www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
192
192
V. 17. 4. Qabiliyyət və talantın təbii Ģərtləri
Təbii imkanlar və qabiliyyət. Qabiliyyətlərin insanda
necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb
etmiĢdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmıĢdır
ki, Ģəxsiyyətin bütün baĢqa fərdi-psixi xassələri kimi
qabiliyyətlər də insan tərəfindən hazır Ģəkildə, təbiətin ona
verdiyi fitri, anadangəlmə bir Ģey kimi əldə edilmir, həyat və
fəaliyyətdə formalaĢır. Bununla belə qabiliyyətlərin fitriliyini
inkar etmək hec də mütləq səciyyə daĢımır. Psixologiyada
belə bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət
sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan
təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin
inkiĢafının təbii ilkin Ģərtləri kimi özünü göstərir. Onlar beyin
qurluĢunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional
xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii
imkanlardırlar. Həmin imkanlar yalnız müvafiq Ģəraitin, təlim
və tərbiyənin təsiri altında bu və ya digər fəaliyyətin
müvəffəqiyyətlə
icrasını
təmin
edən
qabiliyyətin
formalaĢmasına gətirib çıxara bilər. Əgər belə Ģərait
yaranmazsa həmin imkanlar yalnız imkan səviyyəsində
qalacaq, qabiliyyətə çevrilməyəcəkdir. Çünki hər cür
qabiliyyət nəyə isə, hər hansı bir konkret insan fəaliyyəti və ya
fəaliyyətləri üçün qabiliyyətdir. Əks halda «qabiliyyət» sözü
mənasız bir sözə çevrilərdi.
Ümumiyyətlə götürdükdə təbii imkanlar çoxmənalı,
çoxcəhətli xarakter daĢıyır. Belə ki, fəaliyyətin verdiyi
tələblərin xarakterindən asılı olaraq eyni təbii imkanların
əsasında müxtəlif qabiliyyətlər inkiĢaf etdirilə bilər.
Hazırkı dövrdə təbii imkanların qabiliyyətlərin inkiĢafı
üçün az və ya çox təsir göstərməsi barədə müxtəlif fikirlər
mövcuddur.
Məsələn, müasir fiziologiyada belə bir fikir irəli
sürülür ki, nitqin hərəki mərkəzi beyinin sol yarım kürələrinin
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
193
193
193
193
193
193
193
193
193
alt qırıĢlarının arxa hissəsinin üçdə birində, nitqi anlama
mərkəzi isə sol yarımkürələrin yuxarı gicgah qırıĢlarının arxa
hissəsinin üçdə birində yerləĢir. Əgər nəzərə alsaq ki, insan
nitqi beynin ayrı-ayrı sahələrinin mürəkkəb qarĢılıqlı
əlaqəsinin məhsuludur, onda belə bir fikri əsas götürə bilmərik
ki, insanın nitq fəaliyyəti ilə bağlı olan qabiliyyəti beynin
yalnız bir sahəsi ilə lokallaĢa bilər.
Bununla yanaĢı olaraq yaĢlı adamlarda beyin çəkisinin
orta hesabla 1400 qramdan çox və ya az olmasının insanların
əqli qabiliyyətcə fərqlənmələrinə səbəb olması haqqında
fikirləri də əsaslandırmaq imkanı vermədi. (Ġ.S.Turgenevin
beyin çəkisi 2012q, C.Bayronun-1800q. görkəmli kimyaçı
U.Libixin-1362q; yazıçı A.Fransın-1017q; olmuĢdur).
Hazırda təbii imkanların beyin və hiss üzvlərinin
mikrostruktura ilə əlaqələndirən fərziyyələr daha səmərəli
hesab olunur. Güman edirlər ki, beyin hüceyrəsi quruluĢunun
daha dərindən tədqiqi istedadlı Ģəxsin sinir toxumasını
fərqləndirən morfoloji və funksional xüsusiyyətləri müəyyən
etməyə imkan verər. Bununla yanaĢı olaraq, təbii imkanların
sinir proseslərinin bəzi fərqləndirici xüsusiyyətləri ilə (onların
qüvvə, müvazinət və mühərrikliyə görə fərqləri ilə) və deməli
ali sinir fəaliyyətinin tipi ilə Ģərtləndiyini irəli sürən
fərziyyələr də mövcuddur.
Qabiliyyətlər və irsiyyət. Qabiliyyət və irsiyyət
problemi mutəxəssislərin diqqətini cəlb edən problemlərdən
biri olmuĢdur. Qabiliyyətlərin təbii ilkin Ģərtləri olan təbii
imkanların bütün digər morfoloji və fizioloji keyfiyyətlər
kimi, ümumi genetik qanunlara tabe olduğu qeyd olunur.
Lakin təbii imkanların irsən keçməsinin mümkün olması
fikrini qabiliyyətlərin irsiliyi ideyası ilə eyniləĢdirmək olmaz.
Bu problemin öyrənilməsi ilə mütəxəssislər məĢğul olmuĢlar.
1875-ci ildə ingilis antropoloqu və psixoloqu F.Haltonun
«Talantın irsiliyi onun qanunları və nəticələri» adlı kitabı nəĢr
olunmuĢdur. Müəllif bir neçə görkəmli Ģəxsiyyətin qohumluq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
194
194
əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmiĢdir ki, talant ya
ata, ya da ana xətti ilə nəsildən nəsilə keçir. Lakin Haltonun
gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini
əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmiĢdir.
Bununla belə mütəxəssislər belə bir fikrə gəlmiĢlər ki, əksər
hallarda görkəmli Ģəxsiyyətlərin nəsil ağacının öyrənilməsi
bioloji irsiyyət deyil, həyat Ģəraitinin, qabiliyyətlərin inkiĢafı
üçün zəruri olan əlveriĢli ictimai Ģəraitin irsi xarakter
daĢımasını sübut edir.
Ümumiyyətlə, aparılmıĢ tədqiqatlar və ciddi statistika
qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu
və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və
talantın irsən keçməsi demək deyildir. Qabiliyyətlərin
yaranması üçün zəruri olan təbii imkanlar yalnız müvafiq
Ģəraitdə qabiliyyətin formalaĢmasına gətirib çıxara bilir.
V. 17. 5. Qabiliyyətlərin formalaĢması
Qabiliyyətlər
və
təlim.
Qabiliyyətlərin
formalaĢmasında ən önəmli rolu təlim oynayır. Təbii
imkanlardan danıĢarkən qeyd olunduğu kimi,
qabiliyyətlərin inkiĢafı müxtəlif adamlarda heç də eyni cür
olmayan təbii ilkin Ģərtlərdən asılı olsa da, qabiliyyətlər daha
çox bəĢər tarixinin məhsuludur. Ġnsan bəĢəriyyətin əldə etdiyi
təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq
qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bununüçünsə
təlim xüsusi yer tutur. Ġnsanlar təlim prosesində tarixən əldə
edilmiĢ nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini
formalaĢdırırlar. A.V. Petrovski və M.Q.YaraĢevskinin qeyd
etdikləri kimi «qabiliyyətlərin təzahürü insanların tarixən
ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri
müvafiq bilik, bacarıq və vərdiĢlərin formalaĢmasının konkret
iĢ pryomlarından (metodikadan) bilavasitə asılıdır».
Dostları ilə paylaş: |