MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   2   3   4   5   6   7   8   9   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
21 
bağlı  yaranmış  xürafatı,  mövhumatı,  bir  çox  ruhanilərin, 
mollaların  riyakarlığını,  ikiüzlülüyünü    və  s.  daha  cəsarətlə, 
ağılla  tənqid  edən  Axundzadə  mövcud  reallıqları  dərindən 
dərk  etmiş,  Qərbi  Avropa  dəyərlərini  mənimsəməyə  çalışmış 
və bir sıra islahatçı təkliflərlə çıxış etmişdir. Axundzadə hesab 
etmişdir  ki,  müsəlmanların  islam  dininə  baxışları  dəyişməli, 
Avropa 
xalqlarının  xristianlığa  olan  münasibətindən 
fərqlənməməlidir: «Necə ki, ingilislər, amerikanlar və bir sıra 
başqa  Avropa  xalqları  zahirən  xristian  olsalar  da,  həqiqətən 
protestantdırlar. Yəni onlar əqlə, məntiqə  tabedirlər» (1, 247). 
Bununla  da  Axundzadə  ilk  dəfə  dünyəvilik  ideyalarının 
Azərbaycanda yayılmasının tərəfdarı kimi çıxış etmişdir.  
Akademik  Firudin  Köçərli  «M.F.Axundovun  dünyagörüşü» 
əsərində  yazır:  «Axundov  milli  ədəbiyyatı  dövrün  qabaqcıl 
demokratik 
ideyaları  ilə  zənginləşdirdi,  ana  dilində 
ədəbiyyatın  müstəqilliyini,  suverenliyini  təsdiq  etməklə,  onu 
ümumbəşəri  ədəbiyyat  səviyyəsinə  yüksəltdi»  (32,  22). 
Müəllif  qeyd  edir  ki,  Axundzadənin  adı  və  yaradıcılığı  ilə 
bağlı olan  realist ədəbiyyat,  materialist fəlsəfə özündə xalqın 
milli oyanışını əks və ifadə etmişdir. F.Köçərliyə görə, ictimai 
fikrimizin  Axundzadənin  adı  ilə  bağlı  olan  maarifçilik 
mərhələsi  Azərbaycan  millətinin  təşəkkül  prosesi  ilə  eyni 
dövrə təsadüf edir. Axundzadə Azərbaycanın milli ideologiya-
sının  təməl  prinsiplərinin  ilk  rüşeymlərinin  yaranmasında, 
azadlıqsevər,  açıqfikirli  mütəfəkkirlərimizin  (Ə.Hüseynzadə, 
M.Ə.Rəsulzadə,  Ə.Ağayev  və  b.)  formalaşmasında  da 
müstəsna  rol  oynamışdır.  Eyni  zamanda  Qərbin  mütərəqqi 
ideyalarının  Azərbaycanda  yayılmasında  ilk  cığır  rolunu 
oynamış  və  sonralar  Qərb  ideyalarının  M.Ə.Rəsulzadə, 
Ə.Ağayev,  Ə.Hüseynzadə  və  başqaları  tərəfindən  Vətən-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
22 
22 
imizdə  daha  geniş  təbliğ  olunmasına  gətirib  çıxarmışdır.  Bu 
da  Azərbaycan  xalqının  dünyanın  mütərəqqi,  sivil  cəmiy-
yətlərinə yaxınlaşmasına əsaslı təkan vermişdir. 
M.F.Axundzadə  ilə  yanaşı  böyük  təbiətşünas  alim,  publisist, 
mütəfəkkir  Həsən  bəy  Zərdabi  də  milli  şüurun  oyanmasında, 
milli  mətbuatımızın  yaranmasında  əvəzsiz  rol  oynamışdır. 
H.Zərdabinin  dünyagörüşü  müəyyən  ictimai-iqtisadi  şərtlərlə 
yanaşı,  mütərəqqi  dünya  mədəniyyətinin  təsiri  altında 
formalaşmışdır.  İ.Rüstəmovun  fikrincə,  «bu  dünyagörüşü  öz 
ideya  mənbələri  etibarilə  istər  Şərqin,  istərsə  də  Qərbin 
mütərəqqi  ictimai-siyasi,  fəlsəfi  və  ədəbi  ənənələrinə  gedib 
çıxır.  Bu  ənənələr  içərisində  Azərbaycan  xalqının  uzun 
illərdən  bəri  formalaşmaqda  olan  ictimai-siyasi  və  fəlsəfi 
fikrinin  nailiyyətləri  xüsusi  yer  tutur.  Zərdabi  Bəhmənyardan 
tutmuş  M.F.Axundova  qədərki  Azərbaycan  mütəfəkkirləri  ilə 
ideya  əlaqəsində  olmuşdur»  (80,  31).  Zərdabinin  zəkası, 
maarifçiliyi,  əxlaqi  irsi,  zəngin  mənəviyyatı,  təbiət  elmlərinə 
dərindən  bələdliyi  və  s.  onu  həm  Azərbaycanın  görkəmli  ma-
arifçisi etmiş, həm də çağdaş Azərbaycan ictimai fikrinin inki-
şafında  önəmli  yerlərdən  birini  tutmasına  səbəb  olmuşdu. 
Dövrünün  demokratik  ziyalılarından  olan,  Axundzadə  kimi 
həyat gerçəkliklərini ağılla,  rasional idrakla dərk edən, Qərbin 
mütərəqqi ideyalarını mənimsəyən Zərdabinin yaradıcılığındakı 
elm  və  bilik  məsələsini  xüsusi  olaraq  qabartmaq  lazım  gəlir. 
Zərdabinin 1875-1877-ci illərdə təkbaşına ərsəyə gətirdiyi və 
ilk türk qəzetlərindən olan «Əkinçi»nin qiyməti əvəzsizdir.  
XIX  əsr  Azərbaycanın  tanınmış  filosoflarından  olan, 
Azərbaycanın  cənubunda  dünyaya  gələn  türksoylu  böyük 
mütəfəkkir Şeyx Cəmaləddin Əfqani (1839-1897) bütün elmi-
fəlsəfi  yaradıcılığı  boyu  türklərin  əzmkarlığını,  azadlıqsevər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
23 
olmağını,  soykökünə  bağlılığını  və  islama  hörmətini  önə 
çəkmişdir.  Y.Rüstəmovun  fikrincə,  C.Əfqani  sübut  etməyə 
çalışmışdır ki,  «Quran tamamilə azadlıq, bərabərlik və ədalət 
prinsipinə  əsaslanır,  bütün  müsəlmanları  tərəqqiyə  çağırır. 
Quranın mahiyyətini düzgün başa düşmək və ona riayət etmək 
islam  dünyasının  nicat  yoludur»  (77,  147).  C.Əfqaninin  milli 
azadlıq  fəlsəfəsində  islamla  milli  dəyərlər  bir  yerdə 
götürülmüş  və  hər  ikisi  milli  ideologiyanın  əsasında 
dayanmışdır.  Əfqaninin  fikrinə  görə,  islam  dini  və  milli 
azadlıq problemi bir-birini tamamlayır:  «Quranın həqiqi ruhu 
azadlıqdır və həm də müasir fikirlərə uyğundur. İndiki nizam-
intizamsızlığın  islam  qanunlarına  qətiyyən  dəxli  yoxdur. 
Bunlar nadan və cahil təfsirçilərin islama etdikləri əlavələrdir. 
Tarixi  təkamül  və  inkişaf  onların  bu  səhvini  islah  edəcək. 
Demək,  bir  müsəlman  ziyalısı  və  alimi  Avropa  demokratik 
məfkurəsinə  tamam  aşina  olsa,  o,  Quranın  təlimlərinə 
əsaslanaraq  xalqı  müasir  mütərəqqi  demokratik  məfkurələrlə 
tanış edə bilər» (37, 206). Bir müddət C.Əfqani islam dininə 
milli  ideologiyanın  ən    başlıca  istiqaməti  kimi  baxmışdır. 
İslam  dininə  insanları  zülmə  və  müstəmləkə  işğalına  qarşı 
dura  bilən  yeganə  ideologiya  kimi  baxan  C.Əfqani, 
Axundzadə və Zərdabidən fərqli olaraq dini tənqid etməkdən 
çəkinmiş,  onu  yüksəlişin  həqiqi  zəmanətverici  ideyası  kimi 
göstərmək  istəmişdir.  Qeyd  edək  ki,  C.Əfqaninin 
dünyagörüşü,  xüsusilə  milli  azadlıq,  milli  dövlətçilik 
probleminə  yanaşması,  -  türkçülük,  islamçılıq  və  çağdaşlıq 
prinsiplərinin  ilk  cizgilərini  irəli  sürməsi  quzeyli  güneyli 
Azərbaycan üçün eyni dərəcədə əhəmiyyətli olmuşdur.  
M.F.Axundzadə,  H.Zərdabi  və  C.Əfqaninin  ideyaları,  ötən 
əsrin 
əvvəllərində 
yaşamış, 
fəaliyyət 
göstərmiş 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə