MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə17/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   13   14   15   16   17   18   19   20   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

51 


yanında  Ali  Attestasiya  Komissiyası  Ekspert  ġurasının  üz-

vüdür. 


Azərbaycan psixologiya elminin inkiĢafında M.ġ. Əbdülov, 

R.M. Rəsulov, C.A. Təhmasib, T.Ə. Mustafayev, A.U. Məmmə-

dov  və  baĢqaları  mühüm  rol  oynamıĢlar.  T.Ə.  Mustafayev 

ədəbi  yaradıcılıq,  M.ġ.  Əbdülov  nitq  inkiĢafı,  R.M.  Rəsulov 

ikidilliliyin  psixoloji  xüsusiyyətləri,  A.U.  Məmmədov  hafizə, 

təlim  fəaliyyəti  sahəsində  tədqiqatlar  aparmıĢ,  əsərlər  çap 

etdirmiĢlər. 

Azərbaycan psixologiya elminin inkiĢafında Z.M. Mehdi-

zadə, Ġ.Ə. Seyidov və Q.E. Əziomvun xüsusi rolu olmuĢdur.  

Z. Mehdizadə daha çox məktəbəqədər yaĢlı uĢaqların psi-

xoloji  xüsusiyyətlərinin  öyrənilməsinə,  tədqiqinə  diqqət  yetir-

miĢdir. Onun 1982 və 1984-cü illərdə nəĢr etdirdiyi «UĢaq psi-

xologiyası» (I və II hissə) dərslikləri bu sahədə yazılmıĢ ən də-

yərli əsərlərdəndir. Digər görkəmli Azərbaycan psixoloqu İ.Ə. 

Seyidov  1954-cü  ildə  namizədlik  dissertasiyası  müdafiə  etmiĢ, 

bundan  sonra  psixologiya  elminin  inkiĢafında  məhsuldar  və 

səmərəli fəaliyyət göstərmiĢdir.  

Ġ.Ə.  Seyidov  1959-cu  ildən  baĢlayaraq  Zaqafqaziya 

psixoloqlarının  elmi-nəzəri  konfranslarında,  Ümumittifaq 

konfrans və simpoziumlarında Azərbaycan elmini uğurla təmsil 

etmiĢdir. 

Ġ.Ə. Seyidov professorlar Ə.Ə. Əlizadə və M.Ə. Həmzə-

yevlə  birlikdə  «Ümumi  psixologiya»  dərsliyini  (Bakı,  1982) 

Azərbaycan dilinə tərcümə etmiĢdir. 1976-cı ildə nəĢr olunmuĢ 

«Sosial  psixologiya»nın  müəlliflərindən  biri  də  Ġ.Ə. 

Seyidovdur. 

Azərbaycan psixologiya elminin inkiĢafında Q.E. Əzimo-

vun da özünəməxsus,  əhəmiyyətli  rolu olmuĢdur. 1954-cü ildə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



52 

Azərbaycan 

Dövlət 

Universitetinin 



məntiq-psixologiya 

Ģöbəsini  bitirən  Q.E.  Əzimov  1970-ci  ildə  namizədlik 

dissertasiyası  müdafiə edir. O, 1987-1991-ci illərdə ADPU-da 

yaĢ  və  pedaqoji  psixologiya  kafedrasına  rəhbərlik  etmiĢdir. 

Q.E.  Əzimovun  «Psixi  inkiĢaf  və  tərbiyənin  müasir 

problemləri»  (Bakı,  2004)  adlı  tədris  vəsaiti  həm  onun  öz 

yaradıcılığında,  həm  də  Azərbaycan  psixologiya  elmində 

əlamətdar hadisə kimi qeyd olunur. 

Azərbaycan  psixologiya  elmi  özünün  yeni,  mühüm  bir 

dövrünə  qədəm  qoymuĢdur.  YaĢlı  nəslin  nümayəndələri  olan 

professor Ə.S. Bayramov, professor M.Ə. Həmzəyev, professor 

Ə.Ə. Əlizadə, gənc nəslin nümayəndələri – professor S.Ġ. Seyi-

dov, B.H. Əliyev Azərbaycan psixologiya elminin yeni istiqa-

mətlərini müəyyənləĢdirməklə yanaĢı, özləri də səmərəli Ģəkil-

də elmi axtarıĢlarını davam etdirir, gənc kadrların hazırlanma-

sında iĢtirak edirlər. 

Bu  istiqamətlər  içərisində  etnopsixologiya  məsələləri 

xüsusilə diqqəti cəlb edir. Uzun illər yasaq olunmuĢ bu istiqa-

mətdə  aparılan  tədqiqatlar  içərisində  professor  Ə.S. 

Bayramovun  «Etnik  psixologiya  məsələləri»  (Bakı,  1996), 

««Kitabi-Dədə 

Qorqud» 


dastanında 

etnik-psixoloji 

xüsusiyyətlərin  inikası»  (Bakı,  2000),  professor  Ə.Ə. 

Əlizadənin  «Azərbaycan  etnopsixologiyasına  giriĢ»  (Bakı, 

2003),  ««Xəmsə»də  yaĢ  və  pedaqoji  psixologiya  məsələləri» 

əsərləri xüsusi yer tutur. 

Müasir dövrdə təhsilin humanistləĢdirilməsi və demokra-

tikləĢdirilməsi xüsusi  aktuallıq  kəsb edir. Bu sahədə professor 

M.Ə.  Həmzəyevin  «YaĢ  və  pedaqoji  psixologiyanın  əsasları» 

(Bakı,  2000;  2003),  «Pedaqoji  psixologiya»  (Bakı,  1991) 

dərslikləri, professor Ə.Ə. Əlizadənin «Yeni pedaqoji təfəkkür: 

ideyalar,  problemlər.  Psixopedaqoji  araĢdırmalar»  (Bakı, 

2001), «Müasir Azərbaycan məktəbinin psixoloji problemləri» 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

53 


(Bakı, 1998) əsərləri diqqəti cəlb edir. 

Professor B.H. Əliyev sosial psixologiyanın aktual prob-

lemləri, hüquq psixologiyası, professor S.Ġ.Seyidov menecment 

psixologiyası sahəsində yeni istiqamətlər müəyyənləĢdirmiĢlər. 

Onların  rəhbərliyi  ilə  bu  sahələr  üzrə  axtarıĢlar  davam 

etdirilir, gənc və perspektivli alimlər bu tədqiqatlara cəlb edilir.  

Hələ  həllini  gözləyən  çoxsaylı  problemlər  vardır  ki, 

onların  araĢdırılması  da  zəruridir.  Bunlar  hərbi  psixologiya, 

iqtisadiyyatın psixologiyası, siyasi psixologiya və sairəni əhatə 

edir.  Hesab  edirik  ki,  dünya  psixologiya  elminin  öyrənilməsi 

sahəsindəki  imkanlar  Azərbaycan  psixologiya  elminin 

inkiĢafına əsaslı təsir göstərəcəkdir. 

Azərbaycanda  psixoloji  fikrin,  elmi  psixologiyanın 

inkiĢaf  tarixinin  öyrənilməsi  həm  də  xalqın  həyat  yolunun, 

ictimai-tarixi  proseslərin, düĢüncə və təfəkkür  tərzinin inkiĢafı 

və  formalaĢmasının  öyrənilməsində  mühüm  əhəmiyyət  kəsb 

edir.  Bütün  bunlar  isə  milli  Ģüurun,  milli  özünüdərkin 

formalaĢması deməkdir. 

Hələ  vaxtilə  Sokrat  deyərdi:  «Özünü  dərk  et!»  Milli 

inkiĢaf isə özünüdərkdən keçir. 

 

 

I.1.5.   Psixologiyanın  tədqiqat metodları 



 

Ġstər elmi tədqiqat, istərsə də praktik iĢ zamanı psixoloq 

müəyyən  metodlardan  istifadə  edir,  baĢqa  sözlə  qarĢısına 

qoyduğu  məqsədə  nail  olmaq  üçün  öz  fəaliyyətini  müvafiq 

Ģəkildə  təĢkil  edir.  Bu  zaman  istifadə  olunan  priyomlar  və 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə