www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
126
126
uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün
universitetə qismən yaxın gedən başqa avtobusla getməyə
qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da
dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq
sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi
saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn
etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə
azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur.
Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə
mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb
imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə
bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir.
Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur
olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu
eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə
qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz
arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan
qələm istəyirsiniz.
Yuxarıda göstərdiyimiz misalda, tələbənin düĢdüyü
psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya
halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə iĢlədilən
əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı,
əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar.
Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail
olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər
törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi
hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. BaĢqa sözlə
frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlacsızlıq
hissi, bihadə sərf olunan cəhdlə müĢayət olunan mənfi –
emosional təəssüratıdır.
Frustrasiya əsasən insanın narazılıq və ya təmin
olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün
olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb
aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. Ģəkildə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
127
127
127
127
127
127
127
127
127
təzahür edir. Həyəcan – frustrasiya halətinin katalizatorudur.
Həyəcan – mövcud vəziyyətin və davranıĢın gələcəkdə
ortalığa çıxaracağı nəticə ilə bağlı olaraq yaranır. Bu hiss
insanı gələcəkdə arzu etmədiyi bir durumda olmaqdan
qorunmasına yönəldir.
Frustrasiya həyəcan və aqressivliklə müĢayət olunan
prosesdir. Yuxarıda, imtahana gecikən tələbənin həm həyəcan,
həm də frustrasiya halətinə düĢməsi bunu sübut edir.
Ġmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını dü-
Ģünərkən həyəcanlanan tələbə, onu oyatmadığı üçün otaq
yoldaĢına, saatı qurmadığı və qələmi unutduğu üçün özünə
hirslənir, acığı tutur. Frustrasiya Ģəraitində narazılıq səviyyəsi
üstünlük təĢkil etdiyi üçün ətrafda baĢ verən hadisələri
qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə
ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər
hər Ģeydə qərəz axtarırlar və tapırlar.
Frustrasiyanın müxtəlif formaları var. Onlardan biri
sosial frustrasiyadır. Sosial frustrasiya yalnız ayrıca
götürülmüĢ bir Ģəxsdə deyil, həm də ayrı-ayrı qrup və
zümrələrdə, hətta xalqın böyük əksəriyyətində özünü biruzə
verən psixoloji vəziyyətdir. Frustrasiya haləti müxtəlif
səbəblərlə bağlı Ģəkildə meydana gəlir. Lakin, burada ən əsas
Ģəxsiyyət amilidir. Yəni baĢ verən səbəblər, maneə və
əngəllərə insanın münasibəti necədir? Ġstər azərbayan dilli,
istərsə də əcnəbi dilli mənbələrdə frustrasiyanın mərkəzində
əsasən gecikmə, ləngimə, sosial və ya etnik qadağanın,
konfliktin və s. səbəblərin dayandığı qeyd olunur.
ġəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez təzahür
etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt
müəyyən edilmiĢdir.
1.Arzu olunan – arzu olunan tipli konflikt – Ġnsanın
istədiyi iki arzudan birini seçmək zəruriyyəti qarĢısında
qalması. Məsələn: həm erkən yatıb yaxĢı dincəlmək, həm də
televiziyadakı gecə proqramına tamaĢa etmək istəyi ilə bağlı.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
128
128
2.Ġnsanın istəmədiyi iki, lakin birini seçmək
məcburiyyəti qarĢısında qaldığı zaman düĢdüyü konflikt
Ģərait. Məsələn, bir tərəfdən amansız ögey ananın acı
sözlərini, kinayəli baxıĢlarını qəbul edərək onunla bir evdə
yaĢamaq, digər tərəfdən sevmədiyin 3 uĢağı olan dul kiĢiyə
ərə getmək məcburiyyəti.
3.Bu tip konflikt arzu etdiyiniz, gerçəkləĢdirmək
istədiyiniz müəyyən hərəkət qorxu, ağrı ilə nəticələnən və ya
müĢayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə
iĢtirak edən Ģəxsin bir tərəfdən spirtli içki içmək, Ģənlənmək
istəməsi, digər tərəfdən isə içkili halda maĢınla evə qaytmaq
üçün uzun yol qət edəcəyini və bu zaman qəzaya düĢməsindən
ehtiyat etməsi buna misaldır.
Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən
amillərdir. Frustrasiya həm də insanın özünü reallaĢdıra
bilməməsi, özünü aktuallaĢdırma tələbatını ödəməməsi ilə də
bağlı olaraq yaranır və inkiĢaf edir. Çox vaxt belə hallar
insanın öz peĢəsindən, onun məzmunundan və nəticəsindən
razı qalmadıqda daha da inkiĢaf edir. Belə olan halda insan
həyatda heç bir iz qoymadığını, öz həyat enerjisini boĢ-boĢuna
sərf etdiyini, halbuki daha yaxĢı və mənalı yaĢamağın
mümkün olduğunu etiraf edir. Belələri ömrünün qalan
hissəsində psixoloji müdafiə vasitəsi kimi Ģəraitin olmamasını,
maddi vəziyyətin çətinliyini, ailə qayğısının çoxluğunu və
baĢqa bir bəhanə gətirərək özlərindən baĢqa hamını və hər
Ģeyi günahlandırırlar.
Beləliklə, frustrasiya haləti neqativ emosional vəziyyət
kimi insanların davranıĢ və rəftarına mənfi təsir edir.
IV.13.5. Ali hisslər
Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə Ģərtlənir
və inkiĢaf edir. Ġnsanı əhatə edən sosial gerçəkliyə münasibəti,
eləcə də Ģəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə