MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə172/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   168   169   170   171   172   173   174   175   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

290 



290 

malikdir. Özünütərbiyə bir növ özünüidarə deməkdir. Həm də 

özünütərbiyə  özünüidarənin  ən  ali  forması  kimi  özünü 

göstərir.  Ġnsan  hər  bir  yaĢ  dövründə  özünütəkmilləĢdirməyi, 

özündə yüksək hisslər aĢılamağı, öz Ģəxsiyyətində təzahür edə 

biləcək  birtərəfliliyi  aradan  qaldırmağı,  xeyir  və  Ģəri  bir-

birindən ayırmağı bacarmalıdır.  

Özünütərbiyə  insanın  kamilləĢməsi  ilə,  özünü  istər 

mənəvi, istərsə də fiziki cəhətdən cəmiyyətdəki mövqeyilə və 

yaxud  cəmiyyətdə  tutmaq  istədiyi  mövqeyə  uyğunlaĢdırmaq 

meyli ilə əlaqədardır.  

Özünütərbiyə  özünüidarə  prosesində  həyata  keçir. 

Burada  insanın  özünütəyini  mühüm  rol  oynayır.  Özünütəyin 

insanın özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, 

peĢə və həyat Ģəraitini Ģüurlu olaraq seçməsi deməkdir. 

Özünütərbiyədə  özünüdərketmə,  özünü  ələ  almaq, 

özünüstimullaĢdırma xüsusi rol oynayır. 

Özünüdərketməyə  özünümüĢahidə,  özünütəhlil,  özünü-

qiymətləndirmə, özünümüqayisə daxil olur. 

Özünü  ələ  ala  bilmək  özünəinama,  özünənəzarətə, 

özünütəlqinə, özünü məcburetməyə əsaslanır.  

ÖzünüstimullaĢdırma  isə  özünütəsdiqi,  özünübəyən-

məni, özünürəğbətləndirməni, özününümayiĢi, özünüməhdud-

laĢdırmanı nəzərdə tutur. 

Ġnsanda  özünütərbiyə  tələbatının  yaranması  göstərir  ki, 

o,  həyata,  qarĢısında  duran  vəzifəyə  kor-koranə  deyil,  Ģüurlu 

Ģəkildə  yanaĢır,  öz  fəaliyyətində  müvəffəqiyyət  qazanmaq 

üçün  özündə  müəyyən  keyfiyyətlər  tərbiyə  etmək  zərurətini 

dərk  edir.  Buradan  isə  aydın  olur  ki,  özünütərbiyə  insanın 

yüksək  Ģüurluluğu  ilə,  hər  Ģeydən  əvvəl,  insanın  özündə 

müəyyən  müsbət  əlamətləri  inkĢaf  etdirmək,  mənfi 

əlamətlərin  isə  qarĢısını  almaq  meylinin  yaranması  ilə 

bağlıdır.  

Bəs  özünütərbiyə  nə  üçün  baĢ  verir?  Ġnsanı 

özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansılardır? Bu 

sahədə aparılmıĢ psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



291 

291 


291 

291 


291 

291 


291 

291 


291 

motivini 

aĢkara 

çıxarmıĢdır. 



Adətən, 

aĢağıdakılar 

özünütərbiyənin  motivi  kimi  özünü  göstərə  bilər:  1)  cəmiy-

yətin  əxlaqi  tələbləri,  2)  kollektivin,  yoldaĢlarının  hörmətini 

qazanmaq iddiası, 3) yarıĢ, 4) tənqid və özünütənqid, 5) iĢdəki 

çətinliklər, 

6) 

ətrafdakıların 



nümunəsi, 

7) 


maddi 

həvəsləndirmə və s.  

Fəaliyyətin  baĢqa  sahələrində  olduğu  kimi,  özünü-

tərbiyənin  motivlərini  də  xarici  və  daxili  olmaqla  iki  yerə 

bölmək olar.  

Xarici  motivlərə  birinci  növbədə  cəmiyyətin  əxlaqi 

tələblərini, onun iqtisadi-siyasi həyat Ģəraitini aid etmək olar. 

Bununla  yanaĢı  olaraq  ətrafdakıların  nümunəsi,  maddi 

həvəsləndirmə,  tənqid  və  s.  də  xarici  motiv  kimi  özünü 

göstərə  bilər.  Əgər  xarici  amillər  insan  tərəfindən  dərindən 

dərk  edilir  və  onun  Ģəxsi  marağı,  arzu  və  istəkləri  ilə  uyğun 

gəlirsə, həmin amillər insanı öz üzərində iĢləməyə, o tələblərə 

layiqincə cavab vermək üçün hazırlaĢmağa vadar edir, deməli, 

özünütərbiyənin motivinə çevrilir.  

Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi 

və  mənəvi  tələbatları,  müxtəlif  həyati  yönəliĢliklərini  ifadə 

edən etiqadları və s. daxildir.  

Özünütərbiyənin  ən  ali  motivi  idealdır.  Ġnsanın  qəbul 

etdiyi  ideal  həmiĢə  onu  müəyyən  sahədə  özünütərbiyəyə,  öz 

idealarında  olan  keyfiyyətlərə  yiyələnmək  üçün  cəhd 

göstərməyə yönəldir.  

Qeyd etmək lazımdır ki, özünütərbiyə həmiĢə yalnız bir 

motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə 

motivin təsiri ilə baĢ verir. Lakin bu motivlərin biri aparıcı rol 

oynayır.  

Özünütərbiyənin  motivlərini  bilmək  həm  tərbiyəçilər, 

həm  də  özünütərbiyə  ilə  məĢğul  olan  yeniyetmə  və  gənclər 

üçün  çox  əhəmiyyətlidir.  Çünki  həmin  motivlərin  bir  qismi 

daha  təsirli,  davamlı  olduğu  halda,  qalanları  az  təsirli,  keçici 

ola  bilər.  Özünütərbiyə  üçün  daha  təsirli  və  davamlı,  uzun 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

292 



292 

müddətli  motivlərin  olması  böyük  əhəmiyyətə  malikdir.  Bu 

halda  özünütərbiyə  ilə  məĢğul  olmaq,  baĢqa  sözlə,  insanın 

daim özünütəkmilləĢdirməyə, daha yüksək insani keyfiyyətlər 

qazanmağa  çalıĢması  Ģəxsiyyətin  ayrılmaz  xüsusiyyətinə 

çevrilə bilər.  



ġəxsiyyətin  inkiĢafı  və  özünütərbiyə.  ġəxsiyyətin 

formalaĢması  və  inkiĢafı  mürəkkəb  və  uzunmüddətli  pro-

sesdir. Burada xarici təsirlər və daxili güc bir-birilə qarĢılıqlı 

təsirdə olmaqla, inkiĢaf mərhələsindən asılı olaraq öz rollarını 

dəyiĢirlər.  

Məsələn,  uĢaq  yaĢlarında  ən  çox  Ģəxsiyyətin  forma-

laĢmasının xarici təsirlərdən asılılığı özünü göstərir. Tədricən 

Ģəxsiyyət müstəqillik təĢkil etdikcə inkiĢafda xarici təsirlərin, 

birinci  növbədə  tərbiyənin  təsirinin  tədricən  özünütərbiyənin 

təsiri ilə əvəz olunması baĢ verir.  

Özünütərbiyə Ģəxsiyyətin müəyyən inkiĢaf mərhələsində 

meydana  gəlir  və  onun  inkĢafına  təsir  göstərir.  Fərd  həyat 

prosesində özünü və baĢqalarını dərk edir, ətrafdakıların tələbi 

ilə  öz  Ģəxsi  imkanlarını  uyğunlaĢdırmağa  öyrənir.  Tərbiyə 

prosesində  Ģəxsiyyətin  əxlaqi  əsası  qoyulur,  əxlaqi  təsəv-

vürləri,  anlayıĢları,  inamları,  adətləri  və  son  nəticədə  hal-

hazırdakı davranıĢını tənzim edən və gələcək həyat planlarını 

müəyyənləĢdirməyə  imkan  verən  əxlaqi  idealları  formalaĢır. 

Beləliklə  də,  Ģəxsiyyət  inkiĢaf  etdikcə  özünütərbiyə  daha 

böyük  rol  oynamağa,  daha  aydın  və  səmərəli  Ģəkildə  özünü 

göstərməyə  baĢlayır.  Deməli,  özünütərbiyə  Ģəxsiyyətin  həyat 

Ģəraiti  və  tərbiyə  ilə  Ģərtlənən  əxlaqi  -  psixoloji  yetginliyinin 

müəyyən səviyyəsində özünə yer edir.  

Psixoloqların  apardıqları  tədqiqatlar  göstərmiĢdir  ki, 

özünütərbiyə  tələbatı  aydın  Ģəkildə  özünü  yeniyetməlik 

dövründə  göstərməyə  baĢlayır  (xüsusilə  VI-VIII  siniflərdə). 

Əlbəttə,  özünütərbiyənin  ünsürləri  kiçik  məktəb  yaĢı 

dövründə, ola bilsin ki, böyük bağça yaĢlı uĢaqlarda da özünü 

göstərə  bilər.  Lakin,  Ģüurlu,  planlı  iĢ  kimi  o,  ilk  dəfə  olaraq 

yeniyetməlik dövründə təzahür edir. Yeniyetmələr bağça yaĢlı 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə