MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
45 
xəyanətkar  mövqeyini  belə  açıqlamışdı:  «Tutaq  ki, 
Rəsulzadənin  özü  inqilabi  qayda-qanunun  bərpası  naminə 
milli polkların təşkilində iştirak etsin, tutaq ki, onun obyektiv 
niyyətləri  billur  kimi  safdır,  lakin  obyektiv  surətdə  onun 
fəaliyyəti əks nəticə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu 
və  ya  digər  şəxsiyyətin  yaxşı  niyyətlərindən  deyil,  sinfi 
niyyətlərindən  irəli  gəlir»  (128).  Şaumyanın  davam  etdirdiyi 
qorxulu, riyakar siyasəti isə Lenin 1918-ci ildə ona göndərdiyi 
teleqramda  belə  ifadə  etmişdi:  "Sizin  möhkəm  və  qəti 
siyasətiniz bizi sevindirir» (34, s.26).  
Daxili  ziddiyyətlər  və  xarici  oriyentasiya  məsələlərindəki 
antoqonizmlər 
Zaqafqaziya 
Federativ 
Demokratik 
Respublikasının  tezliklə  dağılmasına  səbəb  oldu.  Gürcüstan 
Zaqafqaziya  Respublikasının  tərkibindən  çıxdıqdan  sonra, 
1918-ci  il  mayın  27-də  Azərbaycan  nümayəndələrinin 
fövqəladə  iclası  keçirildi  və  iclas  Azərbaycanın  idarə 
olunması  vəzifəsini  öz  üzərinə  götürərək,  Azərbaycan  Milli 
Şurasını elan etdi. 
Azərbaycan  Milli  Şurası  tərəfindən  1918-ci  il  mayın  28-də 
bütün  dünyaya  elan  edilən  Azərbaycan  istiqlalı  haqqındakı 
bəyannamədə  deyilir:  «1.  Bu  gündən  etibarən  Azərbaycan 
xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi və Şərqi 
Zaqafqaziyadan  ibarət  olan  Azərbaycan  dəxi  kamiləl  hüquqi 
müstəqil  bir  dövlətdir.  2.  Müstəqil  Azərbaycan  dövlətinin 
şəkil-idarə forması Xalq Cümhuriyyəti olaraq təqərrür edir. 3. 
Azərbaycan  Xalq  Cümhuriyyəti    bütün  millətlə  və  bilxassə 
həmcüvar  olduğu  millət  və  dövlətlərlə  münasibatı-həsənə 
təsirinə  edər.  4.  Azərbaycan  Xalq  Cümhuriyyəti  millət, 
məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda 
(hüdudu  daxilində)  yaşayan  bütün  vətəndaşlarına  hüquqi-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
46 
46 
siyasiyyə və vətəndaşlıq təmin eylər…» (8, f.894, s.10, iş. 12, 
v.1-2).  
AXC-nin varlığı yalnız Azərbaycan türkləri üçün deyil, bütün 
türk  dünyası,  müsəlman  Şərqi  üçün  böyük  əhəmiyyət  kəsb 
edirdi.  Bu  cümhuriyyətin  qurulması  yalnız  çar  Rusiyasında 
baş  verən  inqilabların  nəticəsi  deyil,  millətin  özünün  ortaya 
qoyduğu  milli  ideologiyasının  qanunauyğun  sonluğu  idi. 
Azərbaycan türkləri sübut etdilər ki, demokratik cümhuriyyət 
qurmağa qadir və layiqdirlər.  
Azərbaycanın  milli  azadlıq  ideyasının  tarixi  köklərini  isə  ilk 
növbədə qədim dövrlərdə və orta əsrlərdə axtarmaq lazımdır. 
Azərbaycan  üçün  milli  azadlıq  təcrübəsi  və  milli  dövlətçilik 
ənənəsi 
həmişə 
yanaşı 
mövcud 
olmuş, 
bir-birini 
tamamlamışdır.  Milli  dövlətçiliyin  davamlılığı  məhz  milli 
azadlıq  ideyasının  xalqın  həyatında  daim  mühüm  yer 
tutmasından  asılı  olmuşdur.  Ayrıca,  bu  ardıcıllığı  Şimali 
Azərbaycan  ərazisində  qurulmuş  dövlətlərdə  də  görmək 
mümkündür.  Milli  dövlətçiliyin  olmadığı  dövrlərdə  isə  milli 
azadlıq düşüncəsi özünü qoruyub-saxlamış və hər dəfə bunun 
yekunu  olaraq  Azərbaycan  türklərinin  mənsub  olduğu  yeni-
yeni    türk  dövlətləri  qurulmuşdur.  Nəzər  yetirsək  görərik  ki, 
ən  qədim  dövrlərdən  indiyədək  bu  ardıcıllıq  pozulmamış, 
yalnız müəyyən fasilələrə məruz qalmışdır. Bu tarixi fasilələr 
isə bir millətin həyatı baxımından heç də faciəvi şəkildə özünü 
ortaya  qoymamış,  ancaq  özünün  mənfi  təsirini  göstərməkdən 
də  geri  qalmamışdır.  Bütövlükdə,  milli  azadlıq  və  milli 
dövlətçilik ideyaları ən qədim dövrdən indiyədək Azərbaycan 
türklərinin həyatı ilə qırılmaz surətdə bağlı olmuşdur. 
Bu  baxımdan  yeni  cümhuriyyətin  təməl  daşları  olan  milli 
azadlıq  və  milli  dövlətçilik  məsələləri  qədim  tarixi-fəlsəfi  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
47 
milli  dəyərlərə  malikdir.  Bütün  dövrlərdə  işğalçılıq, 
müstəmləkəçilik siyasəti ilə barışmaz olan, milli azadlığını və 
milli dövlətçiliyini hər şeydən üstün tutan Azərbaycan türkləri 
bunu, qədim dövrlərdə və orta əsrlərdə yaratdığı dövlətləri ilə 
dəfələrlə sübut etmişlər.  Azərbaycan ərazisində, Azərbaycan 
türklərinin  qurduqları  dövlətlər  məhz  milli  azadlıq 
düşüncəsinin  nəticəsidir  və  bunun  nəticəsi  olaraq  milli 
dövlətçiliyin nə dərəcədə yüksək bir statusa malik olmasından 
xəbər  verir.  Ona  görə  də  Azərbaycan  türklərinin  həyatında 
milli  azadlıq  və  milli  dövlətçilik  məsələsi  həmişə  ön  planda 
olmuşdur. 
Əlbəttə  ki,  bütün  bunların  ümumiliyində  yeni  cümhuriyyətin 
əsas  dayağı  kimi,  yenə  də  milli  azadlıq  və  milli  dövlətçilik 
ideyaları  dayanmışdır.  Bu  dəfə  də  tarixi-fəlsəfi  və  milli 
dəyərlərdən  uzaqlaşmadan  milli  azadlıq  və  milli  dövlətçilik 
ideyaları,  özünü  bir  qədər  fərqli  aspektdə  büruzə  vermişdir. 
Belə  ki,  yeni  dövrdə  bəşər  cəmiyyətində,  dünyada  baş  verən 
müasir  milli  dövlət  anlayışı  Azərbaycandan  da  yan 
ötməmişdir.  Əksinə,  Azərbaycan  yeni  dövrdə  müasir  milli 
dövlət  qurmağa  hazır  olan  ölkələrdən  biri  olmuşdur.  Belə 
olmasaydı, islam Şərqində və türk dünyasında respublika tipli 
ilk  dövlət  quran  Azərbaycan  türkləri  olmazdı.  Deməli,  yeni 
dövrdə  milli  azadlıq  və  milli  dövlətçilik  problemi  böyük 
mütəfəkkirlərimiz  tərəfindən  həm  tarixi-fəlsəfi,  həm  də  milli 
dəyərlər baxımından çox düzgün qiymətləndirilmişdir. Aryıca, 
Azərbaycan  türkləri  milli  azadlıq  və  milli  dövlətçilik 
ideyalarını  yalnız  bir  millətin  məsələsi  kimi  mənimsəməmiş, 
onu  digər  azsaylı  xalqların  həyatı  ilə  uzlaşdırmağı 
bacarmışdır.  Bununla  da  milli  azadlıq  və  milli  dövlətçilik 
ideyası  bir  xalqın  məsələsi  kimi  dar  çərçivədə  qalmamış, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə