MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə176/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   172   173   174   175   176   177   178   179   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

300 



300 

və uĢaq Ģəxsiyyətinin sonrakı inkiĢafı bu zəmindən çox asılı olur. Ona 

görə  də  ailədə  uĢaqların  tərbiyəsinə  çox  erkən,  kiçik  yaĢlardan 

baĢlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzərinə düĢür. 

Ġnsan  anadan  olduğu  gündən  ömrünün  axırına  kimi  bir  çox 

tərbiyəvi  təsirlərin  əhatəsində  yaĢayır.  Ona  görə  də  valideynlər  uĢağı 

ilk  gündən  elə  tərbiyə  etməlidirlər  ki,  onun  hansı  yaĢındasa  yenidən 

tərbiyəsinə  ehtiyac  qalmasın.  O,  cəmiyyət  üçün  faydalı  adam  kimi 

böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin. 

Adətən, Ģəxsiyyətində  mənfi keyfiyyətlər formalaĢan adamdakı həmin 

keyfiyyətləri  aradan  qaldırmaq,  onu  yenidən  tərbiyə  etmək  ağır  və 

gərgin  zəhmət  tələb  edir.  Bu  cəhəti  nəzərə  almaq  uĢaqların  ailədə 

tərbiyəsi  zamanı  birinci  növbədə  onların  davranıĢ  və  rəftarlarında 

mənfi  keyfiyyətlərin  yaranmasının  qarĢısını  almaq,  bu  cür 

keyfiyyətlərin  yaranması  imkanlarını  aradan  qaldırmaq  lazımdır. 

ġübhəsiz,  biz  burada  ailə  tərbiyəsinin  bütün  məsələlərini  geniĢ  əhatə 

etmək  fikrində  deyilik.  Bu  iĢlə  tərbiyə  nəzəriyyəsi  sahəsində  çalıĢan 

mütəxəssislər məĢğul olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır 

ki,  ailədə  uĢaqların  tərbiyəsi  onların  Ģəxsiyyətinin  formalaĢmasına 

xidmət  etdiyinə  görə  onun  bütün  cəhətlərini  də  əhatə  etməlidir.  Bu 

mənada  ailədə  uĢaqların  əqli,  əmək,  əxlaqi,  fiziki,  estetik  tərbiyəsi 

məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.                     



VI.23.6. “Çətin” uĢaqlar və onlarla aparılan iĢin 

xüsusiyyətləri 

 

Psixoloji  və  pedaqoji  ədəbiyyatda  tez-tez  «çətin 



uĢaqlar» sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox 

vaxt  bəzi  uĢaqların  «çətinliyindən»  Ģikayətlənirlər.  Əksər 

halda  «çətin»  uĢaqların  sırasına  sözə  baxmayan,  Ģıltaq,  tərs, 

intizamsız, kobud, tənbəl,  yalançı və s. uĢaqları daxil edir və 

bunları  asosial  uĢaqlar  kimi  xarakterizə  edirlər.  Bu  cür 

uĢaqların  pedoqoji  baxımsızlıqdan  irəli  gəldiyini  xüsusilə 

qeyd edirlər.  

Adətən «çətin»  uĢaqların  xüsusiyyətləri ən çox yeni- 

yetməlik  dövründə  özünü  göstərir.  Bu  dövr  uĢaqlarda 

“çətinliyin” yaranmasına təkan verir.  

Psixoloji  tədqiqatlar  «çətin»  yeniyetmələrin  dörd  

qrupunu  müəyyənləĢdirmək  imkanı  vermiĢdir:  1)  davra-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



301 

301 


301 

301 


301 

301 


301 

301 


301 

nıĢındakı  qüsurları onun emosional-iradi  inkiĢaf  səviyyəsi  ilə 

Ģərtlənən  yeniyetmə;  2)  pedaqoji  cəhətdən  baxımsız  və 

nəticədə  əxlaqi  təsəvvürlərə  yiyələnməyən  yeniyetmə;  3) 

əlveriĢli  olmayan  inkiĢaf  Ģəraiti  və  ya  tərbiyəçinin  düzgün  iĢ 

apara bilməməsinin  təsiri  ilə “çətin” böyüyən yeniyetmə; 4) 

uyğun  gəlməyən  münasibətlərlə  Ģərtlənən  və  yaxud  “xüsusi 

çətin tərbiyə olunanlar”.  

Psixoloqlar emosional sahəsində problemlərin olması ilə 

bağlı  hələ  kiçik  məktəb  yaĢı  dövründə  «çətin»  uĢaqların 

meydana  gəldiyini  də  qeyd  edirlər.  Bununla  bağlı  olaraq 

«çətin»  uĢaqları  üç  qrupa  ayırırlar  (L.D.Stolyarenko): 

təcavüzkar uĢaqlar; yüksək emosionallığa malik olan uĢaqlar; 

hədsiz  dərəcədə  utancaq,  hər  Ģeydən  tez  təsirlənən,  küsəyən, 

qorxaq, həyəcanlı uĢaqlar. 

Təcavüzkar  uĢaqlar.  Adətən,  elə  bir  uĢaq  tapmaq 

olmaz  ki,  həyatında  heç  olmazsa  bir  dəfə  təcavüzkar  hərəkət 

etməmiĢ  olsun.  Lakin  bunların  hamısını  «təcavüzkar» 

adlandırmaq olmaz. Bu qrupa yalnız o uĢaqları aid etmək olar 

ki,  onların  təcavüzkar  hərəkətləri,  reaksiyaları  özünün 

davamlılığı,affektiv  davranıĢa  səbəb  olma  xarakteri  ilə 

fərqlənsinlər. 

Yüksək,  idarə  olunmayan  səviyyəyə  çatan  emosi-

onallığa  malik  olan    tipə  daxil  edilən  uĢaqlar  hər  Ģeyə  çox 

sərt  reaksiya  verirlər.  Əgər  onlar  hər  hansı  bir  sevinc,  Ģadlıq 

hissi  keçirirlərsə,  öz  ekspressiv  davranıĢları  sayəsində  bütün 

sinfi  hərəkətə  gətirirlər;  əgər  onlar  əzab,  iztirab  hissləri 

keçirirlərsə  –  onların  iniltisi,  ah-vayı,  ağlamağı  həddindən 

artıq uca və diqqəticəlbedici olacaqdır. 



Hədsiz  dərəcədə  utancaq,  hər  şeydən  tez  təsirlənən

küsəyən,  qorxaq,  həyəcanlı  uĢaqlar  isə  öz  hisslərini 

həddindən  artıq  ucadan  və  aydın  ifadə  etməyə  utanır, 

baĢqalarının  diqqətini  cəlb  etməkdən  qorxduqlarına  görə  öz 

problemlərini sakit keçirirlər.   

Çox  vaxt  “çətin”  uĢaqların  meydana  gəlməsi  ailə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

302 



302 

tərbiyəsində  yol  verilən  nöqsanlarla  bağlı  olur.  Ailədə 

valideynlər  arasında  uĢaqların  tərbiyəsində  vahid  tələbin 

olmaması,  uĢağın  tərbiyəsi  və  onun  Ģəxsiyyətinin  inkiĢafı 

üçün  müvafiq  Ģəraitin  yaradılmaması,  valideynlər  arasında 

ciddi  konfliktin  olması,  valideyinlərin  davranıĢında  uĢağa 

mənfi  təsir  edəcək  qüsurların  mövcudluğu,  ailədə  əxlaq, 

ictimai  münasibət  normalarına  uyğun  olmayan  sərvət  və 

normalar  sisteminin  formalaĢması  və  s.  “çətin”  uĢaqların 

yaranmasının baĢlıca səbəbləridir.  

Hələ  kiçik  məktəb  yaĢı  dövründə  emosional  sahəsində 

problemlərin  olması  ilə  bağlı  «çətin»  uĢaqların  meydana 

gəlməsi  də  özünəməxsus  amillərlə  bağlı  olur.  Kiçik 

məktəblilərdə  emosional  pozğunluğa  səbəb  olan  amillərə 

aĢağıdakıları  aid  etmək  olar:  1)  təbii  xüsusiyyətlər  (məsələn, 

temperamentin  tipi);  xoleriklərdə  oyanma  çox  vaxt  yüksək 

olduğundan, onlarda təcavüzkarlıq yüksək olur; melanxoliklər 

ağlağan, hər Ģeydən tez təsirlənən, utancaq olurlar); 2sosial 



amillər

–  ailə  tərbiyəsinin  tipi  (uĢağı  rədd  etmək,  həyəcanlı-

vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə); 

– müəllimlərin münasibəti

– məktəb psixoloqunun təsiri. 

“Çətin” uĢaqlarla iĢ aparmaq və onlarda özünü göstərən 

qüsurları  aradan  qaldırmaq  üçün  bu  cür  uĢaqların  əmələ 

gəlməsinin  səbəblərini  araĢdırmaq,  psixoprofilaktika  və 

psixokorreksiya  vasitələrindən  sistemli  Ģəkildə  istifadə  etmək 

lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi 

iĢ düĢür. Burada birinci növbədə əsas diqqət Ģəxsiyyəti sosial 

cəhətdən  deformasiyaya  uğrayan,  asosial  uĢaqların  vaxtında 

diaqnostikasını  verməyə  yönəldilməlidir.  Bu  zaman  uĢaqda 

“çətinliyin”  yaranması  səbəblərinin  aĢkara  çıxarılmasına  da 

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uĢağın 

fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi 

iĢ sistemi müəyyənləĢdirilməlidir.  



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə