MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə155/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   151   152   153   154   155   156   157   158   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



237 

237 


237 

237 


237 

237 


237 

237 


237 

əhatə  edənlərlə  münasibətində  dəyiĢiklik  etmədən  məktəb 

həyatına  uyğunlaĢa  bilmir.  Ona  görə  də  məktəb  həyatı  uĢaq 

üçün  cansıxıcı  olur,  bu  vəziyyətdən  çıxmaqda  çətinlik  çəkir. 

Bu  cür  çətinliklərin  aradan  qaldırılması  və  uĢağın  öz  həyat 

tərzi  və  münasibətlərində  dəyiĢiklik  etməsi  iĢində 

müəllimlərin  üzərinə  ciddi  vəzifələr  düĢür.  Müəllimin 

qayğıkeĢ  yanaĢması  bu  prosesin  asanlıqla  keçməsinə  səbəb 

olur. 

Məktəbə  təzəcə  gələn  uĢaqların  qarĢılaĢdıqları 



çətinliklərdən  biri  də  ondan  ibarətdir  ki,  ilk  dəfə  olaraq 

məktəbdə  həyata  keçirməli  olduqları  dərinləĢmiĢ  məhsuldar 

əqli  iĢ  onlardan  hövsələ,  emosiyalarını  saxlaya  bilmək,  təbii 

hərəki  fəallığı  tənzim  etməyi,  diqqətini  tədris  məsələləri 

üzərində  cəmləĢdirməyi  və  saxlaya  bilməyi  tələb  edir.  Lakin 

kiçik məktəblilərin heç də hamısı bunlara əməl edə bilmirlər. 

Onlardan çoxu asanlıqla və tez yorulurlar. 

Xüsusilə  birinci  sinfə  qəbul  olunmuĢ  uĢaqlar  öz 

davranıĢlarını  tənzim  etməkdə  çətinlik  çəkirlər.  Birinci  sinif 

Ģagirdlərinin  çoxunda  uzun  müddət  özünü  eyni  vəziyyətdə 

saxlamaq, özünü idarə etmək üçün iradi güc çatmır.  

Məktəbdə  məĢğələ  zamanı  müəllim  uĢaqlara  suallar 

verir, onları fikirləĢməyə məcbur edir. Eyni iĢ ailədə də təkrar 

olunur.  Valideyn  uĢaqdan  ev  tapĢırıqlarını  yerinə  yetirməyi 

tələb  edir.  Bu  cür  gərgin  əqli  iĢ  uĢaqları  asanlıqla  yorur. 

Psixoloqlar bunun səbəbini uĢağın məhz əqli iĢdən  yorulması 

ilə  deyil,  fiziki  özünütənzimi  həyata  keçirə  bilməmələri  ilə 

izah edirlər. 

 

VI.20.2. Kiçik yaĢlı məktəblilərdə idrak proseslərinin    

inkiĢafı 

 

Kiçik  məktəb  yaĢı  dövründə  məktəbə  daxil  olmaqla 



əlaqədar  idrak  prosesləri  möhkəmlənir  və  inkiĢaf  edir. 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

238 



238 

L.S.Vıqotskinin  fikrincə  bu  proseslər  kiçik  məktəb  yaĢının 

sonunda  “təbii”  proseslərdən  “mədəni”  proseslərə  çevrilmə-

lidir, daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi 

funksiyalara  çevrilməlidir.  Buna  uĢağın  həmin  yaĢ  dövründə 

məktəbdə  və  ailədə  məĢğul  olduğu  əsas  fəaliyyət  növləri: 

təlim, ünsiyyət, oyun və əmək fəaliyyətləri imkan yaradır. 

Məktəbə təzə gələn uĢaqlarda qavrayıĢ hələ reproduktiv 

xarakter  daĢıyır.  I-II  sinif  Ģagirdlərinin  qavrayıĢları 

azfərqləndirici,  səthi,  nisbətən  az  məqsədəyönəlmiĢ  olur.  Bu 

dövrdə uĢaqların qavrayıĢı kəskin emosionallığı ilə fərqlənir. I 

-  II  sinif  Ģagirdləri  cisim  və  hadisələrdə  ən  çox  onlar  üçün 

əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə 

də bu dövrdə uĢaqların qavrayıĢı çox vaxt cisim və hadisələrin 

yalnız  müəyyən  əlamət  və  keyfiyyətlərini  əks  etdirir.  Bu 

zaman  xarici,  bilavasitə  nəzərə  çarpan  əlamətlərə  görə 

qavramaya daha çox üstünlük verilir. Cisimlərin mahiyyətinin 

dərindən təhlili və dərk olunması uĢaq üçün hələ çətindir. Ona 

görə də kiçik məktəb yaĢının əvvəllərində Ģagirdlərin qavrayıĢ 

prosesi  qavranılan  obyekti  yalnız  tanımaq  və  sonra  onu 

adlandırmaqla məhdudlaĢır.  

Bu  dövrdə  Ģagirdlərin  qavrayıĢı  üçün  xarakterik 

cəhətlərdən  biri  də  oxĢar  obyektləri  qavramalarındakı  qeyri 

dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması 

Ģagirdlərin  oxĢar  cisim  və  hadisələrə  eyni  əhəmiyyət 

vermələrinə  və  onları  eyni  cür  qavramalarına  səbəb  olur.  

Buna  görə  də  bu  dövrdə  müəllimin  müvafiq  iĢ  aparmasına 

böyük ehtiyac hiss olunur. 

III-IV siniflərdə qavrayıĢ  produktiv xarakter daĢımaqla, 

təlim  fəaliyyətinin  təsiri  altında  daha  məqsədəyönəlmiĢ, 

ixtiyari  olmağa  baĢlayır.  Ġxtiyari  qavrayıĢ  olan  müĢahidə 

inkiĢaf  edir.  MüĢahidənin  təsiri  altında  qavrayıĢ  prosesi 

məqsədəmüvafiq,  planlı  və  adekvat  xarakter  daĢımağa 

baĢlayır.  

Təcrübə  göstərir  ki,  kiçik  yaĢlı  məktəblilərdə  təlim  və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



239 

239 


239 

239 


239 

239 


239 

239 


239 

tərbiyənin  təsiri  altında  zaman  və  məkan  qavrayıĢı  inkiĢaf 

edir. Lakin bu zaman qavrayıĢın həmin növlərinin inkiĢafı bir 

sıra çətinliklərlə müĢayət olunur. Kiçik məktəblilərin, xüsusilə 

I-II  sinif  Ģagirdlərinin  zaman  haqqında  təsəvvürləri  olduqca 

konkret  xarakter  daĢıyır.  UĢaqlar  yalnız  öz  həyatlarında  rast 

gəldikləri  zaman münasibətlərini bilirlər. Onlar  yalnız saatın, 

gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə 

saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.  

Təlim  və  tərbiyənin  təsiri  altında  və  ümumi  inkiĢaf 

prosesində kiçik məktəblilərdə zaman və məkan  qavrayıĢının 

təkmilləĢməsi baĢ verir.  

Kiçik  məktəb  yaĢı  dövründə  uĢaqlarda  diqqətin 

inkiĢafında  da  özünəməxsus  dəyiĢiklik  baĢ  verir.  Psixoloji 

tədqiqatlar  göstərmiĢdir  ki,  kiçik  məktəblilərin  diqqəti  ilk 

gündən  seçici  xarakter  daĢımağa  baĢlayır,  daha  doğrusu, 

uĢaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim 

və  hadisələrə  yönəlir.  Bu  baxımdan  birinci-ikinci  sinif 

Ģagirdləri  üçün  müəllimin  onların  diqqətini  yönəltdiyi  sahə 

əhəmiyyətlilik kəsb edir. 

Məktəb  təcrübəsi  göstərir  ki,  yeknəsək  xarakterli  iĢin 

yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna, bu da öz 

növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci 

sinif  Ģagirdlərinin  diqqəti  yüksək  emosional  təəssürata  malik 

olmaları ilə bağlı olur. Ona görə də bu yaĢda uĢaqların diqqəti 

onlar üçün çox maraqsız, cansıxıcı görünən iĢlərdən asanlıqla 

yayınır.  Ona  görə  də  bu  dövrdə  Ģagirdlərin  diqqətini  əsas 

detallara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir. 

Kiçik  məktəb  yaĢı  dövründə qeyri ixtiyari  diqqət hələ 

nisbətən  üstünlük  təĢkil  etsə  də  ixtiyari  diqqət  əsaslı  Ģəkildə 

inkiĢaf  etməyə  baĢlayır.  Kiçik  məktəb  yaĢının  sonunda  -  IV 

sinifdə  diqqətin  həcmi  və  davamlılığı,  keçirilməsi  və 

mərkəzləĢməsi  demək  olar  ki,  əsasən  böyüklərdə  olan 

səviyyəyə  çatır.  Diqqətin  keçirilməsi  bu  dövrdə  hətta  orta 

hesabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə