MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə159/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   155   156   157   158   159   160   161   162   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

250 



250 

artım tez də aĢağı düĢür. 9 yaĢlı qızlarda boy artımı 3,8 sm, 10 

yaĢda – 6,21 sm, 11 yaĢda – 7,17 sm, 12 yaĢda – 5,43 sm,  13 

yaĢında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə 

nisbətən  az  olsa  da  qənaətbəxĢdir.  14  yaĢında  boy  artımı  3,7 

sm-ə,  15  yaĢında  isə  2,3  sm-ə  enir.  Rəqəmlərdən  göründüyü 

kimi,  boy  artımı  qızlarda  oğlanlara  nisbətən  tez  baĢlasa  da, 

sonradan əsaslı Ģəkildə aĢağı düĢür. 

Çəkinin  artmasına  gəldikdə  bu  dövrdə  o  boyun 

artmasından  geri  qalır.  9  yaĢlı  oğlanların  çəkisi  orta  hesabla 

26,3 kq, 10 yaĢda – 29,0 kq (artım 2,7 kq), 11 yaĢda – 32,1 kq 

(artım 3,1 kq), 12 yaĢda – 36,0 kq (artım – 3,9 kq), 13 yaĢda – 

39,2 kq (artım – 3,2 kq), 14 yaĢda – 45,5 kq (artım – 6,3 kq), 

15  yaĢda  –  51,9  kq  (artım  –  5,4  kq)  olur.  Rəqəmlərdən 

göründüyü  kimi,  yeniyetməlik  dövründə  oğlanlarda  çəkinin 

artması qeyri-bərabər Ģəkildə gedir. 13 yaĢında çəkinin artımı 

aĢağı düĢür. 

Qızlarda da çəkinin artması təxminən eyni Ģəkildə gedir. 

9 yaĢlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaĢda – 28,3 kq, 

11 yaĢda – 32,0 kq, 12 yaĢda – 36,97 kq, 13 yaĢda – 41,9 kq, 

14  yaĢda  –  47,5  kq,  15  yaĢda  –  50,6  kq-a  bərabər  olur. 

Qızlarda çəkinin ən az artımı 10 və 11 yaĢda özünü göstərir.  

 Bu  dəyiĢiklik  xüsusilə  cinsi  yetiĢmənin  baĢlanmasında 

özünü  göstərir.  UĢaqlara  nisbətən  yeniyetmələrin  siması 

dəyiĢir, böyüklərə yaxınlaĢmıĢ olur. 

Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyetmənin 

fiziki imkanı  da artır. Yeniyetməyə elə  gəlir ki,  onun hər bir 

Ģeyə gücü çatar. 

Yeniyetmənin psixoseksual inkiĢafında xüsusi dəyiĢiklik 

baĢ verir. Bu dövrdə cinsi yetiĢmənin baĢlanması bir növ cinsi 

yetkinlik  üçün  baĢlanğıc  rolunu  oynayır.  Bununla  yanaĢı 

olaraq  psixoloji  yetkinliyin,  eləcə  də  sosial  yetkinliyin  baĢ 

verməsi  üçün  müvafiq  Ģərait  yaratmıĢ  olur.  Yeniyetmələrdə 

sərvət sistemi dəyiĢir: ailə, məktəb, həmyaĢıdları yeni məna və 

əhəmiyyət kəsb etməyə baĢlayır. 

 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



251 

251 


251 

251 


251 

251 


251 

251 


251 

VI.21.2. Yeniyetmə yaĢında Ģəxsiyyətin formalaĢması 

 

Ünsiyyət  tələbatı.  Yeniyetmə  yaĢında  Ģəxsiyyətin 

formalaĢmasında  əsaslı  dəyiĢiklik  baĢ  verir.  Görkəmli 

psixoloq  K.Levinin  fikrincə  keçid  yaĢı  olan  yeniyetməlik 

dövründə  mühüm  proseslərdən  biri  onları  istiqamətləndirən 

Ģəxsiyyətin  həyati  aləminin,  ünsiyyət  sahəsinin,  qrup 

mənsubluğu  və  insanların  tiplərinin  geniĢlənməsindən 

ibarətdir.  Burada  yeniyetmədə  ünsiyyət  tələbatının  meydana 

gəlməsi xüsusi rol oynayır. Bu dövrdə yoldaĢları ilə ünsiyyət 

səyi, həmyaĢıdlar kollektivinə meyl son dərəcə aydın təzahür 

edir.  Ünsiyyət  fəaliyyətinin  obyekti  həmyaĢıdlardan  ibarət 

olur.  Yeniyetmə  ünsiyyət  fəaliyyəti  prosesində  ictimai-əxlaqi 

münasibət normalarını mənimsəyir. 

Yeniyetmə  yaĢında  həmyaĢıd  uĢaqların  psixoloji 

intelektual  cəhətdən  bir-birinə  uyğunlaĢmasını  asanlaĢdıran 

Ģərait yaranır. Yeniyetmə yaxınlıq dərəcəsinə görə yoldaĢın üç 

tipini müəyyənləĢdirir: sadəcə olaraq yoldaĢ, yaxın  yoldaĢ və 

Ģəxsi dost. 

Yeniyetmənin yaxın yoldaĢları və dostları ilə ünsiyyəti 

sadəcə  olaraq  təlim  fəaliyyəti  hüdudları  ilə  məhdudlaĢmır, 

həyatının  bir  çox  sahələrini  əhatə  edir.  Yeniyetmələrin 

həmyaĢıdları ilə ünsiyyəti təlimə olan münasibəti ikinci plana 

keçirir.  Hətta  yoldaĢları  ilə  ünsiyyətə  nisbətən  doğma  adam-

larla  ünsiyyətin  rolu  xeyli  azalır.  Yeniyetmə  belə  hesab  edir 

ki, həmyaĢıd uĢaqlarla münasibətlər onun Ģəxsi münasibətidir, 

heç  kəsin  buna  qarıĢmağa  haqqı  yoxdur.  Ona  görə  də 

yeniyetmənin dostları onun üçün referent qrupa çevrilir. 

Yeniyetmənin  ünsiyyət  fəaliyyətinin  mühüm  sahə-

lərindən birini də “oğlan-qız” tipli münasibətlər təĢkil edir. Bu 

dövrdə  oğlan  və  qızlar  bir-birilə  maraqlanmağa  baĢlayırlar. 

Onlarda  bir-birinin  xoĢuna  gəlmək  arzusu  yaranır.  Bununla 

belə  kiçik  yeniyetməlik  dövründə  oğlan  və  qızların  davranıĢı 

hələ ambivalent xarakter daĢıyır: onlar bir tərəfdən, bir-biri ilə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

252 



252 

maraqlanır,  digər  tərəfdən  isə  xüsusiləĢməyə  meyl  edirlər. 

Tədricən bu cür xüsusiləĢmə meyli aradan qalxır. 

Yeniyetmələrin  mənlik  və  əxlaqi  Ģüuru.  Kiçik 

məktəblidən  fərqli  olaraq  yeniyetmədə  özünə,  öz  Ģəxsi 

həyatına,  Ģəxsiyyətinin  xüsusiyyətlərinə  maraq  yarandıqda, 

özünüqiymətləndirmə  tələbatı,  özünü  baĢqaları  ilə  müqayisə 

etmə  meyli  əmələ  gəlir.  Nəticədə  yeniyetmə  özü  üçün  öz 

“mən”ini  bir  növ  kəĢf  edir.  Mənlik  Ģüurunun  formalaĢmağa 

baĢlaması  və  sonrakı  inkiĢafı  yeniyetmənin  bütün  psixi 

həyatına,  onun  təlim  fəaliyyətinin  xarakterinə,  ətrafdakılara 

münasibətinə  öz  təsirini  göstərir.  Yeniyetmənin  mənlik 

Ģüurunun  formalaĢması  onun  öz  davranıĢını,  mənəvi 

keyfiyyətlərini,  xarakter  və  qabiliyyətlərini  dərk  etməsi  ilə 

baĢlayır. Ġlk dövrlərdə  yeniyetmənin mənlik Ģüurunun əsasını 

baĢqa  adamların  mülahizələri  təĢkil  edir.  YaĢ  artdıqca  yeni-

yetmə  özünün  Ģəxsiyyətini  müstəqil  təhlil  etməyə  və 

qiymətləndirməyə baĢlayır.  

Bu  dövrdə  yeniyetmələr  öz  müstəqilliklərini  qoruyub 

saxlamağa  çalıĢmaqla  refleksiya  əsasında  mənlik  Ģüurlarını, 

«mən»  obrazını,  «real»  və  «ideal  mənin»  əlaqəsini  forma-

laĢdırır və inkiĢaf etdirirlər. 

Bütün  bunlarla  yanaĢı  olaraq  yeniyetmələrdə  özünü-

qiymətləndirmə və özünəmünasibətin formalaĢması baĢ verir. 

Mövcud  psixoloji  ədəbiyyatda  yeniyetmələrin  özünü-

qiymətləndirmələrinin aĢağıdakı tipləri qeyd olunur: 

1.Uşağın  «özünüqiymətləndirməsi»    ananın  verdiyi 

qiymətin birbaşa təkrarı kimi özünü göstərir. Adətən uĢaqlar 

özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd 

etdikləri  kefiyyətləri  görürlər.  Əgər  valideynlər  tərəfindən 

neqativ  surət  təlqin  olunur  və  uĢaq  bu  nöqteyi  nəzəri  qəbul 

edirsə, onda özünün yararsızlıq, pislik hissinə üstün gəlməsinə 

qarĢı  davamlı  neqativ  münasibət  formalaĢır.  UĢağın  ailədən 

kənar sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü 

nüfuzu  sayəsində  verdiyi  qiymət  onun  üçün  yeganə  daxili 

özünüqiymətləndirməsinə çevrilir. 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə