MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   2   3   4   5   6   7   8   9   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  

İÇİNDƏKİLƏR 
 
Ön söz……………………………………………………4 
 
I  Fəsil  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində 
Azərbaycanda  sosial-siyasi  və  ideoloji  mühit.  Məhəmməd 
Əmin Rəsulzadənin həyat və yaradıcılığı 
       1.1.XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda 
sosial-siyasi və ideoloji mühit…………………………..10 
    1.2. 
Məhəmməd  Əmin  Rəsulzadənin  həyat  və 
yaradıcılığı………………………………………………48 
 
II  Fəsil  M.Ə.Rəsulzadənin  ictimai-siyasi  görüşlərinin 
təşəkkülü və təkamülü 
     2.1.  M.Ə.Rəsulzadənin  yaradıcılığında  sosializm  və 
demokratiya ideyaları……………………………………….63 
  2.2.    M.Ə.Rəsulzadə  müsavatçılıq  ideologiyasının  və 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıcılarından  biri 
kimi………………………………………………………143 
  2.3.    M.Ə.Rəsulzadənin  ictimai-siyasi  görüşlərində  din 
problemi…………………………………………………182 
 
III Fəsil M.Ə.Rəsulzadənin  sosial-fəlsəfi, etik və estetik 
görüşləri 
3.1. M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri………..206 
3.2.M.Ə.Rəsulzadənin etik və estetik görüşləri……….231 
 
Nəticə…………………………………………………259 
İstifadə edilmiş ədəbiyyat……………………………265 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
10 
10 
 
ÖN SÖZ 
 
Azərbaycan  xalqının  sosial-siyasi  və  fəlsəfi  fikir  tarixində 
görkəmli  ictimai-siyasi  xadim,  istedadlı  alim,  mütəfəkkir, 
publisist,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (AXC) 
qurucularından  olan  Məhəmməd  Əmin  Rəsulzadənin  (1884-
1955)  özünəməxsus  yeri  və  rolu  vardır.  SSRİ  dağılandan 
sonra  M.Ə.Rəsulzadənin  həyatı  və  sosial-siyasi  ideyaları 
tədqiqatçıların  diqqətini  daha  çox  cəlb  etmiş,  yeni  dövrdə 
Azərbaycanın  sosial-siyasi,  mənəvi-mədəni  problemlərinin 
həllində  bu  görkəmli  dövlət  xadiminin  mənəvi  irsindən 
hərtərəfli  istifadə  olunmağa  başlanmışdır.  M.Ə.Rəsulzadənin 
ölməz  ideyaları  70  illik  fasilədən  sonra  müstəqilliyini  bərpa 
etmiş  Azərbaycanda  siyasi-ideoloji  qiymətini  almağa  qədəm 
qoymuşdur.  M.Ə.Rəsulzadənin  həyatı,  siyasi  baxışları, 
dövlətçiliyə  dair  fikirləri,  milli  və  siyasi  məfkurədən  doğan 
publisistikası,  elmi-fəlsəfi,  etik,  estetik  düşüncələri  və  s. 
diqqət mərkəzindədir. 
 Qeyd edək ki, M.Ə.Rəsulzadə irsinə və XX əsrin əvvəllərində 
baş  verən  bir  çox  mühüm  sosial-siyasi  hadisələrin  təhlilinə 
hələ  də  lazımi  qiymət  verilməyib.  M.Ə.Rəsulzadənin  elmi-
fəlsəfi irsi çox az araşdırılmış, tədqiqatlarda onun yalnız siyasi 
fəaliyyəti  ön  plana  çəkilmişdir.  Nəticədə  M.Ə.Rəsulzadənin 
yaşadığı dövr, həmin zaman kəsiyində baş verən sosial-siyasi, 
ideoloji  hadisələrlə  bağlı  ziddiyyətli  fikirlər  səslənməkdədir. 
Bu  baxımdan  M.Ə.Rəsulzadə  şəxsiyyətini  lazımınca 
öyrənmək yalnız onun özü ilə bağlı fərqli fikirlərə deyil, həm 
də  bütövlükdə  o  dövrün  elmi-siyasi  hadisələrinə  aydınlıq 
gətirmək deməkdir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
11 
Araşdırılan  problemlər  içərisində  isə  AXC-nin  qurulmasının 
ideoloji-nəzəri 
əsaslarının  tədqiqi  önəmli  yer  tutur. 
Cümhuriyyətin  necə  və  hansı  şəraitdə  yaranmasını  tədqiq 
etmək  çox  zəruridir.  Belə  ki,  AXC  bütün  Şərq  tarixində, 
müsəlman və türk dünyasında ilk demokratik cümhuriyyət idi. 
Bu  Cümhuriyyət  dövlətçilik  şüurumuzun  uğurlu  nəticəsi  və 
mövcud  demokratik  dövlətimizin  əsas  təməl  prinsiplərin-
dəndir. Dövlətimizin başlıca prinsiplərini, mahiyyətini öyrən-
mək  üçün  AXC  ən  dəyərli  örnəklərimizdəndir.  Bu  Cüm-
huriyyətin  ideoloqları  sırasında  M.Ə.Rəsulzadə  ayrıca  və 
başlıca  yer  tutur.  M.Ə.Rəsulzadə  irsini  öyrənmək,  Cüm-
huriyyətin  qurulmasının  elmi-nəzəri  əsaslarını  da  üzə  çıxar-
maq deməkdir. 
Bu baxımdan tədqiqat işinin qarşısında duran ən aktual məsələ 
M.Ə.Rəsulzadənin elmi-fəlsəfi irsini araşdırmaqdır. AXC-nin 
fəaliyyətinin  elmi-fəlsəfi  əsaslarını  əsasən,  M.Ə.Rəsulzadə 
işləyib  hazırlamışdır.  Bu  vaxta  qədər  onun  sosial-fəlsəfi, 
ictimai-siyasi  görüşləri  ilə  bağlı  çox  az  sayda  elmi  araşdırma 
aparılıb ki, bu da sistemli və tam şəkildə olmamışdır. Halbuki 
bu sahədə araşdırılması zəruri olan kifayət qədər dəyərli elmi-
fəlsəfi  problemlər  mövcuddur.  Ona  görə  də,  əsərdə 
Məhəmməd  Əminin  əsasən,  ictimai-siyasi  və  sosial-fəlsəfi 
fikir tariximizdəki xidmətləri öz əksini tapıb.  
Azərbaycan  Xalq  Cümhuriyyəti,  onun  qurucuları  ilə  bağlı 
Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin 
də  dəyərli  fikirləri  var.  H.Əliyevin  AXC-nin  qurucularına 
yüksək qiyməti həm AXC-nin 80 illiyinin keçirilməsi, həm də 
onların  adlarının  əbədiləşdirilməsi  ilə  bağlı  verdiyi 
sərəncamlarda  öz  əksini  tapmışdır.  AXC-nin  80  illiyinin 
keçirilməsi  ilə  bağlı  verdiyi  sərəncamda  H.Əliyev  deyir: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə