MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə149/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   145   146   147   148   149   150   151   152   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

218 



218 

analizatorlar  üzrə  Ģərti  refleksin  yaranması  uĢağın  ətraf 

mühitlə əlaqəsini bir növ asanlaĢdırır. 

Anadan olandan bir yaĢa qədər olan dövrü çox vaxt iki 

yarımdövrə  bölürlər:  çağalıq  dövrü  (iki  aya  qədər  olan  dövr) 

və  körpəlik  dövrü  (2  aydan  bir  yaĢa  qədər  olan  dövr).  Bu 

dövrdə  sensor  və  hərəki  funksiyalar,  nitqə  yiyələnməyə 

hazırlıq  böyüklərlə  bilavasitə  qarĢılıqlı  təsir  prosesində 

intensiv  imkanları  əldə  edir.  Körpəlik  dövründə  böyüklərlə 

bilavasitə  -  emosional  ünsiyyət  aparıcı  fəaliyyət  kimi  özünü 

göstərir.  Ana  və  baĢqa  yaĢlılarla  bu  cür  ünsiyyət  körpənin 

tələbatını  ödəməklə  onun  fiziki  və  psixi  inkiĢafında  mühüm 

rol oynayır. 

Körpəlik  dövründə  uĢaqda  hərəki  fəallıq  artır,  hərəki 

vərdiĢlər sürətlə formalaĢmağa baĢlayır. Bir il ərzində uĢağın 

hərəkətlərinin  inkiĢafında  heyrətamiz  dəyiĢikliklər  baĢ  verir. 

Bu dövrdə uĢaqlarda hərəki vərdiĢlər, xüsusilə əlin və ayağın 

mürəkkəb, tənzimlənmiĢ hərəkətləri sürətlə formalaĢır. Bu cür 

hərəkətlər  sonralar  uĢağın  idrak  və  əqli  qabiliyyətlərinin 

yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uĢaq 

oturmağı,  iməkləməyi,  ayaq  üstə  durmağı  və  nəhayət 

böyüklərin  köməyi  ilə  yeriməyi  öyrənir.  Bütün  bunların 

sayəsində  uĢağın  ətraf  aləm  haqqında  müvafiq  məlumatlar 

əldə etməsi asanlaĢır. Nəticədə körpədə xarici aləm haqqında 

təsəvvürlər formalaĢmağa baĢlayır. 

Körpəlik  dövründə  uĢaqda  temperatur,  lamisə,  görmə, 

iybilmə  və  dadbilmə  duyğuları  kompleks  Ģəkildə  inkiĢaf 

etməyə  baĢlayır.  Bu,  körpədə  qavrayıĢın  inkiĢafına  imkan 

verir. Yeni doğulmuĢ uĢaq gözü ilə obyektləri izləyə bilsə də 

hələ iki-dörd aya qədər onun görməsi nisbətən zəif olur. 

Ġkinci  aydan  baĢlayaraq  uĢaqda  sadə  rəngləri  fərq-

ləndirmək qabiliyyəti özünü göstərməyə baĢlayır. Ġki-üç aylıq 

körpə  anasının  gülümsəməsinə  özünün  gülümsəməsi  və 

hərəkətlərinin  ümumi  fəallaĢması  ilə  reaksiya  verir.  Bu 



canlanma  kompleksi  adlanır.  Psixoloqlar  belə  bir  qənaətə 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



219 

219 


219 

219 


219 

219 


219 

219 


219 

gəlmiĢlər  ki,  yaĢlıların  uĢaqla  intensiv  emosional  ünsiyyəti 

uĢağın  psixi  inkiĢafına  müsbət  təsir  etdiyi  halda,  laqeyd, 

ürəkdən  gəlməyən  ünsiyyət  isə  canlanma  kompleksinin 

inkiĢafına mane olur və ümumi psixi inkiĢafı ləngidə bilir. 

UĢağın  sifətindəki  təbəssüm  öz-özünə  yaranmır.  Buna 

anasının, onu əhatə edənlərin  mehriban müraciəti səbəb olur. 

Ona görə də uĢaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi, 

mimikası  xoĢ,  fərəhli,  səsi  isə  cəlbedici,  emosional  xarakter 

daĢımalıdır. Ġlk kompleks canlanma ünsürləri uĢağın həyatının 

ikinci  ayında  özünü  göstərir.  Bu  –  susmaq,  təbəssüm, 

qığıldamaq  Ģəklində  baĢ  verir.  Üçüncü  ayda  bu  ünsürlər  bir 

sistem halında birləĢir və eyni vaxtda baĢ verir. 

Üçüncü-dördüncü ayda uĢaqlar öz davranıĢları ilə aydın 

Ģəkildə göstərirlər ki, onlar yalnız tanıĢ adamları, adətən, ailə 

üzvlərini  görmək,  eĢitmək  və  onlarla  ünsiyyətdə  olmağa 

üstünlük verirlər.  

Körpəlik  dövrü  nitqə  yiyələnməyə  hazırlıq  dövrü 

adlanır.  Birinci  yaĢın  sonunda  uĢaq  xeyli  sözü  baĢa  düĢür,  

eyni zamanda tək-tək hecaları və sözləri tələffüz edə bilir. 

Körpədə  hafizənin  təĢəkkülü  Ģərti  reflekslərin  meydana 

gəlməsi ilə əlaqədar baĢ verir. UĢaq ilk dəfə ancaq həyatında 

mühüm  rol  oynayan,  üzvü  tələbatı  ilə  bağlı  olan  cisimləri 

tanıyır. 5-6 aylıq uĢaqlar yaxın adamları tanımağa baĢlayırlar. 

7-8 ayda isə adı çəkilən əĢyanı axtarırlar. 

UĢaqlarda  emosiyalar  çox  erkən  müĢahidə  olunur. 

Bununla yanaĢı körpə uĢaqlarda emosiyalar çox dəyiĢkən olur. 

Erkən  uĢaqlıq  yaĢının  xüsusiyyətləri.  Erkən  uĢaqlıq 

dövrü 1 yaĢdan 3 yaĢa qədər olan dövrü əhatə edir. Bu dövrdə 

uĢaqlar  öz  tələbatlarını  əĢyavi-manipulyativ  fəaliyyətin 

köməyi  ilə  ödəyirlər.  Erkən  uĢaqlıq  dövrü  özünəməxsus 

xüsusiyyətləri ilə fərqlənir. Bu dövrdə uĢaq nitqə yiyələnir və 

nəticədə  Ģəxsiyyətin  və  fəaliyyət  subyektinin  formalaĢması 

üçün  zəmin  yaranır.  Hələ  körpəlik  dövrünün  sonunda  (11-ci 

aydan) uĢaq nitqin  fonetik  quruluĢuna,  yiyələnməyə baĢlayır, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

220 



220 

getdikcə söz ehtiyatı artır və üçüncü yaĢın axırında 300-400-ə 

çatır.  1  yaĢ  10  aylıqdan  baĢlayaraq  uĢaq  ayrı-ayrı  sözləri 

cümlədə birləĢdirməyə baĢlayır. Nitqin inkiĢafı əsasında uĢaq 

əĢyaları  ən  parlaq  zahiri  əlamətlərinə  görə  qruplaĢdırmağa 

baĢlayır.  Bunu  ümumiləĢdirmənin  ilkin  mərhələsi  kimi  qeyd 

etmək mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan 

hafizə  (tanıma  Ģəklində),  əyani-əməli  təfəkkür,  diqqət, 

qavrayıĢ  fəal  Ģəkildə  inkiĢaf  etməyə  baĢlayır.  Ġkinci  yaĢda 

uĢaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə, 

üçüncü  yaĢda  bir  neçə  aydan  sonra  tanıya  bilir.  Tanıma  ilə 

yanaĢı qavranılmıĢ əĢyaların xatırlanması da inkiĢaf edir. 

Erkən  uĢaqlıq  dövründə  nitqin  inkiĢafı  ilə  bağlı  olaraq 

təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkiĢaf edir. Lakin 

bu  dövrdə  uĢaqlar  öz  fikirlərini  sözlə  ifadə  edə  bilsələr  də, 

onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, 

bu  hərəkətlərdə  təzahür  edir.  Bu  dövrdə  uĢaqların  fikri 

fəaliyyəti  əsasən  konkret  cisim  və  hadisələrlə  bağlı  olur. 

Erkən  uĢaqlıq  yaĢında  diqqətin  yeni  xüsusiyyətləri  özünü 

göstərir.  UĢağın  böyüklərlə  nitq  ünsiyyəti  burada  mühüm  rol 

oynayır.  Söz  siqnalları  uĢağın  diqqətinin  müəyyən  obyektə 

yönəlməsinə,  qeyri-ixtiyari  diqqətin  davamlılığına  və  dəqiq-

liyinə  əsaslı  təsir  göstərir.  Böyüklərin  tələbi  ilə  uĢaqlarda 

ixtiyari diqqətin inkiĢafı üçün Ģərait yaranır. 

Ünsiyyət  prosesində  uĢağın  biliyi,  təcrübəsi  tədricən 

artır.  Nəticədə  uĢaqda  ixtiyari  qavrayıĢın  -  müĢahidənin 

inkiĢafı  üçün  Ģərait  yaranır.  Burada  böyüklərin  uĢağın 

qavrayıĢını təĢkil etməsi əsas rol oynayır. 

Erkən  uĢaqlıq  dövründə  müstəqillik  meylinin 

formalaĢması. Erkən uĢaqlıq dövründə uĢaqlarda Ģəxsiyyətin 

inkiĢafı  üçün  də  zəmin  yaranmıĢ  olur.  UĢaq  özünü  baĢqa 

əĢyalardan, onu əhatə edən adamlardan ayırmağa baĢlayır. Bu 

isə  uĢaqda  ilkin  özünüdərketmə  formasının  meydana 

gəlməsinə  səbəb  olur.  Üç  yaĢında  uĢaqda  özü  haqqında 

təsəvvür yaranır. Nəticədə uĢaq özünü adı ilə deyil, “mənim”, 

“mən”  əvəzlikləri  ilə  adlandırmağa  baĢlayır.  Bununla  bağlı 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə