MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə94/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
287 
dedi…  Bir  dəfə  «Bustan»ın  həcminə  baxdım.  Bunun  farsı 
«Bustan»dan az olduğuna qane oldum. Dedim ki, bəlkə cənab 
mütərcim  icaz  və  ixtisari-kəlamda  Şeyxi  keçmiş,  onun  iki 
beytdə  sığışdıra  bildiyi  mənaları,  bu  iki  misrada 
yerləşdirmişdir.  Təxmini  bir  hesab  nəticəsində  ixtisarın 
bundan  daha  ziyadə  çıxdığı  anlaşıldı.  Çünki,  əsil  «Bustan» 
təqribən  9.176  beytdən  ibarətdir.  Tərcüməsi  isə  ancaq  1.464 
beyt  təşkil  ediyor  ki,  təqribən  əsildən  altı  kərə  müxtəsər 
oluyor.  Demək  mütərcimin  icazi  o  dərəcəyə  yetmiş  ki,  Şeyx 
Sədinin  altı  misrada  ifadə  edə  bildiyi  mənanı  ancaq  bir 
misrada  söyləmişdir.  Tərcümənin  badi-şübhə  olan  bu 
«müxtəsər  müflidliyini»  bittəb  sınamaq  lazım  gəliyordu. 
Tərcüməni açdıq, başdan oxumağa başladıq: 
«Benami xudavəndi-balavü pəst, 
Qələm algilən Seyyida, sən bedəst!» 
Bu  «Bustan»ın  başına  oxşamıyordu.  «Bustan»ı  açdıq,  doğru 
imiş.  Bəlkə  bu  mütiərcimin  müqəddiməsidir,  -  deyə  keçdik» 
(50, 273-274). 
Rəsulzadə  yazır  ki,  Sədinin  «Bustan»ının  tərcüməsinə  türkcə 
kəmiqtidar  olanların  qalxışması  Azərbaycan  ədəbiyyatındakı 
boşluqla,  nöqsanlarla  bağlıdır:  «Bu  iqtidarsızlığa  bir  nümunə 
olaraq  Əbdülvahab  cənablarının  «Bustan»a  yazmış  olduqları 
müqəddimədən ilk cümləsini alıyoruz: «Övladi - kürryei-ərzin 
elm nuri ilə aləmi ziyalı və münəvvər etməyi, tərəqqiyi-təaliyə 
yetişməyi,  əzhər  və  hüveyda  olmağı  halda  bunun  əksinə  biz 
milləti-islamilar isə keçmişdəki tarixi, elmi, fünunu, tərəqqi və 
təkamülü, cəhalətlə fənayə verməkdəyiz». Bu cümlənin ifadə 
etmək  istdədiyi  mənanı  sadə  və  dop-doğru  türk  dilinə 
çevirdikdə məzmunu doğru isə bu çıxar: «Övladi-bəşərin elm 
nuri  ilə  aləmin  münəvvər  elədiyi  və  bu  sayədə  tərəqqi  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
288 
288 
təaliyə  yetişdiyi  aşkar  olduğu  halda,  biz  milləti-islam 
keçmişdəki  tarix,  elm,  fünun,  tərəqqi  və  təkamülümüzü 
cəhalət sayəsinədə fənayə verməkdəyiz»» (50, 277). 
Rəsulzadə çox bacarıqla və ustalıqla Seyid Zərgəri isə tənqid 
etməkdə  davam  edir:  ««Bustan»ın  əslindən  alaraq  aşağıya 
yazıyoruz: 
 
 
 
«Nə əndişə əz kəs, nə hacət behiç, 
 
 
 
Çu zülfi-ərusan rəhəş piç-piç». 
Zərgərin tərcmüsəsi: 
 
 
 
«Yoxuydu onun kimsəyə ehtiyac, 
   Alardı səlatinlərdən xərac». 
 
Sədinin  yuxarıdakı  beyti  Qızıl  Arslanın  qələsini  tərif 
ediyor. Qələnin kimsədən əndişəsi və kimsəyə də ehtiyacı yox 
idi    -  diyor.  Yolları  da  zülfi-ərusan  kimi  buruq-buruq  idi  - 
söylüyor.  Mütərcim  isə  bunu,  Qızıl  Arslanın  şəxsinə  aid 
olaraq  tərcümə  ediyor  və  onun  sultanlardan  xərac  aldığını  da 
özündən  əlavə  ediyor.  Bundan  sərf  nəzər  etsək,  belə  beytin 
türkcə qiyafəsində fəqət qeyri-türki bir tərkib vardır ki, ondan 
keçmək heç də mümkün olmaz:  
«Yoxuydu  onun  kimsəyə 
ehtiyac».  
Elə  bil  ki,  noamiz  bir  fars  türkcə  danışıyor, 
yaxud  Zəngəzur  kəndlərindən  təzə  gəlmiş  bir  erməni 
«müsəlmanca» mətləb anlatıyor:  
«Alardı 
səlatinlərdən 
xərac».  Səlatin  özü  cəmdir,  ona  bir  də  «lər»  ədati-cəmini 
artırmaq qələtdir. Mənası sultanlarlar çıxar ki, gülüncdür» (50, 
278-279). 
Onun  fikrinə  görə,  ədəbiyyat  mədəniyyətin  inkişafına 
istiqamətlənməlidir.  Rəsulzadə  qeyd  edir  ki,  ədəbiyyat 
oxucuda  mənəvi  əxlaqı  dərinləşdirməlidir.  O  buna  misal 
olaraq  N.Nərimanovun  «Bahadır  və  Sona»  əsərini  göstərir: 
«Məncə  ədəbiyyat,  hələ  onun  hekayənəvislik  qismi,  həyati 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
289 
eynilə  təsvir  etməklə  mükəlləfdir.  Ona  görə  öylə  bir  surətdə 
yaradılmalıdır  ki,  oxucularını  alçaq  hissiyyat  və  dəni 
rəftarlardan  iyrəndirsin,  yüksək  fikirlər  və  ali  hissiyyatlarla, 
biləks imrəndirsin. Bunu bir ədib kamilən ifa edə bilmək üçün 
iki  vergiyə  malik olmalıdır:  biri  vüsəti-qərihə,  o  biri  cəsarəti-
mədəniyyə.  Allah,  Nərimana  bunların  ikisini  də  vermişdir. 
Ehtimal  ki,  bəzilərincə  ikinci  bir  az  da  artıq  hesab  olunur. 
Fəqət  məncə  keşki  pulları  artıq  düşənlər  əvəzinə  Allah  bizə 
cəsarətli,  mədəniyyələri  çox  olanlardan  bollu-bollu  ehsan 
edəydi» (50, 280).  
Onun  fikrincə,  N.Nərimanovun  «Bahadır  və  Sona»  əsəri 
«müsəlmanlığa  və  türklüyə  aid  məsələləri  izhar  etdiyi  halda, 
əsasən  milliyyət  fövqündə,  beynəlmiləl  və  insani  bir  fikrə 
istinadən  yazılmışdır.  Burada  milliyyət  və  məzhəb  ixtilafının 
nəticəsində  ən  səmimi,  ən  biqərəz  və  ən  müqəddəs  eşq  və 
məhəbbətlərin necə paymal olduğu və «cəhətsiz», «səbəbsiz» 
ayrılıqların Bahadırın təbrincə: «uçurum dərlər»in yıxıcı və nə 
xarabedici  bir qüvvət  olduğu  şairanə  bir  surətdə  göstəriliyor» 
(50, 281).  
M.Ə.Rəsulzadəyə  görə,  bir  sıra  təsvirlər  əsərdə  daha  kamil 
olardı:  «Romanın  ibtidaları,  dedik  ki,  Nəriman  cənablarının 
qələm  təcrübəsinin  ibtidalarını  təşkil  ediyor.  Bu,  hətta 
təsviratında  da  müşahidə  olunur.  Məsələn,  kitabın  baş 
tərəfindəki təsvirat zəifdir. Cümlələrinin səlasətinə, vüzuhinə, 
başqa təbirlə bəlağət və fəsahətinə də söz var. Romanın o fəci, 
o  müəssir  və  yandırıcı  nəticəsini  tövlid  edən  görüşü,  o  göy 
çəmənliklər  içində  sərilən  «mərmər  sinə»,  o  bahar  təbiətinin 
gözəlliyi ilə  əl-ələ verib  həssas ruhları  çalıb  götürən  gözəllik 
ilahəsi, o gözəl pəri məncə lüzumu qədər təsvir olunmamışdır. 
O  təsadüfdəki,  şer  və  həssasiyyatın  hamısını  Nəriman  hiss 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə