MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
30 
30 
Azərbaycanın siyasi tarixində yer alan üçüncü partiya «Rusiya 
Müsəlmanları İttifaqı» Partiyasıdır (13, s.71). O, milli partiya 
kimi  1911-ci ildə yaradılan «Müsavat» Partiyasını göstərir.  
Bütün yuxarıda sadaladıqlarımızın nəticəsi olaraq deyə bilərik 
ki,  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  çar  Rusiyasının 
tabeliyində  olan  Azərbaycanda  əsasən,  iki  istiqamət  mövcud 
idi:  milli-burjua  və  sosializm.  Milli-burjua  hərəkatı  əsasən 
islamçılıq və türkçülük istiqamətlərində özünü büruzə verirdi. 
Əslində  çox  vaxt  bunları  bir-birindən  ayırmaq  mümkün 
olmurdu. Buna səbəb də bu iki cərəyanın bir-birinə çox yaxın 
olması idi. Çünki o zaman islamçılıq və türkçülük az qala eyni 
anlayışı ifadə edirdi. Z.Göyüşov «Azərbaycan maarifçilərinin 
etik  görüşləri»  əsərində  Azərbaycan  milli  burjuaziyasının 
yaranma  proseslərini  belə  qiymətləndirib:  «Milli  burjuaziya 
hələ  ictimai  həyatda  hakim  mövqe  qazanmamışdı  və  siyasi 
hakimiyyəti  ələ  almaq  üçün  təşəbbüs  göstərmək  əzmində 
deyildi»  (27,  s.48).  Onun  fikrincə,  əksinə,  yeni  yaranan 
burjuaziya feodallarla, ağalarla, mülkədarlarla sıx əlaqəli idi.  
Ola bilsin ki, onun dediklərində müəyyən həqiqət var. Ancaq 
milli  burjuaziyanın  təşəbbüsü  ələ  ala  bilməməsi  fikri  ilə 
birmənalı şəkildə razılaşmaq da mümkün deyil. Belə ki, XIX 
əsrin sonlarından başlayaraq milli burjuaziya bütün sahələrdə 
irəli  çıxır  və  ictimai-siyasi  proseslərə  təsir  etmək  imkanına 
malik  olurdu.  Bununla  da  Azərbaycanda  iri  kapitallı  milli 
burjuaziya 
formalaşırdı. 
Bu, 
kəndli-mülkədar 
burjuaziyasından kənara çıxaraq daha geniş anlam alırdı.  
İslamçılıq  və  türkçülük  cərəyanları  XX  əsrin  əvvəllərində 
Azərbaycan  ictimai-siyasi  mühitində  xüsusi  rol  oynamışlar. 
Azərbaycanda  ilk  dövrlərdə  panislamizmin  daha  güclü 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
31 
təşəkkül  tapmasını  çar  Rusiyasının  müstəmləkə  siyasətinə 
qarşı müsəlmanların mübarizəsi ilə əlaqələndirmək olar.  
XIX  əsrin  50-60-cı  illərində  Azərbaycanda  müridizm  geniş 
yayılmışdı.  Bu  məsələdə  Qafqazda  Şeyx  Şamilin  başçılıq 
etdiyi  azadlıq  hərəkatı  da  mühüm  rol  oynamışdır.  İslamın 
əhali arasında geniş yayılmasından qorxan çar Rusiyası bunun 
qarşısını  müxtəlif  vasitələrlə  almağa  çalışmışdır.  Buna  isə 
Rusiya  zor  gücü  ilə  deyil,  xristianlığın  müxtəlif  qollarını 
Azərbaycanda  yaymaq,  islam  məzhəbləri  arasındakı 
ziddiyyətləri  dərinləşdirməklə  nail  olmaq  istəyirdi.  «İslamın 
Rusiyada  geniş  yayılmasının  qarşısını  mərkəzi  hökumət  ala 
bilmirdi.  Bu  isə  çar  Rusiyasını  qorxuya  salırdı.  Çar 
Rusiyasının  ən  çox  qorxduğu  isə  «İttihadi-İslam»  ittifaqı  idi. 
Çünki bu təşkilat panislamizmin ən geniş formada təbliğatçısı 
idi» (83, 49).  
Çar Rusiyasında panislamizmin başlanğıcı kimi 1880-1890-cı 
illər  göstərilir.  İlk  dövrlərdə  bu,  özünü  islam  ümmətçiliyi 
şəklində büruzə verir, sonra hümmətçiliyə çevrilir və nəticədə 
türk millətçiliyinə gətirib çıxardır. Azərbaycan panislamistləri 
kimi  daha  çox  Əhməd  bəy  Ağayev  (Ağaoğlu),  Qara  bəy 
Qarabəyov, 
Əli 
bəy 
Hüseynzadə 
(1864-1940) 
və 
M.Ə.Rəsulzadənin  adları  çəkilir.  İslamçılığın  təşəkkül 
tapmasında  və  Rusiya  müsəlmanlarının  birləşməsində  krımlı 
İsmayıl  bəy  Qaspıralının  (1851-1914)  Bağçasarayda  1883-cü 
ildən  nəşr  etməyə  başladığı  «Tərcüman»ın  da,  xüsusi  rol 
oynadığı bildirilir.  «Dildə, fikirdə və işdə birlik» şüarını irəli 
sürən İ.Kaspıralı türkçülüyün çar Rusiyası ərazisində yaşayan 
türklər  arasında  yayılmasında  və  təşəkkülündə  mühüm  rol 
oynamışdır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
32 
32 
Azərbaycanda islamçılığın və türkçülüyün inkişafında Əli bəy 
Hüseynzadə  mühüm  rol  oynayıb.    1864-cü  ildə  Salyanda 
dünyaya  gələn  Ə.Hüseynzadə  Peterbruqda  fizika-riyaziyyat 
fakültəsində oxumuş, İstanbulda Ali Hərbi Məktəbi bitirmişdi. 
Ötən əsrin əvvəllərində Bakıda nəşr olunan «Kaspi», «Həyat» 
qəzetlərinə  və  «Füyuzat»  jurnalına  redaktorluq  edən 
Hüseynzadə  türkçülük  və  islamçılıq  uğrunda  savaş  vermişdi. 
O,  millətin  islam  dininə  bağlılığını  dinimizin  ümumbəşəri 
mənəvi  dəyərləri  ilə  izah  etmişdi.  Qeyd  edək  ki, 
Ə.Hüseynzadəni  Sovetlər  Birliyində  əvvəlcə  panislamist, 
sonra isə pantürkist kimi qələmə verənlər də tapılıb. Şübhəsiz, 
Ə.Hüseynzadə  milli  özünüdərkin  inkişafında  çox  mühüm  rol 
oynamış  bir  mütəfəkkirdir.  Bu  baxımdan  Sovetlər  Birliyi 
dövründə onu pantürkist və panislamist kimi qələmə verənlər 
əsl  həqqiqəti  xalqdan  gizləyirdilər.  Bu  həqiqət  isə  ondan 
ibarətdir  ki,  Ə.Hüseynzadə  Azərbaycan  xalqının  isctimai-
siyasi və fəlsəfi fikir tarixində önəmli rol oynamış, bolşevizm 
ideyalarını daim tənqid etmişdir. 
XX  əsrin  əvvəllərində  sosial-siyasi  və  ideoloji  mühitin 
formalaşmasında  mühüm  rol  oynayan  panislamizm  özünü-
dərkin ilk nişanəsi kimi ortaya çıxaraq müstəmləkəçiliyə qarşı 
mübarizədə  birlik  nümunəsi  olub.  İmperiya  daxilindəki  ayrı-
ayrı  millətlərin  müstəqil  şəkildə  mübarizə  apara  bilmədikləri 
dövrdə, islam dini ətrafında birləşərək müəyyən işlər görməsi 
təqdirəlayiq  haldır.  Ancaq  panislamizm,  müsəlmanların  azad 
olması  üçün  qoyulan  tələblərə  tam  cavab  da  vermirdi.  Dini 
birlik,  milli  birliyin  yerini  verə  bilmirdi.  Bu  baxımdan 
panislamizmlə yanaşı, pantürkizmin vüsət alması təbii proses 
idi.  Əslində  bu  iki  cərəyan  bir-birinin  inkişafında  mühüm  rol 
oynayıb. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə