MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə170/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   166   167   168   169   170   171   172   173   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

284 



284 

birinci  növbədə  bu  cür  məna  maneələrinin  yaranmasının 

qarĢısını almağa çalıĢmalıdır. Bu cəhətdən müəllim üçün əsas 

problem  zəruri  təsir  vasitəsini  seçmək  deyil,  həm  də  Ģagirdin 

rəftar  və  davranıĢının  motivlərini,  onun  baxıĢlarını, 

münasibətlərini  bilməkdir.  Belə  olduqda  məna  maneələrinin 

yaranmasının qarĢısı alınır, tərbiyəvi tədbirin gücü artır.  

Məktəbdə  Ģagirdlərlə  aparılan  tərbiyəvi  iĢlərin  mühüm 

yollarından  biri  əxlaqi  söhbətlərdən  ibarətdir.  ġagirdlərin 

əxlaq tərbiyəsində bu cür söhbətlərin səmərəli nəticə verməsi 

üçün  istər  fərdi,  istərsə  də  kollektiv  Ģəkildə  aparılan  əxlaqi 

söhbətlər zamanı aĢağıdakı prinsiplərə əməl olunmalıdır.  

1. 

 

Əxlaqi  söhbətlərin  məzmunu  Ģagirdlərin  yaĢ  səviy-



yəsinə uyğun olmalıdır.  

2. 


 

Söhbət  aparılan  kollektivi,  onların  istiqamətini, 

qarĢılıqlı münasibətini, təlimə, müəllimə münasibətlərini yaxĢı 

bilmək və nəzərə almaq lazımdır.  

3. 

 

Söhbəti  konkret  bir  səbəblə,  ölkənin  və  kollektivin 



həyatında baĢ verən bir hadisə ilə, yeni kitab və ya kinofilmlə 

əlaqələndirərək, onlarla bağlı Ģəkildə təĢkil eləmək zəruridir.  

4. 

 

Söhbətə  aydın,  konkret  misallardan  baĢlamaq  daha 



münasibdir.  Söhbət  zamanı  Ģagirdlər  üçün  yeni  olan,  inan-

dırıcı faktlardan, misallardan istifadə edilməlidir.  

Bu  zaman  məharətlə  çatdırılan,  təhlil  edilən  mənfi 

nümunələr də böyük tərbiyəvi əhəmiyyətə malikdir. Məsələn, 

borc hissindən danıĢarkən eqoizimin nə qədər çirkin keyfiyyət 

olduğunu konkret misallarla açıb göstərmək faydalı olur.  

5. 

 

Əxlaqi  söhbət  zamanı  Ģagirdlərdə  maksimum  fəallıq 



yaratmaq,  onları  canlı  fikir  mübadiləsinə  cəlb  etmək  onlarda 

fikir  oyatmaq,  əxlaq  məsələləri  üzərində  düĢünməyə  məcbur 

etmək lazımdır.  

6. 


 

ġagirdlərin  Ģüuruna  çatdırılan  məsələlərin  yaxĢı 

əsaslandırılması  da  böyük  əhəmiyyətə  malikdir.  Bu  cəhətə 

əməl  olunması  xüsusilə  yeniyetmə  və  böyük  məktəblilərlə  iĢ 

zamanı daha çox zərurət təĢkil edir.  

7. 


 

Əxlaqi  söhbət  zamanı  Ģagirdlərdə  dərin  və  aydın 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



285 

285 


285 

285 


285 

285 


285 

285 


285 

emosiyaların  yaranmasına  nail  olmaq  lazımdır.  Bu  isə  o 

zaman  mümkün  ola  bilər  ki,  müəllim  söhbəti  etinasız, 

həvəssiz deyil, emosional və canlı keçirsin.  

ġagirdlərin  tərbiyəsində  nəzərə  alınması  zəruri  olan 

yollardan biri də müəllimin, tərbiyəçinin şəxsi nümunəsindən 

düzgün  istifadə  olunmasından  ibarətdir.  Adətən,  kiçik 

məktəblilər  çox  vaxt  müəllimi  təqlid  edir,  ona  oxĢamağa 

çalıĢırlar.  Lakin  bəzən  bunu  Ģüursuz,  düĢünmədən  edirlər. 

Bəzən  də  özlərindən  asılı  olmayaraq  onun  xarici  davranıĢ 

tərzini  bir  növ  yamsılayırlar.  Yeniyetmələr  və  böyük 

məktəblilər  isə  çox  vaxt  nümunədən  Ģüurlu  olaraq  istifadə 

edirlər. Özünü artıq böyük hesab etməyə baĢlayan yeniyetmə 

böyüklərin  hərəkət  və  davranıĢlarını  təqlid  etməyə  cəhd 

göstərir.  Ona  görə  də  yeniyetmələrdə  onları  əhatə  edən 

adamların (xüsusilə onlara yaxın və əziz olan adamların) dav-

ranıĢına qarĢı kəskin  maraq və diqqət  yaranır. Böyüklərin  bu 

və ya digər keyfiyyətini Ģüurlu Ģəkildə təqlid edən yeniyetmə 

çox  vaxt  onların  mənfi  keyfiyyət  və  hərəkətlərini  də  təkrar 

edir. Məhz buna görə də müəllimin özünü müsbət bir nümunə 

kimi təqdim etməsi zəruridir.  

ġagirdlərin  Ģəxsiyyətini  tərbiyə  edərkən,  Ģübhəsiz  onun 

birdən-birə,  bütün  hallarda  düzgün  davranıĢ  forması 

seçəcəyini gözləmək olmaz. Bəs onda Ģagirdin davranıĢı necə 

təshih 

olunmalıdır? 



ġagirdlərin 

davranıĢını 

istiqa-

mətləndirmənin,  təshih  etmənin  ən  təsirli  yolları  onun 



təriflənməsi  və  məzəmmət  olunması,  rəğbətləndirilməsi  və 

cəzalandırılmasından ibarətdir.  

Təriflənmə, rəğbətləndirmə davranıĢın düzgün motiv və 

formalarını  möhkəmləndirməyə  xidmət  edir.  Məzəmmət  və 

cəzalandırma  isə,  mənfi  təhriklərin  və  düzgün  olmayan 

davranıĢ  formalarının  qarĢısını  alır,  onları  ləngidir.  Lakin 

tərbiyə  zamanı  bunlardan  düzgün  istifadə  olunmalıdır.  Tərif-

lənmə,  rəğbətləndirilmə  nə  ĢiĢirdilməməli,  nə  də  lazım 

olduğundan aĢağı səviyyədə olmamalıdır. Adətən, Ģagirdin bu 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

286 



286 

və  ya  digər  davranıĢ  tərzi  həddindən  artıq  ĢiĢirdildikdə  onda 

yersiz  bədgumanlıq,  lovğalıq  keyfiyyəti  yarana  bilər. 

Məzəmmət və cəzalandırma da Ģagirdin günahının dərəcəsinə 

uyğun, ədalətli olmalıdır.  

Nəhayət  tərbiyəvi  iĢin  mühüm  formalarından  biri  də 



özünütərbiyədir.  Sonrakı  bölmədə  özünütərbiyədən  geniĢ 

bəhs etdiyimizə görə bir daha onun üzərində dayanmırıq.  



Məktəblilərin  tərbiyəlilik  göstəriciləri  və  kriteri-

yaları.  ġagirdlərin  tərbiyə  prosesini  idarə  etmək  üçün 

tərbiyənin  təsiri  altında  onların  Ģəxsiyyətində  baĢ  verən 

dəyiĢiklikləri  nəzərə  almaq  imkanının  olması  lazım  gəlir. 

BaĢqa  sözlə,  Ģagirdlərin  tərbiyəlilik  səviyyəsini  aĢkara  çıxar-

maq imkanımız olmazsa, tərbiyə prosesini idarə etməyimiz də 

mümkün  olmazdı.  Tərbiyə  psixologiyası  və  pedaqoqikasının 

ən  baĢlıca  vəzifələrindən  biri  əxlaqi  cəhətdən  tərbiyəliliyin 

kriteriyalarının  məzmununu  aĢkara  çıxarmaq  və  müəllimləri 

uĢaqda  Ģəxsiyyətin  formalaĢmasının  gediĢi  haqqında  tam 

dəqiq  və  etibarlı  məlumat  verə  bilən  metodlarla 

silahlandırmaqdan ibarətdir.  

Biz həyatda çox vaxt elə adamlara rast  gəlirik ki, onlar 

müəyyən  Ģəraitdə  əxlaqi  cəhətdən  düzgün  davrana  bilirlər. 

Lakin  bu  adamların  biz  hələ  əxlaqi  cəhətdən  tərbiyəli 

olduğunu  söyləyə  bilmərik.  Biz  yalnız  o  adamın  əxlaqi 

tərbiyəliliyə  malik  olduğunu  söyləyə  bilərik  ki,  həmin  adam 

heç  cür  əxlaqsız  hərəkətə  yol  verə  bilməsin.  Ona  görə  də 

əxlaqi  tərbiyəliliyin  əsas  kriteriyalarından  biri  əxlaqi  tələ-



batların,  hiss  və  adətlərin  formalaşma  səviyyəsindən 

ibarətdir.  

ġəxsiyyətin  formalaĢmasının  və  tərbiyəliliyin  mühüm 

kriteriyalarından  biri  də  davranışın  ixtiyarilik  səviyyəsindən 

ibarətdir. Ġnsanın əxlaqi cəhətdən sabitliyi, çətinlikləri aradan 

qaldıra  bilmək  bacarığı  öz  arzularını,  istəklərini  idarə  edə 

bilmək  və  öz  niyyətini  yerinə  yetirə  bilmək  bacarığı,  öz 

davranıĢını  idarə  edə  bilmək  bacarığı  olmadan  mümkün 

deyildir.  



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə