www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
205
205
205
205
205
205
205
205
205
dövrlərini müəyyənləĢdirməyə imkan verir. Bu fikrin
tərəfdarları hesab edirlər ki, hər bir mərhələdə inkiĢaf səviy-
yəsini Ģərtləndirən əsas, aparıcı amillər mövcuddur. Bununla
yanaĢı, fərdi xüsusiyyətlərindən asılı olmayaraq bütün uĢaqlar
inkiĢafın hər bir mərhələsini, onlardan heç birini buraxmadan,
qabağa qaçmadan keçirlər.
Psixi inkiĢafın yaĢ dövrləri haqqında həmin konsepsiya
psixoloji ədəbiyyatda özünə geniĢ yer tapmıĢ və uĢaqların
təlim-tərbiyəsində geniĢ istifadə olunan konsepsiyadır.
Adətən insan bütün həyatı boyu özünün tələbatlarını
ödəmək üçün bir çox fəaliyyət növlərindən istifadə edir. Lakin
müəyyən yaĢ dövründə həmin fəaliyyət növlərindən biri
digərlərinə nisbətən “əsas”, “aparıcı” fəaliyyət növü hesab
olunur. Əsas fəaliyyət növü uĢağın müəyyən inkiĢaf
mərhələsində onun tələbatlarını ödəyən, onun psixi
proseslərinin və Ģəxsiyyətinin fərdi psixi xassələrinin inkiĢa-
fını Ģərtləndirən fəaliyyət növüdür. UĢağın əsas fəaliyyət
növünün dəyiĢməsi onun yeni yaĢ mərhələsinə keçməsini
göstərən əsas amildir.
D.B.Elkoninə görə uĢaq anadan olandan 17 yaĢa qədər
olan dövrdə ardıcıl olaraq aĢağıdakı əsas fəaliyyət növlərindən
istifadə edir və buna müvafiq olaraq yaĢ dövrləri
müəyyənləĢdirilir
1
:
1)
bilavasitə-emosional ünsiyyət;
2)
əĢyavi-manipulyativ fəaliyyət;
3)
rollu oyunlar;
4)
təlim fəaliyyəti;
5)
intim-Ģəxsi ünsiyyət;
6)
təlim-peĢə fəaliyyəti.
Həmin əsas fəaliyyət növlərindən hansından istifadəyə
1
Эльконин Д.Б. К проблеме периодизаüии психического развития в
детском возрасте. Хрестоматия по возрастной и педагогической пси-
хологии. -М., 1981. стр.26.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
206
206
əsaslanaraq D.B.Elkonin müvafiq Ģəkildə uĢağın anadan
olandan orta məktəbi qurtarana qədər aĢağıdakı altı yaĢ
dövrünü keçdiyini qeyd etmiĢdir:
1. Körpəlik dövrü: anadan olandan bir yaĢa qədər.
Bu dövrdə bilavasitə emosional ünsiyyət aparıcı
fəaliyyət rolunu oynayır. Ġkinci ayda meydana gələn kompleks
canlanma uĢağın böyüklərlə ünsiyyətinin mürəkkəb forması
kimi özünü göstərir. Böyüklərlə bu cür emosional ünsiyyət
uĢağın əĢyalarla müstəqil olaraq manipulyasiya aparmağa
baĢladığı dövrə qədər davam edir.
2. Erkən uĢaqlıq dövrü: bir yaĢdan üç yaĢa qədər.
Bu dövrdə əĢyavi-manipulyativ fəaliyyət aparıcı fəaliy-
yət olur. Bu zaman bir növ xüsusi əĢyavi fəaliyyətə keçid baĢ
verir. Eyni zamanda uĢağın böyüklərlə verbal ünsiyyət
forması inkiĢaf edir.
AparılmıĢ tədqiqatlar göstərmiĢdir ki, bu dövrdə uĢaqlar
nitqdən təfəkkür aləti kimi deyil, insanlarla birgə fəaliyyət
zamanı əməkdaĢlığı təmin etmək üçün əlaqə vasitəsi kimi
istifadə edirlər.
3. Bağça yaĢı dövrü: üç yaĢdan altı-yeddi yaĢa qədər.
Bu dövrdə oyun aparıcı fəaliyyət rolunu oynayır, uĢağın
psixika və davranıĢının bütün cəhətlərinin inkiĢafı üçün Ģərait
yaradır. Xüsusi oyun tərzlərindən istifadə etməklə uĢaq bir
növ böyüklərin rolunu öz oyunlarında təkrar edir, insanlar
arasındakı qarĢılıqlı münasibətləri özünəməxsus Ģəkildə
mənimsəyir. Bu zaman rollu oyunlar fəallığın növü kimi
özünü göstərir.
4. Kiçik məktəb yaĢı dövrü: altı-yeddi yaĢdan on-on
bir yaĢa qədər.
Bu dövrdə uĢaqların psixi inkiĢafında təlim aparıcı
fəaliyyət kimi özünü göstərir. Təlim prosesində əqli və idrak
qabiliyyətləri formalaĢmaqla, təlimin köməyi ilə uĢağı əhatə
edən adamlarla onun münasibətlər sistemi Ģərtlənir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
207
207
207
207
207
207
207
207
207
5. Yeniyetməlik dövrü: on-on bir yaĢdan on dörd-on
beĢ yaĢa qədər.
Bu dövrdə əmək fəaliyyəti, eləcə də xüsusi ünsiyyət
forması olan intim-Ģəxsi ünsiyyət meydana gəlir və inkiĢaf
edərək aparıcı fəaliyyət rolunu oynayır. Ünsiyyətin baĢlıca
məqsədi yoldaĢlıq və dostluğun elementar normalarının aĢkara
çıxarılması və mənimsənilməsindən ibarət olur. Ünsiyyətin
bütün formalarında yoldaĢlığın özünəməxsus kodeksinə tabe
olmaq münasibəti müĢahidə olunur.
6. Ġlk gənclik dövrü: on dörd-on beĢ yaĢdan on yeddi
yaĢa qədər.
Bu dövrdə təlim-peĢə fəaliyyəti aparıcı rol oynayır.
Yeniyetməlik dövründə meydana gələn intim-Ģəxsi ünsiyyət
inkiĢafda mühüm əhəmiyyət kəsb edir. Ġlk gənclik dövründə
həyata baxıĢlar, peĢə və Ģəxsi özünütəsdiq inkiĢaf edir.
Psixoloji ədəbiyyatda insanın bütün həyat silsiləsini
əhatə edən aĢağıdakı yaĢ dövrlərinin təsnifi verilmiĢdir:
YaĢ dövrləri
KiĢi cinsi
Qadın cinsi
Yeni doğulan
1-10 gün
Südəmər uĢaq
10 gün - bir il
Erkən uĢaqlıq
1-2 il
UĢaqlığın ilk dövrü
3-7 il
UĢaqlığın ikinci dövrü
8-12 il
8-11 il
Yeniyetməlik dövrü
13-16 il
12-15 il
Gənclik dövrü
17-21 il
16-20 il
Orta yaĢ:
Birinci mərhələ
22-35 il
21-35 il
Ġkinci mərhələ
36-60 il
36-55 il
YaĢlı adamlar
61-75 il
56-75 il
Qocalıq yaĢı
76-90 il
Uzunömürlülük
90 ildən yuxarı