MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə19/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   15   16   17   18   19   20   21   22   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

57 


Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd 

edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı

eksperiment.  YaĢ və pedaqoji psixologiyada eksperimentin bu 

növlərindən  geniĢ  istifadə  olunur.  Müəyyənedici  eksperiment 

psixi hadisələrin fərdlərdə inkiĢaf səviyyəsini aĢkara çıxarmaq 

üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin 

gediĢinə təsir etmir. 

Öyrədici  (formalaĢdırıcı)  eksperimentə  gəldikdə  bu 

eksperimentatorun  fəal,  məqsədəyönəlmiĢ  təsiri  prosesində 

yoxlananlarda  psixikanın  inkiĢaf  xüsusiyyətlərini  aĢkara 

çıxarmasından  ibarətdir.  Bu  cür  eksperimentləri  psixoloji-

pedaqoji eksperiment adı ilə də adlandırırlar. 

Eksperimenti  fərdi  Ģəkildə,  ayrıca  bir  adam  üzərində  və 

qrup  Ģəklində,  bir  neçə  adam  üzərində  eyni  vaxtda  aparmaq 

mümkündür. 

Psixoloji  tədqiqatlar  zamanı  müsahibə  metodundan  da 

istifadə olunur. Bəzən müĢahidə və eksperiment zamanı bu və 

ya  digər  hadisənin  baĢ  verməsi  səbəblərini  aĢkara  çıxarmaq 

mümkün  olmur.  Bunun  üçün  müsahibə  metodu  psixoloqun 

köməyinə  çatır.  Sual-cavab  yolu  ilə  psixoloq  ona  lazım  faktı 

əldə  edir.  Lakin  müsahibə  istintaqa  çevrilməməlidir.  Suallar 

düĢünülmüĢ  və  birmənalı  olmalıdır.  Müsahibə  metodunu  çox 

vaxt  sorğu  metodu  kimi  də  qeyd  edirlər.  Sorğunun  müxtəlif 

variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və 

çatıĢmayan  cəhətləri  vardır.  Sorğunun  üç  əsas  növünü  qeyd 

edirlər: şifahi, yazılı və sərbəst sorğu. 



Şifahi  sorğu,  adətən,  yoxlananın  reaksiya  və  davranıĢı 

üzərində  müĢahidə  aparmaq  tələb  olunduqda  həyata  keçirilir. 

Yazılı sorğuya nisbətən Ģifahi sorğu insan psixologiyasına daha 

dərindən  nüfuz  etmək  imkanı  verir.  Belə  ki,  tədqiqat  zamanı 

yoxlanan  adamın  reaksiya  və  davranıĢından  asılı  olaraq 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



58 

tədqiqatçı  öz  suallarını  tənzim  etmək  imkanına  malik  olur. 

Lakin  sorğunun  bu  variantının  keçirilməsi  üçün  uzun  vaxt  və 

tədqiqatçının  xüsusi  hazırlığı  tələb  olunur.  Belə  ki,  cavabların 

obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranıĢ və 

Ģəxsi xüsusiyyətlərindən asılı olur. 



Yazılı  sorğu  daha  çox  adamı  əhatə  etməyə  və  buna 

nisbətən  az  vaxt  sərf  etməyə  imkan  verir.  Bu  cür  sorğunun 

daha geniĢ yayılmıĢ forması anketlərdir. Lakin yazılı sorğunun 

qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara 

reaksiyasını görmək mümkün deyildir. 

Sərbəst sorğu bir növ Ģifahi və yazılı sorğunun müxtəlif 

variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, 

veriləcək suallar əvvəlcədən müəyyənləĢdirilmir. Bu cür sorğu 

zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyiĢdirmək 

mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə 

etməyə imkan verir. 

Psixologiyada 

yardımçı 

metod 

kimi 


fəaliyyət 

metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu 

kimi  Ģagirdlərin  icra  etdikləri  yazı  iĢlərini,  onların  bədii 

yaradıcılıq  məhsullarını:  yazdıqları  Ģer  və  hekayələri,  əl 

iĢlərini,  çəkdikləri  rəsmləri  və  s.  aid  etmək  olar.  Belə  ki, 

Ģagirdlərin yazı iĢlərini yoxlamaq və təhlil etməklə onlarda yazı 

vərdiĢlərinin 

inkiĢaf 

xüsusiyyətlərini, 

digər 

fəaliyyət 



məhsullarını  təhlil  etməklə  həmin  sahədə  bacarıq  və 

qabiliyyətlərinin xüsusiyyətlərin aĢkara çıxarmaq mümkündür. 

Fəaliyyət  məhsullarının  təhlili  daha  çox  yoxlananı  əhatə 

etməyə imkan verir. 

Müasir  psixologiyada  psixodiaqnostik  metodlardan  da 

istifadə  olunur.  Bunlardan  ən  geniĢ  Ģəkildə  tətbiq  olunanı 



testlərdir.  Test  qısa  müddətli  standartlaĢdırılmıĢ  psixoloji 

sınaqdır.  Testin  köməyi  ilə  insanın  psixologiyası  və 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

59 


davranıĢının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi 

bir sıra əvvəlcədən verilmiĢ standartlara  – test normalarına nə 

dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir. 

Testlərin  müxtəlif  növləri  vardır.  Onlardan  ən  geniĢ 

yayılanları  aĢağıdakılardır:  müvəffəqiyyət  testləri,  intellekt 

testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s. 

Müvəffəqiyyət  testlərinin  köməyi  ilə  yoxlananların 

konkret  bilik  bacarıq  və  vərdiĢlərə  yiyələnmə  dərəcəsi  aĢkara 

çıxarılır. 

İntellekt  testləri  yoxlananların  əqli  inkiĢaf  səviyyəsini 

aĢkara  çıxarmağa  xidmət  edir.  Ġntellekt  testləri    haqqında  ilk 

fikir  F.Qalton  (1822-1911)  tərəfindən  irəli  sürülmüĢdür. 

Sonralar  fransız  psixoloqu  A.Bine  ilk  psixoloji  testləri 

yaratmıĢdır(1905-ci il). «Əqli  yaĢ  » anlayıĢından istifadə edən 

alman  psixoloqu  V.ġtern  əqli  koeffisenti  (ĠQ)  aĢığıdakı 

formulla ölçməyi müəyyənləĢdirmiĢdir: 

100




йаш



хроноложи

йаш

ягли

IQ

 

Hal  –  hazırda  psixodiaqnostik  tədqiqatlarda  D.Vekslerin 



Ģkalasından,  «proqressiv Raven matrisasından», R.Amtxauerin 

əqlin  (intellektin)  strukturu  testindən,  Q.Y.Ayzenqin  «öz 

qabiliyyətlərinizi 

yoxlayın», 

«özünüzün 

əqli 


inkiĢaf 

koeffisentinizi yoxlayın» və s. geniĢ istifadə olunur. 

Ġntellekt  testlərindən  fərqli  olan  xüsusi  qabiliyyət 

testlərindən  də  istifadə  olunur.  Bu  cür  testlərin  köməyi  ilə 

insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki 

və s.) malik olduqları aĢkara çıxarılır. 



Kreativ  testlər  insanlarda  yaradıcılıq  qabiliyyətlərini 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə