MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə100/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   96   97   98   99   100   101   102   103   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

64 



64 

qabiliyyətlərindəndir.  Onun  çoxsaylı  pozuntuları  geniĢ 

yayılmıĢdır.  Baxmayaraq  ki,  insanların  çoxu  onun 

pozulduğunu hətta bilmirlər və yaxud da çox sonralar bilirlər. 

Hafizənin  pozulması  insanın  fərdi  xüsusiyyətləri  ilə  də 

bağlıdır.  Onların  təhlili  hafizənin  bir  daha  psixoloji  fonomen 

olduğunu təsdiq edir.  

 

IV.10.3. Hafizənin növləri və tipləri 

 

Yadda saxlanılan materialların növlərinə görə müvafiq 

olaraq  hafizənin  aĢağıdakı  dörd  növü  müəyyənləĢdirilmiĢdir. 

Müxtəlif  hərəkətlərin  və  onların  yadda  saxlanılması,  hifz 

olunması  hərəkət  hafizəsi  adlanır.  MaĢın  sürmək,  musiqi 

alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə 

peĢə fəaliyyətini  icra  etmək üçün vacibdir. Sonra  gerçəkliyin 

cisim  və  hadisələrinin  keçmiĢdə  qavramıĢ  olduğumuz 

surətlərinin  yadda  saxlanılması,  hifz  edilməsi  və  yada 

salınmasından  ibarət  surət  hafizəsi  formalaĢır.  Surət 

hafizəsində  hansı  analizatorun  daha  aktiv  iĢtirak  etməsindən 

asılı  olaraq  onun  beĢ  növünü:  görmə,  eĢitmə,  toxunma,  iy 

bilmə və dadı ayırırlar. Ġnsan psixikası üçün görmə və eĢitmə 

hafizəsi daha əhəmiyyətli rol oynayır.  

Praktiki  olaraq  hərəkət  hafizəsi  ilə  eyni  vaxtda 

emosional  hafizə  formalaĢır.  Emosional  hafizə  yaranmıĢ 

hisslərin,  Ģəxsi  emosional  vəziyyətin  və  affektlərin  yada 

salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan Ģəxs uzun 

müddət  oradan  keçərkən  həmin  hissləri  təkrar  yaĢayır. 

Hafizənin  ən  yüksək,  ali  növü  verbal  (sözlü-məntiqli  və  ya 

semantik)  hafizə  hesab  olunur.  Onun  köməyilə  insanın 

intellektual  bazası  yaranır  və  fikri  fəaliyyətinin  (oxumaq, 

yazmaq, hesablamaq və s.) böyük əksəriyyəti həyata keçirilir.  

Verbal  hafizə  təfəkkürün  xüsusi  formasının  məhsulu 

kimi  özündə  ana  dilinin  qrammatik  qaydalarının  əsasını, 

təhlili  və  dərk  olunmasını  ehtiva  edir.  Yəni  materialın 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



65 

65 


65 

65 


65 

65 


65 

65 


65 

mənasının  yadda  saxlanılması  və  yada  salınması  təfəkkür 

prosesi ilə bağlıdır.  

Yaddasaxlama  və  yadasalmanın  iradi  proseslərinin 

dərəcələrinə  görə  hafizənin  qeyri-ixtiyari  (bəzən  özü  də 

istəmədən  nəyisə  xatırlayır)  və  ixtiyari  hafizələrə  ayırırlar. 

Ġxtiyari  hafizədə  insan  sanki  qarĢısına  məqsəd  qoyur.  «Yada 

sal».  Lakin  iradi  səy  həmiĢə  uğurla  tamamlanmır  və 

maraqlıdır  ki,  insan  həmiĢə  unudacağından  qorxduğu  Ģeyi 

unudur.  

Genetik hafizənin  mexanizminin  bir çox sahələri  hələ 

də  sirr  olaraq  qalır.  Ġnsanın  hərəkət  və  psixi  reaksiyasının 

tənzim  olunmasında  irsi  amillərin  rolu,  çoxalma  və 

özünümühafizə  instinktinin  bu  prosesdə  yeri  tamamilə  elmi 

həllini tapmamıĢdır. 

 Müxtəlif  növ  məlumatların  yadda  saxlanılması 

qabiliyyəti  insanın  hansı  -  sol  və  sağ  yarımkürələrinin 

dominant  olmasından  asılıdır.  Birinci  halda  verbal  hafizənin 

(sxemlər,  məntiqi  sübut,  terminlər  və  s.),  ikinci  halda  isə 

görmə  və  hərəkət  hafizələrinin  mexanizmləri  daha 

səmərəlidir.  

Hafizə  yadda  saxlanan  informasiyalar  dinamikliyinə 

görə fərqlənir və sanki psixikada müstəqil «yaĢayır». O, bəzən 

qeyri-ixtiyari  olaraq  fəallaĢır,  digər  hallarda  heç  bir  səbəb 

olmadan  yox  olur.  Dinamikanın  məlum  olan  belə  silsilələri 

reminisensiya adlanır. 

Yadda  saxlama  müddətindən  asılı  olaraq  hafizənin 



qısamüddətli  və  uzunmüddətli  növləri  də  vardır. 

Qısamüddətli  hafizə  qısamüddətli  yaddasaxlamaya  əsaslanır. 

Uzunmüddətli  hafizəyə  gəldikdə  isə  bu  zaman  öyrənilən 

material  uzun  müddət,  bəzən  bütün  həyat  boyu  beyində  hifz 

olunan və istənilən vaxt yada salına bilir. 

Uzunmüddətli  hafizə  ilə  bağlı  toplanmıĢ  materiallar, 

keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək 

olar  hüdudsuzdur.  Ġndi  baĢ  vermiĢ  və  uzaq  keçmiĢdə  olmuĢ 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

66 



66 

hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri 

çoxdur.  Birincinin  xatırlanması  asan,  ikincininki  isə  xeyli 

çətin və nisbətən uzun vaxt tələb edən prosesdir.  

Qısamüddətli  hafizə  ilə  uzunmüddətli  hafizənin  fərqi 

təxminən  belədir:  «Əvvəlki  sözünüz  necə  oldu?»  –  qısamüd-

dətli  hafizə.  «Keçən  həftənin  bazar  günü  naharda  nə 

yemiĢdiniz?»  –  uzunmüddətli  hafizə.  Yeni  materialın  uzun-

müddətli hafizəyə daxil olması və sonra yada salınması xeyli 

iradi səy tələb edir. Psixikamızın operativ və analitik mərkəzi 

özünün informasiya mərkəzinə qismən nəzarət edir. Məhz bu 

səbəbdən  hifz  olunan  informasiyaların  içərisindən  lazım 

olanını həminki anda seçmək xeyli çətindir. Eyni zamanda, bir 

sıra mürəkkəb əməliyyatlar, məsələn, qrammatik qaydalardan 

istifadə  olunması,  mətnin  oxunması  uzunmüddətli  hafizənin 

nəticəsində  asan  və  praktik  olaraq  avtomatlaĢdırılmıĢ  Ģəkildə 

icra olunur.  

Beyində  hifz  olunanların  qısa  müddətdən  sonra 

yenidən  yada  salınması  xeyli  çətin  baĢ  verir,  əsasən,  2-4 

gündən sonra daha aydın və əhatəli yada salınır.  

Nəhayət  hafizənin  operativ  növü  də  vardır.  Adətən, 

insan  müəyyən  məsələni  həll  edərkən  ona  lazım  olan 

məlumatları  xatırlayır  və  ondan  istifadə  edir.  Əməliyyat 

qurtardıqdan  sonra  həmin  məlumat  yenidən  beyində  hifz 

olunur. Bu proses operativ hafizə ilə əlaqədardır. 

Hafizənin  tipləri.  Ġnsanlar  öz  hafizələrinin  bir  sıra 

xüsusiyyətləri  ilə  bir-birlərindən  fərqlənirlər.  Bu  cür  fərdi 

fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən 

psixologiyada  əyani  obrazlı,  sözlü-mücərrəd  və  aralıq  hafizə 

tipləri qeyd olunur.   

Hafizənin əyani-obrazlı tipi müxtəlif  təəssüratı yadda 

saxlamaqda  analizatorlardan  hansının  daha  çox  məhsuldar 

olmasında özünü göstərir.  

Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, 

eĢitmə  tipinə    malik  olan  adamlar  eĢitdiklərini,  hərəki  tipə 

mənsub  olanlar  isə  bilavasitə  əməliyyat  apardıqları,  hərəki 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə