www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
130
130
bildilər ki, hürriyyət ayrı-ayrı olub, hərə bir tərəfə çəkmək ilə
deyil, ittifaq, ittihad ilə başa gələck bir işdir… Bunların bir-
birilə
yavuqlaşmasından
"Şurayi-Osmani"
rəayasını
mütləqiyyətdən qurtarıb idareyi-məşrutə ilə azad etməkdir. Bu
məqsədini əmələ çıxarmaq, tutduğu amala vasil olmaq üçün,
hamı Türkiyə təbəələrini hər millət və məzhəbdən olursa-
olsun arvadmı, kişimi, - bilatəfavüt - öz səflərinə çağırır və bu
yol ilə Osmanlını düşdüyü girdabi-həlakətdən çıxarmaq
istiyor" (49, s.146).
Rəsulzadə 1908-ci ildə Osmanlıda Gənc türklərin inqilabına
da xüsusi diqqət yetirir. Rəsulzadə yazır ki, Gənc türklərin
"İttihad və Tərəqqi" Partiyası Türkiyənin yeni bir dönəmə
başlamasına rəvac verir: "Məlumdur ki, Gənc türklərin xarici
siyasətinin məqsədi ölkə daxilində həyatın yenilənməsi və
konstitusiya əsaslarının möhkəmlənməsi ilə rahat məşğul ola
bilmək üçün, ölkəni hər cür təcavüzlərdən qorumaqdan ibarət
idi. Onlar öz işlərinin bu sahəsində fövqəladə qabiliyyət sahibi
olduqlarını göstərdiər… "İttihad və Tərəqqi" Partiyası
parlament seçkilərində parlaq zəfər çalmışdır və məlum
olduğu kimi, indi parlamentdə rəhbər rol oynayır" (49, 281).
Ümumilikdə, qonşu ölkələrdə gedən ictimai-siyasi, ideoloji
prosesləri sosail-demokrat kimi dəyərləndirən M.Ə.Rəsulzadə
əvvəllər sosial-demokratlar kimi inanırdı ki, sosializm bütün
ölkələrdə bərqərar olmaqla ayrı-ayrı millətlərin problemləri də
həll olunacaq. Şübhəsiz ki, bu zaman Rəsulzadə ayrı-ayrı
millətlərin milli ideoloji savaşlarındakı kəskin fərqləri nəzərə
almayıb. Hətta Bakının özündə fəaliyyət göstərən erməni, rus
və başqa millətlərin şovinist hərəkətləri belə ilk dövrlərdə
onun beynəlmiləl inqilab fikirlərinə ciddi şəkildə təsir
göstərməyib. Rəsulzadə tutduğu yolun doğruluğuna hələlik,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
131
müəyyən mənada inanırdı. Bu inanc isə bütün millətləri sinfi
mübarizə yolu ilə xoşbəxt görməkdən başqa bir şey deyil.
Ancaq Rəsulzadə unudurdu ki, bir çox millətlərin
nümayəndələri sosial-demokratizm pərdəsi adı altında yalnız
öz maraqları, mənfəətləri üçün çalışırlar. Bunu dərk etməsi
üçün, Rəsulzadənin müəyyən bir zamana ehtiyacı vardı. Bu
baxımdan Rəsulzadənin ilk dövrlərdə çar Rusiyasında,
Osmanlı imperiyasında, İranda və dünyanın başqa ölkələrində
baş verən hadisələrə yalnız sosial-demokrat mövqeyindən
yanaşması təbiidir.
M.Ə.Rəsulzadə istər Bakıda, istərsə Tehranda yazdığı
məqalələrində, əsərlərində sosial-demokrat prinsiplərinin,
islam və sosial-demokratiyanın, əsl milliyyətçilik və sosial-
demokratiyanın
bir-birinə
zidd
olmamasına,
əmək
bərabərliyinin, ictimai bərabərliyin, sosial ədalətin, edamın
ləğv olunmasının, insan hüquq və azadlıqlarının və s.
məsələlərin təbliğinə də geniş yer verir. 1905-1907-ci illərdə
çar Rusiyasında baş verən inqilab Rəsulzadəyə çox böyük
təsir göstərmişdi. Başqa mütəfəkkirlər kimi (Ə.Hüseynzadə,
Ə.Ağayev, Ə.Topçubaşov, C.Məmmədquluzadə və b.)
M.Əmin də azad mətbuatın yaranmasından istifadə etmiş və
bir çox məqalələr yazmışdı. Rəsulzadə inqilabçı "Təkamül"
qəzetinin başçısı kimi açıq şəkildə inqilabçılığı, hürriyyət və
istiqlalı təbliğ edirdi. "Çox keçmədən onu, (M.Ə.Rəsulzadəni)
1906-cı ildə nəşrə başlayan "Təkamül" (1906-1907) qəzetinin
başında görürük. İnqilabçı, millətsevər gəncliyin fikirlərinə
tərcüman olan bu qəzet proqram məqaləsində "Millətlərin,
qövmlərin, heyətlərin siniflərin və şəxslərin hüquq və
ixtiyaratda azad və bərabər olmalarını", hər növ təcavüzdən
qorunmalarını müdafiə edən gənc və inqilabçı mütəfəkkir
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
132
132
Rəsulzadə bu tezisi həyatı boyunca işlədəcək: "İnsanlara
hürriyyət, millətlərə istiqlal!" şəklində ifadə etdiyi milli
məfkurə halına gətirəcəkdir" (49, s.7).
Monoqrafiyanın birinci fəslinin ilk paraqrafında da qeyd
etdiyimiz kimi, Qərbi Avropanın həm sözdə, həm də əməldə
hürriyyət dəyərlərini ilk dəfə dərindən böyük filosofumuz
M.F.Axundazə dərk etmiş və bu dəyərləri, "Kəmalüddövlə
məktubları"ında Şərq və Qərb xalqlarının, dövlətlərinin
timsalında uğurla müqayisə etmişdi. M.F.Axundzadənin
başladığı bu işi Həsən bəy Zərdabi davam etdirmiş və artıq
ötən əsrin əvvəllərində Qərbi Avropanın azadlıq ideyaları çar
Rusiyasında, o cümlədən Quzey Azərbaycanda geniş
yayılmışdı. M.Ə.Rəsulzadə Axundzadə, Zərdabi, C.Əfqani
(İstanbulda C.Əfqaninin elmi-fəlsəfi fikirləri ilə tanışlıqdan
sonra)
və başqalarının tutduğu yolu çox düzgün
dəyərləndirmiş, dərk etmiş və "İnsanlara hürriyyət, millətlərə
istiqlal!" şüuarı altında milli məfkurəmizin əsas prinsiplərini
müəyyənləşdirmişdir. "Fərdin, (şəxsin, insanın) azadlığı, əmək
və çalışma azadlıqları və millətlərin azadlığı kimi üç ana
ünsürdən ibarət olan bu Qərbi Avropa azadlıq ideyasının Şərq
dünyasına yayılmasına və yerləşməsinə qarşı çətin bir cəhalət
səddi təşkil edən Rusiya imperatorluğunu, inqilabçı həmlələrlə
yıxıb ortadan qaldırmağın mümkün olacağına inanan Rəsul-
zadə "insanlara hürriyyət, millətlərə istiqlal" şüarı ilə milli
Azərbaycan məfkurəsinin insani, mədəni və aləmşümul
mənasını da qısa bir şəkildə ifadə etmişdir" (49, 7).
Bu baxımdan yaradıcılığının ilk dövründə yazdığı məqalələrin
ana xəttində sosial-demokrat əqidəsi, inqilabi ideyalar
dayanan M.Ə.Rəsulzadə sinfi azadlıq, sosial ədalət, ictimai
bərabərlik və s. ideyaların daşıyıcısı kimi bir qism
Dostları ilə paylaş: |