MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   2   3   4   5   6   7   8   9   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
15 
Monoqrafiyanın  hazırlanmasında  əsas  mənbə  rolunda 
M.Ə.Rəsulzadənin  öz  əsərləri  çıxış  edir.  Onun  müxtəlif 
dövrlərdə  qələmə  aldığı  «İran  türkləri»,  «Səadəti-bəşər», 
«Tənqidi-firqeyi-etidaliyyun»,  «Milli  dirilik»,  «Cəmaət 
idarəsi», «Əsrimizin Səyavuşu», «Azərbaycan Cümhuriyyəti», 
«İstiqlal  məfkurəsi  və  gənclik»,  «Millət  və  Bolşevizm», 
«Azərbaycan  istiqlaliyyəti»,  «Çağdaş  Azərbaycan  tarixi», 
«Çağdaş Azərbaycan ədəbiyyatı», «Qafqaz türkləri», «Qafqaz 
problemi  ilə  əlaqədar  olaraq  panturanizm  haqqında», 
«Azərbaycan  problemi»,  «Bolşeviklərin  Şərq  siyasəti», 
«Azərbaycanın 
kültür 
gələnəkləri», 
«Stalinlə 
ixtilal 
xatirələri»,  «Azərbaycan  şairi  Nizami»,  «Milli  təsanüd»  və 
başqa əsərləri bu qəbildəndir. Bununla  yanaşı  tədqiqat işində 
M.Ə.Rəsulzadənin 
«Şərqi-Rus», 
«İrşad», 
«Təkamül», 
«Yoldaş», «Tərəqqi», «İqbal», «Bəsirət», «Şəlalə», «Dirilik», 
«Açıq söz», «Azərbaycan» (Bakı), «İrani-no» (Tehran), «Yeni 
Qafqasiya»,  «Azəri  Türk»,  «Odlu  yurd»,  «Bildiriş», 
«Azərbaycan  Yurd  Bilgisi»  (İstanbul),  «İstiqlal»,  «Qurtuluş» 
(Berlin),  «Azərbaycan»  (Ankara) və b. qəzet-jurnallarda nəşr 
edilmiş məqalələrindən istifadə olunmuşdur.  
Bu gün Azərbaycanda milli-ideoloji xətdə müəyyən boşluğun 
olması  heç  kəsə  sirr  deyil.  Həmin  boşluğu  isə  yalnız 
xalqımızın  və  onun  böyük  övladlarının  minilliklər  boyu  bizə 
qoyub  getdiyi  elmi-fəlsəfi,  ideoloji  irsi  üzə  çıxarmaq  və 
müasir  dövr  sosial-mədəni  həyatımızın  nailiyyətilərilə 
bağlamaqla doldura bilərik. M.Ə.Rəsulzadə özü də XX əsrdə 
türk  millətinin  əsrlər  boyu  yaşatdığı  milli-ideoloji  xəttə  yeni 
bir  axar  verməklə  ortada  olan  boşluğu  doldurmaq  istəmişdir. 
Türk millətinin elmi-fəlsəfi dünyagörüşünə söykənən bu yeni 
ideoloji  xəttin  nəticəsində  müasir  Azərbaycan  dövlətçiliynin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
16 
16 
əsası  qoyulub.  Bu  baxımdan  M.Ə.Rəsulzadənin  irsinin 
araşdırılmasında  əsas  məqsəd  də  məhz  bu  məqamları  önə 
çıxarmaqdır.  Onun  zəngin  irsinə  qiymət  veriləndə 
M.Ə.Rəsulzadənin  sosial-siyasi,  sosial-fəlsəfi,  etik-estetik 
baxışlarının  Azərbaycan  sosio-mədəni  münasibətlərinin 
inkişafında  yerini  və  rolunu  görürük.  M.Ə.Rəsulzadənin 
irsinin,  ideyalarının  bu  gün  daha  incəliklə  və  yeni  formada 
reallaşması  zərurəti  hiss  edilməkdədir.  Bu  ideyaların 
cəmiyyətin  milli  ideologiyasına  çevrilməsi  yeni  nəsilin  milli 
şüurunun  və  sağlam  mənəviyyatının  formalaşdırılması 
məsələsində müvafiq qurumların işinə kömək edə bilər.  
 
 
 
 
 
 
 
 
 
 
 
I FƏSİL 
 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycanda 
sosial-siyasi 
və  ideoloji  mühit.  Məhəmməd  Əmin 
Rəsulzadənin həyat və yaradıcılığı 
 
1.1. XIX əsrin sonu, XX əsrin əvvəllərində  
Azərbaycanda sosial-siyasi və ideoloji mühit 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
17 
 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  quzey  Azərbaycanda 
mövcud olan sosial-siyasi və ideoloji mühitin formalaşmasına 
nəzər  yetirərkən  məlum  olur  ki,  bu  dövrdə  çar  Rusiyasının 
işğalı  altında  olan  Azərbaycan  xalqı,  Azərbaycan  türkləri 
azadlıq  uğrunda  mübarizə  aparmış  və  azad,  müstəqil  olmağa 
çalışmışlar.  Ancaq  bu  azadlığı  əldə  etmək,  onu  qorumaq, 
yaşatmaq  üçün,  Azərbaycan  xalqı  yadelli  işğalçılara  qarşı 
ölüm-dirim savaşı aparmış, saysız-hesabsız şəhidlər vermiş və 
bu  mübarizədə  öz  milli  varlığını  qoruyub  saxlaya  bilmişdir. 
Bir millətin milli varlığını qoruyub saxlaması, həmin millətin 
azadlıq,  müstəqillik  ideyasıının  yaşaması  və  gələcəkdə  bunu, 
reallaşdırması üçün zəmin deməkdir. Bu baxımdan XIX əsrin 
sonu,  XX  əsrin  əvvəlləri,  bütövlükdə  XIX  əsr  Azərbaycanın 
yeni  sosial-siyasi  və  ideoloji  mühitinin  formalaşmasında  çox 
mühüm  rol  oynamışdır.  Bunun  bir  sıra  elmi-mədəni,  sosial-
siyasi, tarixi, sosial-iqtisadi və ideoloji səbəbləri var.   
Sosial-siyasi  və  tarixi  məsələlərə  nəzər  salarkən  görürük  ki, 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda  (Quzey  və  Güney 
ərazilərlə  bir  yerdə)  20-dən  çox  müstəqil  xanlıqlar-  feodal 
dövlətlər  mövcud  olmuş,  lakin  bir  araya  gəlib  böyük  bir 
Azərbaycan dövləti qura bilməmişlər. XIX əsrin əvvəllərində 
çar  Rusiyasının  İranla  (Qacarlar  Dövləti)  apardığı 
müharibələrin nəticəsi olaraq (Gülüstan-1813 və Türkmənçay-
1828  müqavilələri)  Azərbaycan  iki  yerə  parçalanmış  və  bu 
parçalanma  nəticəsində  Azərbaycanın  quzeyi  çar  Rusiyasının 
işğalı altında qalmışdır.  
Bu  hadisənin  Azərbaycanın  sosial-siyasi,  elmi-fəlsəfi  və 
mədəni  həyatına  təsiri  çar  Rusiyası,  Sovetlər  Birliyi  və 
müstəqillik  dövrlərində  müxtəlif  yönlərdən  qiymətləndiril-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə