MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə134/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   130   131   132   133   134   135   136   137   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

170 



170 

meylliliklə xarakterizə edilirlər. Buna baxmayaraq, onlar çox 

vaxt iĢdə deyil, sözdə güclü olurlar. Özünə inam qərarsızlıqla 

uyğunlaĢır.  TanıĢ  adamlar  arasında    özlərini  daha  yaxĢı  hiss 

edirlər.  

7)

 

ġizoid  tip  -  əsas  xüsusiyyətlərindən  biri 

qapalılığıdır.  Onların  iç  dünyası  müxtəlif      fantaziyalarla 

zəngindir.    Hisslərini  biruzə  verməkdə  onlar  kifayət  qədər 

təmkinlidirlər, heç də həmiĢə ətrafdakılar onları baĢa düĢmür. 

Qaradinməz, bir iĢ olanda özünü kənara çəkəndir. 

8)

 

Epileptoid    tip  –  bu  tipli  yeniyetmələr  tez-tez 

ağlayırlar,  ətrafdakıları  təngə    gətirirlər,  xüsusən  də  erkən 

uĢaqlıqda.  Liçkonun  qeyd  etdiyi  kimi,  bu  uĢaqlar  həmçinin 

heyvanlara  əzab  verməyi,  özlərindən  balacalara  sataĢmağı, 

köməksizləri  lağa  qoymağı  sevirlər.  UĢaq  kompaniyalarında 

özlərini diktator kimi aparırlar. Onların tipik xüsusiyyətləri  - 

qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur. 

9)

 

Ġsteroid tip – bu tipin əsas əlamətləri – eqosentrizm, 

Ģəxsən  özünə  daima  diqqət  duyğusudur.  Bu  cür 

yeniyetmələrdə  tez-tez  Ģıltaqlığa,  özünü  göstərməyə, 

teatrallığa meyl özünü biruzə verir. Onlar üçün ətrafdakıların 

diqqətini  özünə  cəlb    etmək  və  öz  ünvanına  ona  məftun  

olduqlarını,      təriflədiklərini  eĢitmək  arzusu    ən  zəruri 

ehtiyaclardan birinə çevrilir. 

10)

 

Qeyri-sabit  tip  –  bu  tipi  həmiĢə  səhv  olaraq  zəif  

iradəli,  kütlədən  seçilməyən  bir  tip  kimi  xarakterizə  edirlər. 

Onlarda əyləncələrə böyük həvəs meyli özünü göstərir. 

11)

 

Konform  tip  –  bu  tipə  aid  olan  yeniyetmələr  hər 

hansı  avtoritetə  sözsüz  itaət  nümayiĢ  etdirirlər.  “Hamı  necə, 

mən  də  elə”  ideyasını  əsas  götürürlər.  Öz  Ģəxsi  maraqları 

naminə yoldaĢlarını satmağa hazırdırlar. 

 

V. 16.4. Xarakter və Ģəxsiyyət 

 

        Xarakterin  tiplərinin  mövcud  olan    bütün    konsepsiya-



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



171 

171 


171 

171 


171 

171 


171 

171 


171 

larının  çox  ciddi  bir  çatıĢmazlığı  var.  Məsələ  ondadır  ki,  hər 

bir  insan  fərddir  və  heç  də  həmiĢə  müəyyən  bir  tipə  aid 

edilməyə bilər. Çox vaxt eyni insanda  xarakterin  ən müxtəlif 

əlamətləri  kifayyət  qədər  inkiĢaf    etmiĢ  olur.  Praktik  olaraq, 

xarakterin  tiplərinin  bütün  təsvirlərində  ən  müxtəlif  cinsli  və 

ya  daha  düzgün  desək  ən  müxtəlif  qəbildən      olan 

xüsusiyyətlərinin birləĢməsini tapmaq olar. 

        BaĢqa  cür  desək,  onlarda  bütöv  Ģəkildə  həm  xarakterin, 

həm də Ģəxsiyyətin xüsusiyyətləri mövcuddur. Məsələn, Ģizo-

idlərin  xarakteristikasını  verərkən  E.Kreçmer    formal,    yəni 

davranıĢın  yönümündən  asılı  olmayan  (xarakterin  xüsusiy-

yətləri):  ünsiyyətsizlik,  təmkinlilik,  ciddilik,  qorxaqlıq,  sen-

timentallıq  kimi  xüsusiyyətləri,  o  biri  tərəfdən  isə  daha 

məzmunlu,  Ģəxs  əsaslı  “insanları  xoĢbəxt  etməyə  çalıĢmaq”, 

“nəzəriyyəbaz  prinsiplərə  meyl”,  “sarsılmayan  əqidə  möh-

kəmliyi”, “baxıĢlarının təmizliyi”, öz ideyaları uğrunda müba-

rizəyə  mətin olaraq çalıĢmaq  və s. kimi xüsusiyyətləri sada-

layır. 

        P.B.QannuĢkinin  paranoyyalı  tiplərə  verdiyi  təsvirdə 



həmçinin  psixoloji  xarakteristikaların  –  dinamikliyindən 

tutmuĢ  dünyabaxıĢına  qədər  bütün  xüsusiyyətlərini  tapmaq 

olar. 

        Bu cür misalları  çoxaltmaq da olar. Xarakterin tiplərinin 



təsvirinə  daxil  olan  "müxtəlif  tipli”  əlamətlər  tamamilə 

təbiidir.  Amma  Gippinreyterin  fikrincə  xarakterin  tam, 

təsvirlərinin  geniĢ  təhlilə  ehtiyacı  var,  lakin  xarakterin 

təsvirinin müəllifləri bunu etmirlər.  

        Psixoloji  ədəbiyyatda  Ģəxsiyyətin  xarakterlərinin  forma-

laĢması    haqqında  ümumi  nəzəriyyənin  iĢlənib  hazırlanması 

haqqında  çox  maraqlı  və  dəyərli  təcrübələr  var.  Buna  biz 

təxminən  yüz  il  bundan  əvvəl  yazılmıĢ  A.F.Lazurskinin 

əsərlərində  rast  gəlirik.  A.F.Lazurski  “endopsixika  və  ekzo-

psixika”  anlayıĢlarını  təsdiq  etmiĢdi.    “Endopsixika”  anlayıĢı 

dedikdə o xarakter, temperament və əqli qabiliyyətlərin də aid 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

172 



172 

edildiyi  daxili  psixi  (psixofizioloji)  funksiyaların  məcmuunu 

nəzərdə  tutur.  ġəxsiyyətin  münasibətini  –  təbiətə,  cəmiyyətə, 

mənəvi  dəyərlərə  münasibətlərinin  cəmini  isə  o  “ekzo-

psixika”ya  aid  etməyi  təklif  edir.  ġəxsiyyətin  yetkinliyinin 

müxtəlif  dərəcələrini  nəzərdən  keçirərək  Lazurski  onları  üç: 

aĢağı, orta yüksək (ali) səviyyələrə  ayırır. Səviyyələr arasında 

fərqin  əs.gasını  o  endopsixikadan  ekzopsixikaya  keçiddə 

görür. 

        AĢağı  səviyyənin  nümayəndələrini  Lazurski  aĢağıdakı 



tiplərə  bölür:  “dərrakəli”,  “tez  qızıĢan”,  “fəal”.  Ehtimal  ki, 

burada  təsnifat  müəyyən  Ģəxslərin  necə  hərəkət  etdikləri  və 

necə  yaĢadıqlarının  əlamətlərinə  görə  aparılır.  Müəllif  ali 

səviyyəyə insanları aparıcı fəaliyyət növlərində iĢtirakına görə 

müəyyən  edir.  Ali  səviyyəyə  aid  olan  Ģəxsiyyətlər  nəyə  əsl 

meylləri  olduqlarını  (məsələn,  “biliyə”,  “gözəlliyə”,  “altu-

rizmə”) tez müəyyən edirlər. 

        Beləliklə,  demək  olar  ki,  aĢağı  səviyyədən  ali  səviyyəyə 

keçərkən  A.F.Lazurski  insan  Ģəxsiyyətinin  xarakter  əlamət-

lərini Ģəxsiyyətin xüsusiyyətləri ilə əvəz edir. 

 

 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə