MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
27 
yönəltmişdilər.  «XX əsrin əvvəllərində Azərbaycanda elm və 
maarifə çağırışlar müxtəlif, rəngarəng formalarda edilirdi, hər 
bir  yazıçı,  mühərrir,  alim  öz  əsərlərində,  publisist 
məqalələrində elə priyomlar, ifadə üsulları işlətməyə çalışırdı 
ki,  onun  vasitəsilə  kütlələrin  şüuruna  təsir  edə  bilsin,  elmin 
fəzilətləri  və  faydaları  haqqında  onlara  daha  anlaşıqlı  tərzdə 
məlumat versin. Bu cür maarif çağırışlarına hər bir jurnalistin, 
ictimai xadimin, mütəfəkkirin yazısında təsadüf etmək olardı» 
(81, 287). 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycan  ictimai-
siyasi  həyatında  mədəni-maarif  cəmiyyətlər  olan  «Nicat», 
«Nəşri-maarif»,  «Səadət»,  «Qeyrət»,  «Səfa»  və  başqaları  da 
milli  oyanışda  mühüm  rol  oynamışlar.  Ancaq  onlar  arasında 
birlik  istənilən  səviyyədə  olmayıb.  Bir  müddət  «Nicat» 
cəmiyyətinin sədri vəzifəsində çalışan M.Ə.Rəsulzadə 1908-ci 
ildə 
«Tərəqqi» 
qəzetində 
«Xeyriyyə 
və 
Maarif 
cəmiyyətlərimiz»  məqaləsində  yazır:  ««Nəşri-maarif», 
«Nicat», «Səadət» - hamısının məqsədi nəşri-savad və maarif 
etmək  deyilmi?  Hamısı  çalışmıyormu  ki,  «milləti  qabağa» 
aparsınlar?  Madam  ki,  öylədir,  bəs  niyə  aralarında  ittihad 
yoxdur,  bəs  niyə  bir  yerə  cəmləşib,  «Müsəlman  mədəni 
ittifaqı»  əmələ  gətirmiyorlar?..  Mən  «Nicat»  maarif 
cəmiyyətinin  sədri  olduğum  halda  bu  fikrimi  qeyri-rəsmi 
surətdə mənimlə işləməkdə olan yoldaşlarıma nəql və fikrimin 
nə  yol  ilə  əmələ  gətiriləcəyini  təfsilən  bəyan  etdikdə  onların 
bir  çoxu  mənim  bu  fikrimə  şərik  olur  və  təhsin  ediyordular» 
(69). 
Milli  oyanışın  baş  qaldırmasında  müsəlman  tələbələrinin 
Azərbaycandan kənarda yaratdığı cəmiyyətlər də müəyyən rol 
oynayırdı.  O  zaman  müsəlman  tələbələri  əsasən  Rusiyada 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
28 
28 
fəaliyyət  göstərən  ali  məktəblərdə  təhsil  alırdılar.  Məsələn, 
Həsən  bəy  Zərdabi,  İsmayılxan  Ziyadxanov,  Xəlil  bəy 
Xasməmmədov,  Məmməd  Yusif  Cəfərov,  Əli  bəy 
Hüseynzadə  və  başqları  Rusiyada  ali  təhsil  almışdılar.  Onlar 
Rusiyada  təhsil  alarkən  Moskvada  və  Sankt-Peterburqda 
«Həmyerlilər»  cəmiyyəti  yaratmışdılar.  «Qarşılıqlı  yardım 
kassası» onlar arasında  yardımçı rolu oynayırdı. Bu, sonralar 
Həmyerlilər  İttifaqının  yaranmasına  səbəb  oldu.  Həm  ölkə 
daxilində,  həm  də  ölkə  xaricində  yaranan  cəmiyyətlər  də 
sonralar  Azərbaycanın  ictimai-siyasi  həyatında  mühüm  rol 
oynamışdır. Azərbaycanın bir sıra görkəmli şəxsləri məhz ilk 
fəaliyyətlərinə  bu  cür  cəmiyyətlərdən  başlamışlar.  Bu 
cəmiyyətlər Azərbaycanda milli partiyaların formalaşmasında 
da müəyyən rol oynamışdır.  
Azərbaycanda  siyasi  partiyaların  formalaşması  isə  XX  əsrin 
əvvəllərində  bir  neçə  istiqamətdə  gedirdi.  Azərbaycanda 
partiyalar əvvəllər Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının 
(RSDFP)  yerli  qurumları  kimi  fəaliyyət  göstərirdilər.  «Bakı 
quberniyası  Jandarm  İdarəsinin  məlumatında  bildirilir  ki, 
müsəlman  demokrat  qrupu  «Hümmət»  RSDFP-nin  fraksiyası 
olub,  öz  müstəqil  proqramına  malik  deyildi.  Polis 
departamentinin 
materiallarında 
bu 
qrupun 
başqa 
partiyalardan  fərqli  xüsusiyyəti  kimi  son  dərəcə  konseperativ 
olması  göstərilir.  Əsasən,  Azərbaycan  ziyalılarından  təşkil 
olunmuş  bu  partiyanın  görkəmli  xadimləri  sırasında 
M.Ə.Rəsulzadə, 
Ə.Ağayev, 
Abbasqulu 
Kazımzadə, 
M.Əzizbəyov, 
Qarabəy 
Qarabəyov, 
M.H.Hacınski, 
S.M.Əfəndiyev,  İsabəy  Aşurbəyov və başqalarının adları  var. 
N.Nərimanov,  M.Məmmədyarov,  B.Sərdarov,  B.Dadaşov, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
29 
X.Səfərəliyev və başqalarının 1905-ci ildə bu fraksiyaya daxil 
olduğu bildirilir» (83, 210-211).  
M.Ə.Rəsulzadə  və  onunla  həmfikir  olanlar  qurumu  daha  çox 
milli  yöndə  və  mümkün  qədər  RSDFP-dən  uzaq,  müstəqil 
şəkildə  formalaşdırmağa  çalışırdılar.  Ancaq  M.Əzizbəyov, 
N.Nərimanov, S.M.Əfəndiyev və başqaları buna qarşı çıxırdı. 
«Hümmət»in  fəallarından  biri  olan  S.M.Əfəndiyev  sonralar 
yazır:  «Bizim  partiyamız  «Hümmət»  məsələsində  öz  əsas 
prinsipinə,  yəni  partiyanın  və  fəhlə  hərəkatının  vahid  və 
bölünməz  olması  prinsipinə  sadiq  qaldı»  (25,  s.16).  Lakin 
1905-ci  ildə  Rusiyada  başlanan  birinci  inqilabın  nəticələri 
«Hümmət»ə  də  təsirini  göstərdi.  «M.Ə.Rəsulzadə  və 
silahdaşları  bolşeviklərin  məram  və  məqsədlərindən 
Azərbaycana heç bir fayda olmayacağını başa düşüb onlardan 
uzaqlaşdılar.  1907-ci  ildə  «Hümmət»in  bağlanmasına  qərar 
verildi»  (95,  s.32).  Prof.  Yusif  Rüstəmov  yazır:  ««Hümmət» 
təşkilatında  iş  aparan  M.Ə.Rəsulzadə  qrupunun  üzvləri  – 
gələcək «Müsavat» partiyasının üzvləri xalqın milli mübarizə 
yolunu  müəyyən  etməyə  çalışırdılar.  Bu  yol  Azərbaycanın 
gələcək  milli  istiqlaliyyət  yolu  idi.  Milli  ruhlu  gənclər  öz 
mövqelərini  sərbəst  surətdə  müəyyənləşdirmək  üçün 
«Hümmət» təşkilatından ayrıldılar» (78, 295). 
H.Baykara yazır ki, Azərbaycan tarixində ikinci siyasi partiya 
1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhalisinə 
qarşı törətdikləri qırğın zamanı Əhməd bəy Ağayev tərəfindən 
yaradılan  «Difai»  Partiyasıdır.  Bu  partiya  yarandığı  gündən 
Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür. Partiyanın 
yaradıcısı  və  Mərkəzi  Komitənin  sədri,  «hümmət»çilərdən 
olan  Ə.Ağayev  1909-cu  ildə  Türkiyəyə  mühacirət  edib  və 
«Difai» sonralar  «Müsavat»a birləşib. H.Baykaranın fikrincə, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə