www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
45
Dövlət Dillər Ġnstitutu, indiki Dillər Universiteti ilə bağlanır.
O, hazırda Azərbaycan Dillər Universitetində psixologiya
kafedrasının müdiri vəzifəsində çalıĢır.
M.Həmzəyev 1969-cu ildə «Azərbaycan dili orfoqrafiya
və durğu iĢarələrinin mənimsənilməsi psixologiyası» mövzu-
sunda doktorluq dissertasiyası müdafiə etmiĢdir.
Respublikada elmi kadrların hazırlanmasında da M.Həm-
zəyevin müstəsna rolu olmuĢdur. Onun rəhbərliyi ilə onlarla
aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmiĢ-
dir. Uzun müddət AAK Ekspert ġurasının üzvü olmuĢdur.
Azərbaycan psixologiya elminin inkiĢafında əməkdar elm
xadimi, professor Əkbər Salman oğlu Bayramovun (1930)
müstəsna xidmətləri olmuĢdur. Azərbaycan Dövlət Universite-
tinin məntiq-psixologiya Ģöbəsini bitirdikdən sonra Ə.S. Bayra-
mov çoxĢaxəli elmi-pedaqoji fəaliyyətə baĢlayır. O, demək olar
ki, Azərbaycanda psixologiya elminin bütün sahələri üzrə
tədqiqat aparmıĢ, elmi əsərlər yazmıĢ, dərsliklər hazırlamıĢdır.
O, professor Ə.Ə. Əlizadə ilə birlikdə Azərbaycanda sosial
psixologiyanın əsasını qoymuĢdur. Hələ sovet hakimiyyəti
illərində etnopsixologiyanın «qadağan olunduğu» vaxtlarda
etnopsixologiya ilə bağlı fikir və ideyalarını irəli sürmüĢ, 1996-
cı ildə isə «Etnik psixologiya məsələləri» əsərini nəĢr
etdirmiĢdir. Ə.S. Bayramov Azərbaycanda etnopsixologiyanın
yaradıcısıdır. Onun çoxsaylı aspirant və dissertantları da
etnopsixoloji məsələlərə dair namizədlik dissertasiyası müdafiə
etmiĢdir.
1959-cu ildə Ə.S. Bayramov «Təfəkkürün müstəqillik və
tənqidiliyinə
görə
III-IV
sinif
Ģagirdlərinin
fərdi
xüsusiyyətləri» mövzusunda namizədlik, 1967-ci ildə isə
«Kiçik məktəbyaĢlı Ģagirdlərdə əqli keyfiyyətlərin inkiĢaf
dinamikası» mövzusunda doktorluq dissertasiyası müdafiə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
46
etmiĢdir.
O,
1974-cü
ildən SSRĠ Psixologiya Cəmiyyəti
Azərbaycan Ģöbəsinın sədri olmuĢdur. Ə.S.Bayramov 1971-97-
ci illərdə BDU-nun pedaqogika və psixologiya kafedrasına
rəhbərlik etmiĢdir. Uzun illər psixologiya üzrə ixtisaslaĢ-
dırılmıĢ müdafiə Ģurasının sədri kimi respublikada yüksək
ixtisaslı psixoloq kadrların hazırlanmasına rəhbərlik etmiĢdir.
Hazırda
Bakı
Dövlət
Universiteti
psixologiya
kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası Ekspert ġurasının üzvü
kimi Azərbaycan psixologiya elminin inkiĢafına xidmət
göstərir.
Respublikamızın görkəmli alimlərindən biri, Azərbaycan
Dövlət
Pedaqoji
Universitetinin
ümumi
psixologiya
kafedrasının müdiri, professor Əbdül Əli oğlu Əlizadə (1932)
Azərbaycanda psixologiya elminin inkiĢafında əvəzsiz
xidmətlər göstərmiĢ psixoloqlardandır. Ə.Əlizadə 1950-55-ci
illərdə Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya
Ģöbəsində təhsil almıĢdır. 1956-cı ildə ilk elmi məqaləsi çap
olunur. 1957-ci ildə «Azərbaycan məktəbi» jurnalında iĢə
baĢlayır. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji
Ġnstitutunun aspiranturasına daxil olur. Sonrakı fəaliyyəti bu
institutla bağlıdır.
1962-ci ildə «ġagirdlərin yaradıcı təxəyyül fəaliyyətində
analiz və sintez proseslərinin xüsusiyyətləri» mövzusunda
namizədlik, 1975-ci ildə isə «Cinsi dimorfizm və Ģəxsi
qarĢılıqlı
münasibətlərin
formalaĢmasının
psixoloji
problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə
edir.
1976-cı ildən bu günədək Ə.Ə.Əlizadə ADPU-nun
ümumi psixologiya kafedrasının müdiridir.
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
47
Ə.Ə.Əlizadənin fəaliyyətində dərsliklərin hazırlanması
xüsusi yer tutur. O, hələ 60-cı illərdən dərsliklərin hazırlanma-
sında yaxından iĢtirak edir. Professor Y.ġ.Kərimovla birlikdə
hazırladığı «Ġlk addımlar» dərs vəsaiti özünün psixoloji
məzmununa görə diqqəti cəlb edir.
1964-cü ildə nəĢr olunmuĢ «Psixologiya» dərsliyinin
müəlliflərindən biri də professor Ə.Ə.Əlizadədir. Professor
Ə.Ə.Əlizadə professor Ə.S.Bayramovla birlikdə çox səmərəli
fəaliyyət göstərmiĢ, Azərbaycan psixologiya elminin inkiĢafına
önəmli xidmət etmiĢlər. «Psixologiya» (1989), «Sosial psixolo-
giyanun aktual məsələləri» (1986), «Sosial psixologiya»
(1976), «Sosial psixologiya» (2003) və digər əsərlər onların
birgə fəaliyyətinin məhsuludur.
Ə.Ə.Əlizadənin yaradıcılığında ailə tərbiyəsi, ailə prob-
lemləri daha dolğun Ģəkildə araĢdırılmıĢdır. Professor A.N.Ab-
basovla birlikdə hazırladıqları «Ailə» dərsliyi pedaqoji
ictimaiyyət tərəfindən müstəsna xidməti olan əsər kimi qəbul
olundu.
Ə.Ə.Əlizadənin psixoloq kadrlarının hazırlanmasında da
əvəzsiz rolu olmuĢdur. Onun aspirant və dissertantları müxtəlif
istiqamətli mövzularda namizədlik dissertasiyaları müdafiə et-
miĢlər. Professor Ə.Ə.Əlizadə indi də fəaliyyətini uğurla
davam etdirir.
80-ci illərin ortalarından baĢlayaraq SSRĠ-də psixologi-
yanın praktik istiqamətdə inkiĢafına xüsusi yer ayrıldı. Təbii ki,
Azərbaycanda da bu istiqamətə diqqət yetirilməyə baĢlandı. 80-
ci illərin sonuna yaxın məktəbə psixoloji xidmət sahəsində fəa-
liyyətə baĢlandı. Aydındır ki, fəaliyyət üçün ixtisaslı psixoloq
kadrlarına ehtiyac yarandı. Ġlk dövrlər problem iĢləyən
müəllimlərin ixtisasdəyiĢməsi yolu ilə həll olundu.
Respublikamız müstəqillik qazandıqdan sonra yüksək ixtisaslı
Dostları ilə paylaş: |