www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
253
253
253
253
253
253
253
253
253
Bu cür özünüqiymətləndirmənin ciddi qüsuru ondan
ibarətdir ki, (əgər pozitiv xarakter daĢısa belə) ciddi qüsurlarla
nəticələnə bilir. Bu zaman uĢağın özünə qarĢı stabil pozitiv
münasibətini təmin edə biləcək daxili Ģəxsi kriteriyaların
yaranmasına mane olur.
2. Ziddiyyətli komponentlərdən ibarət olan qarışıq
özünüqiymətləndirmə. Bu bir tərəfdən müvəffəqiyyətli sosial
qarĢılıqlı təsir təcrübəsi sayəsində yeniyetmədə formalaĢan
özünün «mən» obrazı, ikinci tərəfdən, valideynin uĢağı necə
qiymətləndirməsi ilə bağlı formalaĢır. Bu zaman «mən» obrazı
ziddiyətli xarakter daĢıyır.
3. Yeniyetmə valideynlərinin onun haqqında dedik-
lərini xatırlayır, lakin ona başqa qiymət verir. O, tərsliyi
xaraktersizlik kimi qəbul etmir. Belə ki, bu yaĢda olan
yeniyetmə üçün böyüklərin onu bəyənməsi vacibdir. Lakin
eyni zamanda onlara qulaq asmaq öz müstəqilliyini, «mən»ini
itirməsini bildirir. Həmin konflikti valideynlərin tələblərinə
cavab verməyin mümkünsüzlüyü və öz «mən»ini saxlaması
kimi hiss etməsi yeniyetmənin özünü «pis», lakin güclü kimi
qiymətləndirməsinə gətirib çıxarır.
4. Yeniyetmə valideynlərinin fikrinə qarşı mübarizə
aparır, lakin bununla belə özünü həmin sərvətlər
çərçivəsində qiymətləndirir. Bu kimi hallarda yeniyetmə
özünüqiymətləndirmə zamanı valideynlərinin real qiymətini
deyil, ideal gözləmələrini nəzərdə tutur.
5. Yeniyetmə özünüqiymətləndirmə zamanı valideyn-
lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni
zamanda bildirir ki, o elə bu cür də olmaq istəyir.
Valideynlərin tələblərinin bu cür rədd edilməsi ailədə olduqca
gərgin münasibətlərin yaranmasına gətirib çıxarır.
6. Yeniyetmə valideynlərinin neqativ qiymətini
görmür, hiss etmir. Gözlənilən qiymət özünüqiymətləndir-
mədən xeyli yüksək olur. Halbuki valideynlərin real qiyməti
neqativ xarakter daĢıyır. Valideynləri tərəfindən real Ģəkildə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
254
254
rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik
Ģüurunda valideyn münasibətlərini, əgər o, valideynlərinin
sevimlisi olsaydı onların münasibətlərinin necə ola biləcəyi
formasında dəyiĢdirir.
Yeniyetməlik yaĢında əxlaqi şüurun inkiĢafı da baĢ
verir. bu dövrdə əxlaqi Ģüurun formalaĢmasında yaĢlılarla
müxtəlif fəaliyyət növlərində qarĢılıqlı əlaqəsi mühüm rol
oynayır. Yeniyetmələrdə əxlaqi Ģüurun formalaĢmasında
Ģagird kollektivinin də müstəsna rolu vardır.
Yeniyetmənin əxlaqi Ģüurunda iki yeni xüsusiyyət
meydana çıxır: 1) bu dövrdə ictimai davranıĢla bağlı norma və
qaydalar, insanların bir-birilə qarĢılıqlı münasibətilə bağlı
normalar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi
təsirlərdən asılı olmayaraq nisbətən sabit əxlaqi görüĢlər,
hökmlər və qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə
təzahür etməyə baĢlayır.
Psixoloqlar belə bir qənaətə gəlmiĢlər ki, yeniyetməlik
yaĢı dövründə özünəməxsus «əxlaq məcəlləsi» əmələ gəlir
(Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaĢlıq müna-
sibətlərini tənzim etdiyi üçün onu «yoldaĢlıq məcəlləsi»
adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaĢ yoldaĢının
hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir.
Professor Ə.Əlizadənin qeyd etdiyi kimi, hörmət, qayğı,
müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz
mənası, öz təfsiri var. Bu yozuma görə dərs vaxtı, imtahan
zamanı yoldaĢ yoldaĢa Ģpalqalka ötürməlidir, nəyin bahasına
olur-olsun
onun
tərəfini
saxlamalıdır.
«yoldaĢlıq
məcəlləsində» məhz bu cür sərt «sanqsiyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaĢmağa baĢlayır.
Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə,
öz qüsurlarını aradan qaldırmasına təkan verir.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
255
255
255
255
255
255
255
255
255
VI.21.3. Yeniyetmələrdə yaĢlılıq hissi və meylinin
formalaĢması
Yeniyetməlik dövründə diqqəti cəlb edən cəhətlərdən
biri də bu dövrdə yaĢlılıq hissinin və meylinin
formalaĢmasıdır. Yeniyetmənin özünüdərketməsi nəticəsində
onun Ģəxsiyyətində keyfiyyətcə irəliləyiĢ baĢ verir. Ona görə
də yeniyetmə özünü artıq uĢaq deyil, yaĢlı hesab edir və onda
belə bir tələbat əmələ gəlir ki, ətrafdakılar onlara uĢaq kimi
deyil, yaĢlı adam kimi yanaĢsınlar. Bununla əlaqədar olaraq
yeniyetmə müstəqilliyə meyl edir. Lakin bu dövrdə uĢağın
müstəqilliyə artan tələbatı ilə bu müstəqilliyi həyata keçirmək
imkanları arasında ziddiyyət yaranır. Bu cür ziddiyyətin
yaranmasında çox vaxt böyüklər xüsusi rol oynayır. Belə ki,
böyüklər yeniyetməni hələ də uĢaq hesab edir və ona həmin
tələblərlə yanaĢır. Belə olduqda yeniyetmə bir növ böyüklərə
öz etirazını bildirir. Bu zaman böyüklər yeniyetməyə qarĢı öz
münasibətini dəyiĢmədikdə uĢaq da müxtəlif yolla ona qarĢı
durur. Bu cür ixtilaf yeniyetmənin sözə baxmamasına,
böyüklərə qarĢı durması hallarına gətirib çıxarır.
Yeniyetməlik dövründə yaĢlılıq hissi və meylinin
yaranması və formalaĢması müxtəlif amillərin təsiri altında
baĢ verə bilər.
YaĢlılıq hissinin yaranması birinci növbədə uĢağın fiziki
inkiĢafındakı dəyiĢikliklərlə bağlı olur. UĢağın xarici görkəmi
böyüklərin xarici görkəminə oxĢamağa baĢlayır. Boyları,
gücləri artır. Bu dəyiĢikliyi görən və özünü böyüklərlə
müqayisə edən yeniyetmədə yaĢlılıq meyli yaranmağa
baĢlayır.
YaĢlılıq hissinin öz mənĢəinə görə sosial xarakter
daĢıdığını da qeyd edirlər. YaĢlı adamlarla birgə fəaliyyət,
onların etimadını qazanmaq uĢaqda obyektiv sosial yaĢlılıq