MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   2   3   4   5   6   7   8   9   10   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
24 
24 
mütəfəkkirlərin  -  M.Ə.Rəsulzadə,  Ə.Hüseynzadə,  Ə.Topçu-
başov, Ə.Ağayev, N.Yusifbəyli və başqalarının ideoloji-fəlsəfi 
yöndə  formalaşmasında  çox  mühüm  rol  oynamışdır.  Onların 
elmi-fəlsəfi  ideyaları  ilə  yanaşı,  milli  mətbuatın  yaranması, 
məktəblərin  açılması  ictimai-siyasi  və  ideoloji  mühitin 
təşəkkülü və formalaşmasında önəmli rola malik olmuşdu. Bu 
dövrdə  yaşamış  maarifçilərdən  H.Zərdabi,  S.Ə.Şirvani, 
M.Ə.Sabir, 
N.Nərimanov, 
C.Məmmədquluzadə, 
H.Mahmudbəyli, 
S.M.Qənizadənin 
və 
başqalarının 
yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən 
sonra  «rus-tatar  məktəbi»  adlanan  bir  çox  məktəblər  açıldı. 
«Bu  məktəblərin  Azərbaycanın  elmi  həyatında  oynadığı  rolu 
inkar  etmək  olmaz...  XIX  əsrin  axırlarında  türk  pedaqoqları 
xalqın  və  varlıların  yardımı  sayəsində  öz  milli  məktəblərini 
açmağa başladılar. Həmin məktəblərdə ruslaşdırma yox idi… 
1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb 
vardı.  Bu  məktəblərdə  oxuyan  5700  tələbədən  91  nəfəri  türk 
idi» (13, 53). 
Məktəblərin  açılması  yeni  nəslin  yetişməsində  mühüm  rol 
oynadı.  Azərbaycanda  bu  cür  məktəblərin  açılması  əhalinin 
maariflənməsi  və  bunun  da  məntiqi  nəticəsi  olaraq  öz  milli 
kimliyini  dərk  etməsi  istiqamətində  mühüm  təsir  göstərdi. 
Halbuki  çar  Rusiyası  bütün  vasitələrlə  milli  məktəblərin 
yaranmasının  qarşısını  almağa  çalışmışdı.  Bunu,  akademik 
Hüseyn  Əhmədov  belə  izah  edir:  «Çarizm  məktəb  və 
mədrəsələrin  kütləvliyindən,  orada  oxuyan  şagirdlərin 
çoxluğundan,  təhsil  almağın  müsəlmanlar  üçün  dini  borc 
olmasından istifadə edərək, bu məktəblər vasitəsilə rus dilini, 
rus  təhsilini  geniş  əhali  kütləsi  içərisində  yaymağa  çalışır  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
25 
beləliklə  də  kiçik  xalqları,  o  cümlədən  Azərbaycan  xalqını 
ruslaşdırmaq siyasətini yeridirdi» (16, 400). 
Məktəblərin  açılması  ilə  yanaşı,  bir  sıra  qəzetlərin 
Azərbaycanda  işıq  üzü  görməsi  ictimai-siyasi  və  ideoloji 
mühitin  formalaşmasında  əvəzsiz  rol  oynadı.  Bütün  bunlar, 
azad  düşüncəli  ziyalı  zümrəsinin  yaranmasına  və  onun  daha 
da  inkişafına  təkan  verirdi.  1890-cı  illərdə  Azərbaycanda 
yalnız  rus  dilində  qəzetlər  nəşr  edilirdi.  Bunlar  isə  «Kaspi», 
«Bakinski  vedemosti»,  «Baku»  və  başqa  mətbu  orqanlar  idi. 
«Bu qəzetlərin burjua ideya istiqamətli olmasına baxmayaraq, 
onlarda Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının bəzi 
məsələlərinə  qabaqcıl  nöqteyi-nəzərlə  yanaşan  məqalələr  də 
nəşr  olunurdu»  (2,  618).  Türk  dilində  qəzetin  çıxarılmasına 
çar Rusiyası yalnız 1903-cü ildə icazə verdi ki, bu da «Şərqi-
Rus»  qəzetidir.  Məhəmməd  Şahtaxtlı  tərəfindən  təsis  edilən 
bu  qəzet  öncə  Tiflisdə,  bir  ildən  sonra  isə  Bakıda  fəaliyyət 
göstərməyə başladı. 
Ötən əsrin əvvəllərində nəşr olunan «Molla Nəsrəddin» jurnalı 
da xalqın milli oyanışında müsbət rol oynamışdır. «Mətbuati-
yovmiyədən  başqa  bir  neçə  həftəlik  ədəbi,  siyasi  və  məzah 
qəzetləri  dəxi  nəşr  olunurdu  ki,  bunlar  miyanında  «Molla 
Nəsrəddin»  məcmuəsi  Azərbaycan  məzahının  xəlq  etdiyi  bir 
şah  əsərdir»  (46,  19).  «Molla  Nəsrəddin»  satirik  jurnal  olsa 
da,  bu  mətbu  orqana  məqalələr  verən  mütəfəkkirlər  bir  sıra 
ümummilli 
məsələlərə 
toxunublar. 
Məsələn, 
belə 
mütəfəkkirlərdən  olan  Ömər  Faiq  Nemanzadə  bu  jurnala 
verdiyi məqalələrində yazır: «Zəmanəmizdə bir az görünməyə 
başlayan  hürriyyət,  ədalət,  insaniyyət  günəşi  hərçənd  bizim 
üstümüzdə, bizim üfüqümüzdə də doğulacaqdır» (33, 26). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
26 
26 
Ən böyük «molla nəsrəddinçi», mütəfəkkir, yazıçı və jurnalist 
Cəlil Məmmədquluzadə xalqın maariflənməsinə, milli şüurun 
oyanmasına çalışmaqla yanaşı, cəhalətə, savadsızlığa, xürafata 
və  s.  qarşı  mübarizə  aparmışdır.  C.Məmmədquluzadənin 
yaradıcılığının  başlıca  qayəsi  müsəlmanların,  yəni  türklərin 
maariflənməsi və cəhalətdən xilas olması idi. Bu baxımdan, o, 
elm  öyrənməyi  hər  şeydən  üstün  saymış  və  bunu,  satirik 
şəkildə  belə  qeyd  etmişdir:  «Dünyada  çox  adam  dərsdən 
qaçıb.  Özgə  millətləri  bilmirəm,  amma  bunu  bilirəm  ki,  yer 
üzündə  bir  müsəlman  yoxdur  ki,  dərsdən  qaçmamış  ola. 
Əvvəlinci  nüsxəmizdə  demişdik  ki,  dərsdən  qaçan  alim  olar 
və  haman  sözü  indi  təkrar  edirik:  müsəlmanların  cümləsinin 
alim  olmağına  əvvəlinci  və  axrıncı  səbəb  dərsdən 
qaçmaqlarıdır»  (41, 22). 
Ötən  əsrin  əvvəllərində  mətbuatın  daha  geniş  şəkildə  inkişaf 
etməsi  xüsusilə  xalq  arasında  öz  təsirini  göstərmişdir. 
«İnqilabi  hərəkatın,  xüsusilə  1905-1907-ci  illərin  inqilabi 
hadisələrinin  təsiri  altında  bir-birinin  ardınca  yeni  mətbuat 
orqanları yaranırdı. Müəyyən formal cəhətlərinə baxmayaraq, 
əldə  edilmiş  mətbuat  azadlğının  müsbət  nəticələri  artıq 
müşahidə  edilməkdə  idi.  Bu  dövrdə  meydana  gələn  «Şərqi-
Rus»,  «Həyat»,  «İrşad»,  «Tazə  həyat»,  «Dəvət-Qoç», 
«Təkamül»,  «Bakı»  kimi  qəzetlər,  «Dəbistan»,  «Füyuzat», 
«Məktəb»,  «Dirilik»,  «Şəlalə»  kimi  məcmuələr  dövrün 
mühüm, rəngarəng ictimai-siyasi, elmi-fəlsəfi məsələlərini öz 
səhifələrində əks etdirən tribunalara çevrilir» (79, 9).  
XX əsrin əvvəllərində mövcud olan Azərbaycan mətbuatı həm 
ictimai-siyasi,  ideoloji  mühitin,  həm  də  mütəfəkkirlərin 
formalaşmasında  böyük  rol  oynamışdır.  O  dövrün 
mütəfəkkirləri  isə  əsas  istiqaməti  xalqın  maariflənməsinə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə