MahirəNərimanqızı



Yüklə 5,95 Mb.

səhifə24/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



74 

göstərir,  onu  dəyiĢdirməklə  özü  də  dəyiĢir.  Ġnsanla  təbiət 

arasındakı  bu  cür  fəal  qarĢılıqlı  təsir  prosesi  fəaliyyət 

adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxıĢ edir, obyektə 

məqsədəyönəlmiĢ 

Ģəkildə 


təsir 

göstərməklə 

özünün 

tələbatlarını  ödəyir.  Məhz  buna  görə  də  fəaliyyət  həmiĢə 



insanın Ģüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim 

olunaraq  həyata  keçir.  Bu  cəhəti  nəzərə  alaraq  psixoloji 

ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk 

olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici 

(fiziki) fəallığıdır. 

Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm 

psixi, həm də fiziki fəallığı baĢ verə bilir. Bunların hər ikisində 

insanın  fəallığı  onun  öz  qarĢısına  qoyduğu  dərk  olunmuĢ 

məqsədləri ilə tənzim edilir. 

Fəaliyyət və Ģüur qarĢılıqlı dialektik vəhdət təĢkil edirlər. 

Fəaliyyət  prosesində  insan  onu  əhatə  edən  aləmin  cisim  və 

hadisələri  ilə  bələd  olur,  onlara  qarĢı  insanda  müəyyən 

münasibətlər sistemi formalaĢır. Fəaliyyət prosesində subyektin 

bilik çərçivəsi geniĢlənir, psixikası inkiĢaf edir və beləliklə də 

Ģüurluluq səviyyəsi güclənir. ġüurun inkiĢafı isə öz növbəsində 

fəaliyyətin  məqsədəuyğunluq  səviyyəsini,  onun  dəqiqlik 

dərəcəsini inkiĢaf etdirir. 

 

   



II.3.2.  Fəaliyyət və fəallıq 

 

Fəaliyyət  insanın    onu  əhatə  edən  əĢyavi  aləmlə,  onun 

özünə  və  baĢqalarına  fəal  münasibətini  əks  etdirən,  onun 

tələbatlarını  ödəməyə  yönəldilmiĢ  prosesdir.  Fəaliyyət 

sistemdir, onun özünəməxsus daxili keçid və dəyiĢmələri olub, 

özünəməxsus  inkiĢaf  yolu  vardır.  Hər  hansı  bir  fəaliyyətin 

baĢlanmasının  əsasında  mütləq  müəyyən  tələbat  və  yaxud 

tələbatlar  Ģəbəkəsi  durur.  BaĢqa  sözlə,  insan  fəallığının 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

75 


əsasında tələbatlar durur, onun (fəallığın) mənbəini təĢkil edir. 

Tələbatlar orqanizmin mühüm daxili gücünü təĢkil etməklə onu 

fərdin  və  nəslin  yaĢaması  və  inkiĢafı  üçün  zəruri  olan 

keyfiyyətcə  müəyyən  fəallıq  formasını  (fəaliyyəti)  həyata 

keçirməyə təhrik edir. 

Özünün  ilkin  bioloji  formasında  tələbatlar  orqanizmin  ondan 

kənarda olan,  həyat və fəaliyyəti üçün zəruri olan nəyə isə hiss etdiyi 

ehtiyac  kimi  meydana  çıxır.  Lakin  ehtiyacı  tələbatlarla  eyniləĢdirmək 

düzgün  olmazdı.  Tələbatlar  insanın  dərk  olunmuĢ  ehtiyacları  olmaqla 

daha  geniĢ  anlayıĢ  kimi  qəbul  edilir.  Tələbatlar  insanın  ehtiyacları  ilə 

yanaĢı  onun  öz  ehtiyaclarına  münasibətini  də  əks  etdirir.  Bu  baxımdan 

tələbatlar insanın konkret həyat Ģəraitindən asılılığını ifadə edən və onun 

bu Ģəraitdə fəallıgını Ģərtləndirən özünəməxsus psixi halətdir.  Tələbatlar 

və  onların  növləri  barədə  kitabın  5-ci  fəslində  ətraflı  bəhs  olunduğuna 

görə burada deyilənlərlə kifayətlənməli olduq.          

       Fəaliyyətin motivləri. Ġnsanı əhatə edən cisim və hadisələr 

heç  də  daima  deyil,  onun  həyatının  müxtəlif  vaxtlarında 

tələbatlarının  obyekti  olur  və  onu  müvafiq  fəaliyyətə  təhrik 

edir.  Bununla  yanaĢı  olaraq  insanın  bu  və  ya  digər  tələbatını 

ödəyən obyekt yalnız eyni bir cisim və hadisədən ibarət olmur. 

Müxtəlif  cisim  və  hadisələr  tələbatın  obyektinə  çevrilərək 

insanı  fəaliyyətə  təhrik  edə  bilir.  Tələbatların  ödənilməsi  ilə 

əlaqədar  olaraq  insanı  hər  hansı  bir  məqsədə  yönəlmiş  işə, 

fəaliyyətə təhrik edən amillərəsəbəblərə motiv deyilir. Ġnsan 

fəaliyyətinin  motivləri  özlərinin  çoxcəhətliliyi  ilə  xarakterizə 

olunur. 

Motivlər  hər  Ģeydən  əvvəl  bir-birlərindən  tələbatların 

növlərinə  görə  fərqlənirlər.  Bununla  yanaĢı  olaraq  motivlər 

tələbatların  kəsb  etdiyi  formalara,  onların  geniĢliyinə  və  ya 

məhdudluğuna,  reallaĢdıqları  fəaliyyətin  konkret  məzmununa 

və  s.  görə  fərqlənirlər.  Təcrübə  göstərir  ki,  fəaliyyətin 

mərəkkəb  növləri,  adətən,  bir  motivə  deyil,  eyni  vaxtda  təsir 

göstərən  bir  neçə  motivə  cavab  verir  ki,  bu  da  motivləşmə 

adlanır.  MotivləĢmə  elə  motivlər  birliyidir  ki,  Ģəxsiyyətin 

yönəliĢliyini 

müəyyən 

etməklə 


onun 

fəaliyyətinin 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



76 

səmərəliliyini də Ģərtləndirir. 

Tələbatlarda olduğu kimi motivlər təbii və ali (maddi və 

mənəvi)  ola  bilir.  Bundan  baĢqa  A.N.Leontyevə  görə  motiv 

obraz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilir. 

Qeyd  edilənlərlə  yanaĢı  olaraq  özünün  xarakteri  və 

fəaliyyət  prosesində  oynadığı  rola  görə  motivlərin  aĢağıdakı 

növlərini  qeyd  etmək  olar:  1)  situativ  və  geniĢ  motivlər;  2) 

fəaliyyətin  nəticəsinə  və  onun  özünə  doğru  yönələn  motivlər; 

3) eqoistik və ictimai əhəmiyyətli motivlər. 

Motivləri  təzahür  xüsusiyyətlərinə 

görə  psixoloji 

ədəbiyyatda  geniĢ  istifadə  olunan  iki  qrupa  ayırmaq  müm-

kündür: 1) geniĢ sosial motivlər və 2) idrak motivləri. 

Psixoloji  ədəbiyyatda  motivləri  dərk  edilən  və  dərk 

edilməyən olmaqla daha iki qrupda birləĢdirirlər. 

Dərk  edilən  motivlər  nəyin  bizi  bu  və  ya  digər  iĢə, 

fəaliyyətə  təhrik  etməsini  anlamagımız,  dərk  etməyimizlə 

fərqlənir.  Dərk  edilməyən  motivlərə  gəldikdə  elə  təhriklər 

nəzərdə  tutulur  ki,  həmin  təhriklərin  mahiyyətini  biz  tam 

aydınlığı  ilə  dərk  edə  bilmirik.  Bu  cür  motivlərə  həvəsi, 



ustanovkanı aid etmək mümkündür. 

Motivlər  özlərinin  növləri  ilə  yanaĢı  davamlılıqları, 

emosional  çalarları  və  ya  modallıqları,  qüvvələri  və  ifadə 

xüsusiyyətlərinə görə də bir–birindən fərqlənirlər. 



II.3.3.  Fəaliyyətin  quruluĢu 

 

Fəaliyyətin  quruluĢu  haqqında  anlayıĢ.  Ġnsan 

fəaliyyətini  nəzərdən  keçirdikdə  onun  özünəməxsus  quruluĢu 

diqqəti cəlb edir. Ġnsanın hər cür fəaliyyəti eyni quruluĢda, eyni 

sistem və ardıcıllıqda həyata keçir. BaĢqa sözlə, bütün fəaliyyət 

növlərində  eyni  ümumi  struktur  komponentlər  özünü  göstərir. 

Ġnsanın istər maddi, istərsə də mənəvi fəaliyyətinin quruluĢunu 

təhlil  etdikdə  onun  təxmini  məzmununu  təĢkil  edən  aĢagıdakı 





Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə