüştün doğulduğu  yer olduğu üçün daha müqəddəs hesab 

edilirdi.  Miladdan  bir  əsr  əvvəl  yaşamış  coğrafiyaşünas 

Strabon  Gəzənin  Azərbaycanın  paytaxtı  Genezka  olduğunu 

qeyd edir.  

Şərqşünas A.B. Ceksonun fikrincə Zərdüşt Miladdan əvvəl 7-

ci  əsrdə  doğulmuş  və  Urmiya  gölünün  kənarında  öz  dinini 

təbliğ etməyə başlamışdır.  

 

Zərdüştün həyatı və ailəsi 



 

 

Zərdüşti  ədəbiyyatından  məlumdur  ki,  Zərdüştün  atası 



Poruşasp,  anası  isə  Duqdova  olmuşdur.  O,  anadan  gülə-gülə 

doğulmuşdur.  Kiçik  yaşlarında  qeyri-adi  və  heyrətləndirici 

hərəkətlər  etdiyinə  görə  sehrlə  məşğul  olub  qeybdən  xəbər 

verən muğlar ona kin və qəzəb bəsləyir, onu öldürmək fikrinə 

düşmüşlər, lakin buna müvəffəq olmurlar. Zərdüşt 21 yaşında 

adamlardan  uzaqlaşaraq  guşənişin  olmuş  və  30  yaşında 

Daitiya  çayı  kənarlarında  peyğəmbər  olduğunu  elan  edərək 

təktanrılığa  çağırmağa  başlamış  və  təktanrılığı  təbliğ  etməyi 

Əhura Məzda tərəfindən ona tapşırıldığını bildirmişdir. Əzəli 

olan  müqəddəs  uğurlu  düşüncə  friştəsi  onu  Əhura  Məzdanın 

yanına aparmışdır. Bundan sonra turanilər və səqalar arasında 

öz dinini təbliğ etmişdir. Lakin o zamankı din başçıları onun 

əleyhinə çıxmış, yeni dinin yayılmasına mane olmuşdur.  



Yüklə 409,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə