MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə124/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   120   121   122   123   124   125   126   127   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



139 

139 


139 

139 


139 

139 


139 

139 


139 

bağlı olmayan iĢlər görməsi, dünyagörüĢünə, əqidəsinə, inam 

və  idealına  uyğun  gəlməyən  fəaliyyətdən  imtina  etməsi 

təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləĢir. Bu 

funksiyalar  bir-birilə  qarĢılıqlı  surətdə  əlaqədardır.  Ġradə 

Ģəxsiyyətin  motivləri  ilə  bağlıdır.  Lakin,  motivlərdən  fərqli 

olaraq iradə insanı  yalnız fəallığa təhrik  etmir, həm  də lazım 

gəldikdə onun fəallığını ləngidir. 

Ġradə baĢqa psixi hadisələr kimi, inikasın bir formasıdır. 

Belə  bir  inikas  zamanı,  fəaliyyətin  obyektiv  məqsədi 

psixikada əks olunur. Ġradə özündə Ģüurun 3 mühüm xassəsini 

birləĢdirmiĢdir: idrak, münasibət və hiss. 

Ġnsan  fəaliyyətinin  məzmununa,  onun  səmərəliliyinə 

müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. 

Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, 

həm  də  onun  motivlərinin  gücləndirilməsinə  Ģərait  yaradır. 

Fəaliyyət  motivlərinin  aktuallaĢdırılması,  Ģəxsiyyətin  xəyali 

motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir. 

Xəyali  motivlərin  formalaĢması,  Ģəxsiyyətin  inkiĢaf 

səviyyəsindən  asılıdır.  Bir  halda  tələbə  gözünün  qabağına 

gətirir  ki,  o  beynəlxalq  əhəmiyyətli  konfransda,  xarici 

qonaqların  çıxıĢlarını  səlist  və  düzgün  qaydada  iĢtirakçılara 

tərcümə  edir,  təĢkilat  komitəsi  tərəfindən  təĢəkkürnamə  alır. 

Tədbirdən  sonra,  məĢhur  bir  Ģirkətin  prezidenti  ona 

yaxınlaĢaraq onların Ģirkətində tərcüməçi iĢləməyi təklif edir. 

BaĢqa halda isə, o, gözlərinin qarĢısında rəfiqələrinin məĢhur 

estrada  müğənnisinin  konsertində  iĢtirak  etmələrini,  ondan 

sonra  Ģəhərə  gəzməyə  çıxmalarını,  deyib-gülmələrini 

canlandırır. 

Bütün  bunlar  xəyali  situasiya  kimi  fəaliyyətin  gediĢinə 

güclü  surətdə  təsir  göstərir,  onun  səmərəsini  birinci  halda 

artırır,  ikinci  halda  isə  zəiflədir.  Müsbət  xəyali  motivin 

köməyi  ilə,  insan  gördüyü  iĢə  daha  mühüm  məna  verməklə, 

özünün  iradi  səyini  gücləndirmiĢ  olur.  Deməli,  iradə  həm  də 

təxəyyüllə  də  bağlıdır.  Belə  ki,  insan  fəaliyyət  göstərəcəyi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

140 



140 

Ģəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi iĢi daha yaxĢı icra 

edir. 

Təlim  prosesində,  eləcə  də,  tərbiyə  iĢində  müəllimlər, 



tərbiyəçilər  eləcə  də  valideynlər  uĢaqlarda  görəcəkləri  iĢlə 

bağlı  müsbət  xəyali  motivlər  yaratmaqla  onlara  psixoloji  

cəhətdən kömək edə bilərlər. 

 

 



IV.14.2. Ġradi iĢin quruluĢu 

 

Ġnsanın  iradəsi  məhz  fəaliyyət  prosesində  təzahür  edir. 

Psixoloji  planda  iradi  iĢ  fəaliyyətin  strukturuna  daxil  edilir. 

Ümumi  Ģəkildə  iradi  iĢi  proses  kimi  təhlil  etdikdə  onun  iki 

əsas  mərhələdən  ibarət  olduğunu  görə  bilərik;  1.  Zehni  və 

yaxud  intellektual  mərhələ;  2.  Ġcra  və  yaxud  əsas  iradi 

mərhələ. 

Zehni  mərhələ  tələbatın  dərk  olunması,  həvəs  və 

arzunun  əmələ  gəlməsi,  məqsədin  ayrılması,  motivlər 

mübarizəsi, qərar qəbulu və iĢin planlaĢdırması ilə xarakterizə 

olunur.  Qərarın  qəbulu  yəni  iĢin  hansı  Ģəkildə  icra  edilməsi, 

iradi  iĢin  quruluĢunda  mühüm  mərhələdir.  Həqiqi  iradi 

baĢlanğıc  iĢin  məhz  hansı  Ģəkildə  icra  edilməsi  haqqında 

qərarın qəbul edilməsində təzahür edir. 

Zehni  mərhələ,  xüsusən  onun  motivlər  mübarizəsi  və 

qərar  qəbulu  mərhələsində  təfəkkür  aktivləĢdirilir.  Ġradi  iĢin 

bir  elementi  risk  adlanır.  Risk  –  o  halda  iĢə  qoĢulur  ki, 

fəaliyyətin  nəticələrini  proqnozlaĢdırmaq  mümkün  olmasın. 

Səmərəli  risk,  mahiyyətinə  görə  çox  mühüm  iradi  keyfiyyət 

hesab olunur. 

Ġcra  mərhələsi  –  iradi  iĢin  psixoloji  məzmununu  açıb 

göstərən  mərhələ  hesab  olunur.  Zehni  mərhələ  iradi  iĢin  icra 

mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn 

nə  dərəcədə  iradəli  olub-olmaması  məhz  ikinci  mərhələdə 

aĢkar olur. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



141 

141 


141 

141 


141 

141 


141 

141 


141 

Adətən öz strukturuna görə iradi iĢləri iki qrupa bölmək 

olar: sadə və mürəkkəb iradi iĢlər. 

Sadə iradi  iĢ  qərar qəbulu  və onun icrası  ilə baĢa çatır. 

Məsələn, əgər  dərsə hazırlaĢmağı qərara alır və dərhal stolun 

arxasında  əyləĢərək  hazırlaĢmağa  baĢlayırsansa,  bu  cür  iĢi 

sadə iradi iĢ adlandırmaq olar.  

Mürəkkəb  iradi  iĢdə  isə  vəziyyət  tamamilə  dəyiĢir.  Bu 

zaman  qərarın  qəbulu  və  icrası  bir  sıra  mərhələlərdən  keçir. 

Burada məqsəd, motivlər, qərar qəbulu,  onun icrası  üçün  yol 

və  vasitələrin  axtarılması,  qərarın  icrası  və  s.  mərhələlərdən 

keçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki, 

XI  sinif  Ģagirdi  ali  məktəbə  daxil  olmaq  məqsədini  qarĢısına 

qoyur.  Bu  zaman  hansı  ixtisası,  hansı  universiteti  seçmək 

məsələsi ortaya çıxır. ġagirdi ingilis dili ixtisası maraqlandırır. 

Valideynləri  isə  onun  həkim  olmasını  istəyirlər.  Keçən  il 

həmin  məktəbi  bitirən  yoldaĢlarından  Dillər  Universitetinə 

daxil olanlar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün 

bu  motivlər  arasında  mübarizə  gedir.  Nəhayət  o,  ingilis  dili 

üzrə  mütəxəssis  olmaq  qərarına  gəlir.  Bundan  sonra  yeni 

mərhələ  baĢlayır.  ġagird  bunun  üçün  yol  və  vasitələr  arayır. 

Müəllimlərindən  məsləhət  alır.  Xüsusi  hazırlıq  kurslarına 

gedir. Ciddi Ģəkildə sınaq imtahanlarında iĢtirak edir. Nəhayət 

qəbul  haqqında  elanlar  çıxdıqdan  sonra  sənədlərini  həmin 

ixtsas üzrə təqdim edir. Bundan sonra test imtahanlarına gedir. 

Son mərhələdə məqsədinə necə nail olduğunu qiymətləndirir. 

 

 

IV.14.3. ġəxsiyyətin iradi keyfiyyətləri 



 

ġəxsiyyətin  iradi  keyfiyyətləri  elə  iradi  iĢ  prosesində 

təzahür edir və formalaĢır. Ġradi keyfiyyətlər – mürəkkəb psixi 

xüsusiyyətlər  kimi  insanın  həyatı  prosesində  formalaĢır, 

psixoloji  səciyyəsinə  görə  vasitəli  xarakter  daĢıyır.  Tərbiyə 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə