www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
114
114
Münasibət isə Ģüurla bağlı olan psixi faktdır. Cisim və
hadisələrə
bəslənilən
münasibətlərin
beyində
əks
etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss
və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və
hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və
davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə
edən psixi prosesdir.
Ġnsanın hissləri idrak obyektinə bəslənən subyektiv
münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter
daĢıyır və o, Ģəxsin bilik və təcrübəsindən, cins, yaĢ, fərdi
xüsusiyyətlərindən, eləcə də düĢdüyü konkret vəziyyətdən
asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, baĢqa
adamlar, onun subyekti isə Ģəxsiyyətin özüdür. BaĢqa sözlə,
insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda
müvafiq Ģəkildə ifadə olunmuĢ emosional təəssürat əmələ
gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.
Dilimizdə «hiss» termini müxtəlif mənalarda iĢlədilir.
Adətən, «hiss» dedikdə, duyma, qavramaq, hiss etmək, dərk
etmək anlamı baĢa düĢülür. Cəmiyyət və təbiət hadisələrinə
münasibət bildirmək istədikdə də bir elmi termin kimi «hiss»
terminindən istifadə edirik. Ona görə də adi həyatda dərk etmə
mənasında istifadə etdiyimiz «hiss» anlayıĢı ilə münasibətləri
ifadə edən «hiss» anlayıĢını bir-birindən fərqləndirmək
lazımdır.
«Hiss» termini ilə «emosiya» termini arasında da həm
oxĢar, həm də fərqli cəhətlər var.
Emosiya (latınca « emoverre» həyəcan keçirmək
deməkdir) insanın üzvü tələbatının təmin olub-olunmaması ilə
əlaqədardır. Emosiya canlı varlığın, orqanizmin vəziyyətini və
xarici təsirlərinin bioloji əhəmiyyətini müəyyənləĢdirmək
təlabatı ilə bağlıdır. Hiss və emosiyalar həm də insan
davranıĢını tənzim edən psixi fəaliyyət formasıdır. Emosiyalar
tələbatların təzahürünün subyektiv forması kimi çıxıĢ edir.
Emosiya həm insana, həm də heyvana xasdır. Hisslər isə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
115
115
115
115
115
115
115
115
115
yalnız insana xas olan psixi keyfiyyətdir. Hisslər insan
cəmiyyətinin inkiĢafı prosesində formalaĢmıĢdır. Ona görə də
hisslər ictimai səciyyə daĢıyır. Hisslər insanın cisim və
hadisələrə, insanlara bəslədiyi münasibətin mahiyyətini,
emosiyalar isə bu münasibətlərin təzahür formalarını ifadə
edir. Ona görə də emosiyaları, hisslərin təzahür formaları kimi
baĢa düĢmək lazımdır. Emosiyaların inkiĢafının ali səviyyəsi
davamlı hissləridir. Ġnsanlar öz hisslərini emosiyalar
formasında yaĢayırlar.
Emosiyalar – insan təcrübəsinin hissi fundamenti hesab
olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarĢılıqlı münasibətləri
zənginləĢdirir və xatirələrə dinamiklik verir. Ġnsan hiss və
emosiyaların köməyilə gündəlik həyatında rastlaĢdığı bioloji,
psixoloji, sosial gərginliklərdən azad olur. Bu psixoterapevtik
funksiya kimi orqanizmin relaksasiyasına kömək edir.
Təsəvvür edin ki, siz yalnız düĢünən, hərəkət edən, lakin
hiss etməyən varlıq olsaydınız nə baĢ verərdi?
Hiss və emosiya əslində bədənlə Ģüurun birgə
fəaliyyətinin son məhsulu və ya təzahür formasıdır. Hiss və
emosiya diqqət, hafizə, duyğu, qavrayıĢ, təfəkkür, təxəyyül və
orqanizmin mürəkkəb kombinasiyasıdır.
İnsanın idrak fəaliyyətində hisslərin rolu. Ġnsanın psixi
həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. Ġdrak
prosesləri (duyğu, qavrayıĢ, diqqət, hafizə, təfəkkür, təxəyyül,
nitq) emosiya və hisslərlə dialektik vəhdət təĢkil edir. Bu
köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün
fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi
qüvvəsindən istifadə etməklə Ģagirdin və ya tələbənin idrak
fəaliyyətini fəallaĢdırmaq yolu ilə, təlim prosesinin
məhsuldarlığını yüksəltmək olar.
Təlim prosesində öyrəncilərin emosional cəhətdən
fəallaĢdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi
meydana çıxır.
Ġnsan hafizəsi adətən seçici xarakter daĢıyır. Hafizənin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
116
116
bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır.
Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və
hadisələrə münasibəti ilə müəyyən olunur. BaĢqa sözlə desək
insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı
(söz, hərəkət, hadisə, cism, və s.) yaddaĢda daha yaxĢı
saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovĢağında
önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ
gəlmiĢdir.
«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala
çatıdan qorxar» tipli atalar sözləri empirik surətdə hisslərin
hafizə və qavrayıĢa göstərdiyi təsiri təsdiq edir.
QavrayıĢ sahəsində tədqiqat aparan klinist-psixoloqlar
psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut
olunmuĢdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün
qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün
qavramır. Yaxud da əksinə insan sevinc hissini yaĢayanda,
sevəndə kiməsə vurulanda ətrafda baĢ verən hadisələrin,
insanların yalnız yaxĢı cəhətini görür, onları dəyiĢdirmək
istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə
bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi
hissinin qavrayıĢa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayıĢ və
hafizə prosesləri ilə məhdudlaĢmır. Təfəkkür, təxəyyül və nitq
kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən
ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkiĢaf
etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet
olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə iĢlərinin bu
istiqamətdə qurulması daha da ahəngdar, kamil Ģagird
Ģəxsiyyətinin formalaĢdırılması deməkdir. Ali psixi funksiya
kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə
mövcuddur. Yeni təhsil konsepsiyası Ģagirdin, tələbənin
təfəkkürünü inkiĢaf etdirməyi əsas məqsəd kimi qarĢıya
qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir.
Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil
Dostları ilə paylaş: |