www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
45
xəyanətkar mövqeyini belə açıqlamışdı: «Tutaq ki,
Rəsulzadənin özü inqilabi qayda-qanunun bərpası naminə
milli polkların təşkilində iştirak etsin, tutaq ki, onun obyektiv
niyyətləri billur kimi safdır, lakin obyektiv surətdə onun
fəaliyyəti əks nəticə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu
və ya digər şəxsiyyətin yaxşı niyyətlərindən deyil, sinfi
niyyətlərindən irəli gəlir» (128). Şaumyanın davam etdirdiyi
qorxulu, riyakar siyasəti isə Lenin 1918-ci ildə ona göndərdiyi
teleqramda belə ifadə etmişdi: "Sizin möhkəm və qəti
siyasətiniz bizi sevindirir» (34, s.26).
Daxili ziddiyyətlər və xarici oriyentasiya məsələlərindəki
antoqonizmlər
Zaqafqaziya
Federativ
Demokratik
Respublikasının tezliklə dağılmasına səbəb oldu. Gürcüstan
Zaqafqaziya Respublikasının tərkibindən çıxdıqdan sonra,
1918-ci il mayın 27-də Azərbaycan nümayəndələrinin
fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə
olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Milli
Şurasını elan etdi.
Azərbaycan Milli Şurası tərəfindən 1918-ci il mayın 28-də
bütün dünyaya elan edilən Azərbaycan istiqlalı haqqındakı
bəyannamədə deyilir: «1. Bu gündən etibarən Azərbaycan
xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi və Şərqi
Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləl hüquqi
müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin
şəkil-idarə forması Xalq Cümhuriyyəti olaraq təqərrür edir. 3.
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlə və bilxassə
həmcüvar olduğu millət və dövlətlərlə münasibatı-həsənə
təsirinə edər. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət,
məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda
(hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
46
46
siyasiyyə və vətəndaşlıq təmin eylər…» (8, f.894, s.10, iş. 12,
v.1-2).
AXC-nin varlığı yalnız Azərbaycan türkləri üçün deyil, bütün
türk dünyası, müsəlman Şərqi üçün böyük əhəmiyyət kəsb
edirdi. Bu cümhuriyyətin qurulması yalnız çar Rusiyasında
baş verən inqilabların nəticəsi deyil, millətin özünün ortaya
qoyduğu milli ideologiyasının qanunauyğun sonluğu idi.
Azərbaycan türkləri sübut etdilər ki, demokratik cümhuriyyət
qurmağa qadir və layiqdirlər.
Azərbaycanın milli azadlıq ideyasının tarixi köklərini isə ilk
növbədə qədim dövrlərdə və orta əsrlərdə axtarmaq lazımdır.
Azərbaycan üçün milli azadlıq təcrübəsi və milli dövlətçilik
ənənəsi
həmişə
yanaşı
mövcud
olmuş,
bir-birini
tamamlamışdır. Milli dövlətçiliyin davamlılığı məhz milli
azadlıq ideyasının xalqın həyatında daim mühüm yer
tutmasından asılı olmuşdur. Ayrıca, bu ardıcıllığı Şimali
Azərbaycan ərazisində qurulmuş dövlətlərdə də görmək
mümkündür. Milli dövlətçiliyin olmadığı dövrlərdə isə milli
azadlıq düşüncəsi özünü qoruyub-saxlamış və hər dəfə bunun
yekunu olaraq Azərbaycan türklərinin mənsub olduğu yeni-
yeni türk dövlətləri qurulmuşdur. Nəzər yetirsək görərik ki,
ən qədim dövrlərdən indiyədək bu ardıcıllıq pozulmamış,
yalnız müəyyən fasilələrə məruz qalmışdır. Bu tarixi fasilələr
isə bir millətin həyatı baxımından heç də faciəvi şəkildə özünü
ortaya qoymamış, ancaq özünün mənfi təsirini göstərməkdən
də geri qalmamışdır. Bütövlükdə, milli azadlıq və milli
dövlətçilik ideyaları ən qədim dövrdən indiyədək Azərbaycan
türklərinin həyatı ilə qırılmaz surətdə bağlı olmuşdur.
Bu baxımdan yeni cümhuriyyətin təməl daşları olan milli
azadlıq və milli dövlətçilik məsələləri qədim tarixi-fəlsəfi və
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
47
milli dəyərlərə malikdir. Bütün dövrlərdə işğalçılıq,
müstəmləkəçilik siyasəti ilə barışmaz olan, milli azadlığını və
milli dövlətçiliyini hər şeydən üstün tutan Azərbaycan türkləri
bunu, qədim dövrlərdə və orta əsrlərdə yaratdığı dövlətləri ilə
dəfələrlə sübut etmişlər. Azərbaycan ərazisində, Azərbaycan
türklərinin qurduqları dövlətlər məhz milli azadlıq
düşüncəsinin nəticəsidir və bunun nəticəsi olaraq milli
dövlətçiliyin nə dərəcədə yüksək bir statusa malik olmasından
xəbər verir. Ona görə də Azərbaycan türklərinin həyatında
milli azadlıq və milli dövlətçilik məsələsi həmişə ön planda
olmuşdur.
Əlbəttə ki, bütün bunların ümumiliyində yeni cümhuriyyətin
əsas dayağı kimi, yenə də milli azadlıq və milli dövlətçilik
ideyaları dayanmışdır. Bu dəfə də tarixi-fəlsəfi və milli
dəyərlərdən uzaqlaşmadan milli azadlıq və milli dövlətçilik
ideyaları, özünü bir qədər fərqli aspektdə büruzə vermişdir.
Belə ki, yeni dövrdə bəşər cəmiyyətində, dünyada baş verən
müasir milli dövlət anlayışı Azərbaycandan da yan
ötməmişdir. Əksinə, Azərbaycan yeni dövrdə müasir milli
dövlət qurmağa hazır olan ölkələrdən biri olmuşdur. Belə
olmasaydı, islam Şərqində və türk dünyasında respublika tipli
ilk dövlət quran Azərbaycan türkləri olmazdı. Deməli, yeni
dövrdə milli azadlıq və milli dövlətçilik problemi böyük
mütəfəkkirlərimiz tərəfindən həm tarixi-fəlsəfi, həm də milli
dəyərlər baxımından çox düzgün qiymətləndirilmişdir. Aryıca,
Azərbaycan türkləri milli azadlıq və milli dövlətçilik
ideyalarını yalnız bir millətin məsələsi kimi mənimsəməmiş,
onu digər azsaylı xalqların həyatı ilə uzlaşdırmağı
bacarmışdır. Bununla da milli azadlıq və milli dövlətçilik
ideyası bir xalqın məsələsi kimi dar çərçivədə qalmamış,
Dostları ilə paylaş: |