www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
190
190
əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk
dövlətidir» (29, s.77).
M.Ə.Rəsulzadə gənc dövlət üçün ən önəmli hal kimi onun
iqtisadi cəhətdən ayaq üstə durmağını göstərirdi. Onun
fikrincə, müstəqilliyə qovuşmuş Azərbaycan Şərq ölkələri
arasında ən inkişaf etmiş bir diyardır. Şərqdə bütün yeniliklər
öncə bu ölkədə baş verir. Buna görə də M.Ə.Rəsulzadə bu
hökumətin və onun vətəndaşlarının özəlliklərini göstərməyi də
unutmurdu: «İnkişafa meylli olduqlarını göstərmək üçün bu
kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk
bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet
yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq
ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk
düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə
cümhuriyyət elan edən də azərbaycanlıdır... Azərbaycan
Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər
hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insan
möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ
saxlanırdı» (47, s.40).
Dinindən və millətindən asılı olmayaraq ölkənin bütün
vətəndaşlarına eyni gözlə baxan Cümhuriyyətin qurulmasında
müstəsna rol oynayan Rəsulzadə deyirdi ki, əgər Azər-
baycanda milli hökumət möhkəmlənərsə, ölkədə istənilən
müsbət ideyalar həyata keçəcək. Mütəfəkkirin fikrincə, bu
zaman Rusiyadakı inqilabın Azərbaycana təsiri də azalmış
olacaq. Yəni bu zaman Moskva bolşevikləri milli hökumətə
təsir etmək gücündə olmayacaqlar: «Rusiya inqilabi-əzəmi,
hər nə deyirlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyada
inqilab nə yapacaqdır? Bu sualla «Böyük Rusiya» fikri ilə
məsum olan rus inqilabçıları nöqteyi-nəzərindən deyil,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
191
inqilabın kəndi təbiəti təhlil edərək cavab verməlidir... Bili-
yoram əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş
olduğu müsbət nəzəriyyələrlə elan etdiyi əqanimi-hürriy-
yətdən son dərəcə istifadə edəcəkdir. İştə müstəqil bir Azər-
baycan: siyasətin kəsbi-hürriyyət və istiqlal edəcək Azərbay-
canda ictimai hürriyyətlər və hüquq-bəşərə aid düsturlar, hər
halda, müstəbid Rusiya zamanından daha geniş, daha müsaid
olacağına şübhə etməm. Hətta əfəndilər söyləmək istərəm ki,
Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı
təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada
bizim daxili hürriyyətlərimizə icrai-nüfuz edən və edəcəyi
mütəsəvvir bulunan qüvvət yabançı bir qüvvət deyil, öz
qüvvətimizdir» (46, 41).
Azərbaycan parlamentinin açılışında (7 dekabr 1918-ci il)
Milli Şuranın sədri, Azərbaycan Cümhuriyyətinin qurucusu və
ideoloqu Məhmməd Əmin Rəsulzadənin söylədiyi nitqdən
bəzi məqamlara toxunmaq da yerinə düşərdi: «Rusiyada zühur
edən inqilabi-kəbir (böyük inqilab) digər həqiqətlər arasında
bir həqiqəti-bahirəyi (aydın həqiqəti) də elan etmiş idi. Bu
həqiqət millətlərin hürriyyət haqqı və istiqlalları idi.
Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq
təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə
muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir
Rusiyanı bir an əvvəl təsis edəcəkdi. O vaxt təbii idi ki,
Rusiyada yaşayan müsəlmanların da siyasi həyatları digər
məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan
edəcəkdi.
Millətlər öz müqəddəratının təyinini çox səmimi bir surətdə
Rusiya Məclisi-Müəssisaınıdan gözlədilər. Ancaq Rusiyada
inqilab və demokratiya namına (adına) zühur (ortaya çıxan)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
192
192
edən məkus (geri dönmüş) bir istibdadın nə kimi xarabalıqlar
yaratdığını bilirsiniz.
İnqilab namına hökmfərma (hakim) olan anarxiya və
millətlərin
hüquq
elanından
sonra
verilən
qatı
mərkəziyyətçilik Zaqafqaziya millətlərini öz başlarının
çarəsinə baxmağa sövq etdi» (42, 89).
Rəsulzadə parlamentdəki çxışına davam edərək deyir:
«Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç bir
ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya
çarizm Rusiyası, Rusiya istibdadır. Rusiyaya nifrətimiz
Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə nifrət
demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətlər əzən və
hüquqlarını verməyən rəsmi Rusiyadır.
Hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra
digər millətlələ ürəyi istədiyi kimi ittifaq bağlamalıdr. Bütün
dünya
millətlərinin
«Cəmiyyəti-Əqvam»
(Millətlər
Cəmiyyəti) vücuda gətirməsi bizim ən əziz fikirlərmizdəndir.
Bu «federasyon»çılarla deyil, təbii bir meyil və arzu ilə hasil
olmuşdur (Alqışlar)…
Biz Rusiyanın sədaətini istəriz, Rusiya cəmaətini sevəriz,
ancaq öz istiqlalımızı da əziz tutarız! (Alqışlar).
Cəbr ilə qəbul edilən bir şeydə qətiyyən səadət olmaz, çünki
səadət hürriyyət və istiqlaldadır! (Alqışlar).
Bax bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən
üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam
mədəniyyəti
və
müasir
Afropa
iqtidarı-əhraranəsini
(özgürlüksevərliyini) təmsil edən bu üçboyalı baryaq daima
başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə
qaldırılmış bayraq bir daha enməyəcəkdir! (Məbuslar (millət
Dostları ilə paylaş: |