MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə209/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   205   206   207   208   209   210   211   212   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



397 

397 


397 

397 


397 

397 


397 

397 


397 

2 6 - c ı   F Ə S Ġ L  

 

MƏKTƏBƏ PSĠXOLOJĠ XĠDMƏTĠN ƏSASLARI 

 

Qısa xülasə 

 

Məktəbə  psixoloji  xidmətin  məqsəd  və  vəzifələri. 

Psixoloji  xidmət  anlayıĢı  və  məktəbə  psixoloji  xidmətin 

zəruriliyi.  Məktəbə  psixoloji  xidmətin  aktual  və  perspektiv 

istiqamətləri. 

Məktəbə  psixoloji  xidmətin  prinsipləri  və  həyata 

keçirilmə  mərhələləri.  Məktəbə  psixoloji  xidmətin  təĢkilinin 

sistemli  xarakter  daĢıması  üçün  nəzərə  alınması  zəruri  olan 

prinsiplər:  1)  sistemli  məqsədəuyğunluq  prinsipi;  2)  tamlıq 

prinsipi;  3)  peĢə-pedaqoji  fəallıq  prinsipi;  4)  kifayət  qədər 

məhdudluq  prinsipi;  5)  qarĢılıqlı  əlaqə  prinsipi;  6)  inkiĢaf 

prinsipi. 

Məktəbə  psixoloji  xidmətin  həyata  keçirilmə  mərhələləri: 

məktəbə  psixoloji  xidmətin  ilkin  mərhələsi;  məktəbin 

müəllimləri 

üçün  psixoloji-pedaqoji  seminarlar  seriyası 

keçirilməsi  mərhələsi;  diaqnostik  iĢlər  zamanı  əldə  edilmiĢ 

nəticələrin  iĢlənməsi  mərhələsi;  əldə  edilmiĢ  nəticələrin 

psixoloq  və  müəllimlər  tərəfindən  birgə  təhlili  mərhələsi;  əldə 

edilmiĢ  nəticələr  əsasında  psixokorreksiya  iĢlərinin  aparılması 

mərhələsi;  iĢin  nəticələri  barədə  valideyn  iclasında  məlumat 

verilməsi və pedaqoji Ģurada müzakirəsi mərhələsi. 



Məktəbə  psixoloji  xidmətin  funksiyaları  və  əsas 

istiqamətləri.  Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə 

yetirilən  psixoprofilaktik  iĢlər.  Məktəbə  psixoloji  xidmət 

prosesində  yerinə  yetirilən  məsləhət  iĢləri.  Məktəbə  psixoloji 

xidmət  prosesində  yerinə  yetirilən  diaqnostik  iĢlər.  Məktəbə 

psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya iĢləri. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

398 



398 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetiriləcək 

yardımcı  iĢlər.  Məktəbə  psixoloji  hazırlığın  diaqnostikası. 

Çətin  tərbiyə  olunan  Ģagirdlərlə  aparılan  psixoloji  iĢ.  Məktəb 

psixoloqu tərəfindən ailələrlə aparılan iĢ. 

VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və 

 vəzifələri 

 

Psixoloji  xidmət  anlayıĢı  və  məktəbə  psixoloji  xidmətin 

zəruriliyi.  Ġnsan  fəaliyətinin  elə  bir  sahəsi  yoxdur  ki,  orada 

psixoloji  biliklərin  zəruriliyi  duyulmasın.  Mübaliğəsiz  demək 

olar  ki,  hazırkı  dövrdə  bütün  dünyada  hər  cür  fəaliyətin  və 

insan  münasibətlərinin  səmərəliliyini  psixoloji  biliklərin 

tətbiqində  görürlər.  Ona  görə  də  psixologiya  insan  haqqında 

əsas  elmlərdən  biri  kimi  insana  xidməti  ön  plana  çəkmiĢdir. 

Ġndiki  dövrdə  hər  bir  müvəffəqiyyəti  və  çətinliyi  doğuran 

psixoloji  mexanizmi  açmağa  cəhd  göstərilir,  bu  sahədəki 

qanunauyğunluqlardan  istifadəyə  can  atılır.  Bəzən  böyük  bir 

müəssisədə  ilk  baxıĢda  hər  Ģey  öz  yerində,  öz  qaydasında 

olduğu  halda,  nəticə  sevindirici  olmur:  əmək  məhsuldarlığı 

aĢağı düĢür, qarĢılıqlı münasibətlər pozulur, iĢçi axını baĢlanır. 

Yaxud,  hər  cəhətdən  yüksək  imkanlara  malik  hesab  edilən 

idman kollektivi birdən-birə sanki dəyiĢilir, öz pərəstiĢkarlarını 

narahat  etməyə  baĢlayır  və  s.  Bu  kimi  hallarda  psixoloji  iĢin 

aparılması,  baĢqa  sözlə  psixoloqun  iĢə  qarıĢması  lazım  gəlir 

və  səmərəli  nəticə  verir.  Deməli,  həmin  sahələrdə  psixoloji 

xidmət  həyata  keçirilmiĢ  olur.  Məhz  bu  cür  münasibət 

tərzindən "psixoloji xidmət" anlayıĢı meydana  gəlmiĢ və qeyd 

etdiyimiz  kimi  özünə  geniĢ  yer  etmiĢdir.  Məktəbə  psixoloji 

xidmət  də  eyni  zərurət  üzündən  meydana  gəlmiĢdir.  Müasir 

məktəbin qarĢısında duran vəzifələri yerinə yetirə bilməsi üçün 

psixoloji  köməyə  ehtiyacı  böyükdür.  Biz  tez-tez  Ģagirdlərin 

təlimə  münasibətlərinin  zəifləməsi,  tərbiyəlilik  səviyyəsinin 

aĢağı  düĢməsi,  müəllim-Ģagird  münasibətlərində,  eləcə  də 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



399 

399 


399 

399 


399 

399 


399 

399 


399 

müəllim-müəllim, 

müəllim-valideyn 

münasibətlərində 

çətinliklərin  olması  barədə  mülahizələrin  Ģahidi  oluruq. 

ġagirdlərin  intellektual  səviyyələrinin  müxtəlifliyi,  çətin 

tərbiyə  olunan  uĢaqların  xüsusiyyətləri  müəllimdən  onları 

hərtərəfli  öyrənməyi  və  düzgün  yanaĢmağı  tələb  edir.  Müasir 

psixologiyada belə bir cəhət əsas götürülür ki, hər bir sağlam 

uĢaq, yeniyetmə və gənc müvafiq sosial Ģəraitdə özünün geniĢ 

inkiĢaf  imkanına  malikdir.  Bununla  birlikdə  bütün  uĢaqlar 

eyni  imkana  malik  deyildirlər.  Hər  bir  Ģagirdin  imkanını 

aĢkara  çıxarmaq,  onun  inkiĢafına  təkan  vermək  məktəbdə 

təlim-tərbiyəni  optimallaĢdırmağın  əsas  tələblərindəndir. 

Məhz  buna  görə  də  uĢaq  psixologiyası  və  pedaqoji 

psixologiya,  eləcə  də  sosial  psixologiya,  eləcə  də  sosial 

psixologiya  sahəsində  əldə  edilmiĢ  nailiyyətlərdən    istifadə 

olunması  ən  ciddi  məsələ  kimi  qarĢıda  durur.  UĢaq 

psixologiyası  və  pedaqoji  psixologiyanın  nailiyyətlərinin 

məktəb  təcrübəsinə  tətbiqinin  ən  perspektiv  yollarından  biri 

xalq  təhsili  sisteminin  bütün  sahələrində  psixoloji  xidmətin 

təĢkilindən  ibarətdir.  Bu  cür  xidməti  həyata  keçirmədən  gənc 

nəslin  təlim  və  tərbiyəsində  istədiyimiz  müvəffəqiyyətə  nail 

ola bilmərik. 



Məktəbə  psixoloji  xidmətin  vəzifələri.  Pedaqoji  və  yaĢ 

psixologiyasının  əsas  istiqamətlərindən  biri  kimi  inkiĢaf edən 

məktəbə  psixoloji  xidmət  psixologiyanın  həmin  sahələrinin 

bir  növ  inteqral  birliyini  təĢkil  edir.  Ona  görə  də  məktəbə 

psixoloji  xidmətin  üç  mühüm  əhatə  sahəsi  mövcuddur;  müasir 

məktəb  Ģəraitində  psixoloji  biliklərin  professional  tətbiqinin 

yol,  vasitə  və  metodlarını  yaratmaq  məqsədilə  Ģagirdlərdə 

psixi 


inkiĢafın 

və 


Ģəxsiyyətin 

formalaĢmasının 

qanunauyqunluqlarını 

öyrənmək  (elmi  aspekt);  tədris 

proqramlarının  tərtibi,  dərsliklərin  hazırlanması,  didaktik  və 

metodik materialların psixoloji əsaslarının iĢlənməsi, müəllimin 

psixoloji  hazırlığı  və  s.  sahələri  özünə  daxil  etməklə  bütün 

təlim  və  tərbiyə  prosesini  psixoloji  cəhətdən  təmin  etmək 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə