MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə30/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   26   27   28   29   30   31   32   33   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

93 


keçirilmə  təkcə  formaca  oxĢarlığa  görə  baĢ  vermir.  Bəzən 

leksik,  qrammatik  materialların  məzmun  və  mənaca  oxĢarlığı 

da  səhv  ümumiləĢdirməyə  səbəb  olur.  Ona  görə  də  öyrənilən 

dildə məzmun və mənaca ana dilinə oxĢar olan cəhətlər özünə 

yer  etməyə,  baĢqa  sözlə  öyrənilən  dilə  keçirilməyə  baĢlayır. 

Nəticədə bu cür oxĢarlıq ikinci dərəcəli əlamətlər üzrə olduqda 

çox  vaxt  ikinci  dilə  yiyələnmədə  səhvlər  özünü  göstərməyə 

baĢlayır. 

Yeri  gəlmiĢkən  qeyd  etmək  lazımdır  ki,  generalizasiya 

səviyyəsində 

keçirilmə 

ikinci 


və 

sonrakı 


dilin 

mənimsənilməsinə  həm  müsbət,  həm  də  mənfi  təsir  göstərə 

bilir. Bu zaman keçirilmənin müsbət cəhəti ondan ibarətdir ki, 

ikinci  dili  öyrənən  adam  artıq  onda  mövcud  olan  bilik  və 

bacarıqlar  sisteminə  istinad  edir,  ona  görə  də  həmin  dili 

mənimsəmə  imkanları  xeyli  artmıĢ  olur.  Bununla  yanaĢı, 

doğrudan  da  oxĢar,  lakin  qanunauyğunluğu  dərk  edilməyən 

hallar sonrakı dilin mənimsənilməsini asanlaĢdırır. 

Generalizasiya səviyyəsində keçirilmənin mənfi  cəhətinə 

gəldikdə,  bu  əvvəlki  dildən  zahirən  oxĢar  halları  kor-koranə 

öyrənilən sonrakı dilə aid etməklə nəticələnir. Nəticədə sonrakı 

dildə  aradan  qaldırılması  zəruri  olan  qüsurlar  özünü 

göstərməyə baĢlayır.  

Diqqəti cəlb edən faktlardan biri də ondan ibarətdir ki, iki 

dillilik Ģəraitində dil faktları arasındakı fərq nə qədər az olarsa, 

onlar  bir  o  qədər  çox  qarıĢdırılır  və  generalizasiya  hadisəsinin 

təzahürünə səbəb olur. Nəticədə keçirilmə də həmin səviyyədə 

baĢ verir. Məhz buna görə də keçirilmənin həmin səviyyəsində 

ikinci  dili  öyrənən  adam  keçilən  dil  faktlarının  mühüm  oxĢar 

əlamətləri  üzrə  deyil,  ikinci  dərəcəli,  formal  əlamətləri  üzrə 

hərəkət  edir.  Bu  zaman  forma  və  ya  məzmunca  oxĢarlıq  onun 

əsas kriteriyası olur. BaĢqa sözlə demiĢ olsaq, bu cür oxĢarlıq 

onun ana dili faktlarını öyrəndiyi dilin üzərinə keçirilməsi üçün 

«istinad faktına» çevrilir. Keçirilmənin həmin səviyyəsində çox 

vaxt 

yeni 


dili 

öyrənən  adam  bu  cür  keçirilmənin 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

 

Ümumi psixologiya. Psixologiya 



94 

qanunauyğunluğunu dərk edə bilmir. Ona görə də əvvəlki dildə 

və  ikinci  dildə  oxĢar  hesab  etdiyi  faktları  fərqləndirməkdə 

çətinlik  çəkir.  Keçirilmə  bir  növ  dərkedilməmiĢ  və 

fərqləndirilməmiĢ xarakter daĢıyır.  

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  fərqləndirmə 



səviyyəsində  keçirilməyə  gəldikdə,  bu  əvvəlki  səviyyədən  bir 

çox  cəhətlərinə  görə  fərqlənir.  Əvvəla,  bu  cür  keçirilmə  dili 

nisbətən  sonra,  öyrənən  adamın  faktları  mühüm  əlamətlərinə 

görə  fərqləndirməyə  baĢladığı  dövrdə  özünü  göstərir.  Məhz 

buna görə də həmin səviyyədə keçirilmə hadisəsi daha məntiqi 

və  dərk  edilmiĢ  olur.  Bu  zaman  istər  əlamətlərin,  istərsə  də 

prinsiplərin  keçirilməsi  məntiqi  xarakter  daĢıyır.  Keçirilmədə 

onlar  faktların mühüm  əlamətlərinə  istinad etdiklərinə  görə  bu 

cür  keçirilmə  həmiĢə  müsbət  xarakter  daĢıyır,  insanın  yeni 

fəaliyyət  sahəsində  düzgün  bilik,  bacarıq  və  vərdiĢlərə 

yiyələnməsini asanlaĢdırır. 

VərdiĢlərin qarĢılıqlı təsirində interferensiya hadisəsi

Psixoloji  tədqiqatlar  artıq  çoxdan  sübut  etmiĢdir  ki,  insan  hər 

hansı  bir  yeni  vərdiĢə  yiyələnərkən  istər-istəməz  belə  bir 

qanunauygunluqla  qarĢılaĢır:  yeni  məsələ  ilə  rastlaĢan  insan 

fəaliyyət  zamanı  artıq  onda  yaranmıĢ,  formalaĢmıĢ  olan 

priyomlardan  istifadə  etməyə  çalıĢır.  Bu  zaman  insan  artıq 

əvvəllər oxĢar məsələlərin həllində tətbiq etdiyi priyomları yeni 

məsələnin  həlli  prosesinə  keçirir.  Burada  fəaliyyət 

priyomlarının  keçirilməsinin  məvəffəqiyyəti  öz  həlli  üsulları 

nöqteyi-nəzərindən  həmin  məsələlərin  oxĢarlığının  nə  qədər 

düzgün  qiymətləndirilməsindən  asılıdır.  Məhz  buna  görə  də 

həmin  iĢlərin  məqsədləri  və  obyektləri  insan  tərəfindən  oxĢar 

kimi qavranıldıqda, lakin həmin iĢlərin icra, nəzarət və mərkəzi 

tənzimolunma  üsulları  fərqləndikdə  vərdiĢlərin  mənfi 



keçirilməsi və ya interferensiya hadisəsi baĢ verir.  

Burada  vərdiĢlərin  mənfi  qarĢılıqlı  təsiri  onda  ifadə 

olunur  ki,  əvvəl  yaranmıĢ  vərdiĢlər  yeni  vərdiĢin  yaranmasını 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs 

Mərkəz

i

 

Ümumi psixologiya. Psixologiya 

 

95 


çətinləĢdirir və ya onun səmərəliliyini aĢağı salır. Məsələn, kiril 

əlifbası ilə yazı vərdiĢlərinə yiyələnmiĢ adam birdən birə latın 

əlifbası  ilə  (latın  qrafiki)  yazmağa  baĢladıqda  ciddi  çətinliklə 

qarĢılaĢır. 

Bu cür ləngimənin və ya interferensiyanın baĢ verməsinin 

əsas  səbəbi  əvvəl  yaranmıĢ  vərdiĢin  fəaliyyətə  baĢlamasını 

təhrik edən assosiasiyadan irəli gəlir. Bu o deməkdir ki, əgər A 

qıcıqlandırıcı  və  B  reaksiyası  arasında  möhkəm  Ģərti  refleks-

assosiasiya  yaranmıĢ  olarsa,  onda  həmin  A  qıcıqlandırıcı  ilə 

yeni    B  hərəki  reaksiyası  arasında  assosiasiyanın  yaranması 

çətinləĢəcəkdir.  Bu  zaman  assosiativ  ləngimə  və  ya 

interferensiya özünü göstərəcəkdir.  

Psixoloji ədəbiyyatlarda interferensiyanın baĢqa növünün 

də mövcud olduğu göstərilir. Psixoloqlar belə hesab edirlər ki, 

yeni vərdiĢ bu və ya digər Ģəkildə yarana və möhkəmlənə bilər. 

Lakin,  hər  halda,  həmin  yeni  vərdiĢin  tətbiqi  lazım  gəldikdə 

onun tətbiqinin ya ləngiməsi baĢ  verə bilər, ya da yeni vərdiĢin 

əvəzinə  əvvəl  yaranmıĢ,  indiki  halda  lazım  olmayan  vərdiĢ 

özünü  göstərə  bilər.  Bu  zaman  bir  növ  interferensiya 

reproduktiv ləngimə Ģəklində özünü göstərir.  

Ġnterferensiya  hadisəsinə  pedaqoji  təcrübədə,  Ģagird  və 

tələbələrin fəaliyyətində tez-tez rast gəlmək olur. Bu baxımdan 

dillərin  mənimsənilməsində,  yazı  və  oxu  vərdiĢlərinə 

yiyələnmə  prosesində  interferensiya  hadisəsinə  tez-tez  özünü 

göstərir. 

AparılmıĢ tədqiqatlar Ģagirdlərin düzgün yazı vərdiĢlərinə 

yiyələnməsi  zamanı  reproduktiv  ləngimənin  təsirinə  məruz 

qaldıqlarını  göstərmiĢdir.  Belə  ki,  hər  hansı  bir  orfoqrafik 

qaydaya  aid  Ģagirdlərdə  yaranmıĢ  vərdiĢ  digərinə  mənfi  təsir 

göstərir.  ġagird  əvvəlki  vərdiĢin  təsiri  altında  səhvə  yol  verir. 

Məsələn,  o,  sözləri  ayrılıqda  yazmaq  vərdiĢinə  yiyələnir. 

Həmin  söz  baĢqa  bir  sözlə  birləĢərək  mürəkkəb  söz  əmələ 

gətirdikdə və bitiĢik yazılmalı olduqda çox vaxt Ģagird əvvəlki 

vərdiĢin  təsiri  altında  hərəkət  edir.  Deməli,  bu  zaman  əvvəl 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə