www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
256
256
statusunun yaranmasına, bu da öz növbəsində onun özü
haqqında təsəvvürlərinin dəyiĢməsinə gətirib çıxarır.
Yeniyetmələrdə yaĢlılıq hissinin yaranmasında onun
düĢdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox
vaxt yaĢca böyük uĢaqların olması və onların yeniyetməni
qəbul etməsi yaĢlılıq hissini bir daha gücləndirir.
YaĢlılıq hissinin inkiĢafında yeniyetmənin özü üçün
davranıĢ etalonu kimi seçdiyi nümunənin əhəmiyyəti
böyükdür. Oğlanların formalaĢan kiĢi idealının məzmununda
“əsil kiĢayə” xas olan keyfiyyətlər yer tutmağa baĢlayır. Bu
cür keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər tərəfdən
dostluğa, yoldaĢlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar
baĢqa adamları və özünü qiymətləndirərkən məhz həmin key-
fiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların da
sərvət meylləri əsaslı Ģəkildə dəyiĢir. Onların davranıĢ və
rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm
rol oynamağa baĢlayır.
VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak
proseslərinin inkiĢafı
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir
sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər Ģeydən əvvəl, onlarla
bir müəllim deyil, bir neçə müəllim məĢğul olmağa baĢlayır.
Adətən, çox vaxt həmin müəllimlər öz davranıĢ, ünsiyyət
üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-
birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin
qarĢısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər
bir yeni müəllimə fərdi olaraq uyğunlaĢmağa məcbur edir.
Bununla yanaĢı olaraq yeniyetməlik yaĢı dövründə ayrı-ayrı
müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə
baĢlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən
zəhlələri gedir, bəzilərinə qarĢı isə laqeyd olurlar.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
257
257
257
257
257
257
257
257
257
Yeniyetmələr ciddi, lakin ədalətli, uĢaqlara xoĢ müna-
sibət bəsləyən, materialı maraqlı və aydın izah edən, Ģagirdləri
düzgün qiymətləndirən, hamıya eyni xeyirxah münasibət
bəsləyən, demokratik ünsiyyət üslubuna malik olan
müəllimləri daha yüksək qiymətləndirir və sevirlər.
Yeniyetmələr müəllimin eridusiyasına, Ģagirdlərlə düzgün
qarĢılıqlı əlaqə yaradan müəllimlərə daha çox üstünlük
verirlər.
Bununla yanaĢı artıq yeniyetmələr elmlərin əsasını
sistemli Ģəkildə öyrənməyə, mənimsəməyə baĢlayırlar. Bunun
üçün yeniyetmələrdən yüksək əqli inkiĢaf, idrak proseslərinin
inkiĢafı tələb olunur. Yeniyetmələr yalnız dərsdə keçdiklərini
deyil, eyni zamanda biliklərin yeni sahələrini müstəqil olaraq
mənimsəməyə çalıĢırlar. Onlar müxtəlif dərnəklərdə iĢtirak
etməyə can atırlar. Yeniyetmələr bütün fənlərə eyni seçici
münasibət bəsləməyə baĢlayırlar. Lakin burada da sabitlik az
olur. Bəzən bu və ya digər fənnə maraq dəyiĢə bilir. Onlarda
peĢə marağının təĢəkkül etməsi sayəsində fənnləri “lazımlı”
və “lazımsız” qruplara ayırırlar. Bunlardan asılı olaraq
müəllimlərə münasibətləri də müxtəlif olur.
Təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak
proseslərinn inkiĢafında da dəyiĢiklik baĢ verir.
Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir
göstərir və onun inkiĢafını sürətləndirir. Bu dövrdə Ģagirdlərin
qavrayıĢı geniĢ əhatəli olmaqla ardıcıl və seçici xarakter daĢı-
yır. Onların qavrayıĢı ən çox maraqlandıqları cisim və
hadisələrlə bağlı olur. Yeniyetmələrdə zaman, məkan, hərəkət
qavrayıĢı da xeyli inkiĢaf edir.
Yeniyetməlik dövründə hafizə də xeyli inkiĢaf edir.
Məntiqi hafizə fəal Ģəkildə inkiĢaf etməyə baĢlayır.
Yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadəyə
üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin
inkiĢafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yaxĢılaĢdır-
maq yollarına maraq artır.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
258
258
Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmələr mate-
rialı ümumiləĢdirməyə və sistemləĢdirməyə daha çox yer
verməyə çalıĢırlar. Tədricən yeniyetmələr belə bir qənaətə
gəlirlər ki, mənalı yaddasaxlama və yadasalma daha üstün
əhəmiyyətə malikdir. ġübhəsiz, hələ elə materiallar da olur ki,
onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir
(tərifləri, teoremləri və s.). Bu kimi hallarda mexaniki
yaddasaxlamaya ehtiyac hiss olunur. Lakin bu zaman
mexaniki yaddasaxlama müəyyən dərəcədə məna əlaqəsi ilə
Ģərtlənir. Məsələn, tarixi günləri yaxĢı yadda saxlamaq üçün
Ģagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər.
Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal
Ģəkildə inkiĢaf etməyə baĢlayır. Yeniyetmələr müəllimin
köməyi əsasında yaddasaxlamanın səmərəli yollarından
istifadə etməyə baĢlayırlar. Beləliklə, yeniyetmələr məntiqi,
eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun
sayəsində
mexaniki
hafizənin
inkiĢafı
ləngiyir.
Yeniyetmələrdə yaddasaxlamanı yaxĢılaĢdırmaq yollarına
maraq artır.
Yeniyetməlik dövründə diqqətin inkiĢafında da
özünəməxsus xüsusiyyətlər müĢahidə olunur. Bu dövrdə
diqqətin tez-tez yayınması halları özünü göstərir. UĢağın təlim
fəaliyyətindəki əsaslı dəyiĢikliklər, tələbat və maraq dairəsinin
dəyiĢməsi, Ģagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti,
keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu,
cinsi yetiĢmənin baĢlanması ilə əlaqədar güclü təəssüratlar,
yaĢlılıq hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və
inkiĢafına, burada mənfi halların özünü göstərməsinə səbəb
ola bilir.
Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit
ixtiyari diqqət inkiĢaf etməyə baĢlayır. Diqqətin həcmi,
davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daĢıyır.
Yeniyetməlik dövründə təxəyyülün inkiĢafında xeyli
irəliləyiĢ baĢ verir. Bərpaedici təxəyyül yüksək inkiĢaf səviy-
Dostları ilə paylaş: |