MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə184/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   ...   180   181   182   183   184   185   186   187   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

324 



324 

materiallarını  Ģagirdlərin  səmərəli  Ģəkildə  öyrənmələrinə 

imkan  yaradır.  Belə  tələblərdən  biri  fikri  istinadların,  mətnin 

quruluĢ  «vahidinin»  qabarıq  Ģəkildə  verilməsidir.  Bu  tələbə 

görə təqdim edilən təlim materialının əsas cəhətlərini qabarıq 

Ģəkildə  nəzərə  çarpdırmaq  lazımdır.  Material  elə  tərtib 

olunmalıdır  ki,  əsas  cəhətləri  bir-birindən  dərhal  fərqlənə 

bilsin, onları birləĢdirmək, qruplaĢdırmaq və ümumiləĢdirmək 

mümkün olsun (A.A.Smirnov). 

Öyrənmənin  müvəffəqiyyətinə  təsir  göstərən  xarici 

amillərdən  biri  də  təlim  materiallarının  çətinlik  dərəcəsidir. 

Öyrənmənin  səmərəliliyinə,  onun  sürətinə  və  düzgünlüyünə 

bu amilin böyük təsiri vardır. 

Materialın  çətinliyi  onda  olan  informasiyaların  mək-

təblinin  idrak  imkanlarına  müvafiq  olmaması  ilə    müəyyən 

edilir.  Materialın  ayrı-ayrı  ünsürləri  arasında  əlaqənin  zəif 

olması, onun bir tərkib hissəsinin özündən sonra gələn tərkib 

hissəsini  ətraflı  aydınlaĢdıra  bilməməsi,  səbəb-nəticə 

əlaqəsinin  pozulması,  ardıcıllığın  itməsi,  mətn  daxilində 

qayda  və  tərifləri  üzə  çıxarmaq  imkanı  verən  ümumiləĢ-

dirmənin zəif olması materialın çətinlik dərəcəsini artırır. Ona 

görə  də  bu  cür  materiallar  Ģagirdlər  tərəfindən  çətin 

mənimsənilir. 

Təlim  materialının  öyrənməyə  təsir  edən  əsas 

xüsusiyyətlərindən  biri  də  onun  əhəmiyyətidir.  Materialın 

əhəmiyyətlilik  dərəcəsi  müxtəlif  sahələrlə  bağlı  ola  bilər. 

Material,  ola  bilsin  ki,  Ģagirdlərə  təqdim  edilmiĢ  digər 

materialları mənimsəmək, qarĢıda duran məsələni həll etmək, 

yeni məlumatlar əldə etmək, Ģagirdlərdə Ģəxsiyyətin bu və ya 

digər  keyfiyyətlərini  formalaĢdırmaq  və  s.  baxımından 

əhəmiyyətli  olsun.  Bunların  hamısında  materialdan  insanın 

faydalanması  nəzərdə  tutulur.  Əgər  verilmiĢ  təlim  materialı 

heç  cür  faydalanmağa  imkan  vermirsə,  onun  öyrənilməsi  də 

bir  o  qədər  səmərəsiz  olacaqdır.  Çox  vaxt  dərsliklərdə  və  ya 

Ģagirdlərə  təqdim  olunan  əlavə  ədəbiyyatdakı  materiallar  bu 

tələbə  cavab  vermədiyinə  görə  Ģagirdlər  tərəfindən  rəğbətlə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



325 

325 


325 

325 


325 

325 


325 

325 


325 

qarĢılanmır,  əksinə  asanlıqla  psixoloji  doyumluluq  yarada 

bilirlər.  Ümumiyyətlə  götürdükdə  təlim  materialının 

əhəmiyyətliliyi qnostik (idraki), praktik (əməli), etik (əxlaqi), 

estetik  (bədii),  sosial  (ictimai),  tərbiyəvi  (pedaqoji)  sahələri 

əhatə edir. 

Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki, 

materialın  təkcə  öz-özlüyündə  əhəmiyyətli  olması  onun 

müvəffəqiyyətlə 

mənimsənilməsini 

təmin 

edə 


bilər. 

Öyrənmənin  müvəffəqiyyətlə  getməsi  üçün  material  Ģagird 

üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına 

cavab verməlidir. 

Təlim  materialının  anlaşıqlılığı  da  onun  öyrənilməsinə 

təsir  edən  əsas  amillərdəndir.  Psixoloqların  apardıqları 

müĢahidə  və  eksperimentlər  göstərmiĢdir  ki,  anlaĢıqlılıq 

dərəcəsi  yüksək  olan  materiallar  daha  tez  mənimsənilməklə  

yanaĢı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və 

həmin  material  uzun  muddət  yaddan  çıxmır.  Anlama 

öyrənmənin  səmərəli  yollarından  hesab  olunur.  ġagird 

öyrəndiyini  anlamalıdır.  Materialın  mənasını  dürüst  və 

dərindən  anlayaraq  öyrənmənin  mexaniki  öyrənmədən  fərqli 

olduğu  Ģübhəsizdir.  ġagird  dərindən  anlayaraq,  əsaslı  Ģəkildə 

düĢünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və 

möhkəm yadda saxlayır. Psixoloji tədqiqatlar göstərmiĢdir ki, 

mənanı  anlamadan,  baĢa  düĢmədən  materialı  mexaniki 

öyrənmək üçün daha çox təkrar tələb olunur, bu cür öyrənilən 

material,  mənası  anlaĢılaraq  öyrənilən  materialdan  tez 

unudulur.  

Adətən, hər bir idrak məsələsi, fikri məsələ beyində sual 

və suallar sistemi kimi əks olunur. Ġnsanda yaranmıĢ sual nəyi 

isə  anlamaq  tələbatını  ifadə  edir.  Belə  sualın  cavabı  məlum 

olduqda  anlama  dərhal  baĢ  verir,  məlum  olmadıqda  isə 

cavabın  fəal  Ģəkildə  axtarılması  və  ya  anlama  prosesinin 

yaranması  baĢlanır.  Anlama  yarandıqda  öyrənmə  də  bir  o 

qədər  səmərəli  olur.  Ona  görə  də  müəllim  çalıĢmalıdır  ki, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

326 



326 

Ģagird  öyrəndiyini  anlasın,  həm  də  bu  cür  anlama  təkcə 

müəllimin Ģərh etdiyi materialların öyrənilməsi zamanı deyil, 

Ģagirdin  hər  cür  materialı  öyrənməsi  zamanı  səmərəli  yol 

olaraq  qalsın.  Bunun  üçün  isə  materialın  özünün  anlaĢıqlı 

olmasının rolu böyükdür. Lakin bununla yanaĢı olaraq, nəzərə 

almaq  lazımdır  ki,  materialın  anlaĢıqlılığı  mənimsəmə 

subyektindən  asılı  olmayan  təcrid  edilmiĢ  keyfiyyət  deyildir. 

Materialın  anlaĢıqlı  olması  eyni  zamanda  Ģagirdin  həmin 

materialı  anlaması  üçün  zəruri  anlayıĢ  və  iĢlərə  nə  dərəcədə 

yiyələnməsindən  də  asılıdır.  Bununla  yanaĢı  anlaĢıqlılığın 

səviyyəsi də müxtəlif ola bilər. Bütün bunlar müəllimin həmin 

prosesi idarə etməsini tələb edir. 

Təcrübə  göstərir  ki,  bəzən  Ģagird  müəllimin  izahında 

müstəqil  oxuyub  öyrəndiyi  materialda  hər  hansı  bir  cəhəti 

anlamadıqda,  onu  müəllimdən  xəbər  almayıb  baĢa  düĢmədən 

mexaniki  olaraq  öyrənir  ki,  bu  da  biliyin  keyfiyyətinə  mənfi 

təsir  göstərir.  Ona  görə  də  müəllim  öz  Ģagirdlərinə  baĢa 

salmalıdır  ki,  aydın  olmayan,  az  anlaĢılan  məsələlərin 

üstündən  keçməmək,  onları  tamamilə  anlayıb  öyrənmək 

vacibdir.  Ən  düzgün  və  səmərəli  yol  fikirləĢə-fikirləĢə 

öyrənməkdir.  Məhz  buna  görə  də  L.N.Tolstoy  haqlı  olaraq 

yazmıĢdır ki, bilik  yalnız o zaman bilikdir ki, o, təkcə hafizə 

ilə  deyil,  həm  də  adamın  öz  fikirlərinin  gücü  ilə  qazanılmıĢ 

olsun. 

Tədris  materialının  strukturu,  quruluĢu  da  onun 



öyrənilməsinə,  yaxĢı  və  ya  pis  mənimsənilməsinə  öz  təsirini 

göstərir.  Materialın  bu  xüsusiyyəti  onun  anlaĢıqlılığı  ilə  sıx 

bağlıdır.  Materialın  anlaĢıqlılığı  yeni  ilə  köhnə,  məlum 

olmayanla  məlum  olan  arasındakı  əlaqəyə,  materialın 

strukturu  isə  bu  əlaqənin  necə,  hansı  yollarla  yarandığına 

əsasən müəyyən edilir. 

Materialın həcmi də onun mənimsənilməsinə təsir edən 

mühüm  xüsusiyyətlərdəndir.  Materialın  həcmi  dedikdə  ona 

daxil  olan  ünsürlərin  miqdarı  nəzərdə  tutulur.  Mənasız 

materialda  yadda  saxlanılacaq  ünsürlərin  miqdarını  müəy-






Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə