MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə151/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   147   148   149   150   151   152   153   154   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

224 



224 

özünü  göstərir.  Bağça  yaĢının  sonunda  uĢaqlar  onları 

maraqlandıran 

obyektlərin 

xassələrini 

daha 


tez 

müəyyənləĢdirmək,  bir  əĢyanı  baĢqasından  fərqləndirmək, 

onların  arasında  mövcud  olan  əlaqə  və  münasibətləri  aĢkara 

çıxarmaq  imkanı  əldə  edirlər.  Nəticədə  zahiri  perseptiv  iĢlər 

əqli  iĢlərə  çevrilməyə  baĢlayır.  Psixoloqlar  belə  qənaətə 

gəlmiĢlər  ki,  (L.A.Venqer)  qavrayıĢla  bağlı  olan  qabiliy-

yətlərin  əsasını  perseptiv  iĢlər  təĢkil  edir.  Bu  cür 

qabiliyyətlərin  keyfiyyəti  uĢağın  xüsusi  perseptiv  etalon 

sistemini  mənimsəməsindən  asılıdır.  QavrayıĢ  zamanı  bu  cür 

etalonlar həndəsi füqurlar, rənglər və s. ola bilər. 

Böyük  bağça  yaĢı  dövründə  uĢaqlarda  ətraf  aləmin 

qavranılması  geniĢlənir  və  dərinləĢir.  Bu  dövrdə  qavrayıĢ 

uĢaqlara  yaĢlıların  həyatına  qoĢulmağa,  nüfuz  etməyə  imkan 

verir.  Bununla  bərabər  böyüklərlə  ünsiyyət  qavrayıĢın 

məzmununu zənginləĢdirir. 

Tədricən  bağça  yaĢı  dövründə  ixtiyari  qavrayıĢ  inkiĢaf 

edir,  müĢahidə  və  müĢahidəçilik  özünü  göstərməyə  baĢlayır. 

Böyüklər,  tərbiyəçilər  uĢaqların  qarĢısına  məqsəd  qoyur, 

onları  ətraf  aləmdəki  daha  mühüm  cəhətləri  qavramağa 

yönəldir, onlara müĢahidə etməyi öyrədirlər. Məhz buna görə 

də  böyük  bağça  yaĢlı  uĢaqlar  öz  qavrayıĢlarını  daha  uzun 

müddət idarə edə bilirlər. 

Bağça  yaĢı  dövründə  uĢaqlarda  qavrayıĢın,  müĢahi-

dəçiliyin  inkiĢafında oyun aparıcı  fəaliyyət  növü  kimi  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Bu  cür  oyunlar  içərisində  didaktik 

oyunlar xüsusi yer tutur. 

Bu  dövrdə  uĢaqlarda  qavrayıĢın  inkiĢafında  rəsm,  yap-

ma, quraĢdırma da mühüm rol oynayır. UĢaq nəyisə çəkmək, 

nəyinsə  füqurunu  yapmaq  üçün birinci  növbədə  onu diqqətlə 

müĢahidə etməli, onun konturunu, rəngini müəyyənləĢdirməli 

olur. Bütün bunlar uĢağı müĢahidə etməyə təhrik edir, ixtiyari 

qavrayıĢın inkiĢafına təkan verir.  

Bağça yaĢı  dövründə qavrayıĢla yanaĢı olaraq diqqətin 

təkmilləĢməsi prosesi də baĢ verir. Bu yaĢ dövrünün əvvəlində 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



225 

225 


225 

225 


225 

225 


225 

225 


225 

uĢaqlarda  diqqəti  zahirən  cəlbedici  cisimlər  cəlb  edir.  Bu 

dövrdə  hələ  uĢaqda  qavradığı  obyektə  maraq  üstünlük  təĢkil 

edir. BaĢqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daĢıyır. 

Bağça  yaĢının  sonunda  diqqət  öz  inkiĢafının  daha 

yüksək  səviyyəsinə  çatır.  Böyük  bağça  yaĢlı  uĢaqlarda  diq-

qətin  inkiĢafı  yeni  maraqların  meydana  gəlməsi,  dünya-

görüĢünün  geniĢlənməsi,  uĢağın  ailə  həyatında  və  bağçada 

yeni Ģəraitə daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi 

ilə sıx bağlı olur. Böyük bağça yaĢlı uĢaq gerçəkliyin əvvəllər 

onu  cəlb  etməyən  cəhətlərinə  diqqət  yetirməyə  baĢlayır. 

UĢağın 


ünsiyyət 

sahəsinin 

geniĢlənməsi, 

marağının 

zənginləĢməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək 

inkiĢaf səviyyəsinə qalxmasına səbəb olur. 

Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari 

diqqətin  meydana  gəlməsi  üçün  də  Ģərait  yaranır.  Burada 

qeyri-ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uĢağın diqqətini 

idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uĢağa 

onu  əhatə  edən  cisim  və  hadisələrin  xassələrini,  fərqli 

xüsusiyyətlərini,  əsas  əlamətlərini  görməyi  öyrətmək  lazım 

gəlir.  QavrayıĢda  olduğu  kimi,  bağça  yaĢlı  uĢaqlarda  ixtiyari 

diqqətin  inkiĢafında  da  oyun  mühüm  əhəmiyyət  kəsb  edir. 

Oyun  qaydalarına  əməl  etmək  uĢaqdan  öz  diqqətini 

mərkəzləĢdirməyi  tələb  edir.  Bu  yaĢ  dövründə  diqqətin  ən 

yüksək davamlılığı oyun prosesində baĢ verir. BaĢqa fəaliyyət 

növləri  də  uĢağın  diqqəti  olmadan  səmərəli  Ģəkildə  həyata 

keçə  bilməz.  Ġxtiyari  diqqətin  meydana  gəlməsində  nitq  də 

mühüm rol oynamağa baĢlayır.  

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  uĢaqlarda  ixtiyari 

diqqətin  inkiĢafına  öz-özünə  hündürdən  fikirləĢmək  xeyli 

kömək edir. Təcrübə göstərmiĢdir ki, əgər 4-5 yaĢlı uĢaqlardan 

daima  nə  edəcəyini  hündürdən  deməyi  tələb  etdikdə,  onlar 

ixtiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı 

bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

226 



226 

Məktəbəqədər  yaĢın  sonuna  doğru  uĢaqda  tədricən  öz 

diqqətini idarə etmək imkanı, onu az və çox dərəcədə müstəqil 

təĢkil etmək bacarığı özünü göstərir. 

Bağça    yaĢı  dövründə  uĢaqların  hafizələri  də  tədricən 

qeyri-ixtiyari  yaddasaxlamadan  ixtiyari  yaddasaxlamaya 

keçidlə səciyyələnir. 

Psixoloqların  apardıqları  tədqiqatlar  göstərmiĢdir  ki, 

xüsusi  olaraq  mnemik  əməliyyat  aparılmasına  hazırlanma-

dıqda,  baĢqa  sözlə  təbii  Ģəraitdə  kiçik  və  orta  bağça  yaĢlı 

uĢaqlarda  yaddasaxlama  və  yadasalma  qeyri  ixtiyari  xarakter 

daĢıyır.  Böyük  bağça  yaĢı  dövründə  eyni  Ģəraitdə  tədricən 

materialı  qeyri-ixtiyari  yaddasaxlama  və  yadasalmadan  ixti-

yariyə  keçid  baĢ  verir.  Beləliklə  bağça  yaĢının  sonunda 

uĢaqlarda  yaddasaxlama  və  yadasalma  tədricən  ixtiyari 

xarakter  daĢımağa  baĢlayır.  Bağça  yaĢının  əvvəlində  qeyri-

ixtiyari görmə-emosional hafizə üstünlük təĢkil edir.  

Ġxtiyari  hafizənin  inkiĢafı  uĢaqların  qarĢılarına 

yaddasaxlama və yadasalma ilə bağlı xüsusi mnemik məqsəd-

lərin  qoyulması  ilə  sıx  bağlı  olur.  Bunun  üçün  oyun 

fəaliyyətindən istifadə daha səmərəli nəticə verir.  

Bir  qayda  olaraq  ixtiyari  hafizə  böyüklərin  tərbiyəvi 

təsiri sayəsində inkiĢaf edir. Əvvəlcə yaĢlılar uĢağın qarĢısında 

nəyisə yaddasaxlama və yadasalma məqsədini qoyur, sonra bu 

cür məqsədi uĢaq özü öz qarĢısına qoyur. 

Ġlk  dövrlər ixtiyari  yaddasaxlama təkmilləĢmiĢ xarakter 

daĢımır. UĢaq hələ yaddasaxlamanın səmərəli yollarını bilmir. 

Lakin  bağça  yaĢının  sonuna  doğru  uĢaq  tədricən  bəzi  sadə 

yaddasaxlama  və  yadasalma  priyomlarından  istifadə  etməyə 

baĢlayır.  Məsələn,  uĢaq  materialı  diqqətlə  qavrayır,  onu 

anlamağa,  baĢa  düĢməyə  çalıĢır,  bir  neçə  dəfə  təkrar  edir, 

mümkün olan əlaqəni yaratmağa çalıĢır və s. Təcrübə göstərir 

ki,  böyük  bağça  yaĢlı  uĢaqlar  anladıqları,  baĢa  düĢdükləri 

sözləri daha yaxĢı yadda saxlayırlar. 

Nitqin  və  təfəkkürün  inkiĢafı  ilə  əlaqədar  olaraq  bağça 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə