MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə152/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   148   149   150   151   152   153   154   155   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



227 

227 


227 

227 


227 

227 


227 

227 


227 

yaĢının sonunda əyani-obrazlı hafizə ilə yanaĢı, sözlü-məntiqi 

hafizə də inkiĢaf edir. Belə ki, uĢaq təkcə konkret, emosional 

cəhətdən zəngin,  əyani  materialları deyil, sözün özünü, sözlə 

ifadə  olunan  materialları  da  yaxĢı  yadda  saxlayır.  Bağça 

yaĢının  sonunda  hafizənin  möhkəmliyi,  davamlılığı  artır. 

UĢağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən 

materiallar  uzun  illər  onun  hafizəsində  hifz  oluna  bilir. 

Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin 

dövrə aid olur.  

Bağça  yaĢı  dövründə  uĢaq  təxəyyülü  də  özünəməxsus 

xüsusiyyətləri  ilə  fərqlənir.  Bağça  yaĢının  birinci  yarısında 

uĢaqlarda  təxəyyül  reproduktiv  xarakter  daĢıyır.  UĢaqların 

təxəyyül  surətləri  əldə  etdikləri  təəssüratların  obrazlar 

Ģəklində  mexaniki  canlandırmaları  Ģəklində  özünü  göstərir.  

Bu  cür  təxəyyül  surətləri  əqli  deyil,  emosional  əsaslar, 

emosional təəssürat əsasında yaradılır. Bütövlükdə bağça yaĢlı 

uĢaqların təxəyyülləri olduqca zəif olur. Təxəyyülün ayrı-ayrı 

xüsusiyyətləri  böyük  bağça  yaĢı  dövründə  daha  səmərəli 

Ģəkildə  inkiĢaf  etməyə  baĢlayır.  Bağça  yaĢı  dövründə 

bərpaedici təxəyyül surətləri xeyli inkiĢaf etsə də hələ solğun 

olur,  uĢaq  qarĢıya  qoyulmuĢ  məqsədə  uyğun,  dəqiq  surətlər 

yaratmaqda  çətinlik  çəkir.  Bu  da  uĢağın  həyat  təcrübəsinin 

azlığı, təəssüratlarının zəifliyi, müvafiq biliklərin məhdudluğu 

ilə bağlıdır. 

Bağça  yaĢı  dövründə  uĢaqlarda  yaradıcı  təxəyyülün 

inkiĢafı  da  özünü  göstərir.  UĢaqlarda  ilkin  yaradıcı  təxəyyül 

surətlərinin  meydana  gəlməsi  onların  fəaliyyəti  ilə  sıx  bağlı 

olur.  Onlar  oyun  zamanı,  hər  hansı  bir  nağılı  və  ya  hekayəni 

söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.  

Bağça  yaĢlı  uĢaqların  təfəkkürü  əsasən  əyani-əməli 

xarakter  daĢıyır,  icra  etdikləri  iĢlərlə,  dərk  etdikləri  konkret 

cisim və hadisələrlə bağlı olur. UĢaqlar ilk ümumiləĢdirmələri 

əsasən  zahiri  oxĢar  əlamətlərə  görə  aparırlar.  Nitqin  inkiĢafı 

ilə  əlaqədar  olaraq  ümumiləĢdirmələri  mühüm  əlamətlər 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

228 



228 

əsasında  aparmaq  meyli  yüksəlir.  Bağça  yaĢı  dövrünün 

əvvəllərində  uĢaqlar  hadisənin  mahiyyətini  baĢa  düĢə 

bilmədiklərinə  görə  bəzən  qəribə,  həqiqətə  uyğün  olmayan 

hökmlər  irəli  sürür,  düzgün  olmayan  nəticələr  çıxarırlar.  Bu 

dövrdə  uĢaqlarda  təfəkkürün  inkiĢafı  əyani-əməli,  əyani-

obrazlı  və  sözlü-məntiqi  təfəkkür  istiqamətində  gedir.  Bağça 

yaĢının  sonunda  uĢaqlarda  sözlü-məntiqi  təfəkkürün  inkiĢaf 

etməyə  baĢlaması  artıq  onlarda  sözlərə  istinad  etməyin  və 

mühakimə məntiqini anlamağın meydana gəldiyini göstərir. 

Bağça  yaĢı  dövrdə  uĢağın  nitq  inkiĢafında  da  əsaslı 

irəliləyiĢ baĢ verir.  

Bağça  yaĢı  dövründə  uĢaqların  nitqi  daha  əlaqəli 

xarakter  daĢımaqla  dialoq  forması  əldə  edir.  Erkən  uĢaqlıq 

dövrü  üçün  xarakterik  olan  nitqin  situativliyini  bu  dövrdə 

kontekstli  nitq  tutmağa  baĢlayır  ki,  bu  da  dinləyicidən 

situasiya haqqında müvafiq izahat tələb etmir. Əvvəlki dövrə 

nisbətən  bağça  yaĢlı  uĢaqlarda  daha  mürəkkəb,  müstəqil  nitq 

forması olan müfəssəl (geniĢ) monoloji ifadə forması təzahür 

və inkiĢaf edir. 

Bu dövrdə nitq inkiĢafının digər sahələrində də irəliləyiĢ 

baĢ verir. Hər Ģeydən əvvəl uĢağın söz ehtiyatı artır, təxminən 

3000-4000-ə  çatır.  Bunlardan  xeyli  hissəsi  (təxminən  1500) 

passiv  söz  ehtiyatı  olur.  UĢaqlarda  nitqin  fonetik  və 

qrammatik  cəhətdən  inkiĢafı  baĢ  verir.  Bütün  bunlara 

baxmayaraq həmin dövrdə bəzi uĢaqlar bəzi səsləri,  məsələn, 

r  ,  l,  Ģ  səslərini  tələffüz  etməkdə  çətinlik  çəkirlər.  Belə 

qüsurlar  uĢağın  nitq  orqanları  inkiĢaf  etdikcə,  düzgün  təlim-

tərbiyə sayəsində tədricən aradan qalxır. 

Məktəbəqədər  yaĢ  dövründə  dialoji  nitqin  inkiĢafı  və 

təkmilləĢməsi  ilə  yanaĢı,  monoloji  nitq  də  inkiĢaf  etməyə 

baĢlayır. 

 

 

 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



229 

229 


229 

229 


229 

229 


229 

229 


229 

 

VI.19.3.UĢağın məktəbə psixoloji hazırlığı 

 

 

Yuxarıda  qeyd  edilənlərdən  göründüyü  kimi,  məktəb 



yaĢına  çatmıĢ  uĢaqlar  gerçəkliyi  dərk  etmək,  idrak 

proseslərinin  inkiĢafı  cəhətdən  kifayət  qədər  irəli  getmiĢ 

olurlar. Bunlar tədris proqramlarını mənimsəmək üçün lazımi 

imkan  yarada  bilirlər.  Lakin  uĢağın  məktəbə  psixoloji 

hazırlığını  təkcə  bunlarla  məhdudlaĢdırmaq  olmaz.  UĢaqda 

qavrayıĢın,    diqqətin,  təxəyyülün,  hafizə,  təfəkkür  və  nitqin 

inkiĢafı ilə yanaĢı onun müxtəlif fəaliyyət növlərini,  xüsusilə 

təlim  fəaliyyətini  müvəffəqiyyətlə  yerinə  yetirməsi  üçün  bir 

sıra keyfiyyətlərə yiyələnməsi də zəruridir.  

Həmin  tələblərə  aĢağıdakıları  aid  etmək  olar:  uĢağın 

ümumi  fiziki  inkiĢafı,  kifayət  qədər  bilik  ehtiyatına  malik 

olması,  özünəxidmət  «məiĢət»  vərdiĢlərinə  yiyələnməsi, 

ünsiyyətə  girə  bilmək  bacarığı,  mədəni  davranıĢ,  sadə  əmək 

vərdiĢlərinə,  nitqə,  əsas  psixi  funksiyaların  zəruri  inkiĢaf 

səviyyəsinə, koqnitiv və əqli inkiĢaf səviyyəsinə yiyələnmək, 

əməkdaĢlıq etməyi bacarmaq, davranıĢın ixtiyariliyi, oxumağa 

arzu və maraq. 

Burada qavrayıĢ, diqqət, hafizə, təfəkkür, nitq, iradə və 

s.  kimi  əsas  psixi  funksiyaların  inkiĢaf  səviyyəsi  xüsusi  yer 

tutur.  


Bəs  məktəbə  psixoloji  hazırlıq  üçün  bütün  bu  qeyd 

olunanların inkiĢaf səviyyəsi necə olmalıdır? 

Burada  birinci  növbədə  sensor  (duyğu  və  qavrayıĢın) 

inkiĢafının  müvafiq  səviyyədə  olması  zəruridir.  UĢağın 

qavrayıĢının  seçiciliyi,  mənalılığı,  predmetliliyi  lazımi 

səviyyədə  olmalıdır.  Məktəbə  daxil  olan  uĢaq  cisimlərin  və 

onların  xassələrinin  identikliyini  müəyyənləĢdirməyi  bacar-

malıdır.  UĢaq  rəngləri,  cisimlərin  forma  və  həcmini  fərq-

ləndirməyi  bacarmalıdır.  Təcrübə  göstərir  ki,  çox  vaxt 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə