MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə185/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   181   182   183   184   185   186   187   188   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



327 

327 


327 

327 


327 

327 


327 

327 


327 

yənləĢdirmək  o  qədər  də  çətin  deyildir.  Burada  verilmiĢ 

mənasız  hecaların,  rəqəmlərin  və  s.  miqdarı  materialın 

həcmini  müəyyən  edir.  Mənalı  yadda  saxlanılacaq  materialın 

həcmini  müəyyənləĢdirmək  isə  çətindir.  Burada  fikri 

proseslərin  iĢtirakı  lazım  gəlir.  ġagirdin  təcrübəsi  və 

biliyindən  asılı  olaraq  həmin  material  sistemləĢdirilir. 

Öyrənilən  materialda  ikinci  dərəcəli  məsələlər  atılır,  fikri 

dayaqlar–  mətnin  struktur  vahidləri  ayrılır,  onun  bütün  bir 

hissəsi  ümumiləĢdirilir.  Ona  görə  də  təlim  materialının 

həcmini  təkcə  onun  ünsürlərinin  miqdarı  ilə  ölçmək  olmaz. 

Çünki  Ģagirdlər  dərslikdə  yazılanı  olduğu  kimi  deyil,  mətni 

fikrən  iĢləmək  əsasında  onda  alınan  formada,  öz  təcrübəsinə 

uyğun  Ģəkildə  öyrənir,  yadda  saxlayırlar.  ġagirdlərin  hər 

birində  bu  proses  özünəməxsus  Ģəkildə  gedir.  Mənalı  təlim 

materialının həcmini yalnız mənimsənilməsi tələb olunan yeni 



anlayış  və  iĢlərin  miqdarı  ilə  ölçmək  mümkündür.  Bu  cür 

materialın  həcmini  eyni  zamanda  onda  müəyyənləĢdirilən 

əlaqələrin  və  mühakimələrin  miqdarı  ilə  də  ölçmək 

mümkündür.  Təcrübə  göstərir  ki,  məhz  bu  cəhətlər  nəzərə 

alınmadıqda 

Ģagirdlərin 

öyrənməli 

olduqları 

mənalı 

materialların  həcmi  dərslik  və  dərs  vəsaitlərində  ya  tələb 



olunduğundan  artıq,  ya  da  aĢağı  səviyyədə  olur  ki,  bunların 

hər  ikisi  Ģagirdlərin  öyrənməsinə  mənfi  təsir  göstərir. 

Materialın  həcminin  həddindən  artıq  ĢiĢirdilməsi,  Ģagirdlərdə 

yorğunluq,  materiala  qarĢı  ikrah  hissi  yaradır.  ġagirdlər  belə 

materialdan  birtəhər  yaxa  qurtarmağa  çalıĢırlar.  Materialın 

həcmi  az  olduqda,  daha  doğrusu,  buradakı  yeni  anlayıĢ  və 

əlaqələrin  miqdarı  həddindən  aĢağı  olduqda  material  Ģagird 

üçün maraqsız olur. 

Nəhayət,  təlim  materialının  emosionallıq  dərəcəsi  də 

Ģagirdlərin  həmin  materialı  mənimsəmələrinə  təsir  edən 

xüsusiyyət  kimi  özünü  göstərir.  Buraya  materialın  cazibə-

darlığı,  Ģagirdlərdə  müəyyən  hiss  və  emosiya  yarada  bilmə 

xüsusiyyətlərini  aid  etmək  olar.  Adətən,  Ģagirdlərdə  qüvvətli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

328 



328 

müsbət hissi hal yaradan material cansıxıcı materiala nisbətən 

asan  öyrənilir  və  yadda  saxlanılır.  Mənfi  emosional  təsirə 

malik olan material isə bəzən pis, bəzən də cansıxıcı materiala 

nisbətən yaxĢı yadda saxlanılır.      

 

VI.24.5. Təlim prosesində motivasiya - tələbat 

sahəsinin formalaĢması

 

 

Məktəb  təcrübəsində,  təlim  fəaliyyətini  həyata 

keçirərkən  çox  vaxt  belə  bir  sual  diqqəti  cəlb  edir:  Ģagirdi 

yaxĢı  oxumağa  və  ümumiyyətlə  oxumağa  yönəldən,  təhrik 

edən  nədir?  BaĢqa  sözlə,  Ģagirdlərin  təlim  fəaliyyəti  necə 

motivləĢir,  onlar  hansı  motivlərin  təhriki  altında  hərəkət 

edirlər?  ġübhəsiz  bu  cür  suallara  düzgün  cavab  tapılması 

müəllimin  həmin  sahədə  Ģagirdlərlə  iĢ  aparmasını,  təlim 

fəaliyyətini idarə etməsini asanlaĢdıra bilər. 

Birinci  növbədə,  ümumiyyətlə,  motivin  və  moti-

vasiyanın  nədən  ibarət  olduğunu  nəzərdən  keçirək.  Motiv 

insanı  hər  hansı  bir  məqsədəyönəlmiĢ  iĢə,  fəaliyyətə  təhrik 

edən  səbəbdir.  Ġnsan  beynində  əks  olunaraq  onu  fəaliyyətə 

təhrik  edən  və  həmin  fəaliyyəti  müvafiq  tələbatların 

ödənilməsinə  yönəldən  Ģeyləri  A.N.Leontyev  həmin 

fəaliyyətin motivi adlandırmıĢdır

1



Ġnsan  fəaliyyətinin  motivləri  özünün  çoxcəhətliliyi  ilə 



xarakterizə  olunur.  Onlar  hər  Ģeydən  əvvəl  bir-birlərindən 

tələbatların  növlərinə  görə  fərqlənirlər.  Ona  görə  də 

tələbatlarda  olduğu  kimi,  motivlər  təbii  və  ali  (maddi  və 

mənəvi)  ola  bilir.  Bundan  baĢqa,  A.N.Leontyevə  görə  motiv 

obraz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilər. 

Motivasiyaya  gəldikdə  bu  elə  motivlər  birliyidir  ki, 

                                                 

1

 А.Н. Леонтьев. Проблемы развития психики. М., 1972, с.342. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



329 

329 


329 

329 


329 

329 


329 

329 


329 

Ģəxsiyyətin yönəliĢliyini müəyyən etməklə onun fəaliyyətinin 

səmərəliliyini  də  Ģərtləndirir.  Motivasiya  təhriklə  fəaliyyətin 

məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə 

olunur.  Məlum  olduğu  kimi,  onun  həyata  keçirilməsi  prose-

sində  motivlərin  məqsədə  keçməsi  və  məqsədin  motivə 

çevrilməsi baĢ verə bilər. 

Psixoloqlar belə bir qənaətə gəlmiĢlər ki, təlim uğurları 

təkcə  Ģagirdin  təlimə,  öyrənməyə  qabilliyi,  bütövlükdə 

qabiliyyətləri  və  s.  ilə  deyil,  həm  də  təlim  motivasiyası  ilə 

Ģərtlənir. BaĢqa sözlə, onun “yaxĢı oxuması” üçün bütün digər 

Ģərtlərlə  yanaĢı  həm  də  təlim  motivasiyasının  formalaĢması 

zəruridir (Ə.Ə.Əlizadə). 

Ġnsan fəaliyyətinin baĢqa sahələrində olduğu kimi, təlim 

fəaliyyətində  də  özünün  xarakteri  və  fəaliyyət  prosesində 

oynadığı  rola görə motivlərin, o cümlədən təlim motivlərinin 

aĢağıdakı növlərini qeyd etmək olar: 

1)  sitüativ  və  geniĢ  motivlər;  2)  fəaliyyətin  nəticəsinə 

yönələn və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və 

ictimai əhəmiyyətli motivlər. 

Motivləri  təzahür  xüsusiyyətlərinə  görə  psixoloji 

ədəbiyyatda  geniĢ  istifadə  olunan  iki  qrupa  ayırmaq  müm-

kündür:  

1) geniĢ sosial motivlər və 2) idrak motivləri. 

Bununla yanaĢı olaraq, motivlərin xarici və daxili tipləri 

də qeyd olunur. 

Təlim  fəaliyyətində  bu  cür  motivlərin  formalaĢması 

Ģagirdlərin  tələbat  sahəsinin  formalaĢması  ilə  sıx  bağlıdır. 

Müəyyən  Ģeylər,  hadisələr,  Ģərait  insanın  müvafiq  fəallığının 

mənbəyi  kimi  insan  fəaliyyətinin  motivinə  çevrilir.  Həmin 

mənbələri  üç  əsas  kateqoriyaya  ayırmaq  mümkündür:  daxili, 

xarici və Ģəxsi mənbələr. 

Birinci,  daxili  mənbələr  insanın  tələbat  sahəsi  ilə  bağlı 

olur.  Ġnsanda  bu  cür  tələbatlar  anadangəlmə  və  həyatda 

qazanılan xarakter daĢıya bilər. Birinci halda orqanizmin üzvü 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə