www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
101
101
101
101
101
101
101
101
101
XoĢ, sevincli, dadlı xülyaya qapılmaq hər kəsə xas olan
bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir
baĢa rabitə, əlaqə mövcuddur. Belə bir cəhəti xüsusilə qeyd
etmək lazımdır ki, insanın təxəyyül fəaliyyətində bu növ
təxəyyül üstünlük təĢkil etsə, belə adamlara xülyaçı,
xülyapərəst adamlar deyilir. Bu cəhət Ģəxsiyyətin mənfi cəhəti
olub, onu passivləĢdirən, fəaliyyətdən qoyan bir cəhətdir.
Passiv təxəyyülün niyyətsiz növü adətən Ģüurun, insanda
ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baĢ verir.
Məsələn, siz sərin otaqda yatmısınız və üstünüzü isti yorğanla
örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan
kənara çıxır. Bu zaman siz soyuğu hiss etməyə baĢlayırsınız.
Bu duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb
olur, siz yuxu görürsünüz. Görürsünüz ki, qarın üstə ayaqyalın
gəzirsiniz, soyuqdan gizlənməyə çalıĢırsınız və s. Bütün röya
obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi
təzahür edir.
Passiv təxəyyül niyyətli və niyyətsiz növlərə ayrılırsa,
fəal təxəyyül həmiĢə niyyətli xarakterə malik olub, bərpaedici
və yaradıcı təxəyyül növlərinə ayrılır.
Bərpaedici təxəyyül təsvirə, sxemə əsasən surətlərin
yaradılması prosesidir. Mövcud olmuĢ, yaxud mövcud olan,
lakin bizim tərəfimizdən heç zaman bilavasitə qavranılmamıĢ
obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına
bərpaedici təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət
təsvirlərinə aid parçaları oxuyarkən gözümüzün qarĢısında,
yəni təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin,
ərazinin obrazı yaranır. Həndəsədə fiqurların fəzada
vəziyyətinə aid teoremanın Ģərtlərində verilən faktlara əsasən
biz onun obrazını təxəyyülümüzdə yarada bilməsək,
teoremanı isbat etmək olmaz. ġagird tarix, coğrafiya fənnləri
ilə bağlı materialları öyrənərkən, beləcə, dərslikdə verilən
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
102
102
təsvirlərə əsasən, müxtəlif coğrafi əraziləri, tarixdə baĢ verən
döyüĢ səhnələrini, onların obrazlarını təxəyyülündə yaradır.
Bütün bunlar da öz növbəsində təlim materialarının
mənimsənilməsində, uzun müddət yadda saxlanılmasında çox
böyük əhəmiyyət daĢıyır.
Bərpaedici təxəyyül insanın həyat və fəaliyyətində
mühüm əhəmiyyətə malik olmaqla təlim fəaliyyətində
müstəsna əhəmiyyət daĢıyır.
Yaradıcı təxəyyül fəaliyyətin tərkib hissəsini təĢkil
edən yeni surətlərin yaradılmasıdır. Təxəyyülün bu növü heç
bir sxemə, təsvirə istinad etmədən, müstəqil olaraq yeni
surətlərin yaradılmasından ibarətdir. Bəzən yanlıĢ olaraq
yaradıcı təxəyyüllə, yəni, yeni orijinal obrazların yaradılması
prosesi
ilə
yaradıcılıq
deyilən
fəaliyyət
prosesini
eyniləĢdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı
təxəyyülə çox bağlıdır. Lakin, bunlar eyniləĢə bilməz.
Təxəyyül və yaradıcılıq haqqında sonrakı bölmədə söhbət
açacağıq. Burada isə ancaq yeni obrazlar yaratmaqdan söhbət
gedir. Yeni obrazın, surətin yaradılması prosesi haqqında
ayrıca danıĢacağıq.
Xəyal. Təxəyyülün növlərindən biri də xəyaldır. Xəyal
arzu edilən gələcəyə yönəlmiĢ obrazların yaradılması
prosesidir. Xəyal xülya deyil. Xəyalı xülyadan ayıran odur ki,
xəyal əsasən real, həyata keçirilməsi mümkün olan surətlərin
yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli
stimullarından biridir. Xəyal insana fəaliyyətində və
mübarizəsində qarĢıya çıxan çətinliklərə üstün gəlməkdə bir
güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək
peĢələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxĢı
oxumağa, çalıĢmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi
yanaĢmağa sövq edir. Göstərdiyimiz bütün bu cəhətlərinə görə
xəyal insanı passivləĢdirən xülyadan əsaslı Ģəkildə fərqlənir.
Xəyal insanın reallaĢa bilən, yaxud reallaĢması mümkün
olan fantaziyasıdır. Belə bir fantaziya, xəyal rus yazıçısı
D.Ġ.Pisarevin dediyi kimi, insanın faydalı iĢinə təkan verir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
103
103
103
103
103
103
103
103
103
Xəyal insanın fəaliyyətinin təhrikedici səbəbi, motivi kimi
meydana çıxır. Məhz bu mənada demək olar ki, insan əli ilə
düzəldilmiĢ hər Ģey öz tarixi mahiyyətinə görə maddiləĢmiĢ,
həyata keçirilmiĢ insan xəyalıdır. Xəyalın insanın iĢində,
əməlində, bir sözlə praktik fəaliyyətindəki rolunu böyük rus
psixoloqu S.L.RubinĢteyin belə ifadə etmiĢdir: «Hər bir bədii
yaradıcılıq aktında və bütün həqiqi hisslərdə fantaziyanın
kiçik parçası var: bir baĢa təsir edən faktların üzərində qurulan
hər bir mücərrəd fikirdə fantaziyanın kiçik parçası var; çox
kiçicik Ģəkildə aləmi dəyiĢdirə bilən insanın hər bir iĢində
fantaziyanın kiçik parçası var; insan düĢünərək, duyaraq,
fəaliyyət göstərərək, həyata bir damcı da olsa, yenilik gətirir
ki, burada da fantaziyanın bir parçası var»
1
.
IV. 12. 3. Təxəyyül surətlərinin yaradılması
prosesi
Təxəyyül surətlərinin yaradılması prosesi mühüm
fikri proseslər olan təhlil-tərkib fəaliyyəti ilə bağlıdır. Təhlil
və tərkib (analiz və sintez) təkcə təfəkkür fəaliyyətinin əsasını
deyil, həm də təxəyyül surətlərinin yaradılmasının əsasını
təĢkil edir. Bu cəhət yaradıcılığın bütün sahələrində həm elmi,
texniki, həm də ədəbi yaradıcılıq sahəsində çox aydın Ģəkildə
özünü göstərir.
Yazıçı bu və ya digər surəti yaratmaq üçün müĢahidələr
aparır, həyatda rastlaĢdığı insanları, onların hərəkətlərini
təhlildən keçirir, daha sonra müxtəlif adamlarda müĢahidə
etdiyi xüsusiyyətləri, əlamətləri birləĢdirir.
1
Рубенштейн С.Л. Основы общей психологии. М., 1946, с.329
Dostları ilə paylaş: |