www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
5
Ön söz
Ġnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixolo-
giya elmi ora nüfuz etməsin. Təsadüfi deyildir ki, dünya
standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı
onun peĢə hazırlığının zəruri tərkib hissəsi sayılır. Bu mənada
ali pedaqoji məktəblərdə hazırlanan gələcək müəllimlərin dərin
psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Məhz buna görə
də dərslikdə gələcək müəllimlərin psixoloji hazırlığı üçün
zəruri olan məlumatlar psixologiya elminin müasir
nailiyyətlərinə uyğun Ģəkildə öz əksini tapmıĢdır. Bununla
yanaĢı olaraq dərslikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini
təmin edən psixoloji biliklərin bütün sahələrinin öz əksini
tapmasına diqqət yetirilmiĢdir.
Dərslik 6 hissə və 26 fəsildən ibarətdir.
Birinci hissə psixologiyanın predmeti və metodlarına,
psixika və Ģüurun inkiĢafına həsr olunmuĢdur. Burada
Azərbaycanda psixologiya elminin inkiĢafına xüsusi yer
verilmiĢdir.
Dərsliyin ikinci hissəsində fəaliyyət və ünsiyyətin
psixologiyası, üçüncü hissəsində Ģəxsiyyət, qruplar və
Ģəxsiyyətlərarası münasibətlər öz əksini tapmıĢdır.
Psixi proseslərə və hallara həsr olunmuĢ dördücü hissədə
diqqət, duyğular, qavrayıĢ, hafizə, təfəkkür, təxəyyül, hisslər və
emosional hallar, iradə haqqında geniĢ məlumat verilmiĢdir.
Dərsliyin beĢinci hissəsində Ģəxsiyyətin fərdi-psixi
xassələri: temperament, xarakter, qabiliyyətlər haqqında lazımi
məlumatlar Ģərh olunmuĢdur.
Dərsliyin altıncı hissəsi müəllim üçün zəruri olan yaĢ və
pedaqoji psixologiyanın əsasları öz əksini tapmıĢdır. Burada ilk
növbədə yaĢ və pedaqoji psixologiyanın predmeti və vəzifələri
haqqında yığcam məlumat verməklə yanaĢı məktəbə daxil olan
və məktəb yaĢı dövründə psixikanın inkiĢafı, tərbiyə, təlim,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
6
pedaqoji fəaliyyət və müəllim Ģəxsiyyətinin psixologiyası,
məktəbə psixoloji xidmətin əsasları barədə zəruri məlumatlar
ətraflı Ģərh olunmuĢdur.
Tələbələri fəallaĢdırmaq məqsədilə hər fəslin sonunda
özünü yoxlamaq üçün sual və tapĢırıqlar, referat, məruzə və
müstəqil tədqiqat üçün mövzular, Azərbaycan və rus dillərində
ədəbiyyat siyahısı verilmiĢdir.
«Psixologiya» dərsliyi müəlliflər kollektivinin əməyinin
məhsuludur. Müəlliflər aĢağıdakılardan ibarətdir:
Psixologiya elmləri doktoru, professor S.Ġ.Seyidov: 5-ci
fəsil; psixologiya elmləri doktoru, professor M.Ə.Həmzəyev:
1-ci fəsil (1, 2, 5-ci bölmələr), 3, 17, 18, 19, 20, 21, 22, 23, 24,
25, 26-cı fəsillər; psixologiya elmləri namizədi, professor
T.Ə.Mustafayev: 8, 9, 12-ci fəsillər; psixologiya elmləri
doktoru, R.Ġ.Əliyev: 1-ci fəsil (3, 4-cü bölmələr), 2, 10-cu
fəsillər; psixologiya elmləri namizədi, dosent A.Ə.Quliyev: 15,
16-cı fəsillər; psixologiya elmləri namizədi C.Q.Alıyev: 13,
14-cü fəsillər; baĢ müəllim M.Y.Məmmədov: 11-ci fəsil; baĢ
müəllim S.F.Əmiraslanova: 4, 6-cı fəsillər; baĢ müəllim
ġ.Ġ.Ġslamova: 7-ci fəsil.
Öz faydalı təklifləri, irad və məsləhətləri ilə dərsliyin
təkmilləĢməsinə kömək edəcək xeyirxah oxuculara müəlliflər
qabaqcadan öz minnətdarlıqlarını bildirirlər.
www.elmler.net
-
Virtual İnternet R
esurs
Mərkəz
i
Ümumi psixologiya. Psixologiya
7
BĠRĠNCĠ HĠSSƏ
PSĠXOLOGĠYAYA GĠRĠġ
1 - c i F Ə S Ġ L
PSĠXOLOGĠYANIN PREDMETĠ VƏ METODLARI
Q ı s a x ü l a s ə
Psixologiyanın predmeti. Psixika haqqında ümumi anlayıĢ.
Psixi inikasın xüsusiyyətləri. Psixi hadisələr: psixi proseslər, psixi
hallar, psixi xassələr. Psixologiyanın bir elm kimi tərifi.
Psixologiyanın elmlər sistemində yeri və əsas sahələri. Mü-
asir elmlər sistemi və psixologiya. Psixologiya və təbiət elmləri,
psixologiya və sosiologiya, psixologiya və pedaqogika, psixologiya
və dilçilik. Müasir psixologiya elminin prinsipləri və quruluĢu.
Müasir psixologiya elminin sahələri və onların təsnif prinsipləri.
Psixologiya
tarixinin
əsas
mərhələləri.
Müasir
psixologiyanın baĢlıca istiqamətləri. Azərbaycanda psixoloji fikrin
və elmi psixologiyanın inkiĢaf xüsusiyyətləri.
Psixologiyanın tədqiqat metodları. Metod və metodologiya
haqqında anlayıĢ. Psixologiyanın tədqiqat metodları və onların təs-
nifi. Subyektiv və obyektiv metodlar. Əsas və yardımçı metodlar.
MüĢahidə obyektiv metod kimi. MüĢahidənin növləri. Eksperiment
və onun növləri: təbii və laborator eksperiment, müəyyənedici
eksperiment, öyrədici (formalaĢdırıcı) eksperiment. Müsahibə və
onun psixoloji tədqiqatlarda yeri. Sorğu psixoloji metod kimi. ġifahi,
yazılı və sərbəst sorğu. Fəaliyyət məhsullarının təhlili və ya
praksimetrik metodlar.
Testlər
psixodiaqnostik
metod
kimi.
Sosiometriya