MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə25/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   21   22   23   24   25   26   27   28   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

77 


əsas  elementləri,  komponentləri  aĢkara  çıxarmaq  mümkün 

olur:  fəaliyyətin  motivləri,  fəaliyyətin  məqsədi  və  fəaliyyətin 



vasitələri

Motivlər  haqqında  yuxarıda  qeyd  etdiklərimizdən  aydın 

olduğu kimi, motiv insanı hər hansı bir fəaliyyətə təhrik edən, 

yönəldən  səbəblərdir.  Hər  cür  fəaliyyət  zamanı  müvafiq 

tələbatdan  doğan  səbəblər  bizi  həmin  fəaliyyətə  giriĢməyə  və 

bu yolla öz tələbatımızı ödəməyə yönəldir. 

Məqsədə  gəldikdə  o,  insanın  fəaliyyət  zamanı  hansı 

nəticəyə  nail  olmağa  yönəlməsidir.  Son  nəticə  daima 

fəaliyyətin məqsədi kimi təzahür edir. Məhz buna görə də insan 

fəaliyyəti  daima  dərk  olunmuĢ  məqsədləri  ilə  tənzim  edilir. 

Ġnsanın həmin fəaliyyəti nə dərəcədə adekvat  yerinə  yetirməsi 

qarĢıya  qoyulan  məqsədi  həyata  keçirməsi  ilə  xarakterizə 

olunur. 

Bəzən  fəaliyyətin  motivi  və  məqsədi  üst-üstə  düĢsə  də 

çox  vaxt  məqsəd  və  motiv  özünün  xüsusiyyətlərinə  görə  bir-

birlərindən  fərqlənirlər.  Məsələn,  tələbədə  olmayan  hər  hansı 

bir  kitabı  almaq  üçün  kitab  mağazasına  getməsi  həm  motiv 

həm  də  məqsəd  rolunu  oynaya  bilər.  Lakin  «psixologiya» 

dərsliyini almaq üçün kitab mağazasına getmək onun məqsədi, 

həmin fənlə maraqlanması, sabahkı seminara hazırlaĢması üçün 

getməsi isə motivi ola bilər. 

Fəaliyyətin  vasitələrinə  gəldikdə  o,  həmin  fəaliyyətin 

həyata keçirildiyi  yollardır. BaĢqa sözlə insan həmin fəaliyyət 

zamanı  qarĢısına  qoydugu  məqsədə  hansı  yollarla  nail  olur. 

ġəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin 

səmərəli Ģəkildə həyata keçirilməsi üçün mühüm Ģərtdir. 

Bütövlükdə  götürüldükdə  insanın  hər  cür  fəaliyyətinin 

quruluĢunda  motiv,  məqsəd,  müvafiq  iĢlər,  onların  icrası, 

qiymətləndirilməsi  və  nəzarət  kimi  mühüm  komponentlər 

özünü  göstərir.  Bunları  ümumiləĢdirilmiĢ  Ģəkildə  götürmüĢ 

olsaq  fəaliyyətin  üç  mərhələni  keçdiyini  söyləyə  bilərik: 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



78 

hazırlıq,  icra    və  qiymətləndirilmə.  Fəaliyyətin  icra  mər-

hələsində insan müvafiq iĢləri və hərəkətləri həyata keçirir ki, 

bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini 

təĢkil edir. Onlara qısa nəzər salaq. 



İş və hərəkətlər. Fəaliyyət prosesində insan istər-istəməz 

müvafiq  cari  məsələləri  həll  etməli  olur.  Fəaliyyətin  sadə  bir 



cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş 

və  ya  əməl  adlanır.  Məsələn,  cümlədə  mübtədanı  tapmaq,  11 

metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və 

s. müvafiq fəaliyyətin nisbətən bitmiĢ elementi olan iĢlərdir. Bu 

cür iĢlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. 

Bu  iĢlər  gerçək  aləmdəki  cisimlərin  vəziyyətinin  və  ya 

xassəsinin dəyiĢməsinə yönəlmiĢ olur. Hər cür maddi iĢ və ya 

əməl  məkan  və  zamanla  bağlı  olan  müəyyən  hərəkətlərdən 

əmələ  gəlir.  Məsələn  futbol  zamanı  11  metrlik  cərimə  topunu 

vurmaq  iĢini  yerinə  yetirmək  üçün  idmançı  topu  11  metrlik 

nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaĢır, bir 

ayağının  üstünə  qalxaraq  digər  ayagı  ilə  topa  zərbə  vurur.  Bu 

hərəkətlərin  hamısı  müəyyən  zaman  və  məkan  daxilində  baĢ 

verir.  Belə  ki,  idmançı  topu  baĢqa  yerə  deyil  cərimə  olunmuĢ 

komandanın  qapısı  agzındakı  nöqtəyə  qoyur  və  hakimin 

iĢarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu baĢqa 

yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz. 

Hər  cür  maddi  iĢlər  hərəkətlərin  müəyyən  sistem  üzrə 

yerinə  yetirilməsindən  ibarətdir.  O,  iĢin  məqsədindən,  həmin 

iĢin  yönəldiyi  əĢyanın  xassəsindən  və  iĢ  Ģəraitindən  asılıdır. 

Belə  ki,  məsələn,11  metrlik  cərimə  topunu  vurmaq  üçün 

hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün 

lazım  olan  hərəkətlərdən  fərqli  qurmaq  lazımdır.  Yaxud, 

ümumi  cəhətlərinin  olmasına  baxmayaraq  «a»  hərfini  yazmaq 

üçün  hərəkətlər  «t»  hərfini  yazmaq  üçün  lazım  olan 

hərəkətlərdən fərqlənəcəkdir. 

Fəaliyyət  zamanı  icra  olunan  iĢlər  daima  özünəməxsus 



idarəolunma  və  nəzarət  tələb  edir.  Fəaliyyət  prosesində 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

79 


hərəkətlərin özünün icrası onun nəticəsinin iĢin son məqsədi ilə 

müqayisəsi əsasında fasiləsiz nəzarət altında saxlanılır və lazım 

gəldikdə  təshih  olunur.  Təcrübə  göstərir  ki,  iĢ  və  hərəkətlərin 

icrası zamanı nəzarəti və təshih etməni  yerinə yetirə bilməyən 

adamlar  ən  sadə  iĢi  də  yerinə  yetirmək  imkanına  malik 

olmurlar. Məsələn, bu cür uĢaqlar sətir boyu xətt çəkməyi belə 

bacarmır, sətrləri bir-birinə qarıĢdırırlar. 

Qeyd edilənlərdən aydın olur ki, insanın hər hansı bir iĢi 

müvəffəqiyyətlə  yerinə  yetirməsi  üçün  iĢ  və  ya  hərəkətləri 

idarə etmək və təshih etmək bacarığına malik olması zəruridir. 

ĠĢləri  təĢkil  edən  hərəkətlər  sistemi  isə  nəticə  etibarilə  həmin 

iĢlərin  məqsədilə  idarə  və  tənzim  olunur.  Yerinə  yetirilən 

iĢlərin  nəticələri  həmin  iĢin  məqsədi  nöqteyi-nəzərdən 

qiymətləndirilir  və  təshih  olunur.  BaĢqa  sözlə,  məhz  iĢin 

məqsədi  Ģeylərin  hansı  xassə  və  vəziyyətlərinin  onun  icrası, 

nəzarət və təshihi üçün oriyentir olmasını təyin edir. 

 

         



II.3.4. Fəaliyyətin  mənimsənilməsi 

 

Ġnsan  həyatı  boyu  müxtəlif  fəaliyyət  növlərini,  iĢ  və 

hərəkətləri  icra  etməli  olur.  Lakin  bu  iĢ  və  hərəkətlərin  icrası 

həmiĢə eyni Ģəkildə asanlıqla getmir. Ġnsan artıq icra tərzlərinə 

yiyələndiyi iĢ və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz 

olaraq  yerinə  yetirir,  onun  icrasına  artıq  vaxt  sərf    etmir.  Bu 

onu  göstərir  ki,  insan  həmin  fəaliyyəti  mənimsəmiĢdir. 

Məsələn,  Ģagird  latın  və  ya  kiril  qrafiki  ilə  sərbəst  Ģəkildə 

yazmağı  və  oxumağı  bacarırsa  onun  həmin  fəaliyyəti 

mənimsədiyini  söyləyirik.  Əksinə,  Ģagird  latın  və  ya  kiril 

qrafiki  ilə  yazılmıĢ  mətni  oxuya  bilmirsə,  bu  zaman  çoxlu 

səhvlərə yol verirsə deməli o, bu iĢi mənimsəməmiĢdir. 

Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq 

vərdişlər  və  bacarıqlar  yaranır  və  onun  həmin  fəaliyyəti 

məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir. 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə