MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə139/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   135   136   137   138   139   140   141   142   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

186 



186 

tapĢırıqlar  uĢaq  üçün  ya  həddindən  artıq  asan,  ya  da  çətin 

olurdu. Bu sahədə aparılan tədqiqatlar testalogiyada xronoloji 

yaş  -  CA  (Chroniloqical  Aqe)  anlayıĢı  ilə  yanaĢı  ağıl  yaşı  -  

MA  (Mental  Aqe)  anlayıĢından  istifadə  olunmağa  baĢlandı. 

Onların  bir-birinə  üyğun  gəlməməsi  ya  əqli  geriliyin  (MA 

CA-dan  aĢağı  olanda),  ya  da  istedadın  (MA  CA-dan  yüksək 

olanda)  göstəricisi  hesab  olunurdu.  1912-si  ildə  V.ġtern 

onların  nisbətini  intellekt  əmsalı (ĠQ) (ingiliscə  - intelliqence 

quotient)  adlandırdı.  Əmsalı  müəyyən  edərkən,  məsələn, 

nəzərə  alınır  ki,  11,5  yaĢ  uĢaqlar  üçün  xalların  orta  yekunu 

120-yə  yaxınlaĢmalıdır.  Buradanda  belə  bir  sadə  nəticə 

çıxarılar  ki,  120  xal  toplamıĢ  hər  bir  uĢağın  ağıl  yaĢı  11  il 

yarıma  bərabərdir.  Onun  əsasında  əqli  istedad  əmsalı 

aĢağıdakı düsturla hesablanır: 

 

                     



                             Ağıl yaĢı x100 

          ĠQ=----------------------------------------------    

                    UĢağın xronoloji yaĢı (faktik yaĢ) 

 

                    MA 



           ĠQ=---------.100 

                       CA 

Məsələn,  əgər  testlərlə  aparılan  yoxlama  nəticəsində 

iki  uĢağın  (10yaĢ  yarım  və  14  yaĢ)  hər  ikisi  eyni  (120)  xal 

toplasa  və  beləliklə  də  onların  hər  birinin  ağıl  yaĢı    11,5  ilə 

bərabər  olsa,  onda  həmin  uĢaqların  əqli  istedad  əmsalını  bu 

cür hesablamaq olar: 

                            11,5 

Birinci uĢaq ĠQ  =--------.100=109,5  

                             10,5 

 

                         11,5 

Ġkinci uĢaq ĠQ =--------.100=82,1 

                               14 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



187 

187 


187 

187 


187 

187 


187 

187 


187 

Beləliklə  birinci  uĢağın  əqli  istedad  əmsalı  109,5, 

ikinci  uĢağınkı  isə  82,5  olur.  Bu  isə  o  deməkdir  ki,  birinci 

uĢaq  əqli  cəhətdən  ikinci  uĢağa  görə  daha  istedadlıdır 

(testologiya  təcrübəsində  ĠQ_130-a  bərabərdirsə  uĢaq 

istedadlı,180  dan  çoxdursa  ən  istedadlı  hesab  olunur.  Lakin 

psixoloqların  apardıqları  elmi  psixoloji  təhlil  bu  əqli  istedad 

əmsalının  bir  növ  fiksiya  olduğunu  göstərir.  Əslində  isə 

yuxarıda  təsvir  olunan  priyomların  cəmi  insanın  əqli 

qabiliyyətlərini  deyil,  onda  bu  və  ya  digər  məlumat,  bacarıq 

və  vərdiĢlərin  olduğunu  göstərir  ki,  qabiliyyətlər  onlarla 

qarıĢdırılmamalıdır.  Qabiliyyətlərin  mahiyyətini  təĢkil  edən 

bilik  və  bacarıqların  qazanılması  isə  burada  aydınlaĢdı-

rılmamıĢ qalır. 

Heç  də  bütün  bu  deyilənlərdən  qabiliyyətlərin 

kəmiyyətcə  xarakteristikasının  və  ölçülməsinin  mümkün 

olmadığı  və  müxtəlif  diaqnostik  metodlardan,  test  və 

yoxlamalardan  istifadənin  əvvəlcədən  arzuedilməz  olduğu 

haqda  nəticə  çıxarılmamalıdır.  Bir  çox  sahələrdə,  məsələn 

anadangəlmə    qüsurları  nəticəsində  zehni  cəhətdən  geridə 

qalan  uĢaqların  müəyyənləĢdirilməsində,  yüksək  riyazi 

qabiliyyətə  malik  olan  uĢaqların  ixtisaslaĢmıĢ  məktəbdə 

oxuması  üçün  seçilməsində,  təyyarəçi  və  kosmanavtların 

seçilməsində 

testləĢdirmə 

aktual 


bir 

məsələ 


kimi 

əhəmiyyətlidir. Bu mənada nə qısa yoxlamalar, nə də onların 

nəticələrinin kəmiyyətcə təhlili heç bir etiraz doğurmur. 

 

V. 17. 3. Qabiliyyətlərin quruluĢu 

 

Əvvəlki  bölmədə  qeyd  olunduğu  kimi,  qabiliyyət 

insanın  hər  hansı  bir  fəaliyyət  sahəsi  üçün  daha  çox  yararlı 

olduğunu  ğöstərən  fərdi-psixi  xassəsidir.  Bu  baxımdan 

qabiliyyətlər  son  nəticədə  konkret  fəaliyyətin  tələbi  ilə 

Ģərtlənir.  Məhz  buna  görə  də  hər  bir  fəaliyyət  növü  müvafiq 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

188 



188 

qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz. 

Məsələn,  müəllimin  pedaqoji  qabiliyyətlərin  strukturuna 

pedaqoji  fəaliyyəti  müvəffəqiyyətlə    yerinə  yetirmək  üçün 

zəruri  olan  Ģəxsi  pedaqoji  qabiliyyətlər  (müĢahidəçilik, 

uĢaqlara  hüsn-rəğbət  bəsləmək,  dözümlülük,  özünə  sahib 

olmaq);  didaktik  qabiliyyətlər  (izah  edə  bilmək,  natiqlik, 

nəzəri);  təĢkilati-kommunikativ  qabiliyyətlər  (təĢkilatçılıq, 

avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik) 

və  s.  qabiliyyətlər  daxil  olur.  Bunlardan  bəziləri  (uĢaqlara 

hüsn  rəğbət  bəsləmək,  müĢahidəçilik,  pedaqoji  mərifət,  izah 

edə  bilmək,  təĢkilatçılıq  və  s.)  əsas,  aparıcı,  digərləri  isə 

(natiqlik,  artistlik  və  s.)  yardımçı  qabiliyyətlər  kimi  pedaqoji 

qabiliyyətin  strukturuna  daxil  olur,  təlim  və  tərbiyənin 

müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir. 

Digər  fəaliyyət  növlərinin  müvəffəqiyyətlə  həyata 

keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu 

cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi 

qabiliyyətlərin  strukturuna  estetik  hisslərin  inkiĢafı,  əyani 

hafizə  surətlərinin  (eydetik  surətlərin)  olması,  nitqi  hiss 

etmək,  fantaziya  zənginliyi,  insan  psixologiyasını  dərindən 

bilmək və s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir. 



Ümumi  və  xüsusi  qabiliyyətlər.  Adətən,  hər  Ģeydən 

əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi 

olmaqla iki növünü qeyd edirlər.                                                                                                                                                            

Ümumi  qabiliyyətlərə  insanın  müxtəlif  fəaliyyət 

növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan 

qabiliyyətləri  aid  edirlər.  Nitq    qabiliyyəti,  əqli  qabiliyyətlər, 

hafizə, müĢahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə 

aid  etmək  olar.  Məsələn,  müĢahidəçilik  qabiliyyətini  Ģagird, 

müəllim,  yazıçı,  rəssam,  kəĢfiyatçı,  alim  və  baĢqa  fəaliyyət 

növlərini  həyata  keçirən  insanlar  üçün  ümumi  qabiliyyət 

hesab etmək olar. 

Xüsusi  qabiliyyətlərə  gəldikdə,  bu  cür  qabiliyyətlər 

insanın  hər  hansı  bir  spesifik  fəaliyyət  növünü 

müvəffəqiyyətlə  yerinə  yetirməsi  üçün  zəruri  olan 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə