MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə214/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   211   212   213   214   215   216   217   218   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

412 



412 

birindən  müəyyən  dərəcədə  fərqlənir.  Psixoloji  korreksiya 

psixoloq  tərəfindən  planlaĢdırılır  və  həyata  keçirilir.  Pedaqoji 

korreksiya  isə  məktəb  psixoloqu  müəllimlərlə  birlikdə 

(məktəb  direktoru,  dərs  hissə  müdiri,  sinif  rəhbəri,  fənn 

müəllimi)  planlaĢdırılır, psixoloqun  nəzarəti  və  köməkliyi  ilə 

müəllimlər və valideynlər tərəfindən həyata keçirilir. 

Məktəbə  psixoloji  xidmət  prosesində  yerinə  yetiriləcək 

yardımçı  iĢlər.  Məktəbə  psixoloji  xidmətlə  əlaqədar 

əsasnamədə  yuxarıda  qeyd  olunanlarla  yanaĢı,  bir  sıra 

yardımçı iĢlərin həyata keçirilməsi də nəzərdə tutulur. Həmin 

iĢlər  bu  və  ya  digər  Ģəkildə  əsas  iĢlərlə  bağlanır  və  onların 

həyata  keçirilməsinə  xidmət  edir.  Psixoloji  xidmət  zamanı 

yerinə yetirilən həmin yardımçı iĢlərə aĢağıdakıları aid etmək 

mümkündür: 

məktəb 



psixoloqu 

Ģagirdlərin 

davranıĢ 

və 


mənimsəmələrinin  psixoloji  təhlilini  vermək  və  burada 

onların  Ģəxsiyyətlərinin  və  qabiliyyətlərinin  fərdi  psixi 

xüsusiyyətlərini  daha  dəqiq,  ətraflı  açmaq  məqsədilə 

pedaqojikonsilium təĢkil edir; 

-   məktəb psixoloqu məktəbin pedaqoji Ģurasının iĢində 

iĢtirak edir; 

-      psixologiya  kabinəsi  və  məktəb  kitabxanasının 

köməyi  ilə  müxtəlif  yaĢlı  uĢaqların  təlim  və  tərbiyəsi 

problemlərinə  dair  psixoloji-pedaqoji  ədəbiyyatdan  və 

Ģagirdlər  üçün  psixoloji  ədəbiyyatdan  ibarət  bölmə, 

"kitabxana" yaradır. 

Məktəbdə  psixoloji  xidmətin  qeyd  olunan  istiqa-

mətlərini müxtəlif konkret sahələrə tətbiq etmək mümkündür. 

Bunların ən əsaslarından bəzilərini nəzərdən keçirək. 



Məktəbə  psixoloji  hazırlığın  diaqnostikası.  Məktəbə 

psixoloji  xidmətdə  əsas  yerlərdən  biri  uĢaqların  məktəbə 

psixoloji hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu 

sahədə  aparılan  iĢin  əhəmiyyəti  öz-özünə  aydındır.  UĢağın 

məktəbə,  məktəb  təliminə  psixoloji  hazırlıq  səviyyəsini 

müəyyənləĢdirmək  bir  tərəfdən  həmin  sahədəki  qüsurları 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



413 

413 


413 

413 


413 

413 


413 

413 


413 

aradan  qaldırmaq,  digər  tərəfdən  məktəbdə  ilk  gündən 

Ģagirdlərin imkanlarına uyğun iĢ aparmaq üçün Ģərait  yaradır. 

Məhz  buna  görə  də  məktəb  psixoloqu  (sinif  muəllimi  ilə 

birlikdə)  birinci  sinfə  qəbul  olunacaq  uĢaqların  məktəbə 

psixoloji hazırlıq səviyyəsini aĢkara çıxarmalıdır. Bu bir növ 

məktəbə psixoloji hazırlığın diaqnostikasından ibarətdir. 

UĢağın  məktəbə  hazırlığının  diaqnostikasını  verərkən 

aĢağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir: 

1)  L. S. Vıqotskinin   bağça   yaĢı   dövründə affektlərin 

intellektuallaĢdırılmasının      əsas      yenidənyaranma      halı   

olması  barədə  fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyə-

tinin  zəminlərindən  biri  –  məktəbə  hazırlığın  mühüm 

göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu 

bir  də  ona  görə  zəruridir  ki,  uĢağın  məktəbdə  məĢğul  olacağı   

fəaliyyət  növü  -  təlim  fəaliyyəti  ondan  ixtiyari  iĢlərin  icrasını 

tələb edir. 

2)  UĢağın    məktəbə  hazırlığını  xarakterizə  edərkən 

nəzərə  alınması  zəruri  olan  ikinci  mühüm  göstərici  əyani-

obrazlı  təfəkkürün  inkiĢaf  səviyyəsindən  ibarətdir.  Burada 

təsviri-sxematik    vasitələrin  təhlili,  quraĢdırılması  və      tətbiqi   

ilə   əlaqədar iĢlərin  yerinə - yetirilməsinə fikir verməlidir. 

3)  ġəxsiyyət  xarakteristikası  üzrə  göstəricilər.  Burada 

Ģəxsiyyətin  bütün  cəhətlərinin  inkiĢaf  xüsusiyyətləri  deyil, 

təlim  fəaliyyətinin  təĢkilinə  köməklik  göstərən  (və  ya  mane 

olan)  Ģəxsiyyət  göstəriciləri  (emosional  cəhət,  ünsiyyətin 

xüsusiyyətləri,  kollektiv  fəaliyyətə  daxil  olmaq  və  s.)  nəzərə 

alınmalıdır. 

Məktəb  psixoloqu  qeyd  olunan  göstəricilər  üzrə  birinci 

sinfə  qəbul  olunan  uĢaqların  hər  birinin  məktəbə  hazırlıq 

səviyyəsini  aĢkara  çıxarmaqla  müəllimin  onlarla  müvafiq 

səmərəli  iĢ  aparması  üçün  Ģərait  yaradır.  Ona  görə  də 

qabaqcadan 

hazırlanmıĢ 

proqrama 

əsasən 


uĢaqlar 

yoxlanılmalıdır. Proqram hazırlanarkən yuxarıda qeyd olunan 

göstəricilərin  xüsusiyyətlərini  açmağa  imkan  verən  yolları 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

414 



414 

müəyyənləĢdirməklə,  aĢağıdakı  texniki  və  metodiki  tələblərə 

əməl olunmalıdır. 

Hər  şeydən  əvvəl,  hər  uĢaq  yalnız  bir  dəfə  yoxlamadan 

keçirilməli və bu iĢ 20-30 dəqiqədən artıq davam etməməlidir. 

Bu  tələb  bir  tərəfdən  yoxlanan  uĢağın  imkanlarını  nəzərə 

almaqla bağlıdır. Belə ki, psixofizioloji tədqiqatlardan məlum 

olduğu  kimi,  həmin  yaĢ  dövründə  uĢaqların  əqli  iĢ 

qabiliyyətinin  səviyyəsi  məhz  20-30  dəqiqədən  ibarət  olur. 

Digər tərəfdən, uĢağı I sinfə yazdırmaq üçün valideynlər onu 

bir  neçə  dəfə  yoxlamaya  gətirməyə  o  qədər  də  razılıqla 

yanaĢmırlar. 

İkincisi,  psixoloji  yoxlamaları  valideynin  iĢtirakı  ilə 

aparmaq  məqsədə  müvafiqdir.  Belə  olduqda  uĢaqlarda  və 

valideylərdə  gərginliyin  yaranmasının  qarĢısı  alınır. 

Yoxlamadan  əvvəl  valideynlərə  izah  olunur  ki,  yoxlamanın 

məqsədi  uĢağı  imtahan  etməkdən  ibarət deyildir. Burada əsas 

məqsəd  uĢağın  imkanlarını  aĢkara  çıxarmaq  və  gələcəkdə 

onunla  iĢləmək  üçün  müvafiq  yollar  düĢünməkdən  ibarətdir. 

Yoxlama motivinin bu cür izahı  valideynin psixoloqa inamla 

yanaĢmasına  və  yeri  gələndə  ona  köməklik  göstərməsinə 

imkan yaradır. 



Ücüncüsü, yoxlamanın nəticələri uĢağın xüsusiyyətlərinin 

keyfiyyət xarakteristikasını verməlidir. 

Gələcək  I  sinif  Ģagirdləri  üzərində  aparılan  eksperi-

mental psixoloji yoxlama suallardan baĢlanmalıdır. Adətən, bu 

cür  suallar  standart  xarakter  daĢıyır:  sənin  adın  nədir,  neçə 

yaĢın  var,  uĢaq  bağçasına  gedirsənmi.  Sualları  verməklə 

psixoloq  öz  təbəssümü  ilə  uĢaqları ruhlandırmalıdır.  Burada 

yeri gəldikcə bu və ya digər cəhətə əsasən uĢağı tərifləmək 

tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxĢı 

donu,  saçı  var.  Oğlana  demək  olar  ki,  afərin,  nə  yaxĢı 

oğlandır, yəqin anasının yaxın köməkçisidir və s. 

Söhbəti  uzatmadan  bilavasitə  eksperimental  yoxlamaya 

keçmək  tələb  olunur.  Adətən,  psixoloq  uĢaqlara  bu  cür  mü-

raciət edir: "Ġndicə səninlə birlikdə məĢğul olacağıq. Mən sənə 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə