www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
542
immiqrasiyası isə ona gətirib çıxaracaq ki, Almaniya tamamilə
axmaqlaĢacaq...
Əgər bunlar nasizm və irqçilik deyilsə, bəs onda bu fikirlər hansı
dəyərlər sisteminə məxsusdur?
Tilo Sarrasin alman istebliĢmentində təsadüfi adam deyil. Onun
keçmiĢi çox mətləbdən xəbər verir. O, 1975-ci ildən 2000-ci ilədək
qısa fasilələrlə Almaniya Federativ Respublikasının, sonra isə
birləĢmiĢ Almaniyanın Maliyyə Nazirliyində çalıĢıb, burada bir çox
mühüm komitələrə rəhbərlik edib. 1989-1990-cı illərdə ADR-in
(sosialist Almaniyasının) ―udulması‖ ilə bağlı həyata keçirilən pul
islahatı layihəsi ilə məhz Sarrasin məĢğul olmuĢdu. O, 2000-2001-ci
illərdə ―Deutsche Bahn‖ dövlət Ģirkətində çalıĢıb. 2002-2009-cu
illərdə Berlin Senatının maliyyə məsələləri üzrə üzvü (paralel olaraq
xeyli sayda iri Ģirkətlərin direktorlar Ģuralarının üzvü) olub.
T.Sarrasin 2009-cu ilin yazında Almaniya Federal Bankı Ġdarə
Heyətinin üzvü seçilib. O, burada pul emissiyası və nağd pulların
dövriyyəsi kimi məsələlərə məsul idi. 2010-cu ilin yayının
sonlarından etibarən isə T.Sarrasin bu ranqdakı iri məmurlar
arasında ilk dəfə olaraq Almaniyadakı müsəlman miqrantlar
məsələsini açıq Ģəkildə qaldırdı.
T.Sarrasin 2011-ci ildə alman nəĢrlərinə verdiyi müsahibədə
Almaniyada yaĢayan türkləri və ərəbləri alman cəmiyyətinə
inteqrasiya olmaq istəməməkdə günahlandırıb məzəmmət etdi.
Bundan sonra ictimai qalmaqal elə miqyas aldı ki, Almaniya
Federal Bankının rəhbərliyi Sarrasini bir sıra istiqamətlər üzrə
rəhbər vəzifələrdən kənarlaĢdırdı.
―Biz doğrudan da əsl axmaqlaĢma yolundayıq‖ - deyə 65 yaĢlı
bankir Sahibkarlar Ġttifaqının Essendə keçirilən qurultayında
deyirdi. Onun fikrincə, intellekt 80 faiz genetik göstəricilərdən,
cəmi 20 faiz isə təhsil və tərbiyədən asılıdır. T.Sarrasini XDĠ-nin
Berlin Ģöbəsinin daxili siyasət məsələləri üzrə eksperti Peter Trapp
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
543
dəstəklədi. P.Trapp bütün miqrantlara ĠQ (intellekt keyfiyyəti) testi
tətbiq etməyə çağırdı.
T.Sarrasinin təxribatçı çıxıĢları ilə eyni vaxtda Almaniyanın federal
və regional hakimiyyət orqanları ictimaiyyəti sakitcə ―materiallarla
doyururdu‖. Onlar milli seqreqasiyanın yeni ideoloqunun irqçi
nəzəriyyəsini qidalandıran praktiki materiallar idi. Qəfil təsadüf -
Sarrasinin kitabının çapdan çıxması, A.Merkelin gurultulu bəyanatı
və alman hökumətinin sifariĢi ilə keçirilmiĢ ―sosioloji rəy
sorğularının‖ gözlənilməz nəticələri ―qeyri-intellektual xalqların‖
sıxıĢdırılması xəttini götürən birləĢmiĢ Almaniyanın yeni milli
siyasətinin baĢlanmasını öncədən xəbər verirdi.
Belə ki, alman hökumətinin sifariĢi ilə miqrantlar arasında
keçirilmiĢ sosioloji tədqiqatların nəticələri 2011-ci ilin aprelində
məlum oldu. Bəlli oldu ki, məsələn, Almaniyadakı hər 4 türkdən
biri alman dilini bilmir, hər iki türkdən biri isə almanlarla praktiki
olaraq ünsiyyətə girmir. Almaniyada yaĢayan polyakların demək
olar ki, 67, yunanların isə 60 faizi tam orta təhsillidir. Bu göstərici
italyanlar və keçmiĢ Yuqoslaviyadan olan immiqrantlar arasında
44-45 faizə yaxındır. Türklər arasında yalnız 41 faizdir. Sosial
müavinətlər hesabına yaĢayan türklərin sayı (öz qrupları üzrə) 15
faizə qədərdir. Yunanlar arasındakı bu göstərici isə yalnız 7,5 faiz
təĢkil edir.
Almaniyanın daxili iĢlər naziri Tomas de Mezyerin verdiyi
məlumata görə, Almaniyadakı miqrantların 10 faizindən 15 faizinə
qədəri alman cəmiyyətinə inteqrasiya olunmaqdan açıq Ģəkildə
imtina edir. 2011-ci il iyunun əvvəllərində Almaniyanın Daxili ĠĢlər
Nazirliyi AĢağı Saksoniya Kriminologiya Ġnstitutunun (KFN)
apardığı tədqiqatların nəticələrini dərc etməyə icazə verdi. Bunun
sayəsində gözlənilmədən ―bəlli oldu‖ ki, Almaniyadakı inanclı
müsəlman gənclər cinayətlərə və zorakılığa daha çox meylli
olmaları ilə seçilirlər. Tədqiqatların gediĢində 15-19 yaĢ arasında
olan təxminən 45 min yeniyetmənin rəyi soruĢulmuĢdu. Onların 10
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
544
mini miqrantların, o cümlədən müsəlman ölkələrindən gəlmə
Ģəxslərin uĢaqları idi. Əldə edilmiĢ nəticələr yenə də Almaniyanın
daxili iĢlər naziri Tomas de Mezyerin icazəsindən sonra elan
olunmuĢdu. Bütün bunlar isə Almaniya hökumətinin millətçilik və
irqçilik əhval-ruhiyyəsinin, ksenofobiya, o cümlədən islamofobiya
meyllərinin artmasından narahat olduğunu dönə-dönə bəyan elədiyi
dövrdə baĢ verirdi.
Lakin dövlətin təbliğat maĢını iĢləməkdə davam edirdi. Tədqiqatın
nəticələrinə görə, ―inanclı‖ müsəlmanlar qrupuna daxil olan
Ģəxslərin demək olar ki, hər 4 nəfərindən biri (23,5 faiz) öz
həmyaĢıdlarına qarĢı azı bir dəfə zorakılığa əl atıb və ya oğurluq
edib. Özünü ―qeyri-dindar‖ kimi təqdim etmiĢ müsəlman
yeniyetmələr arasındakı qanun pozucularının xüsusi çəkisi isə
nəzərəçarpacaq dərəcədə az idi - cəmi 19,6 faiz. 5-dən çox zorakı
hərəkət törətmiĢ bu yeniyetmələrin 10,2 faizi özünü ―çox dindar‖,
9,2 faizi ―dindar‖ və yalnız 7,7 faizi ―qeyri-dindar‖ kimi təqdim
etmiĢdi.
Katolik və ya protestant dininə mənsub yeniyetmələr arasında
zorakılığa meyllilik isə bir qədər azdır. Xristian ölkələrindən -
PolĢa, Slovakiya, Rusiya və Baltikyanı ölkələrdən olan miqrantlar
arasında isə aqressiv yeniyetmələrin xüsusi çəkisi ―dindarlar‖ qrupu
üzrə 21,8, ―qeyri-dindarlar‖ qrupu üzrə isə cəmi 12,4 faiz təĢkil
edirdi.
Aktiv millətçilik kampaniyasının nəticələri göz qabağındadır.
Ġctimai rəyə səpilmiĢ ksenofobiya toxumları məhsul vermiĢdi.
Emnid Ġctimai Rəy Ġnstitutunun 2011-ci ilin sentyabrında ―Bild‖
nəĢri üçün keçirdiyi sorğunun nəticələri göstərdi ki, əgər Tilo
Sarrasinin partiyası yaransa, Almaniya əhalisinin 18,7 faizi ona səs
verməyə hazırdır. Yeri gəlmiĢkən, T.Sarrasinin özünün də üzvü
olduğu Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) tərəfdarları
arasında isə onun pərəstiĢkarlarının sayı daha çox idi - 29 faiz.
XDĠ/XSS blokundan olan mərkəzçiləri dəstəkləyənlər arasında
Dostları ilə paylaş: |